Xəbər lenti
31/05/2020 [02:03]:
Amerikada daxil savaş təhlükəsi! – Tramp ordunu hazır vəziyətə gətirdi
31/05/2020 [00:47]:
“Rusiyanın Azərbaycandakı səfiri qiyamdan öncə Pənah Hüseyni açıq formada təhdid etmişdi”
31/05/2020 [00:45]:
“İstənilən halda, Putindən sonra Rusiyada hakimiyyətə "hansısa yaramaz" gələcək...“
31/05/2020 [00:37]:
ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı: Ümumdünya "E-Nizam"ımı yaradılır?
31/05/2020 [00:12]:
"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı"
30/05/2020 [23:35]:
Maksim Qalkinin Putini parodiyası sosial şəbəkədə rekord vurur - VİDEO
30/05/2020 [23:26]:
Daha 710 “Taliban” üzvü azad edildi
30/05/2020 [23:00]:
Azərbaycan-İran sərhədində yanğın olub
30/05/2020 [22:44]:
"Bavariya" darmadağınla qalib gəlib
30/05/2020 [22:38]:
Azərbaycanlı jurnalist koronavirusdan ölən anasının dəfnində iştirak edə bilmədi
30/05/2020 [22:37]:
Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA
30/05/2020 [22:36]:
Zelenski ailəsinin keçənilki gəliri açıqlandı
30/05/2020 [21:58]:
İnanılmaz refleks sahibi olan piyada ölümdən son anda xilas oldu - VİDEO
30/05/2020 [21:53]:
Azərbaycanda koronavirusla bağlı son rəqəmlər açıqlandı
30/05/2020 [21:52]:
Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü
30/05/2020 [21:48]:
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
30/05/2020 [21:10]:
Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı
30/05/2020 [21:09]:
Roza Zərgərli: “48 işçim var” - VİDEO
30/05/2020 [21:02]:
“Ordumuz nə qədər güclü olarsa, diplomatik savaşda da mövqelərimiz bir o qədər üstün olar”
30/05/2020 [20:58]:
Homoseksual Çikaqo meri Trampı ağır söyüşlə biabır etdi...
30/05/2020 [20:54]:
ABŞ-ın Hyuston şəhərində 200 etirazçı həbs edilib
30/05/2020 [20:28]:
Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”
30/05/2020 [20:23]:
Ağ Evin qarşısında iğtişaşlar baş verib
30/05/2020 [20:19]:
"Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"
30/05/2020 [20:17]:
Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü
30/05/2020 [20:14]:
Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
30/05/2020 [19:59]:
“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan
30/05/2020 [19:58]:
Türkiyədə bir polis şəhid olub
30/05/2020 [19:33]:
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [19:32]:
Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm”
30/05/2020 [19:30]:
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
30/05/2020 [19:12]:
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo
30/05/2020 [19:04]:
“Dünyanın ən gözəl qızı” 19 yaşında - FOTOLAR
30/05/2020 [19:03]:
"Qurgeni ona görə öldürdüm ki..." - Səfərovun tarixi çıxışı
30/05/2020 [18:27]:
Sumqayıtda iki nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
30/05/2020 [18:17]:
Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
30/05/2020 [18:15]:
“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans keçirilib - VİDEO
30/05/2020 [18:04]:
Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ
30/05/2020 [18:02]:
Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO
30/05/2020 [17:56]:
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu - RƏSMİ
30/05/2020 [17:44]:
Millət vəkili müğənni Nurlan Əzizbəyli ilə görüşüb
30/05/2020 [17:30]:
“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”
30/05/2020 [17:28]:
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [17:25]:
"Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım”
30/05/2020 [17:07]:
Almaniya polisi məscidlərə nəzarəti gücləndirdi - FOTO
30/05/2020 [16:46]:
Bölgələrdə küləyin sürəti, Xəzərdə dalğanın hündürlüyü artıb - FAKTİKİ HAVA
30/05/2020 [16:34]:
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
30/05/2020 [16:32]:
Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO
30/05/2020 [16:21]:
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
30/05/2020 [16:09]:
Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA
30/05/2020 [16:08]:
Rusiya Belarusu asanlıqla işğal edə bilər - General
30/05/2020 [16:07]:
36 yaşlı Bərdə sakini intihar etdi
30/05/2020 [16:06]:
Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev
30/05/2020 [15:43]:
Qənirə Paşayeva TADİV-in təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edib
30/05/2020 [15:41]:
Bağlanan banklarda olan əmanətlərin kompensasiyalarını verəcək bank filialları açıqlandı - SİYAHI
30/05/2020 [15:39]:
Çindən Melburna gedən 40 konteyner tibbi maska yüklənmiş gəmi okeanda batdı...
30/05/2020 [15:33]:
"Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
30/05/2020 [15:15]:
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
30/05/2020 [15:12]:
"Məcburi köçkünlərin mənzil–məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir"
30/05/2020 [14:56]:
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30/05/2020 [14:52]:
"Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan..." - Rəşid Mahmudov
30/05/2020 [14:46]:
“Ermənistanla Rusiya arasında münasibətlər hazırda gərgindir” - Azərbaycan bundan yararlanacaqmı?
30/05/2020 [14:43]:
Mübarizələrdə keçən şərəfli bir ömür...
30/05/2020 [14:41]:
Daşınmaz əmlaka sərəncam verilməsində depozit hesabından istifadənin üstünlükləri və təminatları...
30/05/2020 [14:38]:
Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...
30/05/2020 [14:29]:
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
30/05/2020 [14:19]:
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
30/05/2020 [14:11]:
Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının kimlərə şamil olunmadığı açıqlanıb
30/05/2020 [13:57]:
AXCP-nin daha bir fəalı həbs olundu
30/05/2020 [13:56]:
Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi
30/05/2020 [13:40]:
"Batya"dan növbəti iddia: “Koronavirusun yarısı xəstəlik, yarısı da siyasətdir...”
30/05/2020 [13:35]:
“Təəssüf ki, belə korrupsionerlərin simasında  Sirus Təbrizlinin məşhur ifadəsi öz təsdiqini tapdı…”
30/05/2020 [13:34]:
Dəhşətli qəzada üç nəfər diri-diri yandı - VİDEO
30/05/2020 [13:34]:
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi - İNANILMAZ...
30/05/2020 [13:32]:
Bu nəhəng ölkə meyvə-tərəvəz böhranı ilə üzləşə bilər - ABŞ fermerləri işçisiz qalıblar
30/05/2020 [13:31]:
"Onlar artıq bütün dünyanı yaratdıqları "COVİD 19" adlı gəmiyə əyləşdiriblər və..."
30/05/2020 [13:21]:
Sabahın havası -Güclü külək əsəcək, yağış yağacaq
30/05/2020 [13:13]:
Bakı belə dezinfeksiya olundu -FOTOLAR
30/05/2020 [13:10]:
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
30/05/2020 [12:59]:
“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək
Bütün arxiv bir sırada
22/09/2019 [00:37] - Hadisə - ( 13019 dəfə baxılıb)

"“Parabeyin” onlara ağır söyüşlər söydükdən sonra tapancasını polis rəisinə tuşladı..."



Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. 

Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:

Əvvəlini bu linkə daxolmaqla oxumaq olar: https://www.moderator.az/news/289337.html


...Bəli, cənab polkovnik? Baş üstə.

– Cin, buyur içəri.

Fikrət cəld özünün üst-başını düzəldib içəri keçdi. Qapını arxasınca bərk örtdü.

– Cənab polkovnik, bilirsiniz, Afiyəddin Cəlilovla bağlı əməliyyata gedənlər bəzi şeyləri Dəyanətin maşınında qoyublar qalıb. Dünən maşını 20-ci polis bölməsinə aparıblar. Maşında olanları da götürüblər. İstintaqın əlinə keçsə batdıq. Bu gün Makedonla Dəyanəti göndərdim bölməyə ki, götürsünlər, amma ala bilməyiblər.

– Cin, sənin başın xarab olub, onlar qanmazdılar, bəs sənə nə olub? Bilmirsən ki, çox qısa müddətə o cinayəti açmaq olar. 2108 və onun içindən götürülənlər əsas sübutlardır və bu da cinayət işinin açılması üçün kifayətdir.

Rövşən selektorun düyməsini basdı:

– Tez Elçini tap, gəlsin yanıma, – dedi. – Makedon kimin yanında olub?

– Rəis müavininin. Deyib ki, maşın OMON-undur. Müavin də bildirib ki, bölmə rəisi yerində yoxdur. Maşını yalnız o qaytara bilər.

– Polis onu nə vaxt aşkar edib?

– Ayın 3-də. Bilirsiniz, cənab polkovnik, bu günlərdə baş verən hadisələr bizim başımızı lap qatıb, vaxt eləyə bilməmişik. Uşaqlarda günah yoxdur.

– Yaxşı, çıx bayırda gözlə, Elçin gələnə kimi.

10-15 dəqiqə sonra Elçin (Qazax OMON-nun bölük komandiri) Rövşən Cavadovun qəbul otağına daxil oldu. Cin Fikrət:

– Hardasan, Rövşən müəllim bizi gözləyir.

Elçin bir söz demədən kabinetin qapısına tərəf yeridi və qapını döymədən açdı. Ardınca Cin Fikrət içəri keçdi.

– Rövşən müəllim, məni axtarıbsınız?

Rövşən sənədlərdən gözünü çəkib Elçinə baxdı. Orta boylu, daim hərbi geyimdə gəzən, xüsusi azğınlığı və qəddarlığı ilə digər OMON-çulardan fərqlənən bu şəxs çox hallarda onun dadına çatırdı. İndi də belə bir vəziyyətdən yalnız onun vasitəsilə qurtaracağına əmin idi. Rövşən Cavadov:

– Elçin, gəl əyləş. Fikrət, sən isə çöldə gözlə.

– Baş üstə, komandir, – Fikrət kabineti tərk etdi.

Qapı örtüldükdən sonra Rövşən sözə başladı:

– Elçin, sən çox maymaqlıq edibsən. Afiyəddin Cəlilovu qətlə yetirəndən sonra maddi sübutları gizlətmək və ya məhv etmək əvəzinə, onları küçədə atıb getmisiniz. Başınız işləmir? Axı, onlar birinci dəfə deyil ki, belə əməliyyat aparırlar. Onlara inandım ki, hər bir hərəkəti lazımi qaydada icra edəcəklər. Doğurdan da, sarsaqmışlar. Əməliyyatda istifadə edilən avtomobili küçədə atıb gediblər.

– Rövşən müəllim, siz heç narahat olmayın. Bu saat OMON-çuları götürüb gedərəm bölməyə və avtomaşını da, onun içində olanları da alıb gətirərəm.

– Yox, sən tələsmə. Səni tanıyıram, elə hay-küy salarsan ki, sonra altından çıxa bilmərik. Indi isə məni eşit. Unutma ki, bölmə rəisi Aslan Dəmirov Əfqan müharibəsi iştirakçısıdır. Səndən çox qanlı döyüşlərdən sağ-salamat çıxıb, cəsarətli adamdır. Ondan ehtiyatlı olmaq lazımdır. Nəsimi rayon polis idarəsinin rəisi Əfəndiyev isə qorxağın biridir. O, müqavimət göstərməyəcək. Sən ona qarşı sərt ol, dərhal tələblərinizi yerinə yetirəcək. Ancaq əvvəlcə bir-iki nəfər ora göndər, xəbərdarlıq eləsinlər. Əvvəlcədən götürəcəyiniz avtomaşını, hərbi sursatları hazır etsinlər, sonra siz gedərsiniz. Qoy deməsinlər ki, quldurluq edirsiniz. Səhər tezdən əməliyyata başlayın.

– Baş üstə, komandir, – deyib Elçin yerindən qalxdı. – Bir otuz nəfər götürərəm. Mənim təcrübəm var. Elə edəcəyəm ki, bölmədən heç kim bayıra çıxa bilməsin, hamısını əsir götürəcəyəm. Özləri isə tələbimizi həvəslə yerinə yetirəcəklər.

– Sənə uğurlar, gedə bilərsən, – Rövşən dedi.

Elçin kabineti tərk edib, komandasının yerləşdiyi – müvəqqəti məskunlaşdığı korpusa gəldi. Növbətçiyə taqım komandirinin müavini Makedonu tapmağı tapşırdı. Makedonu idman zalında tapdı və Elçinin onu axtardığını dedi.

Səhər saat 9-a qalmış 20-ci polis bölməsinin əməkdaşlarının əksəriyyəti iş yerində idi.

Bir neçə hərbi geyimli OMON-çu bölmənin həyətinə daxil oldu. Növbətçinin yanından ötüb birbaşa bölmə rəisinin kabinetinə yanaşdılar. Növbətçi bir söz deyə bilmədi. Makedon qapını itələdi, amma açılmadı. Qonşu otaqda kimsə telefonla danışırdı. Makedon qapıdakı lövhədən bildi ki, bu otaqda rəis müavini Azər İbrahimov oturur. Zərblə qapını vurub açdı, salamsız-kəlamsız içəri keçdi. Arxada gələn OMON-çu isə əlində avtomat qapının girişində dayandı. Hikkəli hökmlə, salam vermədən rus hərbiçisinə xas olan qaydada İbrahimova özünü təqdim etdi.

– Mən OMON-un taqım komandirinin müaviniyəm. Sizə 30-40 dəqiqə vaxt veririk. Bu müddət ərzində həyətdə duran qara 2108 “Jiquli”ni və onun salonundan götürdüyünüz qumbaraatanı qumbaralarla birlikdə, ratsiyaları və digər şeyləri qaytarıb yerinə qoymaqla aparmaq üçün hazır edərsiniz. Yoxsa buranı başınıza uçuracağıq.

İbrahimov soyuqqanlıqla Makedona yer göstərdi. Lakin Makedon ona məhəl qoymadan çönüb getdi. Azər İbrahimov onun arxasınca çıxsa da, artıq Makedon “Jiquli”yə oturub bölmənin həyətini tərk etmişdi.

Tezliklə bölmə rəisi Aslan Dəmirov gəldi və öz otağına keçdi. Azər İbrahimov hadisəni rəisə məruzə etdi. Onu dinlədikdən sonra, Dəmirov telefonu götürdü. Nəsimi rayon polis idarəsi rəisinin nömrəsini yığdı. Dəstəkdən Əfəndiyevin səsi gəldi:

– Eşidirəm.

– Rəis, danışan Aslan Dəmirovdur. Beş-on dəqiqə bundan əvvəl OMON-dan gəlmişdilər. Tələbləri bu idi ki, qara 2108-i və onun salonundan götürdüyümüz əşyaları onlara təhvil verək.

– Dəmirov, narahat olma. Mən polis idarəsinin rəhbər heyyəti ilə ora gəlirəm.

– Gözləyirəm sizi, cənab polkovnik.

Çox keçmədən Namiq Əfəndiyev dediyi adamlarla birlikdə 20-ci polis bölməsinə daxil oldu. Növbətçinin məruzəsini dinləyib, bölmə rəisi Aslan Dəmirovun müşayəti ilə onun iş otağına daxil oldular. Keçib iş stolunun arxasında əyləşdi. Onu müşayət edənlər isə divar boyu yan tərəfdə cərgə ilə qoyulmuş stullarda oturdular. Sonra üzünü zabitlərə tutub dedi:

– Siz son günlər necə gərgin yaşadığımızı bilirsiniz. Vəziyyət çox ağırdır. Özünüz də görürsünüz ki, OMON-un bazası hərbçilər tərəfindən mühasirəyə alınsa da, onlar çox sərbəst hərəkət edirlər. Silahla bazanı tərk edir, hərbçilərin postunu asanlıqla keçir, istədikləri azğınlığı törədirlər. Görünür, Milli Orduda kimlərisə də var. Xahiş edirəm, provakatorların hərəkətlərinə cavab verməyin. Soyuqqanlı olun. Deyəcəyim bu qədər. Indi isə Dəmirov, 2108 “Jiquli”dən götürülən silahlardan birini gətir baxaq.

– Baş üstə, rəis, – Dəmirov qumbaraatanı gətirdi.

Əfəndiyev silahı alıb baxmağa başladı.

Əfəndiyevin polis bölməsinə gəlməsindən bir neçə dəqiqə keçməmişdi ki, iki istiqamətdən hərbi geyimli, əlisilahlı, kəmərlərindən əl qumbaraları asılmış 30 nəfərə yaxın OMON əməkdaşı ora hücum etdi. Öndə qrupun rəhbəri Elçin Əmiraslanov gəlirdi. O, növbətçi otağının yanında dayandı. Yanındakına: “Sən üç nəfərlə 2108 “Jiquli”ni ərazidən çıxardıb, yedəklə OMON-un bazasına apararsan”, – dedi. Digər əməkdaşa isə: “Silah otağından bizim silah-sursatlarımızı götürün”, – deyib bölmə rəisinin kabinetinə tərəf addımladı.

Dəmirovun kabinetində oturanlar hərbçi çəkmələrinin tappıltısını eşitdilər. Kabinetin qapısı şaqqıltı ilə açıldı. Hərbi geyimli 20-25 yaşlarında bir qrup silahlı OMON-çu içəri daxil oldu. Balacaboylunun əlində Makarov tipli tapanca, qalanlarında isə Kalaşnikov avtomatı vardı. OMON-çulardan biri qapının astanasında dayandı. Ayaqlarını çiyinləri bərabərində aralı qoyub, silahı atəş vəziyyətinə gətirərək hazır saxladı. Başqa birisi, əlində avtomat istirahət otağına açılan qapının qarşısında qərar tutdu. O da silahı atəş vəziyyətində hazır tutmuşdu.

Balacaboy hərbçi Qazax OMON-un bölük komandiri, “Parabeyin” ləqəbli Elçin Əmiraslanov idi. Çünki onun baş nayihəsinin qafa hissəsində bir qisim sümük “çatışmırdı”, onu qəlpə aparmışdı.

Elçin qışqırıb, polis zabitlərinə komanda verdi:

– Üzünüzü divara çevirin.

Hövlanak yerindən qalxan polis zabitləri əsir düşmüş məzlumlar kimi əmrə tabe olaraq üzlərini divara çevirdilər.

“Parabeyin” əsirlərin ünvanına ağır söyüşlər deyərək onları təhqir etdi. Sonra Əfəndiyevin qulağından yapışaraq üzünü özünə tərəf çevirdi. Tapancasını qaldırıb Natiq Əfəndiyevə tuşladı. Əfəndiyev:

– Öldürmək istəyirsənsə buyur öldür, ancaq təhqirə keçmə, – dedi.

Zabitlərdən biri yerindən qalxıb Elçinə yaxınlaşdı və onu qucaqlayıb kənara çəkmək istədi. Tapançadan açılan atəşdən güllə döşəməyə dəydi. Elçin onu da söydü, amma öldürməkdən vaz keçdi, Əfəndiyevi bir daha söyüb üzünə bir-iki şillə çəkdi. Polis idarəsinin rəisi cınqırını da çıxarmadı. Zabitlər əsirlər kimi qaliblərin qarşısında müti vəziyyətdə dayanmışdılar.

Bir azdan qapıdan boylanan OMON-çu qışqırdı:

– Elçin, 2108“Jiquli”ni bazaya yola saldıq.

– Yaxşı, gəlirəm, – deyərək polislərə nəzər yetirdi, bir daha onları ağır söyüşlərlə təhqir etdi və sonra qumbaraatanın götürülməsinə göstəriş verərək kabineti tərk etdi. Bölmənin silah otağında saxlanılan əşyalarını alıb, OMON-un bazasına qayıtdılar.

Bir dəqiqə ərzində OMON-çular bölmədən çıxıb getdilər. Lakin şərəf və ləyaqətlərinin alçaldılması, təhqir olunmaları zabitlərin qəlbində ağır yaralar açdı, yaddaşlarında isə silinməz acı xatirələr qaldı.

OMON isə öz fəaliyyət tarixinə yeni bir qara səhifə yazdı, cinayət siyahısının düzüm sırasını bir qədər də artırdı. Necə deyərlər: “İslanmışın yağışdan nə qorxusu”.

Bu ağır cinayət hadisəsinə nə Nəsimi rayon prokurorluğu, nə Bakı şəhər prokurorluğu, nə də ki Respublika prokurorluğu heç bir reaksiya vermədi. Sanki bu ağır cinayət çox uzaqlarda, Azərbaycan Respublikasının qanunlarının işləmədiyi bir məkanda baş vermişdi, gözlər kor, qulaqlar kar olmuşdu.

Dərhal 20-ci polis bölməsinin rəisi Aslan Dəmirov rayon prokuroru Yusif İldırımzadəyə telefonla hadisə barədə məlumat verdi, hətta yazılı müraciət etdi, lakin bir tədbir görülmədi. Nəyə? OMON-un qorxusundanmı! Bütün bunlar ən azı Cavadov qardaşlarının qarşısında pis adam olmamaqdan ötrü atılmış addımlar idi.

Hamı da qorxu içində susurdu, səlahiyyət sahibləri olanlar da, olmayanlar da. Kriminogen vəziyyətlərə nəzarət edənlər də, cinayətkarlığa qarşı mübarizə aparanlar vəzifə sahibləri də. Yalnız bir şəxsdən başqa, hansı ki, hamı ümidini ona bağlamışdı.

Ardı var...

Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
Dünya
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
Hadisə
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi - İNANILMAZ...
Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247