Xəbər lenti
21/10/2019 [15:04]:
“Ümumi götürəndə Azərbaycanda televiziyanın vəziyyəti rəzildi...”
21/10/2019 [15:02]:
Biləcəridə qaz niyə kəsilib?
21/10/2019 [15:02]:
“Ziya Məmmədova məktub yazıb təklif etdim ki, dayanacaqlarda kitabxana yaradaq, amma...”
21/10/2019 [15:00]:
Azərbaycanlı deputatdan AÇIQLAMA: “Saakaşvili Gürcüstana piyada gələsi deyil ki?”
21/10/2019 [14:45]:
"Bakı-Tbilisi-Qars dəmiryolu cox böyük bir meqa layihədir" -Tanınmış diplomat
21/10/2019 [14:43]:
"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni
21/10/2019 [14:41]:
Mingəçevirdə doğuş zamanı körpə öldü
21/10/2019 [14:37]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ
21/10/2019 [14:37]:
“Onlar bir-birini necə tapıb?” - Aygünlə Nigar haqda
21/10/2019 [14:21]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/10/2019 [14:15]:
“Polis mitinqdə çox səbirli davranırdı”
21/10/2019 [14:13]:
Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq
21/10/2019 [14:09]:
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
21/10/2019 [13:55]:
Rəngli inqilabın Bakıya sıçramasının önü necə kəsilə bilər – ABŞ-ı ittihamla, yoxsa müxalifəti öz yanına çəkməklə?
21/10/2019 [13:50]:
Deputatdan ETİRAZ: “O hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi”
21/10/2019 [13:44]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib
21/10/2019 [13:40]:
"Azərbaycan dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edib"
21/10/2019 [13:36]:
Səməd Seyidov: "Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir"
21/10/2019 [13:34]:
Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"
21/10/2019 [13:34]:
ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb
21/10/2019 [13:32]:
Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı
21/10/2019 [13:31]:
Azərbaycanlı aktrisa müğənniliyə başladı - VİDEO
21/10/2019 [13:29]:
“Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir”- VİDEO
21/10/2019 [13:26]:
"Məhdud sayda anarxistlərin niyyətləri, polisin yüksək peşəkarlığı hesabına baş tutmadı"
21/10/2019 [13:24]:
Rusiyada strateji nüvə təlimlərində fiasko: Putin düyməni basdı, raket şaxtadan çıxmadı...
21/10/2019 [13:21]:
Xalq artisti: “Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim” - VİDEO
21/10/2019 [13:21]:
Azərbaycan diaspor təşkilatının sədri İtalyada daha bir önəmli mükafata layiq görülüb - FOTOLAR
21/10/2019 [13:21]:
Bakıda bu ünvanlardakı köhnə binalar söküləcək - SİYAHI
21/10/2019 [13:20]:
Sabahın hava proqnozu AÇIQLANDI
21/10/2019 [13:16]:
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin olunub
21/10/2019 [13:13]:
Bakıda telefonla oynayan sürücü ağır qəza törətdi - ANBAAN VİDEO
21/10/2019 [13:05]:
Eldəniz Səlimov: “İnqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb”
21/10/2019 [13:01]:
“Azərenerji”nin özəlləşdirilməyə getməsi təkzib olundu
21/10/2019 [13:01]:
“Terrorçuların 35 saatı qalıb, əks təqdirdə...”
21/10/2019 [13:00]:
Emin Ağalarov: “Dünən bir daha fəxr etdim ki, mən azərbaycanlıyam!”
21/10/2019 [12:59]:
Keçən il buraxılış imtahanı verənlər bu il bir imtahan verəcək
21/10/2019 [12:59]:
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
21/10/2019 [12:57]:
“Həmin vətəndaşlardan üzr istəyirəm” - Prezidentin köməkçisi + Video
21/10/2019 [12:56]:
"Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir"
21/10/2019 [12:53]:
Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO
21/10/2019 [12:50]:
"Siyahıyaalınmaya ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, təəssüf ki..."
21/10/2019 [12:49]:
Oksana: “Onları kişi saymıram”
21/10/2019 [12:46]:
Vladimir Solovyev: "Azərbaycanı sarsıtmaq alınmayacaq"
21/10/2019 [12:44]:
Sürücülərlə bağlı yeni - QƏRAR
21/10/2019 [12:41]:
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
21/10/2019 [12:40]:
Etiraz aksiyalarında ölənlərin sayı 8-ə çatıb
21/10/2019 [12:40]:
Metyu Brayza: "Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib"
21/10/2019 [12:38]:
“Pakistan prezidentinin Azərbaycana gəlişi, verəcəyi bəyanatlar olduqca önəmlidir, çünki…”
21/10/2019 [12:38]:
Bərdədə ailə zəncirvari qəzaya düşdü: Beş yaralı
21/10/2019 [12:33]:
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
21/10/2019 [12:17]:
“Təəssüf ki, biz hələlik Qarabağdakı  qanunsuz “seçki”ləri durdurmaq iqtidarında deyilik...” 
21/10/2019 [12:07]:
Bu ərazidə qaz olmayacaq
21/10/2019 [12:05]:
Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
21/10/2019 [11:59]:
Hulusi Akar sərt DANIŞDI: “Bu alçaqlara qarşı yalnız döyüş meydanında deyil...”
21/10/2019 [11:54]:
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [11:46]:
Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimlə bağlı qərar verildi
21/10/2019 [11:45]:
“Hökumət elə davranır ki, sanki bu hadisələr Azərbaycanda yox, Cənubi Amerikada baş verir”
21/10/2019 [11:36]:
Stalinin qəbuluna 3 gündən sonra gələn əyyaş general – Faşistləri məğlub edən Popovu içki məğlub edib
21/10/2019 [11:31]:
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-da intensiv kurslara başlayıb
21/10/2019 [11:31]:
Erməni qəzetinin redaksiyasına basqın edildi: İttiham edilən yenə də türklər oldu...
21/10/2019 [11:29]:
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi apparatı Sankt Peterburqa səfər edib
21/10/2019 [11:25]:
Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin diqqətinə - Həkim MƏSLƏHƏTİ
21/10/2019 [11:21]:
“O, məni yaşamağa qoymur, hər gün onunla danışıram...”
21/10/2019 [11:13]:
Azərbaycanlı Kanada parlamentinə namizəddir - FOTO
21/10/2019 [11:04]:
Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi
21/10/2019 [11:03]:
Məhkəmə Suriyadakı döyüşlərdə iştirak edən azərbaycanlı ilə bağlı qərar verdi
21/10/2019 [10:58]:
Rusiyada faciə: Matəm elan olundu
21/10/2019 [10:47]:
BMT-dən Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı - BƏYANAT
21/10/2019 [10:45]:
Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
21/10/2019 [10:43]:
10 manata 3 aylıq limitsiz internet - Azərbaycanda Instagram dələduzluğu - VİDEO
21/10/2019 [10:43]:
Sən prokurorsan, yengə deyilsən!
21/10/2019 [10:41]:
Azərbaycanda yeni zavod açılır: “RUS AZERİ SPİRTS” zavodu Qusarda fəaliyyət göstərəcək
21/10/2019 [10:40]:
Seksual manyak peyda oldu - Polis hər yerdə onu axtarır
21/10/2019 [10:40]:
“Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”
21/10/2019 [10:39]:
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
21/10/2019 [10:38]:
“Bütün bunlar bəzi dairlərin heç də könüllərinə xoş gəlmir və çalışırlar ki..."
21/10/2019 [10:36]:
Xalq artistinin həyat yoldaşı vəfat etdi
21/10/2019 [10:35]:
Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı -FOTO
21/10/2019 [10:34]:
Azərbaycanda ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib
21/10/2019 [10:29]:
Azərkitab Kitab Mərkəzi” ilə Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb
Bütün arxiv bir sırada
20/09/2019 [12:27] - Cəmiyyət - ( 15018 dəfə baxılıb)

"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"



Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. 

Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:

Birinci Hissə  (  www.moderator.az/news/285988.html )


Üçüncu Hissə  (  www.moderator.az/news/286958.html )



– Polkovnik, siz əvvəlcə OMON-un şəhərdəki özbaşınalıqlarının qarşısını alın. Azğınlıq etməsinlər, cinayət törətməsinlər, qanunlara tabe olsunlar. Bu sizin xidməti vəzifənizdir. Qalan məsələlərə, xüsusilə, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur. Sağ olun, – deyə Parlamentin sədr müavini Afiyəddin Cəlilov telefon dəstəyini əsəbiliklə yerinə qoydu.

Azərbaycan Respublikası ağır günlərini yaşayırdı. Ölkədə xaos tüğyan edirdi. Silahlı dəstələrə rəhbərlik edən bəzi vəzifə sahibləri özlərini hakim-mütləq kimi aparırdılar. İstədiklərini tutub dama basdırır, döydürür, vəzifələrə qoydurur və ya çıxarırdılar. Əmlaklarını, pullarını müxtəlif yollarla alırdılar. Xüsusilə, ayrı-ayrı iş adamlarının “iddialarını” güc hesabına həll edirdilər. Borclulardan qəsb olunan pulların böyük hissəsi onlara qalırdı. Hüquq mühafizə orqanları aşılanmaya məruz qalmış, insanlar qorxu və zillət içərisində idilər, ümüdlərini Prezident Heydər Əliyevə bağlamışdılar.

Dünyanın çarxı dönmüş, cəmiyyətdə mütləq tarazlıq pozulmuşdu. Ümumilikdə Dövlət aparatı köhnəlmiş arabanı xatırladırdı. Sürücüdən asılı olmayan səbəblər üzündən cır-cır cırıldayırdı. Buna baxmayaraq, çala-çuxur yollarla mənzilə doğru inamla irəliləyirdi. Prezident inanırdı ki, bu arabanın yenisi ilə əvəz edilməsinə müəyyən zaman lazımdır. Prezident isə mütləq buna nail olacaqdı.

Bir anlıq pəncərədən bayıra baxdı. Artıq qaranlıq düşmüşdü. Sonra saatına baxdı, ona işləyirdi. Daxili telefonun dəstəyini götürdü.

– Bəli, Afiyəddin müəllim! – sədr Rəsul Quliyevin yoğun səsi eşidildi.

– Salam, Rəsul müəllim! Axşamınız xeyir. Necəsiniz?

– Hər vaxtınız xeyir. Sağ olun, Afiyəddin müəllim. Siz necəsiniz? Səsinizdən əsəbləşdiyiniz hiss olunur. Nəsə olub?

– Sağ olun, Rəsul müəllim, yaxşıyam. Elə-belə bir nəfərlə kəskin danışığımız oldu. Inanıram bu da ötüb keçər.

– Afiyəddin müəllim, acılı-ağrılı anlar yaşayırıq. Süleyman peyğəmbər demişkən, bu da ötüb keçər.

– Rəsul müəllim, mənimlə işiniz yoxdursa, icazə verin gedim evə!

– Afiyəddin müəllim, gedə bilərsiniz, bir işim yoxdur. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sağ olun. Səhər görüşənədək.

– Afiyəddin müəllim, ehtiyatlı olun.

– Oldu, Rəsul müəllim, evə gedirəm.

Telefon dəstəkləri yerinə qoyuldu.

Qəzavü-qədər... Görəsən, insanlar gündəlik həyatlarında, evdən çıxıb işə gedəndə və ya işdən çıxıb evə qayıdanda, ya da bir məclisdə yeyib-içəndə bu qəzavü-qədər haqqında düşünürlərmi? Görəsən, dostlar mübahisə edəndə, sevgililər küsüşəndə qəzavü-qədər haqqında düşünürlərmi? Görəsən, ana balasına son dəfə süd verib ayrılanda qəzavü-qədərin bu ayrılığın əbədi olacağı səbəbini dərk edirmi? Görəsən, bəşər övladı kiminsə səsinin eşitdiyi son səs olacağını düşünürmü? Bəs, qəlbi ehtizaza gətirən musiqi necə, bu səsi bir də sabah eşitmək ona qismət olacaqmı? Bəs, Günəşi görmək, ilk bahar çiçəklərinin ətrini duymaq, sayrışan ulduzları görmək, sevgilisinin təbəssümünün şirinliyini dadmaq, ətrini hiss etmək, doğma balasını ağuşuna almaq son dəfə ona qismət olacaqmı?

Bəlkə də müdriklər ona görə söyləmişlər ki, hər gününü, hər anını son günün kimi yaşa. Peyğəmbərimiz Məhəmməd (ə.s.ə.v.) bəlkə də ona görə deyib ki: “Gündə 20 dəfə ölüm haqqında düşünən şəxs cənnətə düşəcəkdir.”

Çünki ölümün yaxında olduğunu bilmək olar, ancaq ondan qorxmamaq gərəkdir. Ölüm qorxusu zaman-zaman insanları kişilikdən, cəsarətdən, qəhrəmanlıqdan, dəyanətdən məhrum edərək miskin bir qula çevirir. Yaşamaq eşqi şərəf və ləyaqəti məhv edərək şəxsiyyəti simasızlaşdırır.

1993-cü ildə Parlamentinin iclaslarının birində iclasın gedişindən narazı qalan Baş nazir Surət Hüseynov hiddətləndi. Üzünü deputatlara tutub dedi:

–Mən gərək sizlərin bir qismini Azadlıq meydanında dar ağacından asdıraydım.

Bu an Parlament “qurbağa gölünə atılan daş”ın yaratdığı vəziyyəti andırdı. Deputatlardan heç kəs cürət edib, Surətin bu hegemonluğuna, fironluğuna qarşı çıxıb cavab vermədi. Ona görə ki, şirin canlarını daha üstün tutdular.

Afiyəddin Cəlilov kreslosundan durmadan selektorun düyməsini basıb köməkçisinə dedi:

– Mayıla deyin, maşını hazırlasın, aşağı düşürəm.

Sonra ayağa qalxıb qapıya sarı getdi. O, sonuncu dəfə iş otağını tərk edirdi, bir daha bura qayıtmayacaqdı. O, sonuncu dəfə köməkçisinə: “Gecəniz xeyrə qalsın, qapını bağlayıb möhürləyin, evinizə gedin”, – dedi. Sonuncu dəfə tanış pillələri enib, xidməti avtomobilinə mindi. Sonuncu dəfə Milli Məclisin binasını və həyətini tərk etdi.

Həqiqətən, nəyin başlanğıcı varsa, onun sonu da var. Bu iki anlayış – başlamaq və sona çatdırmaq – həyatımız və ömrümüzlə qırılmaz tellərlə bağlıdır.

– Mayıl, axşamın xeyir, – o, avtomaşının arxa sağ oturacağına oturub salamlaşdı, – sür evə.

Hava həmişəki kimi yenə küləkli idi. Bir neçə dəqiqə sonra avtomobil Prezident aparatının qarşısından aşağı endi. Afiyəddin Cəlilov Ağ evin beşinci mərtəbəsinə baxdı. Prezident beşinci mərtəbədə otururdu. Onun kabinetinin pəncərələrindən işıq gəlmirdi. İndi o, çox-çox uzaqlardaydı. Azərbaycanın xoş gələcəyi üçün Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında çıxış etməli idi. Vacib görüşlər keçirirdi. Xüsusilə, ABŞ-ın prezidenti Bill Klinton ilə görüşü mühüm əhəmiyyət kəsb edəcəkdi. Ürəyində: “O, sanki özünə qəsd edir, yorulmaq bilmir” dedi. Bu onun sonuncu dəfə Prezidentin fəaliyyəti haqqında düşüncələri idi.

Maşın yoldan sağ tərəfə buruldu, iki binanın arasından keçib, sola döndü, birinci blokun girəcəyinə yaxın dayandı. Girəcəkdə işıq yanmırdı.

– Afiyəddin müəllim, uşaqlar yenə də girişdəki elektrik lampasını sındırıblar. Siz bircə dəqiqə gözləyin, mən maşının işıqlarını girəcəyə salım ki, siz düşüb evə gedə biləsiniz , – dedi.

– Yaxşı.

Mayıl dərhal maşının işığını binanın girəcəyə saldı.

“Gecən xeyrə qalsın”, – deyə Cəlilov “Mersedes”in qapısını açıb düşdü və qapısını örtdü. Bu onun sonuncu dəfə xidməti avtomobilinin qapısını örtməsi oldu və sonuncu dəfə yaşadığı binanın girəcəyinə daxil oldu. Lakin o, bunların sonuncu olduğunu, ömrünün son dəqiqəsi və son anları olduğunu bilmirdi. Acı və şirin duyğular hərarətli qəlbində yaşamaqda idi.

O, mənzilinə çatmaq üçün pilləkənlə yuxarı qalxdı. Lakin bu onun sonuncu gəlişi idi. Sağ ayağını sonuncu pilləyə qoydu və liftin düyməsini basmaq üçün sola döndü. Düyməni basdı, qapı açıldı. Lakin içəri daxil ola bilmədi. “Geri dönün” komandasını eşitdi. Liftdən düşən işıqda avtomat lüləsinin ona tərəf tuşlandığını gördü. Avtomat bəstəboylu, əynində plaş materialından idman forması geymiş 28-30 yaşlı bir gəncin əlindəydi. Onun arxasında isə eyni idman forması geyinmiş, lakin boyu bir qədər hündür olan əli avtomatlı bir gənc dayanmışdı.

Afiyəddin Cəlilov sol çiyni üstə geri döndü. Boğuq səs eşidildi. Boynunun ardından aldığı atəş zərbəsi onu irəli atdı, bir anda gözləri qaraldı, arxa divara qırmızı qan damlaları çiləndi . O, yerə yıxıldı və heç nə deyə bilmədi.

Maşının yanında dayanan Mayıl Cəlilovun yıxıldığını görüb içəri yüyürdü. Pilləkənin başına çatanda maskalı, əli avtomatlı bir nəfəri gördü, məsələnin mahiyyətini dərk etdi, cəld geri dönüb bayıra qaçdı. Lakin arxadan atılan güllədən canını qurtara bilmədi, üzü üstə yerə yıxıldı. Bu onun son qaçışı, son dəfə qorxu duyğusu oldu. Bir neçə dəqiqədən sonra artıq heç bir ağrı hiss etmirdi. Onun üçün bu həyatın labüd qayğıları, əzab-əziyyətləri, nigarançılıqları sona çatmışdı. Elə Afiyəddin Cəlilovun da...

Girəcəkdən bir-birinin arxasınca idman kostyumunda və birinin əlində idman çantası olan iki nəfər çıxdı. Onlar sağa buruldular. Sürətli addımlarla qonşu binanın arxasına doğru irəlilədilər. Səməd Vurğun bağının yanında üçüncü şəxs onlara yanaşdı. Bəstəboy gənc dedi:

– Fikrət, komandirə de ki, tapşırıq yerinə yetirildi Afiyəddin Cəlilovu və sürücüsünü də qətlə yetirdik.

Sonra onlar idman çantasını VAZ-2108 markalı avtomobilin baqajına yerləşdirdilər. Dəmiryolu vağzalının yanındakı küçədə UAZ markalı avtomaşına minib getdilər.

Səhərisi gün bəstəboy gənc dünən gecə görüşdüyü şəxslə VAZ-2108 markalı avtomobilin yanında peyda oldu. Hər ikisi maşına oturub, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsindəki 23-cü binanın həyətinə gəldilər və avtomobili orada saxladılar. Maşını idarə edən gənc yük yerindən idman çantasını götürdü. Qapıları bağladıqdan sonra çıxıb getdilər.

Qorxaqlar

02 oktyabr 1994-cü ildə Mahir Cavadovun başçılıq etdiyi Xüsusi Təyinatlı Polisin bir qrup dəstəsi Respublika Prokurorluğuna silahlı basqın etdi. “Gecə yarısı qətl” kitabında baş verən hadisələri ətraflı təsvir etmişik.

03 oktyabr 1994-cü il. Nəsimi rayon Polis idarəsinin 20-ci bölməsindəki növbətçi otağında zəng çalındı. Səhər iş vaxtı yenicə başlanmışdı. Növbətçi zabit dəstəyi götürdü.

– Eşidirəm, – dedi.

– Yoldaş növbətçi, mən Topçubaşov küçəsindəki 23 nömrəli binada yaşayıram. 4-5 gündür ki, bizim həyətdə qara rəngli VAZ-2108 markalı P-25-28 AZ nömrəli bir maşın dayanır. Sahibi bəlli deyil. Onu mənim maşınımın yerində saxlayıblar. Maşının içində silah və hərbi sursat var. Pəncərəsindən görmək olur. Xahiş edirəm, bir tədbir görəsiniz.

– Aydındır, məlumatınız qəbul olundu. Adınızı və soyadınızı, ünvanınızı deyin. Dərhal tədbir görərik.

Növbətçi dəstəyi yerinə qoyub, bölmə rəisi Dəmirovun birbaşa telefonunun dəstəyini götürdü. Ikinci çağırış zəngində Dəmirov selektorun düyməsini basıb:

– Eşidirəm, – dedi.

– Cənab rəis, indi məlumat aldım ki, Topçubaşov küçəsindəki 23-cü yaşayış binasının həyətində sahibsiz bir 2108 markalı avtomobil var, içərisində də silah və sursat.

– Yaxşı, indi ora əməliyyat işçilərini göndərərəm.

On dəqiqə keçməmiş əməliyyat işçiləri artıq avtomobilin yanında idilər. Qara rəngli 2108 markalı “Jiquli”nin içərisində, arxa oturacağın üstündə tank əleyhinə RPQ-7 markalı qumbaraatan, qumbaralar və digər hərbi sursatları pəncərədən görmək olurdu.

Sakinlərlə ilk sorğu-sual bir nəticə vermədi, avtomobilin sahibini müəyyən etmək mümkün olmadı. Polis işçiləri avtomobili polis bölməsinə aparmağı qərara aldılar. Yarım saatdan sonra polis şöbəsində avtomobilə baxış keçirildi.

Polis bölməsinin əməliyyat müvəkkili İsmayılov və avtomobilə baxışda iştirak edənlər tərəfindən protokol imzalandı. Protokol avtomobildə bir ədəd RPQ-7 markalı qumbaraatanın, iki ədəd qumbaranın, iki ədəd 7.62 mm kalibrli avtomat qundağının, bir ədəd içərisində 23 ədəd 7.62 mm kalibrli patron olan sandıqcanın, bir ədəd maskanın, bir ədəd əsgər üçün yay papağının, polietilendən hazırlanmış uzun hərbi geyim, bir ədəd plaş-örtüyün, iki ədəd biri Baş Polis İdarəsinin, digəri isə Dövlət Avtomobil Müfəttişliyinin kanalında tənzimlənən ratsiyanın, bir ədəd AKM avtomat silahının lüləsinin uc hissəsinə keçirilmiş kompensatorun, bir ədəd başlıqlı gödəkcənin, bir tay əlcəyin və bir cüt ağ idman ayaqqabısının olduğunu təsdiqləyirdi.

Dövlət Yol Polisinə göndərilən sorğunun cavabından məlum oldu ki, bu avtomobil heç bir yerdə qeydiyyatdan keçməyib. Avtomobilin nömrəsi isə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Əliyev Vüqar Xanağa oğluna məxsus olan VAZ markalı avtomobilə məxsusdur.

Ə.İsmayılov eyni zamanda növbətçi otağındakı “Hadisələr kitabı”nda da müvafiq qeydlər apardı. (324 saylı qeydiyyat). Şöbə rəisi Dəmirov Daxili işlər nazirliyinin müvafiq təlimatına əsasən bu faktlar barədə Bakı şəhər Baş Polis İdarəsinə, Nəsimi rayon Polis idarəsinə və Nəsimi rayon prokurorluğuna məlumat verilməsi barədə məktub hazırlanmasına göstəriş verdi. 10-15 dəqiqə sonra məlumatlar qeyd edilən ünvanlara çatdırıldı.

Lakin Xüsusi Təyinatlı Polis dəstəsinin Prokurorluğa basqını Topçubaşov küçəsində 23 nömrəli binanın qarşısındakı 2108 “Jiquli” markalı avtomobili vaxtında götürməyə imkan vermədi.

Oktyabrın 3-də axşamçağı “bəstəboy” ləqəbli gənc avtomobili həyətdən götürmək tapşırığını aldı. Digər tərəfdən, avtomobil ona hava-su kimi lazım idi. O, Xüsusi Təyinatlı polis dəstəsinin bazasından evinə gedib gəlmək üçün nəqliyyat vasitəsi tapa bilmirdi.

Hava qaralanda o artıq həyətdəydi. Lakin “Jiquli”ni yerində görmədi. Yaxınlıqda bir neçə yeniyetmə söhbət edirdi. Bəstəboy gənc onlara yaxınlaşdı. Onun zahirii görünüşü, xüsusilə də, burnu və kobud əlləri, eləcə də, çiynindən azacıq yuxarısı, başını boksçusayağı vurdurması və bir də baxışları idmançı olmasına dəlalət edirdi.

– Uşaqlar, mən qara rəngli 2108 “Jiquli”mi burda saxlamışdım. Indi isə yerində yoxdur. Bilmirsiniz onu burdan kim aparıb?

Uşaqlardan biri dilləndi:

– Əmi, dünən polislər bura tökülüşmüşdülər. Onlar maşını apardılar şöbəyə.

Bəstəboy gənc bir söz demədən geriyə döndü və onu binadan bir qədər aralıda gözləyən UAZ-a tərəf addımladı. Maşına oturar-oturmaz dedi:

– Maşını dünən polis bölməsinə aparıblar. Sür gedək bazaya.

O, bazada Fikrəti axtardı. Onu komandirin oturduğu ikinci mərtəbədə tapdı. Fikrət Makedon ləqəbli OMON-çu ilə söhbət edirdi. Dərhal ona:

– Maşını polis bölməsinə aparıblar, – dedi.

– Hardan bilirsən? – deyə Fikrət soruşdu.

– Getmişdim götürməyə, yerində yox idi. Həyətdəki uşaqlardan soruşdum. Axı, bu uşaqlar çox şey bilirlər. Dedilər ki, polislər gəlmişdilər, onlar götürüb apardılar. Indi nə edək? Bəlkə komandirə deyək?

– Yox, çalışaq özümüz götürək, əgər mümkün olmasa onda deyərik. Makedon, bəlkə sən uşaqları da götürüb, Dəyanətlə gedib bölmədən maşını götürəsiniz?! Deyərsiniz ki, bu avtomaşın OMON-undur. Onlar qorxaq şeydilər, dərhal verəcəklər.

– Hə, nə olar, gedərəm. Ancaq məsələ qəlizləşə də bilər, – Makedon dedi.

– Onda səhər gedin, – deyə Fikrət məsləhət gördü.

Səhəri gün Dəyanət, Makedon və üç nəfər OMON-çu Makedonun 2106-“Jiquli”sində 20-ci polis bölməsinə gəldilər. Üç nəfər OMON-çu Makedonun məsləhətinə görə maşında qaldı. Dəyanət Makedonla bölməyə daxil olub, növbətçidən rəisin bölmədə olub-olmadığını soruşdu. Növbətçi bildirdi ki, bölmə rəisinin müavini yerindədir.

Makedon qabaqda, o isə arxada ikinci mərtəbəyə qalxdılar. Nəhayət, qapıların üzərindəki yazıları oxumaqla rəis müavinin kabinetini tapdılar.

Makedon qapını döydü.

– Buyurun, – deyə içəridən səs eşidildi.

Makedon qabaqda, Dəyanət isə onun arxasınca kabi- netə keçdilər. Hər ikisi birdən:

– Salam Aleyküm ,– dedilər.

– Salam, buyurun əyləşin.

– Sağ olun, rəis. Biz OMON-un əməkdaşlarıyıq, dünən gətirdiyiniz qara 2108 markalı “Jiquli” maşınını aparmağa gəlmişik. Maşın OMON-a məxsusdur.

– Bunu ancaq rəis edə bilər, o indi yerində yoxdur. Gözləyin gəlsin, icazə versə apararsınız.

– Sağ olun, – deyib Makedonla Dəyanət otaqdan çıxdılar. Növbətçiyə tapşırdılar ki, 2108 “Jiquli” markalı maşını polis içşıləri əziblər, iki saata düzəldin, gəlib aparacağıq.

Lakin Makedon və Dəyanət rəisi gözləmədən çıxdılar. Artıq onu bayırda gözləyən silahdaşları ilə “Jiquli”yə oturub, 8-ci kilometr qəsəbəsindəki OMON-un bazasına qayıtdılar.

Fikrət onları gözləyirdi.

–2108-i götürə bilmədik. Maşın əzik-əzikdir. Nömrələrini götürdük. Içindəki silah və sursatları da götürüblər, – dedi, – vəziyyət o qədər də yaxşı deyil.

Fikrət qara “Jiquli”dən götürülənlərin istintaq üçün əhəmiyyətini dərk edirdi. Bu hadisənin Rövşənlə Mahiri hiddət ləndirəcəyini bilirdi, lakin gecikmək də olmazdı, tədbir görülməli, silahlar maşınla birlikdə geri alınmalı idi.

– Yaxşı, mən Rövşənlə danışaram. Siz isə buralarda olun, – deyib Fikrət ikinci mərtəbəyə qalxdı.

Qəbul otağında növbətçidən Rövşənin yanında kimin olduğunu soruşdu.

Növbətçi dedi:

– Kənan Gürel içəridədir. Bir saat olar ordadır, çıxmaq bilmir. Bu türk deyəsən Rövşən müəllimin qılığına çox girib. Onu yanından heç yana buraxmır.

– Sən dəstəyi qaldır və bildir ki, mən təcili onunla görüşmək istəyirəm.

– Baş üstə, rəis, – deyə növbətçi OMON-çu hırıldadı.

Telefonun dəstəyini qaldırdı.

– Eşidirəm, – kəlməsini eşidən növbətçi:

– Cin Fikrət sizi görmək istəyir.

Rəis dedi:

– Yaxşı, Kənan bəy çıxandan sonra gələr.

On dəqiqə keçməmiş qapı açıldı və astanada Kənan, onun arxasınca Rövşən Cavadov göründü. Onlar sağollaşıb ayrıldılar. Cavadov geri döndü.

Birbaşa telefonun zəngi çalındı. Növbətçi dəstəyi götürdü:...

loading...
loading...
"Məhdud sayda anarxistlərin niyyətləri, polisin yüksək peşəkarlığı hesabına baş tutmadı"
Sən prokurorsan, yengə deyilsən!
Dəmlədikləri çay sonları oldu - DƏHŞƏT...
Çirkli hava baxın nəyə səbəb olur - QORXUNC ARAŞDIRMA
İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Ziya Məmmədova məktub yazıb təklif etdim ki, dayanacaqlarda kitabxana yaradaq, amma...”
Dünya
Rusiyada strateji nüvə təlimlərində fiasko: Putin düyməni basdı, raket şaxtadan çıxmadı...
Müsahibə
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
Müsahibə
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Cəmiyyət
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
Həftənin ən çox oxunanları
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247