“Ermənilər istəyir lap Marsda səfirlik açsın...”
Xəbər verdiyimiz kimi, Ermənistan yaxın gələcəkdə İsraildə öz səfirliyini açacağını bəyan edib.
Maraqlıdır, düşmənin
İsraildə səfirlik açması Azərbaycanın maarq və mənafeyləri üçün dolayısı ilə də
olsa təhdid təşkil edirmi?
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə baş verənlərin
Azərbaycan üçün təhlükə kəsb etmədiyini vurğuladı:
“Ermənistanın bu addımı
Azərbaycan üçün təhlükə kəsb etmir. Ermənistan istəyri lap Marsda səfirlik
açsın, bunun Azərbaycana bir zərəri yoxdur. Bizim Ermənistanla qarşıdurmamızın
kökündə işğal edilmiş torpaqlarımız dayanır. Orada Ermənistanın işğalçı ordusu yerləşib.
Onlarla üzbəüz mövqelərdə isə bu torpaqları azad etməli olan Azərbaycan ordusu
dayanıb. Baş verənlərin mahiyyəti bundan ibarətdir.
Ermənistan İsraildə səfirlik
açmaqla əsasən qondarma “erməni soyqırımı”nı tanıtmaq niyyətindədir. İsrail isə
heç vaxt “erməni soyqırımı”nı tanımayacaq. Çünki soyqırım məsələsi böyük bir
siyasi kapital gətirən layihədir. Bu layihədən yəhudilər yetərincə
faydalanırlar. Onlar aimkan verməzlər ki, ermənilər gəlib bu layihəyə
qoşulsunlar və burdan fayda götürsünlər”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247