Xəbər lenti
19/10/2019 [07:04]:
Quranın “Fəcr” surəsində İmam Hüseynə (ə) işarə edilir...
19/10/2019 [01:29]:
"Lazarev klubu"ndan erməni həyasızlığı: “Zatulin süddən çıxmış ağ qaşıqdır...”
19/10/2019 [00:18]:
Rusiyanın nüfuzlu spirtli içki istehsalçısı Qusarda araq zavodu açır - "RusAzeri Spirits"
18/10/2019 [23:50]:
Şimal maralları təhlükədə: ovlanması qadağan ola bilər
18/10/2019 [23:37]:
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
18/10/2019 [23:25]:
Nazarbayevin nəvəsi həbs olundu - QƏRİBƏ İTTİHAM...
18/10/2019 [23:16]:
Balıqçılar 3 metrlik akula tutdu - İNANILMAZ + FOTOLAR
18/10/2019 [23:15]:
Anadolu Universiteti nüfuzlu diplomatın ziyarətini əsgər salamı ilə qarşıladı - FOTOLAR
18/10/2019 [22:04]:
Bakıda  yenicə yaradılan  ''Kitab dayanacağı'' söküldü-VİDEO
18/10/2019 [21:58]:
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
18/10/2019 [21:43]:
"Suriyadan Türkiyəyə pənah gətirmiş 4 milyon qaçqına 40 milyard dollar xərcləmişik..."
18/10/2019 [21:24]:
SDU-da BDU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
18/10/2019 [21:18]:
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB növbəti tədbirini Şabranda keçirdi
18/10/2019 [21:16]:
Heydər Əliyev Fondu ilə UNİCEF arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
18/10/2019 [20:44]:
“Azərsu” ASC-nin sədri Lənkəranda sakinləri qəbul edib
18/10/2019 [20:31]:
“Ronaldu məni əsgər salamı ilə qarşıladı”
18/10/2019 [20:29]:
Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı - VİDEO
18/10/2019 [19:52]:
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
18/10/2019 [19:50]:
Məleykə Əsədova: “Gənc qızları psixoloqa göndərin” - VİDEO
18/10/2019 [19:48]:
Rayon başçısı Kamilov pambıqçını döyür və iyrənc söyüşlər yağdırır...- "Prezident plana görə anamı ağladacaq..."
18/10/2019 [19:42]:
Ərdoğan bu böhrandan zəfərlə çıxdı - Rusiya mediası
18/10/2019 [19:41]:
ABŞ-dan Şuşadakı erməni tələbələrə təqaüd göndəriləcək...
18/10/2019 [19:41]:
Mübariz Mənsimov gitarada çalıb oxudu - VİDEO
18/10/2019 [19:37]:
Əliməmməd Nuriyev: “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
18/10/2019 [19:36]:
Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib
18/10/2019 [19:32]:
Əhaliyə şad xəbər: Maaş artımı üçün dörd milyard manat ayrılacaq
18/10/2019 [19:31]:
Azərbaycan hərbi xərclərini artırır
18/10/2019 [19:30]:
Xərçəng xəstəliyi ilə mübarizə üçün 46,4 milyon manat ayrılacaq
18/10/2019 [19:18]:
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri DGKA-da olub
18/10/2019 [19:12]:
Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu
18/10/2019 [19:05]:
Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı
18/10/2019 [18:58]:
Ərdoğandan Əsədlə bağlı inanılmaz sözlər: “Ailəvi yaxın idik...”
18/10/2019 [18:56]:
Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
18/10/2019 [18:54]:
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı
18/10/2019 [18:52]:
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
18/10/2019 [18:51]:
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
18/10/2019 [18:51]:
Gələn il 39 rayon xərclərini özü təmin edəcək
18/10/2019 [18:18]:
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib - FOTOLAR
18/10/2019 [18:17]:
Rövşən Rzayev ilin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlayıb
18/10/2019 [18:12]:
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək"
18/10/2019 [18:10]:
Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları
18/10/2019 [18:09]:
"O, siyasətdən heç vaxt getməyib və ölkədəki proseslər həmişə onun diqqət mərkəzində olub"
18/10/2019 [18:08]:
Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək
18/10/2019 [17:53]:
Xalq artisti: “Röyanı stolu təmizləyəndə tanıdım”
18/10/2019 [17:50]:
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
18/10/2019 [17:49]:
"Qaçqınkom"a Sumqayıtda 20 hektara yaxın yeni ərazi ayrılıb
18/10/2019 [17:46]:
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb
18/10/2019 [17:45]:
“Keçmiş sovet respublikaları içərisində ən çətin müstəqillik Azərbaycana nəsib olub”
18/10/2019 [17:43]:
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
18/10/2019 [17:40]:
"Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir"
18/10/2019 [17:40]:
İlham Əliyev görüş keçirdi - FOTO
18/10/2019 [17:38]:
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
18/10/2019 [17:37]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
18/10/2019 [17:36]:
Səhiyyə sahəsinə ayrılan vəsait artırılır
18/10/2019 [17:34]:
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirildi
18/10/2019 [17:26]:
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
18/10/2019 [17:25]:
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
18/10/2019 [17:22]:
“İlham Əliyevlə Mehriban xanımın bu ölkə üçün çox böyük xidmətləri var”- Türkiyəli diplomat
18/10/2019 [17:19]:
Prezident “ASAN xidmət”ə 20 milyon manat ayırdı
18/10/2019 [17:18]:
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
18/10/2019 [17:15]:
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
18/10/2019 [17:08]:
"Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
18/10/2019 [17:00]:
Prezident İlham Əliyev: "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır"
18/10/2019 [16:54]:
Ledi Qaqa fanatının qucağından yerə yıxıldı - VİDEO
18/10/2019 [16:49]:
Əfqanıstanda məscidə raket atdılar - 31 ölü, 50-yə yaxın yaralı
18/10/2019 [16:46]:
Türkiyə ordusunun “Barış Pınarı” hərəkatında itkiləri açıqlanıb
18/10/2019 [16:42]:
İlham Əliyev onları təltif etdi - SİYAHI
18/10/2019 [16:40]:
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
18/10/2019 [16:37]:
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib
18/10/2019 [16:22]:
Mətbuat Şurası Prezidentin iradları ilə bağlı iclas çağırdı
18/10/2019 [16:17]:
Türkiyəyə qarşı vuruşan erməni ata və qızı – FOTO
18/10/2019 [16:16]:
Ərdoğan: "Terrorçular Suriyanın şimalını tərk etməyə başlayıb"
18/10/2019 [16:12]:
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib
18/10/2019 [16:09]:
Məşhur aktrisa: "Yaşlı, əxlaqsız qadın obrazı canlandırmaq istərdim"
18/10/2019 [16:05]:
ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH
18/10/2019 [15:12]:
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
18/10/2019 [14:52]:
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18/10/2019 [14:49]:
“Günü sabah, biri gün o yerlərimizə qayıtmaq istəyirəm...”
18/10/2019 [14:43]:
"Narkotikdən istifadə ilə bağlı qadağalar effekt vermir"
18/10/2019 [14:38]:
Prezident Rövşən Rzayevi qəbul edib - FOTO
Bütün arxiv bir sırada
21/09/2019 [12:18] - Cəmiyyət - ( 1151 dəfə baxılıb)

"Qadına şiddət göstərən kişi Milli hərəkatın sıralarına alına bilməz"



Bir neçə il öncə Güneyli fəal Məhsa Mehdilinin bir çağırışı məni çox etkiləmişdi. Məhsa Mehdili çağırış etmişdi ki, qadına şiddət göstərən bir kişi Milli Hərəkat sıralarına qatıla bilməz. Qatılmamalıdır. Bu çağırış məndə belə bir qənaət fornalaşdırdı ki, Güney Azərbaycan Milli Hərəkatı mütləq qalib gələcək və Güney toplumunun mədəni səviyyəsi Quzeydən daha üstündür. Quzey Azrbaycan milli hərəkatının sıra nəfəri kimi uzun müddət müşahidə etdim və bu qənatə gəldim ki, biz Azərbaycanı müstəqil edə bildik, lakin özümüzü, cəmiyyəti müstəqil edə bilmədik. Bunun üçün gərək biz özümüz dəyişəydik, dəyişikliyi öz şəxsiyyətimizdən, çevrəmizdən başlamalıydıq.Yalnız Azad fərd və şəxsiyyətlərin yaşadığı cəmiyyətlər azad cəmiyyət qura bilərlər. Milli hərəkatdakı kişilər də qadınlar da, iqtidardakı və müxalifətdəki kişilər də qadınlar da eynidir. Bu cəmiyyət, bu dövlət bizik, bizim ortaq əsərimizdir. Bir paradoks həmişə məni təəccübləndirir. Bizim cəmiyyətimiz, ailəmiz, mentalitetimiz, dövlət fəlsəfəmiz maskulin xarakter və ənənələrə əsaslanır. Maskulin cəmiyyətdə güc, avtoritet, lider, kişi kultu, dəmir əl və iyerarxiya hakim olur. Burada incəsənət, ədəbiyyat, fəlsəfə yox hərb sənətləri, qəhrəmanlar , hüquq, riyazi təfəkkür, məntiq , siyasət təfəkkürü hakim olur. Maskulin cəmiyyətlərdə diktatorial siyasi idarəetmə hakim olur və inqilabi dəyişikliklər baş verər. Feminin cəmiyyətlərdə demokratiya, harmoniya, islahatlar yolu ilə dəyişim baş verər. Maskulin cəmiyyətdə gücün, feminin cəmiyyətdə sevginin təntənəsi var. Qadına şiddət maskulin dünyagörüşün əsəridir. Əcaba təəccüblüdür, biz Azərbaycanda maskulin kültürə sahib olduğumuz halda, bəs onda niyə biz müharibədə məğlub olmuşuq? Maskulin kültürə sahibiksə bəs niyə bizim kişilər yalnız qadına şiddət göstərirlər, lakin bu ədalətsiz siyasi düzən qarşısında bu qədər susqundurlar? Əzilməyə niyə razı olurlar? Niyə dözürlər? Səbəbini deyimmi? Dövlət siyasətində diktator xalqla necə davranırsa, ailədə də kişi qadını ilə o cür davranır. Məsələ bu qədər bəsitdir. Dövlətin diktatorial idarəetmə sistemini bizim kişilərimiz öz xarakterlərindən doğurublar. 
Quzeyli ailədə kişi diktatordur. Nədənsə Analar hər zaman diktatorlar tərbiyə etdi. Quzeyli kişi istər müxalifətçi olsun, istər iqtidarda olsun dəyişimi özündən, öz şəxsiyyətindən başlamadı. İçdən yox, dışdan daşladı. Öz şəxsiyyətini, dünyağörüşünü dəyişdirmək qayğısına qalmadı. Siyasəti dəyişdirməklə uğraşdı. Əlbəttə ayrı ayrı istisnalar olmaqla. Azərbaycanda kişi, hər yerdə eynidir. Geyimi, davranışı, kültürü, estetik təfəkkürü, fantaziyası, qadına münasibəti, qabalığı, kobudluğu, intellekti, hətta dünyagörüşü də...O, güclü qadının düşmənidir və güclü qadını xarakterizə edən bircə söz bilir. Q....O, ağıllı qadından qorxur və ona Həyasız deyir. Ən dəhşətlisi də onun namus anlayışının qurşaqdan aşağıda formalaşmasıdır. Dəhşətdir. Son illərdə bu "namuslu" kişilər nə qədər qadınları baltaladılar. Azərbaycan uşağının başının dərisini soyan erməni Zori Balayanlar, Köçəryanlar qaldı bir qıraqda, Öz qadınlarını baltaladılar. Qatillər. Terroristlər. Bəs qatil olmaq necə namussuzluq deyilmi? Son illərdə bu ölkə qatillər ölkəsinə çevrildi. Niyə bu maskulin enerji xaricə, düşmənə qarşı yönəlmir, daxilə, qadına qarşı yönəlir. Niyə özümüz özümüzü parçalayıb bitiririk? Azərbaycanda kişi gücünü, pulunu, imkanlarını nümayiş etdirmək üçün hacı olur, deputat olur, prezidentin adamı olur, hansısa müğənnini maliyyələşdirir, sevgililərinə bahalı evlər, maşınlar bağışlayır və çox güman ki....vətəni, milləti, dövləti, kitabı və universiteti, bir yetim uşağı, bir Qarabağ əlilini, bir pulsuz tələbəni özünün namus anlayışına daxil etməmişdir. O, o qədər namusludur ki, "namus" üstündə heç acımadan qadınını baltalaya bilir. O, həmişə qurşaqdan aşağı "namuslu"olduğunu cəmiyyətə sübut etmək, nümayiş etdirmək ehtiyacı duyur, həm də bunun yanında rüşvət verib parlamentdə deputat ola bilir, nazir ola bilir, məhkəmədə hakim ola bilir, amma heç vaxt dövlət namusunun, millət namusunun, sosial namusun nə olduğunu öyrənmək ehtiyacı duymur. Seçkiləri saxtalaşdıra bilir. Xalqın dövlətin malını oğurlaya bilir. Çox ilgincdir ki, O, heç vaxt evdəki qadına sayğı bəsləmir, evdəki qadının qəlbində sevgi ilə sayğı ilə yer qazanmaq qayğısını yaşamır...Onun belə bir dərdi yoxdur. Evdəki qadının duyğuları...hər zaman arxa planda qaldı. Bu duyğular hər zaman qardaşa, ataya, oğula, cəmiyyətə qurban verildi. Bu duyğular diri diri basdırıldı. Azərbaycanda hər qadın ürəyi duyğuların qırıldığı, gömüldüyü məzardır. Evlənən hər bir qadın fiziki, mənəvi psixoloji travma almış bir fərddir. Azərbaycanda ailənin ömrü qadının dözümü qədərdi. Bu dözüm sonsuz...sonsuzdu. Bu dözümün içində ölmüş qadınlıq var. Ölmüş və həmişəlik susmuş qadın qəlbi var. Birdə yaşayan Analıq var. Əgər bir gün qadın dözməyib üsyan edəcəksə cəmiyyət,dövlət, qanun qaydalar, ictimai qınaq qadını cəzalandıracaq. Qadın Azərbaycanda tənhadır. Qadının getməyə yeri yoxdur. Sığına biləcəyi bir güc yoxdur. Kişi Azərbaycanda həmişə qalib olur. Güclülər həmişə qalibdir. Azərbaycanda kişi həmişə qalib gəlir(mi).

Quzey Azərbaycanda birəysəlləşmə, şəxsiyyətləşmə və özünəməxsusluq yerinə boz geyim, boz düşüncə, boz təfəkkür, boz qabalıq, boz kişi obrazı, ən əsası mentalitet qurbanları...və ən əsası insan kimi bədbəxt obrazı. Öz üstünlüyünü, fiziki gücünü zəif güc üzərində hegemon qılmaq çabasında olacaq qədər bədbəxt, kompleksli və gecə gündüz cəmiyyət mənə nə deyər qayğısını çəkmək yükü altında əzilən bir sürü üyəsi...Siyasi və sosial basqılar altında əzilmiş, öz mənliyi ilə ziddiyyət yaşayan ikili bir insan. O, quldur lakin Spartak olmağa qadir deyil.
Demokratiya insanın qəlbindən, vicdanından başlanaraq dövlətin zirvəsinə yüksələn siyasət fəlsəfəsidir. Demokratiya dünyagörüşdür, əxlaq və həyat təezidir. "Çoxluqda birlik", "müxtəliflik zənginlikdir", "şəxsiyyətin toxunulmazlığı", "hamının iştirakçılığl", "cinslərin bərabərliyi" fəlsəfəsini mənimsəmiş toplum demokratik düzən formalaşdıra bilər.
Demokratiya istər qadın istərsə kişi olsun, birəysəlləşmədən keçən bir yoldur. Yəni şəxsiyyətin özünəməxsusluğu, öz tərzi; üslubu, xarakteri formalaşır. Cəmiyyətdə bu xarakteri və fərqliliyi qəbul edir, dəyər verir, sahib çıxır, özününküləşdirir. Azərbaycanda fərqliliklər və xarakterlər qətl edilir, boğulur. Azərbaycan qapalı, monoton, statik və yeniliklərə düşmən cəmiyyətdir. Elə bir cəmiyyət nümunəsi qurduq ki, gənclərimiz, övladlarımız bu cəmiyyət,i bu ölkəni tərk edir. Məncə cəmiyyətdəki siyasi dəyişiklikləri, toplumsal dəyişikliklər izləməlidir. Son 30 ildə Quzeydə fərd yetişmədi. Hüquq məcəllələri var, lakin hüquqlu şəxsiyyət yoxdur. Demokratiyanın əsasında fərd dayanır. Dövlətin yaydığı gender bərabərliyi haqqında statatistiklər boş şeylərdi. Bizim cəmiyyətimizdə kişi dəyişmədi.Kişi fərd olmadı, şəxsiyyət olmadı. Bizim cəmiyyətdəki kişi obrazı feodal mentallığı, güc nümayişi, öz şəxsiyyətini qadın üzərində hegemonluqla təsdiq etmə anomallığl dəyişməlidir. Demokratik cəmiyyət quruculuğu kişi şəxsiyyətini dəyişdirəndə, insana, qadına azad, hüquqi fərd kimi münasibət bəsləyəndə mümkün ola biləcək. Demokratiya kişidən başlanacaq. Kişi qadını öz azadlığı,iradəsi, hüquqları, fikri, əqidəsi, seçim azadlığı olan müstəqil şəxsiyyət kimi qəbul edəndə və bununla hesablaşanda biz demokratik cəmiyyət, ədalətli cəmiyyət quracağıq. Artıq yeni çağın Ailəsi patriarxal sistemdən və ənənələrdən imtina edir. Kİşi dominantlığına, qadın tabeliyinə əsaslanan münasibətlər sisteminə yox, iki azad şəxsiyyətin bərabərhüquqlu ittifaqına əsaslanır. Ailədə bir tərəfin dominantlığı yox, iki tərəfin bərabərliyi prinsipi hakim olmalıdır. Daha doğrusu ailə iffifaq deyil, birlikdir. Ailə kişi ilə qadının bərabərhüquqlu birliyidir. Birlikdir. İndi təsəvvür edin bu birlikdə fiziki baxımdan güclü zəif tərəfə daim basqı yapır...Dəhşətdir. Kişinin gücü fiziki yapısında yox əxlaqında, mənəviyyatında, davranışında, səbrində, dünyagörüşündə örnək ola bilməsindədir. Kişi qadının qəlbini insanın qəlbini fəth edərsə, dövlət siyasəti vətəndaşın, insanın dəyərini yüksəldərsə, insan ləyaqəti hər şeyin fövqündə tutularsa Azərbaycan yalnız sərvətləri yox, üstün ağlı və dəyərləri ilə dünyaya örnək olar.

Azərbaycan Azıxantropla, Qobustan qayaları ilə, qədimliyi ilə yox, hazırda Azərbaycanda yaşayan vətəndaşı ilə müqəddəsdir. Vətəndaşı qoruyun. İnsanı qoruyun. İnsan doğuran qadını qoruyun. 

Azərbaycanda "Dövlətçilik" anlayışı səhv interperatasiya olunur. Dövlətçilik anlayışı Heydər Əliyevin, İlham Əliyevin şəxsiyyətləri üzərinə proyeksiya olunur ki, fikrimcə bu səhvdir. Mənim baxışıma görə dövlətçilik anlayışı dedikdə o başa düşülür ki, fərd, cəmiyyət və dövlət ayrılmaz bir bütündür. Qadın, kişi, uşaq və dövlət bir bütündür. Vətəndaş, cəmiyyət və dövlət bir bütündür. Onları bir bütün kimi dövlətçilik anlayışının əsasını təşkil edir. Azərbaycan vətəndaşı dövlətçilik haqqında bu fəlsəfəni mənimsədikdə , yalnız onda insan fəlsəfəsi də dövlət fəlsəfəsi də indikindən çox fərqli olacaqdır.

Güney Azərbaycan milli hərəkatının içində qadın kişi münasibətləri, gender bərabərliyi məsələlələri, ailə institutu ciddi müzakirə olunur. Güney Azərbaycan hərakatı demokratik, sekulyar, millətçi və feminist bir hərəkatdır. Güney Azərbaycan hərəkatında dəyişən tərəf kişidir. O yeni bir şəxsiyyətdir. Yeni bir obrazdır. Qadına şiddət göstərən bir kişini nə hərəkata buraxmaz, nə dövlət vəzifəsinə almaz. Bu hərəkatın çox kişi və qadın üzvlərini tanıyıram. Mübaliğəsiz olaraq deyiirəm ki, bu hərəkatda iştirak edənlərin bir çoxu hər şeydən əvvəl öz şəxsiyyətlərini dəyişdirməkdə, yetişdirməkdədirlər. Güney Azərbaycanda çox dərin bir ruhsal, kültürəl və düşüncə devrimi yaşanmaqdadır. Bu hərəkat özü feminin ruhlu bir hərəkata çevrilməkdədir. Yəni cəmiyyətin və dəyərlərin yumşaq güc vasitəsi ilə dəyişməs,i kamilləşməsi dünyağörüşü mənimsənilməkdədir. Güney Azərbaycan Hərəkatında dəyişən təkcə dinin, şəriətin dövlətin, cəmiyyətin qadına müasibət məsələsi deyil, qadının öz şəxsiyyətinə münasibəti, kişinin öz şəxsiyyətinə münasibət məsələsidir. Fikrimcə Quzey Azərbaycanda qadına şiddət göstərən kişi nə müxalufətdə nə iqtidarda olmamalıdır düşüncəsi cəmiyyətdə geniş yayılacağı təqdirdə biz azad, ədalətli, demokrtaik cəmiyyət qura biləcəyik. Qadına şiddət göstərən kişilər, vətəndaşa şiddət göstərən diktatorlar birmənalı olaraq cəmiyyətdən, hakimiytdən qovulmalıdır. Kişi qadının qəlbində hakim olmalıdır. Əğər bunu bacarmayıbsa....

Etiraf edirəm ki, biz hüquq toplumu deyilik. Hüquq toplumunda ailəni şiddət yox hüquq və sevgi düzənləyər. Çox təəssüf. Bizim ölkəmizdə nə ayrılıqda kişi bir birəy kimi mutludur, nə qadın. Təəssüf, çox təəssüf. 

Deyəsən çox sət yazdım. 

Etiraf edirəm ki, bu movzu mübahisəli mövzudur. Burada nə fəlsəfə, nə din, nə qanunlar kodeksləri yox, daha çox Allahın və Təbiətin qanunları hökm edir. Biz isə bu hökmlərə humanizm donu,sevgi donu yükləmək istəyirik. Qadın sevgi ilə yüksəldilərsə cəmiyyət də ədalətli olar, dövlət də, həyat da. İnsanıq axı...
Yazıçı Anarın ssenarisi əsasında çəkilmiş Təhminə və Zaur filmindəki Zaur adlı kişi obrazı məni çox düşqndürür. Cəmiyyətin mental dəyərlərinə uduzaraq Öz sevgisinə-Təhminəyə sahib çıxa bilməyib bir ömür boyu bədbəxt olan Zaur elə bir kişi obrazıdır ki, O, heç vaxt Qarabağı ala bilməz. O, yalnız Heydərabad şəhəri sala bilər. Saldı da...Bütün Azərbaycan Heydərabaddır.


Yasəmən Qaraqoyunlu

loading...
loading...
"Suriyadan Türkiyəyə pənah gətirmiş 4 milyon qaçqına 40 milyard dollar xərcləmişik..."
"Mənim könlümü bir çiçəklə də ovsunlamaq olar..."
“Bir çox insanlar islahatı qəbul edə bilmir və müqavimət göstərirlər..." - VİDEO
30 yaşından sonra bu qidaları yeməyin - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Balıqçılar 3 metrlik akula tutdu - İNANILMAZ + FOTOLAR
Dünya
Təyyarəyə gecikən sərnişin əsəbindən kompüterləri sındırdı - FOTO
Şou-biznes
“Mənim bir villamın və avtomobilimin olması nə böyük şeydi ki?...”
Gündəm
“Silahlı Qüvvələrin gücünə söykənməyən müstəqiliyin ömrü heç vaxt uzun ola bilməz”
Şou-biznes
Samiraldo cavanlıqdakı məsum fotosunu paylaşdı
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247