Xəbər lenti
21/10/2019 [14:09]:
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
21/10/2019 [13:55]:
Rəngli inqilabın Bakıya sıçramasının önü necə kəsilə bilər – ABŞ-ı ittihamla, yoxsa müxalifəti öz yanına çəkməklə?
21/10/2019 [13:50]:
Deputatdan ETİRAZ: “O hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi”
21/10/2019 [13:44]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib
21/10/2019 [13:40]:
"Azərbaycan dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edib"
21/10/2019 [13:36]:
Səməd Seyidov: "Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir"
21/10/2019 [13:34]:
Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"
21/10/2019 [13:34]:
ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb
21/10/2019 [13:32]:
Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı
21/10/2019 [13:31]:
Azərbaycanlı aktrisa müğənniliyə başladı - VİDEO
21/10/2019 [13:29]:
“Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir”- VİDEO
21/10/2019 [13:26]:
"Məhdud sayda anarxistlərin niyyətləri, polisin yüksək peşəkarlığı hesabına baş tutmadı"
21/10/2019 [13:24]:
Rusiyada strateji nüvə təlimlərində fiasko: Putin düyməni basdı, raket şaxtadan çıxmadı...
21/10/2019 [13:21]:
Xalq artisti: “Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim” - VİDEO
21/10/2019 [13:21]:
Azərbaycan diaspor təşkilatının sədri İtalyada daha bir önəmli mükafata layiq görülüb - FOTOLAR
21/10/2019 [13:21]:
Bakıda bu ünvanlardakı köhnə binalar söküləcək - SİYAHI
21/10/2019 [13:20]:
Sabahın hava proqnozu AÇIQLANDI
21/10/2019 [13:16]:
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin olunub
21/10/2019 [13:13]:
Bakıda telefonla oynayan sürücü ağır qəza törətdi - ANBAAN VİDEO
21/10/2019 [13:05]:
Eldəniz Səlimov: “İnqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb”
21/10/2019 [13:01]:
“Azərenerji”nin özəlləşdirilməyə getməsi təkzib olundu
21/10/2019 [13:01]:
“Terrorçuların 35 saatı qalıb, əks təqdirdə...”
21/10/2019 [13:00]:
Emin Ağalarov: “Dünən bir daha fəxr etdim ki, mən azərbaycanlıyam!”
21/10/2019 [12:59]:
Keçən il buraxılış imtahanı verənlər bu il bir imtahan verəcək
21/10/2019 [12:59]:
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
21/10/2019 [12:57]:
“Həmin vətəndaşlardan üzr istəyirəm” - Prezidentin köməkçisi + Video
21/10/2019 [12:56]:
"Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir"
21/10/2019 [12:53]:
Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO
21/10/2019 [12:50]:
"Siyahıyaalınmaya ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, təəssüf ki..."
21/10/2019 [12:49]:
Oksana: “Onları kişi saymıram”
21/10/2019 [12:46]:
Vladimir Solovyev: "Azərbaycanı sarsıtmaq alınmayacaq"
21/10/2019 [12:44]:
Sürücülərlə bağlı yeni - QƏRAR
21/10/2019 [12:41]:
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
21/10/2019 [12:40]:
Etiraz aksiyalarında ölənlərin sayı 8-ə çatıb
21/10/2019 [12:40]:
Metyu Brayza: "Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib"
21/10/2019 [12:38]:
“Pakistan prezidentinin Azərbaycana gəlişi, verəcəyi bəyanatlar olduqca önəmlidir, çünki…”
21/10/2019 [12:38]:
Bərdədə ailə zəncirvari qəzaya düşdü: Beş yaralı
21/10/2019 [12:33]:
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
21/10/2019 [12:17]:
“Təəssüf ki, biz hələlik Qarabağdakı  qanunsuz “seçki”ləri durdurmaq iqtidarında deyilik...” 
21/10/2019 [12:07]:
Bu ərazidə qaz olmayacaq
21/10/2019 [12:05]:
Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
21/10/2019 [11:59]:
Hulusi Akar sərt DANIŞDI: “Bu alçaqlara qarşı yalnız döyüş meydanında deyil...”
21/10/2019 [11:54]:
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [11:46]:
Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimlə bağlı qərar verildi
21/10/2019 [11:45]:
“Hökumət elə davranır ki, sanki bu hadisələr Azərbaycanda yox, Cənubi Amerikada baş verir”
21/10/2019 [11:36]:
Stalinin qəbuluna 3 gündən sonra gələn əyyaş general – Faşistləri məğlub edən Popovu içki məğlub edib
21/10/2019 [11:31]:
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-da intensiv kurslara başlayıb
21/10/2019 [11:31]:
Erməni qəzetinin redaksiyasına basqın edildi: İttiham edilən yenə də türklər oldu...
21/10/2019 [11:29]:
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi apparatı Sankt Peterburqa səfər edib
21/10/2019 [11:25]:
Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin diqqətinə - Həkim MƏSLƏHƏTİ
21/10/2019 [11:21]:
“O, məni yaşamağa qoymur, hər gün onunla danışıram...”
21/10/2019 [11:13]:
Azərbaycanlı Kanada parlamentinə namizəddir - FOTO
21/10/2019 [11:04]:
Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi
21/10/2019 [11:03]:
Məhkəmə Suriyadakı döyüşlərdə iştirak edən azərbaycanlı ilə bağlı qərar verdi
21/10/2019 [10:58]:
Rusiyada faciə: Matəm elan olundu
21/10/2019 [10:47]:
BMT-dən Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı - BƏYANAT
21/10/2019 [10:45]:
Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
21/10/2019 [10:43]:
10 manata 3 aylıq limitsiz internet - Azərbaycanda Instagram dələduzluğu - VİDEO
21/10/2019 [10:43]:
Sən prokurorsan, yengə deyilsən!
21/10/2019 [10:41]:
Azərbaycanda yeni zavod açılır: “RUS AZERİ SPİRTS” zavodu Qusarda fəaliyyət göstərəcək
21/10/2019 [10:40]:
Seksual manyak peyda oldu - Polis hər yerdə onu axtarır
21/10/2019 [10:40]:
“Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”
21/10/2019 [10:39]:
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
21/10/2019 [10:38]:
“Bütün bunlar bəzi dairlərin heç də könüllərinə xoş gəlmir və çalışırlar ki..."
21/10/2019 [10:36]:
Xalq artistinin həyat yoldaşı vəfat etdi
21/10/2019 [10:35]:
Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı -FOTO
21/10/2019 [10:34]:
Azərbaycanda ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib
21/10/2019 [10:29]:
Azərkitab Kitab Mərkəzi” ilə Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb
21/10/2019 [10:25]:
Ölkə başçısının tapşırığına qarşı çıxan, islahatları əngəlləyənlər... - MÜRACİƏT
21/10/2019 [10:20]:
Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə...”
21/10/2019 [10:14]:
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
21/10/2019 [10:11]:
Əbu-Dabidə 8 min il yaşı olan mirvari nümayiş olunacaq
21/10/2019 [10:10]:
Müstəqilliyin şərəfinə on minlərlə insan bir araya gəldi - Video
21/10/2019 [10:09]:
Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır
21/10/2019 [10:08]:
22 yaşlı gənc üçüncü mərtəbədən yıxıldı
21/10/2019 [10:06]:
Düşmən atəşkəsi 22 dəfə pozdu
21/10/2019 [10:01]:
“Beşiktaş”da yeni prezident seçildi
21/10/2019 [10:01]:
Pakistan prezidenti Azərbaycana səfər edəcək
21/10/2019 [09:59]:
Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!”
21/10/2019 [09:58]:
Ermənilər Cəbrayılı artilleriya atəşinə tutdular - FOTOLAR
Bütün arxiv bir sırada
20/09/2019 [11:51] - Köşə - ( 4404 dəfə baxılıb)

“Mən yaltaq və rüşvətxor ola bilmədim... - cəzamı kəsin!..”

“Sizlərinsə layiqli cəzasını Allah özü verəcək...” 
“Mən  maddi-fiziki narahatlıq, qismən natəmizlik içində  yaşamağı mənəvi-əxlaqi çirkab bataqlığında lüks həyat sürməkdən üstün tutdum..."
Sultan Laçın

...O günləri bir məclisdə  yenə bir neçə “canıyanan” qohum-əqrəba, dost-tanış qəzəbli halda başımıın üstünü kəsdirmişdi. Elə bil, nəsə bunlara qarşı ağır bir cinayət törətmişəm. Deyirlər, yaşın əllini keçdi, o boyda şansları, imkanları buraxdın, bir vəzifəyə-filana gəlmədin ki, bizlərə də bir gün ağlayasan... 

“Ayə, nəinki sənin tayların, həmyaşıdların, səndən 20-25 yaş kiçik savadsızlar, dünənki uşaqlar müdir, rəis, başçı oldu, nazir oldu, amma sən cəmi bir il məktəb direktoru işləyib aradan çıxdın. Heç olmasa, bir-iki il işləyəydin, özünə bir gün ağlayaydın, bir ev alaydın da. 30 ildi, yataqxanada yaşayırsan... Torpaq-zad getdi e, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər getdi... Qayıtmayacaq... Öz dərdini çək. Balalarına, qohum-əqrəbana bir gün ağla. Bu xalqın dərdi elə sənə qalıb?..”- deyə məni top atəşinə tutdular.

Sakitcə cavab verdim ki, ay qardaş, məni 40 ildi tanıyırsız, amma hələ də xarakterimə bələd deyilsiz? Bilmirsiz ki, məndən vəzifə adamı olmaz?..

Yenə susmadılar, başladılar daha şiddətlə qabırğama döşəməyə:  

“Ə, niyə olmur ki, bu vəzifədə olanlar səndən artıqdı, ağlı, dərrakəsi, savadı, mədəniyyəti səndən çoxdu? Sadəcə, bir az dil-fel lazımdı, siyasət, fərasət lazımdı, qağa, fərasət!.. Ayə, tanıdığın babat, yeyib-dağıdan vəzifə sahiblərinin, deputatların qılığına gir, qoysunlar səni bir babat posta,  sən də qoşul onlara, ye-dağıt da... Sən nətər adamsan, ə?.. Sənin savadın bizdə olsa, inan ki, Bakının altını-üstünə çevirərdik... Yekə kişisən, nə vaxta qədər evsiz-eşiksiz maşınsız qalacaq, bir gün görməyəcəksən? Heç olmasa, uşaqlarına yazığın gəlsin!..”

Bu dəfə daha dözməyib mən də bu “canıyananlar”a dişimin dibindən çıxanı dedim:

“Qohumsunuz, tanışsınız... Siz danışdınız, mən dinlədim. İndi də siz məni dinləyin, amma sözlərimdən inciməyin. Gerçək düşündüklərimi deyəcəm... 

Görürəm ki, bundan sonra 50 il keçsə də, sizlər məni başa düşməzsiniz. Çünki dünyaya yalnız ev, villa, kabinet, ofis, maşın pəncərəsindən baxırsınız. Dar, bəsit düşüncəlisiniz, bu dünya həyatının gerçək mənasını anlamırsınız. Həyatda yalnız rahatlıq, yemək-içmək, əyləncə, ləzzət, şəhvət axtarırsınız... Odur ki, halal-haram, necə gəldi pul qazanıb, vəzifəyə-filana yiyələnib “5 günlük dünyada kef çəkməyi” güdürsünüz.  Ona görə daim özünüzü də, övladlarınızı da vəzifəyə çəkməyə çalışırsınız. Bir babat vəzifəli görəndə, az qalırsınız, əyilib ayaqqabılarını yalayasınız. Siz daldada rüşvətxorluqdan, korrupsiyadan, başçılardan, nazirlərdən şikayətlənsəniz də, qəlbinizdə onlar kimi yeyib-talamaq istəyirsiniz.  Siz rüşvətxorlar kimi olmaq istəməklə və onlara yaltaqlanmaqla, yeri gələndə, işinizin aşması üçün çəkinmədən rüşvət verməklə ölkədə korrupsiyanın, bürokratiyanın, özbaşınalığın, azğınlığın, əxlaqsızlığın çiçəklənməsinə şərait yaradırsınız. Bu dünya, bu məmləkət sizin kimi düşünüb yaşayan çoxüzlülərin, münafiqlərin, yaltaqların ucbatından bu gündədir. Yoxsa, tezliklə korrupsioner şəbəkənin də sonuna çıxarıq, Qarabağı da azad edərik... Mənə gəldikdə, sizin mənə qətiyyən canınız yanmır. Siz yalnız özünüzü, uzaqbaşı, övladlarınızı düşünürsüz. Yəni istəyirsiz ki, mən də hər hansı bir vəzifəyə keçib özümdən yuxarıdakı rüşvətxor, yaltaqlara yaltaqlanam, əlimin altındakı fağır-fuğaradan rüşvət toplayıb onlara  verəm və bu  minvalla “qabağa gedəm”. Sizlər də yığışasız başıma, sizləri də yemləyəm və “qabağa çəkəm”... Bir sözlə, kasıb-kusubun qəpik-quruşunu əlindən alıb ağlada-ağlada özümə də, qohum-əqrəbaya da “bir gün ağlayam”... 

Yataqxanada yaşamağıma gəldikdə, bəli, siz dediyiniz “fərasət” məndə olmadı, on illərlə halal müəllim, jurnalist qazancı ilə yaşadım, daim yalan, rüşvət, yaltaqlıq, ikiüzlülük olan işlərdən mümkün qədər uzaq durmağa çalışdım. Mən  maddi-fiziki narahatlıq, qismən natəmizlik içində yaşamağı şər, mənəvi-əxlaqi çirkab bataqlığında villa, saray tikməkdən, bahalı maşınlar alıb lüks həyat sürməkdən üstün tutdum. İkincisi də, didərginlik illərində fikrim-zikrim Qarabağda, Laçında, Şuşada qaldı, o yurdlar ermənidə ikən bu qərib yerlərdə yurd-yuva qurmağa əlim də açılmadı... 

Onu da bilin ki, kişilik yalnız evi, maşını olmaqla ölçülsəydi, indi Bakıda, xaricdə onlarla evi, villası olan korrupsioner kişilər(?) torpaqları çoxdan azad edərdi. Aygünlərın da, röyaların da, toliklərin də, samirlərin də evi, maşını var...  Və bizim kimi düşünən evsizlər, pulsuzlar, vəzifəsizlər, özlərini belələrindən qat-qat ucalıqda görür...

Amma siz istəyirsiniz ki, mən puldan-paradan, vəzifədən, evdən, maşından, müftə kababdan, eyş-işrətdən ötrü öz ruhumu, azadlığımı satıb Allahdan üz döndərim, onun düşmənləri qarşısında alçalım, onlar kimi alçaq, münafiq, çoxüzlü, yaltaq, vicdansız, əxlaqsız, rüşvətxor olum... 

Bilirəm, dediklərim sizə çatmayacaq və yalnız  o dünyada, Axirət günündə gerçəkləri anlayacaqsınız. Onda da çox gec olacaq... 

Xülasə, ay  “canıyananlarım”, birdəfəlik bilin ki, mən yaltaq və rüşvətxor ola bilmədim və inşallah, bundan sonra da ola bilməyəcəm. Artıq on illərdir ki, bu haqsız qınaqlarınızla  məni bezdirmisiniz. Hər görəndə mənə sanki qatı bir cinayətkar kimi baxırsınız.  İndi sizin qarşınızda  nə günah elədiyimi, hansı maddələrlə cinayət etdiyimi deyin və cəzamı kəsin ki, ürəyiniz soyusun... Amma onu da bilin ki, sizin kimi düşünüb yaşayanların və dəstək verdiyiniz korrupsioner, rüşvətxorlar, azğınlar şəbəkəsinin layiqli cəzasını, inşallah, həm bu dünyada, həm Axirətdə Uca Yaradan özü verəcək!.. O günün gələcəyinə qəti şübhəm yoxdur...

Allah özü ruhumuzu, azadlığımızı qorusun!.. 

Sultan Laçın 

loading...
loading...
"Məhdud sayda anarxistlərin niyyətləri, polisin yüksək peşəkarlığı hesabına baş tutmadı"
Sən prokurorsan, yengə deyilsən!
Dəmlədikləri çay sonları oldu - DƏHŞƏT...
Çirkli hava baxın nəyə səbəb olur - QORXUNC ARAŞDIRMA
İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Rusiyada strateji nüvə təlimlərində fiasko: Putin düyməni basdı, raket şaxtadan çıxmadı...
Müsahibə
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
Müsahibə
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Cəmiyyət
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
Hadisə
"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?
Həftənin ən çox oxunanları
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247