Xəbər lenti
05/06/2020 [23:57]:
Britaniyada koronavirus qurbanlarının sayı 40 mini ötdü
05/06/2020 [23:35]:
Türkiyədə zəlzələ olub
05/06/2020 [23:30]:
Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...
05/06/2020 [23:20]:
ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO
05/06/2020 [23:07]:
“Əsas məsələ odur ki, pandemiyanı az itki və az xəstə sayı ilə geridə qoyaq” - VİDEO
05/06/2020 [22:47]:
Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT...
05/06/2020 [22:36]:
Marketlərdə çörək tapılmır - VİDEO
05/06/2020 [22:34]:
Şəbnəm Tovuzlu ana olacaq - VİDEO
05/06/2020 [22:30]:
Market işçisində korona tapıldı: 45 nəfər... - Video
05/06/2020 [22:30]:
Pandemiya gündəliyi...
05/06/2020 [22:30]:
Mayk Tayson arvadını qısqanıb Trampı döyməyə çalışdı - MARAQLI
05/06/2020 [22:17]:
Parlament komissiyası aprel döyüşlərinə görə Rusiyanı günahkar çıxardı...
05/06/2020 [22:13]:
Biseksual olduğunu etiraf etdi - FOTO
05/06/2020 [22:10]:
“Azərsu” və Yasamal İcra Hakimiyyəti Şəhid Bulağını niyə susuz qoyub?..- FOTOLAR
05/06/2020 [22:00]:
Ay tutulması başladı
05/06/2020 [21:53]:
Cahangir Əsgərov Prezidentə müraciət etdi
05/06/2020 [21:27]:
"26 dövlət proqramının dövlət büdcəsində öz əksini tapmamasının səbəbi nədir?" - VİDEO
05/06/2020 [21:22]:
Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar - Bakıda dəhşət
05/06/2020 [21:18]:
Koronavirusa yoluxma bu dövrdə arta bilər - VİDEO
05/06/2020 [21:15]:
Küləkli hava şəraiti koronavirusa yoluxmanı artıra bilər? - AÇIQLAMA
05/06/2020 [20:56]:
Koronavirus banklardakı pulları necə “yeyir”? – “Ağ günlər”dən “qara günə” qalanlar...
05/06/2020 [20:55]:
"Paşinyanın həyat yoldaşının qeyri-səmimi sülh çağırışları etməklə olmur bu işlər..."
05/06/2020 [20:51]:
Azərbaycanda dolu yağıb - FAKTİKİ HAVA + VİDEO
05/06/2020 [20:40]:
İngiltərədə hansı heyvan cinsinə aid olduğu bilinməyən canlı görünüb...
05/06/2020 [20:38]:
ABŞ Corc Floydla vidalaşır...
05/06/2020 [20:20]:
“Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik”
05/06/2020 [20:12]:
“Bombardier” 2,5 min işçisini ixtisar edir
05/06/2020 [19:54]:
Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub
05/06/2020 [19:48]:
“Heydər Əliyevin Bakıya dəvət edilməsi ilə barışmasaydım, belə çıxacaqdı ki..."
05/06/2020 [19:33]:
İlk dəfə vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib
05/06/2020 [19:16]:
Avropadan dəyərlərə SAYĞISIZLIQ: “Bizə ağıl öyrətməsinlər” – Partiya sədri
05/06/2020 [19:14]:
Karantin qaydalarını pozan futbolçular cərimələndi
05/06/2020 [19:13]:
Bozbaş ola qazan-qazan...
05/06/2020 [19:01]:
Rusiyanın Xalq artisti vəfat etdi
05/06/2020 [18:55]:
Deputatlar Diaspor Komitəsinin pandemiya dövründəki fəaliyyətindən danışdılar
05/06/2020 [18:48]:
Qadın qonşusunu evinə çağırıb, qızının gözü önündə baltaladı - Dəhşətli qətl
05/06/2020 [18:44]:
"Qarabağ" türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək
05/06/2020 [18:42]:
"Hər kəs özünü koronavirusdan qorumaqla ailəsini və bütün ətrafını xilas etmiş olacaq"
05/06/2020 [18:40]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
05/06/2020 [18:39]:
"Dedi ki, mən sənin yerində olsaydım, burada ayda 200-300 min manat pul qazanardım..."
05/06/2020 [18:33]:
Azərbaycanda koronavirusdan sağalanların sayı 3 871 nəfərə çatdı
05/06/2020 [18:32]:
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
05/06/2020 [18:32]:
“Kəndlərin problemlərinin həllinə əlavə vəsait ayrılsın” 
05/06/2020 [18:09]:
“Çingiz Əhmədov mükafat almadığına görə belə danışır”
05/06/2020 [18:05]:
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05/06/2020 [17:55]:
Erməni ağırlıqqaldırandan dopinq tapıldı
05/06/2020 [17:53]:
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
05/06/2020 [17:49]:
AZAL daha 144 ölkə vətəndaşını vətənə qaytarıb
05/06/2020 [17:47]:
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
05/06/2020 [17:44]:
Ukraynada istefası tələb edilən  erməni nazir “şeytan” adlandırıldı...-VİDEO
05/06/2020 [17:34]:
“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”
05/06/2020 [17:31]:
Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper hazırlanır
05/06/2020 [17:04]:
Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI
05/06/2020 [17:03]:
İki uşaq anasına aşiq olan gənc onu bıçaqlayaraq öldürdü -FOTOLAR
05/06/2020 [16:55]:
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI
05/06/2020 [16:54]:
Qapı açıq olanda...
05/06/2020 [16:54]:
Kürdə burulğana düşənlərin adları bilindi - YENİLƏNİB
05/06/2020 [16:52]:
Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi
05/06/2020 [16:48]:
Karantin Vəkillər Kollegiyasının üzvlərinə də şamil olunacaq
05/06/2020 [16:48]:
"Parni iz Baku"nun aktyoru vəfat etdi — FOTO
05/06/2020 [16:46]:
Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq
05/06/2020 [16:14]:
Braziliya СOVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı keçdi
05/06/2020 [16:10]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [16:09]:
Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü
05/06/2020 [16:09]:
Bir daha 4 iyun haqqında...
05/06/2020 [15:45]:
Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ
05/06/2020 [15:43]:
"İlk dəfə imtahan verən yeniyetmələrdə gərginlik səbəbindən temperaturun dəyişməsi ola bilər"
05/06/2020 [15:41]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
05/06/2020 [15:36]:
Deputat Rabitə Nazirliyini “VURDU”
05/06/2020 [15:20]:
Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
05/06/2020 [15:20]:
“Ümumiyyətlə, istirahət mərkəzlərinə peyğəmbərimiz və onun səhabələrinin adını vermək haramdır...”
05/06/2020 [15:17]:
"Utanmırsınız, səhər məni 10 dəqiqəlik efirə çağırırsınız?" - Rəhim Rəhimli
05/06/2020 [15:09]:
Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi
05/06/2020 [15:06]:
Qarabağ münaqişəsinə aid məxfiliyi götürülmüş yeni sənədlər dərc edilib
05/06/2020 [15:01]:
Cozef Baydenə xəbərdarlıq - Polisin səsini itirə bilər...
05/06/2020 [15:01]:
Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb
05/06/2020 [15:00]:
ABŞ-ın baş prokuroru ittiham etdi, Rusiyadan cavab gəldi
05/06/2020 [14:57]:
Yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama
05/06/2020 [14:50]:
“Sumqayıt kimi şəhərdə bir Şəhidlər Xiyabanına nəzarət edə bilmirlər...” - FOTOLAR
05/06/2020 [14:46]:
"Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz
Bütün arxiv bir sırada
19/09/2019 [16:45] - Kriminal - ( 1402 dəfə baxılıb)

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i



Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi, 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilmiş Hüseyn Salamov boşandığı keçmiş arvadını və iki azyaşlı uşağını “küçələrə atmaqla” hədələyir.

Virtualaz.org xəbər verir ki, Hüseyn Salamov Avropa Oyunları zamanı avtobus sürücüsünün törətdiyi, avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviçin ağır xəsarət alıb şikəst olması ilə nəticələnmiş qəzaya görə 2015-ci ilin payızında həbs olunub. 2016-cı ilin sentyabrında o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməklə 3 il azadlıqdan məhrum edilmişdi. Nəticədə təxminən 1 il istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmədən faktiki azadlığa çıxıb.

Hüseyn Salamov Türkmənistan vətəndaşı olan Kekilliyeva Selbi Bayramovna ilə evli olub. Onların 2009-cu ildə bağlanmış birgə nikahından iki övladları dünyaya gəlib. Keçmiş yüksək vəzifəli məmurun ailəsində problemlər isə o həbsdən çıxandan sonra başlayıb. Salamov həbsdən çıxandan sonra heç yerdə işləməyib, gününü eyş-işrətlə keçirib və S.Kekilliyevanın dediyinə görə, dəfələrlə azyaşlı uşaqlarının yanında ona əl qaldırıb. Nəhayət 2018-ci ildə qadın boşanmaq haqda iddia qaldırıb, məhkəmə boşanma işini xeyli süründürüb və az qala 1 il iki aydan sonra qərar çıxarıb.

Anar Məmmədovun köməkçisinin bahalı həyat tərzi      

Redaksiyamıza müraciət edən Selbi Kekilliyeva deyir ki, Hüseyn Salamov onunla evlənəndə Nəqliyyat Nazirliyində hansısa xırda vəzifə tuturdu, əslində isə o, Ziya Məmmədovun ailə biznes imperiyasını idarə edən “ZQAN Holdinq”-də keçmiş nazirin oğlu Anar Məmmədovun qeyri-rəsmi yardımçısı idi.

“Hüseyn Salamovun Nəqliyyat Nazirliyindəki maaşı heç min manat da deyildi, amma o bahalı həyat yaşayırdı, Anar Məmmədovun qeyri-rəsmi köməkçisi idi. Onun orada nə işlə məşğul olduğu haqda heç vaxt məlumatım olmurdu, bu haqda mənə danışmazdı. Dövlət Avtomobl Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə isə təsadüfən, həmin qəzadan təxminən il yarım əvvəl təyin edilmişdi”,-Selbi Kekilliyeva deyir.

Keçmiş məmurun təcridxanadakı lüks yaşayışı

Gənc qadının danışdıqlarından məlum olur ki, Hüseyn Salamov Azərbaycanın adının beynəlxalq miqyasda uzun müddət hallanmasına səbəb olan məlum qəzaya görə həbs ediləndən sonra da bahalı həyat tərzini davam etdirib. Saxlanıldığı Kürdəxanı təcridxanasında ona lüks şəraiti olan “burjuy kamerası” ayırıblar. 

Kekilliyevanın danışdıqlarından: “Tutulandan sonra həm iki azyaşlı uşağın, həm evin, həm onun həbsdəki lüks yaşayışının bütün ağırlığı mənim çiyinlərimə düşdü. Təcridxanadan istədiyini sifariş verirdi-bahalı restoranlarda bişən kabablardan tutmuş qara kürüyə qədər. Həftədə iki dəfə bazarlıq edib aparırdım, ancaq Avropa ölkələrinin istehsalı olan ərzaq istifadə edirdi, hər şeyi bəyənməzdi, heç uşaqlar evdə onun yediyini yemirdi. Hüseynin təcridxanadakı aylıq xərcləri ailəmizin xərclərindən qat-qat çox olurdu...”


H.Salamov əvvəlcə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilsə də (308-ci maddə) məhkəmədə onun əməli daha yüngül maddəyə (səhlənkarlıq -314.2) tövsif edilib. Keçmiş arvadı danışır ki, Salamov həbsdə olanda təqsirləndirildiyi maddənin onun əmlakının müsadirə edilməsi ilə nəticələnəcəyindən narahat olmuşdu. Həm də qorxurdu ki, avstriyalı idmançının müalicəsinə Azərbaycan dövlətinin xərclədiyi milyonlarla avronu sonradan ondan geri ala bilərlər.

Nəticədə o, xeyli  cəhdlərdən sonra vəkilinin köməyi ilə təcridxanaya notariat işçisinin gətirilməsinə nail olur, əmlakının idarə olunması üçün həyat yoldaşının adına 10 illik ümumi etibarnamə verir...


Salamovun əmlakı, birgə nikah dövründə alınmış mənzilin əcaib bölgüsü...

Məhkəmə sənədlərinə əsasən ailə qurmazdan əvvəl H.Salamovun adına Yasamal rayonunda, Z.Əhmədbəyov küçəsindəki yeni çoxmərtəbəli binada mənzil, habelə Neftçilər prospektində kommersiya təyinatlı qeyri-yaşayı sahəsi olub. Eləcə də onun  adında bir neçə avtomobilin qeydiyyatda olduğu, müxtəlif vaxtlarda alınıb-satıldığı barədə sənədlər var. (Bu haqda daha sonra ətraflı bəhs edəcəyik,-müəl.)

Birgə nikah dövründə isə Salamov Bakının mərkəzindəki “Port Baku Residence” kompleksində mənzil əldə edib. Kompleksi inşa edən “Abşeron” MTK ilə bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri hissə-hissə ödənilməli idi.

Hazırda mübahisə predmeti olan da elə həmin mənzildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun 2019-cu il martın 6-da çıxardığı qətnaməyə əsasən 5 otaqlı həmin mənzilin bölgüsü belə aparılıb: mənzilin dörddə biri, yəni faktiki olaraq bir otağı himayəsində 2 azyaşlı oğlan uşağı olan Selbi Kekilliyevaya, qalan dörddə üçü isə onun keçmiş ərinə məxsus olmalıdır.


Keçmiş məmurun keçmiş həyat yoldaşı bu bölgüdən əlbətdə ki, narazı qalıb və apellyasiya verib. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Şeyda Məhərrəmova, Elşad Şamayev və Məmməd Məmmədov) 2019-cu ilin iyulunda çıxardığı qətnamə bölgünü qüvvədə saxlayıb. Hal-hazırda həmin qətnamədən Selbi Kekilliyeva tərəfindən Ali Məhkəməyə şikayət verilib.

 

Bəs bu necə bölgüdür, bir halda ki,  Ailə Məcəlləsində birgə nigah dövründə əldə edilmiş əmlak ərlə arvad arasında yarı bölünməli olduğu deyilir? Hakim bu bölgünü nəyin əsasında, hansı prinsiplə aparmışdı?

“Təcridxanadan tapşırıq verdi ki, obyekti, mənzili satım...”

 

Selbi Kekilliyevanın danışdıqlarından: “Ailə qurandan sonra mən Hüseynin Yasamaldakı həmin mənzilinə gəlin köçdüm, valideyinlərimin verdiyi, dəyəri 100 min dollardan yuxarı olan cer-cehizi orada yerləşdirdik. Nikahda olduğumuz müddətdə ailə qazancımız və mənim valideynlərimin köməkliyi ilə bir neçə dəfə mənzildə təmir işləri də apardıq, buna da xeyli vəsait sərf olundu. Sonradan “Port Baku”dakı yeni mənzilə köçəndə cehiz əşyalarım da Yasamaldakı mənzildə qaldı, oradan heç nə çıxarmadıq. Hüseyn Salamov həbs ediləndə “Port Baku”dakı mənzilə görə hissə-hissə olmaqla 443 min manat (2013-cü ilin iyulundan  2016-cı ilin noyabrına qədər) ödəmişdik, təxminən bu məbləğdə də borclu qalmışdıq. Təbii ki, onun həbsindən sonra ailəmizin gəliri kəsildi, həm Hüseynin təcridxanadakı lüks yaşayışını, həm evin dolanışığını, uşaqların özəl bağçada təhsilini və s. maliyyələşdirmək lazım gəlirdi. H.Salamov əmlakının müsadirə olunacağından qorxaraq, həmçinin ailə xərclərini ödəmək, o cümlədən “Port Baku”dakı mənzilə qalan borcumuzu ödəmək üçün təcridxanada mənə etibarnamə verdi.  Tapşırdı ki, obyekti və Yasamaldakı mənzili satım, “Port Baku”dakı mənzili isə öz adıma keçirdim. (Sənədlərə əsasən bu məqsədlə “Port Baku”dakı  mənzil üzrə əvvəlcə Bağırova lalə Telman qızının adına alqı-satqı əməliyyatları həyata keçirilib, daha sonra əmlak Salamovun həyat yoldaşının adına rəsmiləşdirilib,-müəl.). Onun tapşırığı ilə, Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti satıb “Port Baku”dakı mənzilə görə qalan borcu ödədim,  tapşırdı ki, vəsaitin qalan hissəsinə  evi dolandırım, onun xərclərini təmin edim...”


Məhkəmə sənədlərinə əsasən Salamovun Neftçilər prospektindəki obyekti 2016-cı ilin noyabrında 470 min manata, Yasamaldakı mənzili isə 180 min dollara satılıb. Obyektin satışından əldə edilən vəsaitin 442 min 724 manatı “Port Baku Residence” kompleksindəki apartamentin qalıq borcuna görə H.Salamovun adından “Abşeron” MTK-ya ödənilib. Bununla da borc bağlanıb, apartament təqribən 886 min manata (təmirsiz halda) başa gəlib.

Lakin bu mənzilin təmirsiz halda ödənilmiş puludur, Salamovun keçmiş həyat yoldaşı deyir ki, onlar sahəsi 262 kvadratmet olan, 24 kvadratmetrlik balkon sahəsinə malik mənzilin təmiri üçün 500 min manatdan çox vəsait sərf ediblər. Yəni birgə nikah dövründə qazanılmış pullar və S.Kekilliyevanın ailəsinin etdiyi yardımlar hesabına. (Təmiri aparan şirkətə ödənilmiş pul barədə qəbz məhkəməyə təqdim edilib,-red.)

Hakimlər isə bu nüansa məhəl qoymayıb, hesab ediblər ki, mənzilin təmirsiz halda alınması üçün ödənilmiş pulun yarısı Salamovun nikahdan əvvəl əldə etdiyi obyektin satılmasından əldə olunduğu üçün Kekilliyeva mənzilin yarısına iddia edə bilməz. Ona mənzilin dörddə biri düşür və bu zaman təmirə xərclənən, az qala mənzilin təmirsiz halda dəyəri qədər olan vəsait heçə sayılıb. Eləcə də iki azyaşlı uşağın Selbi Kekilliyevanın himayəsinə verilməsi nəzərəalınmayıb.

Və Salamov keçmiş həyat yoldaşını təqib edir...

Bu da hələ hamısı deyil. Hakimlərin belə ədalətsiz bölgüsündən sonra H.Salamov keçmiş həyat yoldaşını və uşaqlarını ümumiyyətlə hər şeydən məhrum etmək, onları özünün hədələdiyi kimi, “küçələrə atmaq” üçün fəaliyyətə başlayıb.


Keçmiş məmur Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq türkmən qadını Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti “ondan xəbərsiz sataraq” pullarını mənimsəməkdə, habelə həbs edilərkən “evdə qoyduğu 90 min dolları”, ona məxsus “Range Rover Vogue” markalı avtomobilin satışından əldə olunan 60 min dolların “qalan 10 min dollarını mənimsəməkdə ittiham edib! İddia ərizəsində Salamov obyekti 400 min dollar qiymətləndirir. Sonradan iddiaçı tələbinə düzəliş verib-obyektin satışından əldə olunan 470 min manatın 443 min manatının “Port Baku”-dakakı mənzilin borcuna görə onun adından ödənildiyini “yada salıb” və bu dəfə qalan 27 min manatın “mənimsənildiyini” bildirib.

Hakim Cəmilə Musayeva bu iddianı araşdırıb və 2019-cu ilin avqustunda qadını keçmiş ərinə 307 min 276 manat ödəməyə məhkum edib!

Qətnaməyə əsasən Salamovun iddialarının bir qismi-“evdə olan 90 min dolların”, avtomobilin satışından əldə olunan pulun qalığının mənimsənildiyi barədə heç bir sübut olmadığından təmin edilməyib. Həmin avtmobili alan şəxs pulun hamısını Salamova verdiyini ifadəsi ilə təsdiqləyib. Amma hakim heç bir tutarlı sübutlar olmadan belə qənaətə gəlib ki, xanım Kəkilliyeva Yasamaldakı mənzilin satışından əldə olunan pulu və obyektin satışından qalan pulu “mənimsəyib”.

“Pulları mənimsəyirdimsə Salamov nəyin hesabına lüks yaşayırdı, uşaqlar nə yeyirdi?...”

Selbi Kekilliyeva göz yaşlarına boğulur: “Axı mən o pulları necə mənimsəyə bilərdim ki, Hüseyn Salamovun təcridxanadakı lüks yaşayışına, evin, uşaqların qayğılarına xərclənmişdi? Hələ onu demirəm ki, Salamovun cəzasının yüngülləşdirilməsi də elə-belə başa gəlməmişdi, bunun üçün kimlərəsə xeyli pul vermişdi. Zəng vurub deyirdi ki, sürücüyə filan qədər ver, kimlərəsə aparacaq, mən də verirdim. Hakim heç maraqlanmadı ki, mənzilin, obyektin guya Hüseyn Salamovdan xəbərsiz satıldığı niyə onun yadına həbsdən çıxandan iki il sonra, biz boşanandan sonra düşüb? O necə xəbərsiz satılmadır ki, obyektin satışından əldə olunan pulun demək olar ki, hamısı dərhal mənzilə görə borcun ödənilməsinə sərf olunub, həm də Salamovun adından? ”.


Qadın əlavə edir ki, Salamov həbsdə olanda onun xərclərini ödəmək, evi, uşaqları saxlamaq üçün Yasamaldakı mənzilin pulundan əlavə Türkmənistandan valideyinlərinin etdiyi yardımları da sərf edib. Üstəlik Salamov həbsdən çıxandan sonra 2 ilə yaxın müddət ərzində heç yerdə işləməsə də həmin pullar hesabına bahalı həyat tərzinə davam edib, gününü əylənməkdə, eyş-işrətdə keçirib. Digər tərəfdən Yasamaldakı mənzil onun 100 min dollarlıq cer-cehizi ilə birlikdə satılıb, nikah dövründə mənzilin təmirinə xərclənən pullar da nəzər alınsa mənzilin üzərində onun haqları vardı.

Kekilliyevanın danışdıqlarından: “Mənim burada kimsəsizliyimdən, qəribliyimdən istfadə edir, deyir ki, sən burada heç kimsən, heç Azərbaycan vətəndaşı da deyilsən, pulun hesabına istədiyim qərarı çıxardacam. Deyir səni də, uşaqları da o mənzildən küçəyə atacam. Hər yerdə Siyəzən prokuroru Murad Kazımovuna adını çəkir, qohumu olduğunu və bütün işlərini onun köməyi ilə yoluna qoyduğunu deyir...”

Və nəhayət Salamovun müəmmalı“Maybach”ı, cəmi bir neçə saatlığa...

Məhkəmə sənədlərində diqqəti cəlb edən bir detal da var, bu da oliqarxın keçmiş əlaltısının cəmi bir günlüyə, yaxud bir neçə saatlığa sahibi olduğu “Mercedes Maybach” avtomobilidir.


Belə ki, Salamov məhkəməyə nikaha daxil olmamışdan əvvəl də imkanlı şəxs olduğunu, nəticədə “Port Baku”dakımənzili və avtomobilləri nikah dövründə qazanılmış pullarla əldə etmədiyini sübuta yetirmək üçün DYP-dən verilmiş siyahını təqdim edib. Həmin siyahıya əsasən Salamov Nəqliyyat Nazirliyinin işçisi olarkən bir sıra avtomobillər (“Mercedes”, “Mazda” və s...) alıb və uzağı bir il istifadə edərək satıb.

Və 2008-ci il aprelin 3-də 1 milyon dollara 2007-ci il istehsalı olan (0 kilometr yürüş) “Mercedes Maybach” avtomobilini alıb. Elə həmin gün onu 1.1 milyon dollara satıb! Yəni avtomobil faktiki olaraq bir neçə saat Salamovun adında olub.

Salamov “Maybach”ı almaq üçün 1 milyon dolları haradan əldə etdiyini (maaşı heç min manat da deyildi), yaxud onu satıb götürdüyü 1.1 milyon dolları illərdir harada saxladığı haqda heç nə demir. Əslində isə avtomobilin ona birbaşa heç bir aidiyyatı yox idi, Salamovun “böyükləri” başqa şəxsəhədiyyə üçün almışdı. İndi onun keçmiş həyat yoldaşının vəkilləri “Maybach”ın əsl sahibini vəkil sorğusu ilə müəyyənləşdirib və bu fakt kassasiya şikayətinin mətnində öz əksini tapmaqla məhkəmə prosesində aydınlaşdırılacaq...

Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...
ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO
Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT...
Mayk Tayson arvadını qısqanıb Trampı döyməyə çalışdı - MARAQLI
"Paşinyanın həyat yoldaşının qeyri-səmimi sülh çağırışları etməklə olmur bu işlər..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Ukraynada istefası tələb edilən  erməni nazir “şeytan” adlandırıldı...-VİDEO
Cəmiyyət
ABŞ-ın baş prokuroru ittiham etdi, Rusiyadan cavab gəldi
Gündəm
“Hərbçilərimizin Qələbə paradında iştirakı xalqımızın bu tarixi zəfərdəki rolundan xəbər verir”
Cəmiyyət
Kürdəxanıda film kimi oğurluq - Qarovulçunu öldürüb 51 min pul apardılar...
Cəmiyyət
Mikayıl Müşfiq sovet rejiminə qarşı...
Yazar
Oqtay Qorçu
Pandemiya gündəliyi...
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir "əməliyyat"...
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
ABŞ-dakı etirazçılardan türk dünyasına töhfə: Fərqində olmadan elə bir şey etdilər ki...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247