Xəbər lenti
26/05/2020 [17:50]:
Maskalı vətəndaş avtomobilinə də maska taxmağı unutmadı - MARAQLI
26/05/2020 [17:47]:
Polis sabiq deputatın qızını Türkiyədə tutdu
26/05/2020 [17:37]:
İŞİD-in İraqdakı lideri öldürülüb
26/05/2020 [17:30]:
Koronavirus xəstəsinə ağciyər köçürüldü - Avropa tarixində bir ilk...
26/05/2020 [17:21]:
“İt döyüşlərinə görə 30-40 min dollardan mərcə girirlər”
26/05/2020 [17:16]:
Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib
26/05/2020 [17:15]:
Qaz maskası geyindirdikləri qadına təcavüz etdilər - RƏZALƏT
26/05/2020 [16:46]:
“Əbədi məşəl”dən kabab bişirmək üçün istifadə etdilər - VİDEO
26/05/2020 [16:43]:
"Makao kralı" 98 yaşında öldü – Kazinolardan milyardlar qazanmışdı...
26/05/2020 [16:41]:
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
26/05/2020 [16:41]:
Rusiya koronavirusun pik həddini geridə qoydu: Putin Qələbə paradının vaxtını açıqladı
26/05/2020 [16:39]:
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:37]:
Heydər Əliyev Fondu Tovuzda 500 şəhid və aztəminatlı ailəyə Ramazan sovqatı payladı - FOTOLAR
26/05/2020 [16:36]:
“Avropa Məhkəməsi beş ildir atamgilin məhkəmə işini süründürür, amma...”
26/05/2020 [16:24]:
Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi
26/05/2020 [16:16]:
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26/05/2020 [16:15]:
“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
26/05/2020 [16:14]:
Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTO
26/05/2020 [16:10]:
Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ
26/05/2020 [15:56]:
"Havanın temperaturu gündən-günə yüksələcək" - Umayra Tağıyeva
26/05/2020 [15:54]:
Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ
26/05/2020 [15:51]:
“Koronavirus qəbiristanlığı”: qəbirlərin sayı ölənlərin sayından niyə çoxdur?...
26/05/2020 [15:46]:
Məşhur aparıcının AzTV-dəki verilişi bağlandı
26/05/2020 [15:31]:
Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO
26/05/2020 [15:30]:
Azərbaycanlı aktyor karantinə alındı
26/05/2020 [15:29]:
Rusiyada eks-nazir koronavirusdan öldü
26/05/2020 [15:27]:
Deputat köməkçilərinin maaşı açıqlanıb - Rəsmi
26/05/2020 [15:24]:
Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı
26/05/2020 [15:21]:
“Kimlər ki, mətbuatda fəxri ad davası edirlər o adı onların çoxuna vermək olmaz...”
26/05/2020 [15:00]:
"Apreldən başlayaraq Azərbaycanda 8 dolu hadisəsi müşahidə olunub"
26/05/2020 [14:52]:
Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTOLAR
26/05/2020 [14:52]:
İranla Azərbaycan arasında ekstraterritorial əkin sahələrinin işlənilməsinə dair razılıq əldə olunub
26/05/2020 [14:50]:
Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR
26/05/2020 [14:49]:
Uyğurlar bu bayramı da itkin düşən yaxınlarını axtararaq keçirdilər...
26/05/2020 [14:47]:
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim”
26/05/2020 [14:29]:
Azərbaycan hakerləri növbəti dəfə düşmənin ən böyük xəbər saytını dağıtdı...
26/05/2020 [14:22]:
Qarabağ konfransı keçiriləcək
26/05/2020 [14:07]:
“Müharibə veteranı” statusu almaq üçün elə bir üsula əl atdılar ki... – “Orada ölüm var, amma sağ çıxsanız...”
26/05/2020 [14:07]:
17 yaşlı qızın qatili: “Səhvən öldürmüşəm, başqasına bənzətdim” - FOTO
26/05/2020 [14:00]:
İranda koronavirusdan ölənlərin sayı 7500-i ötüb
26/05/2020 [13:55]:
Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb
26/05/2020 [13:53]:
Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI
26/05/2020 [13:51]:
Bu ölkədə 600 məhkum azadlığa çıxdı - Bayram əfvi...
26/05/2020 [13:28]:
Bibər turşusunun içində narkotik keçirdi - Foto
26/05/2020 [13:26]:
Bakı polisi koronavirusla mübarizənin ön cərgələrindədir - FOTO
26/05/2020 [13:25]:
Yasda iştirak edən 163 nəfər koronavirusa yoluxdu – SON DƏQİQƏ
26/05/2020 [13:13]:
“Baş nazir  hava limanında saxta qaçaqmalçılıq əməliyyatı planlaşdırır...”
26/05/2020 [13:11]:
Deputat yeni icra başçısını təriflədi: “İngiliscə heç Malta dialektində də danışa bilmir”
26/05/2020 [13:10]:
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı - SİYAHI
26/05/2020 [13:02]:
Qənirə Paşayevanın təşəbbüsü ilə müharibə əlil və veteranlarına bayram sovqatı verilib
26/05/2020 [12:46]:
Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? (AÇIQLAMA)
26/05/2020 [12:43]:
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
26/05/2020 [12:42]:
“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”
26/05/2020 [12:36]:
Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
26/05/2020 [12:35]:
"Sən demə, məndən başqa bunu hamı qabaqcadan bilirmiş..."
26/05/2020 [12:33]:
Bakıda evdən 14 min manatlıq oğurluq oldu
26/05/2020 [12:32]:
“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”
26/05/2020 [12:31]:
Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş - RƏSMİ + FOTO
26/05/2020 [12:30]:
“Vilyamın kabinetindən çıxanları görəndə dedim ki, kaş mənim də bu qədər pulum olaydı”
26/05/2020 [12:28]:
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
26/05/2020 [12:26]:
“Əgər kimsə, hansısa bir məmur hardansa, nə isə qoparmaq istəyirsə...”
26/05/2020 [12:17]:
Cəlilabadda meyiti tapılan şəxsin kimliyi açıqlandı
26/05/2020 [12:15]:
Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - FOTO
26/05/2020 [11:54]:
Türkün türk yurduna köçü erməniləri təşvişə salıb: Düşmən gələcək planlarını ifşa edir...
26/05/2020 [11:39]:
Mədət Quliyevin oğlu Leyla Əliyeva ilə bir arada - FOTOLAR
26/05/2020 [11:37]:
Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA
26/05/2020 [11:35]:
Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı
26/05/2020 [11:34]:
Həbib koronavirus testindən imtina etdi
26/05/2020 [11:33]:
Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK
26/05/2020 [11:32]:
Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO
26/05/2020 [11:27]:
Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO
26/05/2020 [11:23]:
"1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayğı ilə yanaşıblar..."
26/05/2020 [11:20]:
Ukraynada pandemiya qurbanlarının sayı 644-ə çatdı
26/05/2020 [11:19]:
Rusiyada hərbi helikopterin qəzaya düşdüyü an - VİDEO
26/05/2020 [11:18]:
Gürcüstanda koronavirusa yoluxanların sayı 732-yə çatdı
26/05/2020 [11:17]:
“Mən Xalq Cəbhəsinin fəaliyyət göstərməsi üçün ona şərait yaradılmasının tərəfdarıyam”
26/05/2020 [11:16]:
Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı
26/05/2020 [11:14]:
Trampa orta barmağını göstərən qadın ölkə qəhrəmanı oldu - FOTOLAR
26/05/2020 [11:14]:
ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib
26/05/2020 [10:32]:
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Bütün arxiv bir sırada
19/09/2019 [19:30] - Siyasət - ( 813 dəfə baxılıb)

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”



«Azərbaycanın bugünkü reallıqları  «Əsrin müqaviləsi»nin iqtisadi və siyasi əhəmiyyətinin aydın mənzərəsini yaradır.   1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin ilk illərinin  xaosundan, anarxiyasından, iqtisadi tənəzzülündən xilas etdi.  Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, əlverişli biznes mühtinin yaradılması ölkəmizin   böyük investisiya məkanına çevrilməsini şərtləndirdi. 1994-cü il sentyabrın 20-də  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə «Əsrin müqaviləsi»nin imzalanması ilə ölkəmizin iqtisadi müstəqililyinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev «Əsrin müqaviləsi»nin imzalandığı dövrün iqtisadi və siyasi vəziyyətinin mürəkkəbliyini və bu çətinliklər fonunda   atılan addımın əhəmiyyətini belə dəyərləndirir: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «Əsrin müqaviləsi»nin 25 illiyi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi  rəhbərin  uzaqgörən siyasətinin nəticəsidir:  «Dahi şəxsiyyət neft sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu  kimi dəyərləndirirdi.  1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan  inkişafı, irəliləyişi həm gözlə görmək  mümkündür,  həm də bu reallıq statistik rəqəmlərdə öz əksini tapıb.  Son 25 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya yatırılıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə  yaradılan Dövlət Neft Fondunun vəsaitləri 42 milyard dollardan çoxdur. Bu vəsaitin  təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq   ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb.  Bu rəqəmi də xüsusi qeyd etməliyik ki,  bu günə qədər ümumi daxil məhsul  3 dəfədən çox artıb. 2020-ci ilə qədərki dövr üçün nəzərdə  tutulan hədəflər sırasında inkişaf etmiş ölkələr sırasında addımlamaq, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək  istəyimizin əsasında da Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası dayanır.  Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır.»

V.Rəhimzadə vurğulayıb ki,  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin  sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: “Təkcə cari ilin  arxada qalan aylarında sosial  rifahın yüksəldilməsi yönündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket  4,2  milyon insanı əhatə edib, bu məqsədlə  4 milyard manata yaxın vəsait xərclənib”.

 «Azərbaycan postneft dövrünə qədəm qoyub. Enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir» söyləyən V.Rəhimzadə əlavə edib ki, bu kimi mühüm uğurlara imza atılmasında Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəyə xidmət edən yeni-yeni layihələrin uğurlu icrası əhəmiyyətli rol oynayır:  «Ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ardınca ikinci şah əsəri olan BTC neft kəmərinin istifadəyə verilməsi, üçüncü şah əsəri kimi dəyərləndirilən «Şahdəniz» yatağının kəşf edilməsi və sair kimi biri-birindən  böyük uğurlar Azərbaycanın dünyanın enerji  xəritəsini zənginləşdirməsini şərtləndirdi.  2017-ci ildə  «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda   TANAP-ın istifadəyə verilməsi, gələn il açılışı nəzərdə tutulan TAP layihəsi  Azərbaycanın etibarlı  tərəfdaş kimi nüfuz qazanmasına yol açdı.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”.

Baş redaktorun sözlərinə görə, 1994-cü ildə  30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdi ki, «Əsrin  müqaviləsi»ni reallaşdırmaqla   dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik:  «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının bir hissəsinin müştərək işlənməsini nəzərdə tutan həmin  müqavilənin imzalanması ilə bugünkü  iqtisadi inkişafın təməlini qoyan  Azərbaycan yeni sazişlərin imzalanmasına nail oldu.  Ötən  25 ildə 35 müqaviləyə imza atılıb. 25 illik yol, eyni zamanda,  «Yeni əsrin müqaviləsi»nin imzalanmasını zərurətə çevirdi.  Belə ki,  «Əsrin müqaviləsi»nin  imzalanmasının 23 illiyi ərəfəsində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması ilə müqavilənin müddətinin  2050-ci ilə qədər uzadılması təbii ki, Azərbaycanın iqtisadi uğurlarına, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və roluna,  etibarlı tərəfdaş kimi  nüfuzunun möhkəmləndirilməsinə əsaslanır.»

 «Əsrin müqaviləsi» mahiyyətcə iqtisadi xarakter daşısa da onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi» söyləyən baş redaktor qeyd edib ki, ötən 25 ildə  Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin coğrafiyası genişləndi: «Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı.  Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə  hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Tərəfdaş dövlətlərin coğrafiyasının genişləndirilməsinin bariz nümunəsi olaraq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 4 il sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Göründüyü kimi, ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə birgə səylərin artırılması sayəsində nail olub.   Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə  xalqımıza  təbrikində bu reallığı bir daha diqqətə çatdırıb ki, «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi.»

Vüqar Rəhimzadə  onu da  vurğulayıb ki, beynəlxalq səviyyədə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin seçdiyi düzgün yolun ölkəmizi davamlı inkişafa apardığı etiraf olunur, inkişafın  Azərbaycan modeli  təqdir edilir və öyrənilməsinin vacibliyi bildirilir: «Bu reallıq da hər zaman önə çəkilir ki, dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərə, strateji əhəmiyyətinə görə fərqlidir. Amma bu gerçəklik də inkaredilməzdir ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə  o zəngin sərvətə çevrilir.  Neft strategiyasının əsasını da məhz bu prinsiplər təşkil edir. Bu gün böyük fəxr və inamla qeyd edirik ki, Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir və bu gün qarşıda duran  bütün vəzifələri həll etməyə qadirdir. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması sayəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranını hiss etmədi, əksinə iqtisadi inkişafı ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Ölkəyə xarici investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, böyük enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda  böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə  Dövlət proqramları uğurla icra edilir.»  

 V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu gün neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən,  beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir:  «Ötən ilin mühüm uğurları sırasında yer alan «Star» neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, hazırda  SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.  Dövlətimizin başçısı İlham Əliyev  «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə  yeni sazişin imzalanması mərasimində Azərbaycan neftçilərinin əməyini yüksək dəyərləndirərək, ayrı-ayrı dövrlərdə onların göstərdikləri fədakarlıqdan, peşəkarlıqları ilə cəmiyyətdə qazandıqları  hörmətdən  geniş bəhs edib. SOCAR-ın qazandığı etimad fonunda möhtərəm Prezidentimiz İlham Əliyev bildirib: «Əsrin kontraktı»nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”.

 «Təbii ki, qeyd etdiklərimiz son  25 ildə keçilən yolun yalnız çox az hissəsidir» söyləyən V.Rəhimzadə bildirib ki, reallıq budur ki, «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı: “Bu gün Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə doğru addımlayır. İslahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi təbii ki, möhkəm bazaya əsaslanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq”.

Maskalı vətəndaş avtomobilinə də maska taxmağı unutmadı - MARAQLI
Koronavirus xəstəsinə ağciyər köçürüldü - Avropa tarixində bir ilk...
Qaz maskası geyindirdikləri qadına təcavüz etdilər - RƏZALƏT
"Makao kralı" 98 yaşında öldü – Kazinolardan milyardlar qazanmışdı...
Uyğurlar bu bayramı da itkin düşən yaxınlarını axtararaq keçirdilər...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”
Cəmiyyət
“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”
Siyasət
"Heç kim Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi, bu, hərbi hiylədir..."
Cəmiyyət
Mollalar dükanları gəzərək nisyə ərzaq almış yoxsulların borclarını ödədi…-İBRƏTAMİZ
Cəmiyyət
“Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır...?”
Yazar
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Həftənin ən çox oxunanları
Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...- FOTO
Emin Ağalarov üçüncü dəfə evlənir - FOTO
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247