Xəbər lenti
18/02/2020 [20:59]:
Baş Nazirdən mədəniyyət sahəsi ilə bağlı mühüm QƏRAR
18/02/2020 [20:56]:
Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı
18/02/2020 [20:24]:
Hindistanda onlarla şagird soyunmağa məcbur edildi - AĞLASIĞMAZ SƏBƏB
18/02/2020 [20:20]:
Aldadıldığını bilən qadın ərindən belə intiqam aldı - FOTO
18/02/2020 [20:17]:
Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub
18/02/2020 [20:16]:
"“Palmali” kimi şirkətin sahibi olmağıma nə həyat yoldaşım, nə də qayınatam səbəb olub"
18/02/2020 [20:08]:
"Saxtakarlığı həyat kredosu seçən, təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri..."
18/02/2020 [20:02]:
Bu görüntülər dünyanı ayağa qaldırdı - DƏHŞƏT... + VİDEO
18/02/2020 [20:00]:
Əşrəf Qani yenidən Əfqanıstan Prezidenti seçilib
18/02/2020 [19:58]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18/02/2020 [19:55]:
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanıb
18/02/2020 [19:54]:
"Etibar Əliyev öz abırına qısılıb və Mehman Hüseynovun təhdidi ilə üz-üzə qalıb..."
18/02/2020 [19:51]:
Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var - YENİLƏNİB
18/02/2020 [19:48]:
Arpadarainin dairəsində altı məntəqənin nəticəsi ləğv edildi
18/02/2020 [19:37]:
Nəhəng timsah 4 ildir bu şəkildə yaşayır - MARAQLI... + VİDEO
18/02/2020 [19:36]:
Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18/02/2020 [19:33]:
Azərbaycan əsgəri qarlı dağlarda döyüş təlimi keçir - FOTO/VİDEO
18/02/2020 [19:10]:
Nadir oğluna diplomat qızı alır: "Savadlı, kübar və sağlam ailədilər"
18/02/2020 [19:08]:
"Yaxın 3 ildə Bakının avtobus parkı tam yenilənəcək"
18/02/2020 [19:05]:
Putin oxşarı ilə bağlı suala cavab verdi
18/02/2020 [18:52]:
“Bu orduda “oğru qanunları” fəaliyyət göstərir”
18/02/2020 [18:47]:
Ermənilər Tərtər rayonu ərazisində öz balaları üçün belə bağça tikməyə başladı... –FOTO
18/02/2020 [18:26]:
Ermənistanın Baş Qərargah rəisi istefa verməkdən imtina etdi
18/02/2020 [18:21]:
Daha üç seçki məntəqəsinin nəticələrinin üstündən xətt çəkildi
18/02/2020 [18:16]:
Meşədə əl qumbaraları və partladıcılar tapılıb - FOTOLAR
18/02/2020 [18:16]:
ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır...
18/02/2020 [18:11]:
Xaçik Almaniyanın Ermənistandakı səfirliyini partlatmaq istədi...
18/02/2020 [18:09]:
“Baş redaktorların əksəriyyəti xəsisdir” - Moderator.az-ın köşə yazarı narazıdır...
18/02/2020 [17:57]:
Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
18/02/2020 [17:56]:
“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”
18/02/2020 [17:54]:
Ölkədə hər doğulan 100 qıza 114 oğlan düşür - üçəmlər, dördəmlər...
18/02/2020 [17:52]:
Azərbaycanda uşaq və qadın CİNAYƏTKARLAR - adam oğruluğu, zorlama, narkotik alveri...
18/02/2020 [17:51]:
Türkiyəni çətinə salan taktiki gediş: Türk düşmənləri birləşir...
18/02/2020 [17:49]:
Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ
18/02/2020 [17:46]:
"Bir kəlməyə görə qadının başını kəsərəm" - VİDEO
18/02/2020 [17:37]:
Gələcəyin ixtisasları açıqlandı
18/02/2020 [17:35]:
"Qaçqınkom" yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı
18/02/2020 [17:33]:
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı
18/02/2020 [17:31]:
"Pozuntu olan yerlərdə nəticələrin ləğv edilməsinə meylliyik"
18/02/2020 [17:30]:
Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNAT
18/02/2020 [17:07]:
Məzahir Pənahov: “Seçki komissiyaları günahkardır”
18/02/2020 [17:06]:
Tuneldə 30 maşının toqquşduğu dəhşətli qəza - ANBAAN VİDEO
18/02/2020 [17:02]:
79 saylı İmişli Seçki Dairəsinin beş məntəqəsində səsvermənin nəticələri ləğv edilib
18/02/2020 [17:00]:
"Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və..."
18/02/2020 [16:55]:
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - FOTO
18/02/2020 [16:54]:
Rəsmi Ankara Suriyaya çoxlu sayda hərbi texnika göndərdi
18/02/2020 [16:46]:
“Dünya yazıçılarıyla müqayisədə əlbəttə, bizim yazıçıların əsərləri xarici ölkələrdə çox az-az çap olunur...”
18/02/2020 [16:45]:
“Ailə quran gənclərlə bağlı belə ibrətamiz addımı təbliğ etmək yaxşı olar və bu adətə çevrilə bilər...”
18/02/2020 [16:34]:
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
18/02/2020 [16:32]:
İran, Rusiya və Türkiyə prezidentləri Tehranda görüşəcəklər
18/02/2020 [16:31]:
İşğalçı qüvvələrdə əsgər ölümləri: “müdafiə naziri” və daha bir neçə general işdən çıxarıldı
18/02/2020 [16:19]:
İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18/02/2020 [16:15]:
Şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə yeni qaydaların detalları açıqlandı
18/02/2020 [16:12]:
Manaf Ağayevdən qalmaqallı açıqlama: “Bizə çörək lazımdır, sənət yox” - VİDEO
18/02/2020 [16:07]:
Azərbaycanda yüksək vəzifəyə təyinat
18/02/2020 [16:00]:
Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi
18/02/2020 [15:56]:
Məktəblərdəki münaqişə hallarına görə beş məsul şəxsə töhmət verildi
18/02/2020 [15:45]:
Bu rayonlarda olan restoran sahiblərinə xəbərdarlıq
18/02/2020 [15:43]:
Ukrayna ordusunun qərargahı: "Döyüşlər dayandı, mövqelərimizi əldən vermədik"
18/02/2020 [15:37]:
Ukrayna parlamenti Xocalı soyqırımının tanınması məsələsinə baxacaq
18/02/2020 [15:26]:
Qəbələ və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım
18/02/2020 [15:24]:
Almaniyada Ümumavropa Qarabağ Mitinqi keçiriləcək - VİDEO
18/02/2020 [15:16]:
Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO
18/02/2020 [14:54]:
Əbülfəs Qarayev Londonda Karoline Mebayla görüşdü
18/02/2020 [14:52]:
Rusiyaya məxsus təyyarə Suriyada 5 türk əsgərini şəhid edib
18/02/2020 [14:46]:
Milli Məclisə həsrət qalan PARTİYALAR
18/02/2020 [14:41]:
“Sədərək”dəki yanğından zəhərlənən 2 nəfər evə buraxıldı
18/02/2020 [14:40]:
Azərbaycanlı tələbələr bu ölkələrdən geri qayıtmaq istəyir
18/02/2020 [14:40]:
“Deputatın iclasda oturub  şalvarı, donu stula sürtməsi ilə iş bitmir…”
18/02/2020 [14:33]:
Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
18/02/2020 [14:32]:
Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO
18/02/2020 [13:46]:
“Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə
18/02/2020 [13:43]:
Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır
18/02/2020 [13:42]:
Bəzi məcburi köçkün qadınlara verilən “çörəkpulu” niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
18/02/2020 [13:34]:
Rusiyada müəllimə qarşı edilən zorakılıq hiddət yaratdı - VİDEO
18/02/2020 [13:30]:
“Aksiyanın qarşısı dünyada olmayan ən sivil formada alınıb” - Siyavuş Novruzov
18/02/2020 [13:28]:
Azərbaycanda ilk dəfə Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan UNEC istedadı
18/02/2020 [13:22]:
Səhiyyə sistemində növbəti "qısaqapanma" - Həkimlərin maaşı azaldıldı
18/02/2020 [12:59]:
"Netanyahunun iqtisadi siyasəti -  kapitalist donuzun siyasətidir...”-İsrail mediası
18/02/2020 [12:57]:
“Bank Respublika”nın sahibinin 17 yaşlı oğlu qəfil öldü
Bütün arxiv bir sırada
21/09/2019 [13:58] - Müsahibə - ( 1529 dəfə baxılıb)

O vaxt T.Qasımov Minsk Qrupuna niyə razılıq verdi? - E.Namazovdan eşitmədikləriniz



Moderator.az xəbər verir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nəzərdə tutulan növbəti görüşü ilə bağlı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsini təqdim edir:


- 23 sentyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulub. Ən müxtəlif səviyyələrdə bu görüşün doğru olmadığı fikri səslənirdi.  Sizcə, niyə bu görüşə getməkdən imtina edilmədi?

- Danışıqlar  prosesində, uzun çəkən konfliktlərin gedişatında vaxtaşırı yolayrıcıları, mühüm məqamlar olur. Prosesdə illərdir heç bir yenilik olmasa da, bəzi məqamlarda dönüş nöqtəsi yarana bilir. Həmin məqamlarda çox prinsipial və düzgün qərar qəbul etməsən, yanlış yolla getsən, gec-tez dalana dirənəcəksən.

Qarabağ məsələsi ilə bağlı bir neçə dəfə belə dönüş nöqtəsinin astanasında olmuşuq. Məsələn, bu gün müzakirə etdiyimiz məsələyə mahiyyətcə çox yaxın olan bir hadisə ilə 1992-ci ildə qarşılaşmışıq. Minsk Qrupunun  yaradılması prosesi 1992-ci ildə başladı. Həmin dövrdə mən dəfələrlə mətbuatda çıxış edərək bəyan edirdim ki, Azərbaycan ATƏT-ə belə bir mandatın verilməsinə razı olmamalıdır. ATƏT-də konsensus prinsipi işləyir. Azərbaycan razılıq verməsəydi, qərar qəbul olunmayacaqdı. Həmin dövrdə ATƏT-in xarici işlər nazirləri səviyyəsində beynəlxalq görüş keçirilirdi. XİN rəhbəri olaraq Tofiq Qasımov da həmin tədbirə qatılmalı və bu məsələ öz həllini tapmalı idi. Mənim mətbuatda bu məsələ ilə bağlı mütəmadi etiraz çıxışlarımın nəticəsi olaraq, Azərbaycan mediası çoxsaylı suallarını Xarici İişlər nazirliyinə yönəltdi və cavab verilməsini tələb etdi. Ciddi arqumentlər var idi ki, Azərbaycan ATƏT-də Minsk qrupunun yaradılmasına razılıq verməsin. Mənim də arqumentim dünya təcrübəsinə söykənirdi. ATƏT hələ bu günə kimi heç bir konflikti həll etməyib. Digər tərəfdən, ATƏT-ə bu mandatı verməklə biz faktiki olaraq, öz ərazilərimiz üzrə suverenliyimizin bir qismini beynəlxalq təşkilatlara vermiş olurduq. Deməli, biz artıq özümüz öz suveren hüquqlarımızı məhdudlaşdırırdıq. Bu, çox böyük təhlükə idi və gələcəkdə bizim üçün çox ciddi problemlər yarada bilərdi. Mənim bu arqumentlərimdən və mətbuatın XİN-ə ünvanladığı suallardan sonra səfərə yola düşərkən Tofiq Qasımov bəyan etdi ki, biz Minsk Qrupu formatının yaradılmasına razılıq verməyəcəyik. Hətta mətbuat işçiləri bununla bağlı zəng edib məni təbrik də etdilər. Təəssüflər olsun ki, 1-2 gündən sonra xəbər gəldi ki, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına Azərbaycan razılıq verib. Təbii ki, biz şokdaydıq. Tofiq Qasımov səfərdən qayıdanda jurnalistlər elə aeroportdaca ona "hücum" etdilər və məsələyə aydınlıq gətirilməsini istədilər. Tofiq Qasımovun izahatı belə idi: “Bəli, biz düşünürdük ki, buna razılıq vermək olmaz. Amma konfrans zamanı ABŞ-ın Dövlət katibi mənə yaxınlaşıb, əlini çiynimə qoydu və dedi ki, siz yaxşı oğlanlarsınız. Buna razılıq verin və biz bu formatı yaradaq. O,  bizə söz verdi ki, bu işlərdə bizə kömək edəcək. Mən də onun bu xahişini nəzərə alıb, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına razılıq verdim”. Təsəvvür edin, o vaxta qədər ATƏT-in hələ bir dənə də olsun konfliktin həllinə nail ola bilmədiyi hər kəsə aydın idi. Beynəlxalq hüquq normalarında belə bir mandatı beynəlxalq təşkilata vermək, Azərbaycanın suveren hüquqlarının bir qismindən imtina etməsi demək idi. Deməli, Azərbaycan bu məsələdə manevr imkanlarını da xeyli dərəcədə itirə biləcəkdi və necə ki, itirdi... T. Qasımov hansısa bir ölkənin Dövlət katibinin əlini onun çiyninə qoymasına görə, bu formatın yaradılmasına razılıq verdi. 1992-ci ildə bu formatın yaradılmaması həlledici məqamlardan biri olardı. Yolayırıclarından biri bax, bu idi.

- Bu yanlış qərar bizim hansı zəruri addımlarımızı məhdudlaşdırdı?

- Həmin vaxt yanlış qərar qəbul etdiyimizə görə də, bizim Qarabağ məsələsinin həlli ilə bağlı çox ciddi problemlərimiz meydana gəldi. Ona görə ki, biz hər dəfə artıq özümüz razılıq verdiyimiz mandata uyğun hərəkət etməli olduq. Artıq çoxdandır ki, prosesləri özümüz deyil, başqa qüvvələr yönəldir. Həmin qüvvələr münaqişə ilə bağlı prosesi müəyyənləşdirir. Onu da qeyd edim ki, bu hadisə 1992-ci ildə oldu. Bundan hardasa 4 il sonra təqribən eyni vəziyyət Rusiyada yarandı. Rusiya I Çeçen müharibəsində məğlub olandan sonra, münaqişənin həlli məqsədi lə ATƏT-in hansısa bir qrupunu yaratmaq istəyən ölkələr var idi. Bu təklifi verən ölkələr ümid edirdilər ki, Rusiya çətin durumdadır və mütləq buna razılıq verəcək. Min illik təcrübəsi olan rus diplomatiyası o vaxt çox düzgün qərar verdi. Onlar ATƏT-ə belə bir mandat verilməsinə veto qoydular. Onun əvəzində gedib, çeçenlərlə Rusiya üçün çox ağır şərtləri olan müqavilə imzaladılar. Həmin müqavilə faktiki olaraq iki tərəf arasındaydı - Rusiya və Çeçenistanın. Eyni zamanda orada 5 illik monitorinq elan olunurdu ki, Çeçenistanın son statusu ilə bağlı müzakirələr, qərarlar 5 ildən sonra veriləcəkdi. Bu saziş Rusiyanın daxilində böyük narazılığa səbəb oldu. Çoxları hakimiyyəti bu sazişə imza atmasına görə qınayırdı. Amma Rusiya üçün çeçenlərlə müqavilə daha az təhlükə yaradır, nəinki öz suveren hüquqlarını ATƏT-ə verməklə... Yəni böyük təcrübəyə malik rus diplomatiyası ATƏT-in Minsk Qrupu ilə bağlı Azərbaycanın qərarından 4 il sonra, mən dediyim arqumentləri əsas götürdü. Biz isə təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına razılıq verdik.

- Yəni düşünürsünüz ki, Azərbaycan üçün yenə də dönüş nöqtəsi yaranıb...

- İndi biz yenə yolayrıcındayıq. Artıq Paşinyan hakimiyyətinin verdiyi bəyanatlar, atdığı addımlardan sonra dünyada hamı anlayır ki, ermənilərlə danışıqlar aparmağın mənası yoxdur. Ermənilər torpaqları zəbt ediblər və o torpaqları qaytarmaq istəmirlər. Hətta ATƏT-in Minsk Qrupu ölkələrindən biri olan ABŞ-ın keçmiş səfir Metyu Brayza hətta diplomata xas olmayan açıqlama ilə dedi ki, bundan sonra hansı danışıqlar gedə bilər?! Artıq danışıqların mənası itib. Paşinyan bəri başdan deyir ki, məsələ Ermənistanın xeyrinə həll edilib və Qarabağ Ermənistana birləşdirilib. Yəni bütün dünyanın Paşinyanın hərəkətlərini qınadığı məqamda Azərbaycanın çox gözəl imkanları yaranır. Vacib yolayrıcında ciddi, cəsarətli qərarlar qəbul edilməli və bununla da dünyada ictimai rəyi formalaşdırmalıyıq. Qarşıdan gələn hərbi əməliyyatların əsas səbəbkarı kimi günahın ermənilərin üzərində olduğunu sübut etmək üçün Azərbaycanın çox böyük imkanları yaranıb. Bu imkanlar o qədər açıq və aydın görünür ki, hətta Ermənistanın keçmiş rəhbərləri də bu vəziyyəti anlayır. Həbsdə olan Köçəryanın vəkillərindən biri bəyanat vermişdi ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləri biz özümüzünkü saymırıq. Köçəryanın mövqeyini vəkili bu cür ifadə etmişdi. Yəni Köçəryan bununla Paşinyanın dediklərinə əks mövqe ortaya qoydu. Paşinyanın ağılsız bəyanatları ilə Ermənistanın dünyada mövqeyini zəiflətdiyini, faktiki olaraq ölkəni zərbə altına qoyduğunu hamı başa düşür. Paşinyanın bu bəyanatları Azərbaycan diplomatiyası üçün çox böyük imkanlar yaradır. Belə bir məqamda yenidən gedib, danışıqlara qatılıb, heç nə olmamış kimi Ermənistan XİN rəhbəri ilə çay, kofe içib, danışıqların davam etməsi görüntüsünü yaratmaq gülüncdür. Bu, təqribən bizim 1992-ci ildə yol verdiyimiz səhvin təkrarıdır.

- Azərbaycan üçün yaranan imkanları hətta ermənilər etiraf etdiyi halda, diplomatiyamız niyə görmür?

- Diplomatiyamız milli maraqları, ciddi arqumentləri əsas götürüb, dünya siyasətində erməniləri təkləməyin, onları izolyasiyaya salmağın, Paşinyanın sərsəm bəyanatları əsasında erməniləri küncə sıxmağın əvəzinə, onlara bu durumdan az itkilərlə çıxmaq üçün şərait yaradır. Mən bunu çox yanlış addım sayıram. Hesab edirəm ki, belə vacib məqamlarda yanlış qərar vermək, bizim onsuz da çətin vəziyyətdə olan durumumuzu, mövqeyimizi daha da zəiflədəcək. Və bizim üçün gələcəkdə də çox ciddi problemlər yaradacaq.

Hindistanda onlarla şagird soyunmağa məcbur edildi - AĞLASIĞMAZ SƏBƏB
"“Palmali” kimi şirkətin sahibi olmağıma nə həyat yoldaşım, nə də qayınatam səbəb olub"
Bu görüntülər dünyanı ayağa qaldırdı - DƏHŞƏT... + VİDEO
Nəhəng timsah 4 ildir bu şəkildə yaşayır - MARAQLI... + VİDEO
“Baş redaktorların əksəriyyəti xəsisdir” - Moderator.az-ın köşə yazarı narazıdır...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Aldadıldığını bilən qadın ərindən belə intiqam aldı - FOTO
Gündəm
Ermənilər Tərtər rayonu ərazisində öz balaları üçün belə bağça tikməyə başladı... –FOTO
Cəmiyyət
“Dünya yazıçılarıyla müqayisədə əlbəttə, bizim yazıçıların əsərləri xarici ölkələrdə çox az-az çap olunur...”
Dünya
Koronavirusun ilk aşkar edildiyi xəstəxananın direktoru da öldü - FOTOLAR
Dünya
“Onu Şuşaya aparacağıma söz vermişəm...”- Xalq şairinə doğum günü təbriki...
Həftənin ən çox oxunanları
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
Hədəfi 640 km uzaqlıqda haqlayan ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!
"İllərlə xalqdan nə çaldınız, FETÖ-ya nə qədər para yedirdiniz, hamısı deşifrə olacaq..."
Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR - "Əsədi darmadağın edəcəyik"
“Türkiyə bizim qərargahımızdır: Moskvanı bu qərargahla hesablaşmağa məcbur etməliyik!”
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə..."
60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi? - ŞOK İDDİA...
Ermənilər 26 il öncə Ömər aşırımındakı qələbələrini xatırlatdı...-FOTOLAR+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247