Xəbər lenti
06/06/2020 [19:18]:
Elçibəyin kürəkənindən Sülhəddin Əkbərin ittihamlarını suya düşürən fotosübut...
06/06/2020 [19:10]:
Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb
06/06/2020 [19:08]:
Dünya neft ehtiyatları 1,5 milyard barel artdı
06/06/2020 [19:02]:
ABŞ-da çevriliş təhlükəsi! - Pentaqon Trampa qarşı
06/06/2020 [18:55]:
Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
06/06/2020 [18:45]:
Britaniya nəşri 2014-cü ildə Bakıdan qovulan Berti Foqtsa atılan aftafadan yazdı...
06/06/2020 [18:41]:
“Hər şey onun əmri ilə baş verir, "Ol" deyər və olar...” - VİDEO
06/06/2020 [18:25]:
ABŞ-da son sutkada 1200 nəfər COVİD-19-dan ölüb
06/06/2020 [18:24]:
Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik” - VİDEO
06/06/2020 [18:19]:
Komissiya yaranmalı, Nikol dindirilməlidir - Vanetsyan
06/06/2020 [18:18]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
06/06/2020 [18:10]:
Ermənilər Qarabağa 3-cü yolun xəritəsini də təqdim etdi- Yenə Laçından keçir...FOTO
06/06/2020 [18:06]:
Pərvin Abıyeva: “Daha çox kişilərlə dostluq edirəm, çünki...” - VİDEO
06/06/2020 [18:03]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 379 yeni yoluxma - RƏSMİ
06/06/2020 [18:02]:
Biz Londonda məskunlaşırıq, ermənilər Qarabağda...
06/06/2020 [17:17]:
Azərbaycanın bəzi rayonlarına dolu yağır - FAKTİKİ HAVA
06/06/2020 [17:09]:
“Zənnimcə, cərimələrin tətbiqi zərurətdən yarandı və bu yoluxanların sayını azaldacaq”
06/06/2020 [17:03]:
Şəbnəm Tovuzlunun bu videosu hamını təəccübləndirdi - VİDEO
06/06/2020 [16:51]:
Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab: Ordumuz istənilən an…
06/06/2020 [16:48]:
Vaqif Aydınoğlu ikinci dəfə ata oldu - FOTO
06/06/2020 [16:43]:
Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev
06/06/2020 [16:10]:
Biz Avropa Şurasının erməni şurasına çevrilməsinə təəssüf edirik
06/06/2020 [16:00]:
Hamiləlik və laktasiya dövründə COVID-19 riski: Hansı qaydalara riayət olunmalıdır?
06/06/2020 [15:55]:
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
06/06/2020 [15:49]:
“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı...” - FOTOLAR
06/06/2020 [15:44]:
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü
06/06/2020 [15:44]:
“Oğlumun adını əbədiləşdirmək üçün bu addımı atdım” - Şəhid atası oğluna muzey tikir...
06/06/2020 [15:43]:
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
06/06/2020 [15:42]:
“Taliban" 38 əfqan əsgərini azad edib
06/06/2020 [15:39]:
ABŞ-ın məşhur meydanında Corc Floydun xatirəsi anılır - VİDEO
06/06/2020 [15:34]:
“Azərbaycanla bağlı xırda bir məsələni şişirdən Avropa Şurası kimi qurumların ABŞ-la bağlı susqunluğu təəssüf doğurur”
06/06/2020 [15:27]:
Çəkilişində rejissorun, operatorun, fotoqrafın həlak olduğu filmimiz - "Mən ki gözəl deyildim"in faciəvi kadr arxası
06/06/2020 [15:22]:
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06/06/2020 [15:19]:
Nigeriya OPEC+ sazişi üzrə yerinə yetirilməyən öhdəliyi kompensasiya edəcək
06/06/2020 [15:17]:
Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim...
06/06/2020 [15:12]:
"Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam..."
06/06/2020 [15:08]:
Putin turizm sahəsinin kurasiyasını dəyişdi...
06/06/2020 [15:05]:
Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edilib
06/06/2020 [15:02]:
ABŞ-la Rusiya arasında Yaxın Şərq davası...
06/06/2020 [15:01]:
ABŞ Avropanı Rusiya qarşısında müdafiəsiz qoydu: Qərb rus məhşəri ilə üz-üzə...
06/06/2020 [15:00]:
Gəncə sakinindən 2,3 kq narkotik götürüldü
06/06/2020 [15:00]:
Afrikanın bir nömrəli terrorçusu öldürüldü...
06/06/2020 [14:48]:
"Təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir..."
06/06/2020 [14:44]:
Liviya ordusu yeni əməliyyata başladı - Kod adı “Zəfər yolları...”
06/06/2020 [14:41]:
"AŞPA hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir..."
06/06/2020 [14:38]:
İranda daha 75 nəfər koronavirusdan öldü
06/06/2020 [14:28]:
“Aypara dedi ki, İxtiyar Şirinov Surət Hüseynova cinayət işi qaldırdığına görə vicdan əzabı çəkir..."
06/06/2020 [14:26]:
Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri DTX-ya çağırılıb
06/06/2020 [14:20]:
Bakıda üç obyekt qanunsuz fəaliyyət göstərdiyi üçün cəzalanıb
06/06/2020 [14:18]:
Azərbaycan neftinin qiyməti 43 dolları ötüb
06/06/2020 [14:10]:
Türkiyədə zəlzələ anı kamerada - VİDEO
06/06/2020 [14:06]:
“Deyirlər özünü gözə soxmağa çalışır...” - VİDEO
06/06/2020 [14:03]:
Levon Ter-Petrosyandan Nikol Paşinyana dəstək gəldi
06/06/2020 [13:59]:
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...
06/06/2020 [13:41]:
Sabahın hava PROQNOZU
06/06/2020 [13:40]:
Bakı sakinlərinə XƏBƏRDARLIQ - FOTO
06/06/2020 [13:33]:
ABŞ 9 500 əsgərini Almaniyadan çıxarır
06/06/2020 [13:32]:
Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular - RƏSMİ AÇIQLAMA + FOTO
06/06/2020 [13:28]:
Abşeronda və Suraxanıda qaz xətlərinə qanunsuz qoşulmalar aşkarlanıb - FOTO
06/06/2020 [13:24]:
Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi
06/06/2020 [13:16]:
ABŞ-da polislərə boğma fəndinin öyrədilməsi qadağan ediləcək
06/06/2020 [13:16]:
"Bir müddət əvvəl Çində olduğu kimi, insanlar küçədə yıxılıb öləcək..." - Alimdən dəhşətli sözlər
06/06/2020 [12:54]:
Balakəndə bir tondan çox narkotik vasitə məhv edildi - FOTO
06/06/2020 [12:52]:
G20 koronavirusla mübarizəyə 21 milyard dollar ayıracaq
06/06/2020 [12:43]:
Liviya hökuməti qiyamçıların məğlub olduğunu elan edib
06/06/2020 [12:42]:
ABŞ Çin aviaşirkətlərinə qoyduğu qadağanı ləğv etdi
06/06/2020 [12:38]:
Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 147 milyon manatdan çox pul ödənilib - Nazirlik
06/06/2020 [12:34]:
61 yaşı tamam olan nazir Milləti Qarabağ töhmətindən qurtaracaq... - TƏBRİK
06/06/2020 [12:27]:
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
06/06/2020 [12:25]:
“Valideynlərdə elə bir qorxu var ki, qız ailə qurmasa, başqa yola gedəcək...”
06/06/2020 [12:08]:
“Sübut etdik ki, biz ən çox çörək yeyən xalqıq...” - VİDEO
06/06/2020 [12:03]:
Onların yenə “bəxti gətirmədi” - SİYAHI
06/06/2020 [12:00]:
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün... - VİDEO
06/06/2020 [11:56]:
Rusiyada koronavirusa yoluxanların sayı 450 mini ötdü
06/06/2020 [11:48]:
Pekin sakinlərinə alış-veriş üçün 1,7 milyard dollar paylanacaq
06/06/2020 [11:44]:
YAP və Məzahir Pənahovdan xərçəngə yoluxan Mehman Hüseynova jest (FOTOFAKT)
06/06/2020 [11:42]:
Ermənistan hökuməti "günah keçisi" axtarır
06/06/2020 [11:34]:
Günah havasına bərk gedənləri, beləmi sınağa çəkirsən, ey haqq?!
06/06/2020 [11:30]:
Venesuela “bir həftədən bir” rejiminə keçir
06/06/2020 [11:26]:
Bu səhər işə başlayan çörək sexi bağlandı - Fotolar
Bütün arxiv bir sırada
22/09/2019 [10:24] - Cəmiyyət - ( 14593 dəfə baxılıb)

"Başımıza dəysin belə demokratiya, gözümüzə girsin belə mübarizə..."



Vay anam, vay, dedim özüm - özümə. Kül olsun bizim xalq başımıza....Fuad Qəhrəmanlını, onun siyasi liderini xilas etmək üçün bir balaca qızın abdalcasına yazdığı axmaq bir statusunu mənə bir neçə adam göndərdi. Qadınlar göndərdi?? Yox, kişilər. Evlərində qız böyüdən kişilər...Ay kişilər, kişilər, ay kişilər)) neynirsiniz??? Nədən əminsiniz ki, bu sizin başınıza gəlməyəcək? Qorxursunuz ki, lidersiz qalarsınız? Narahat olmayın, sizin təbirinizlə desək, hamını əvəz etmək olar. A kişi, siz beyninizdə Prezidentə belə əvəz tapmısınız, müxalifətçiyə tapmayacaqsınız?)) Bu Fuad Qəhrəmanlı görmür ki, siz onun namusuna, qeyrətinə dil uzadırsınız? Nə deyir sizə? Söyün mənim qızımı, yoxsa deyir söyməyin? Mən sizin hamınızın yerinə UTANIRAM və Ağlayıram...Ciddədən ağlayıram. Bilirsiniz niyə? Çünki başa düşürəm ki, sizinkimilərin əlinə hakimiyyət keçəcəksə, Bakıda da ermənilər qadınlarımızın, qızlarımızın başına Kəlbəcərdə, Xocalıda gətirdiklərini təkrarlayacaqlar. Niyə belə deyirəm? Çünki bir müxalifətçi lideri kreslosuna görə bir Ata qızına əxlaqsız dedizdirirsə və ya deməyə imkan verirsə, Prezident, nazir, postuna girə nələrə razı olarsınız? Burda bir çıxış yolu var. Ya ağlı başında olan adamlar arvad - uşağını götürüb rədd olmalıdır bu ölkədən, ya da siz. Söz də tapmıram..Cəhənnəm olun hamınız. Mənim tanıdığım həyat yoldaşlarınız sizdən qat- qat mərd insanlardır. Selcanı söyən və söydürən zavallılar, onu əkən, böyüdən, tərbiyə verən kişi var...Siz nəyini söyürsünüz, hamısı qayıdır atasına...Bu nə gerizəkalıq??? Başımıza dəysin belə demokratiya, gözümüzə girsin belə mübarizə..Heç zad....Daha heç nə....Siz idiniz İlham Əliyevi bəyənməyən? Siz idiniz onun uşaqlarına ayama deyən? Siz idiniz qəza törədən məmur uşaqlarının gözünü tökən?Siz idiniz dükandan diplom paylayan julikin əsli tapılmayan montaj videosuna görə  istefa verdikdən sonra belə (nəyinsə müqabilində)8 yaşlı uşağı olan qadın millət vəkilinə həbs tələb edən? Zavallılar...Allah var,intiqamı da böyükdür...Gedin tövbə edin.  Mən müəlliməm, maarifçiyəm. Yenə də ümidimi üzmürəm .Çarli Çaplinin qızına məktubunu bura buraxıram. Saflaşmaq istəsəniz, nifrət və təkəbbürünüz imkan versə oxuyun.Allah sizləri hidayət etsin( lənət etsin yazmam lazım, di gəl ki, olmaz.Gic- gic koment yazanlara bu başdan cavabım: Kül sizin kişi başınıza)
Nə isə.

 Əziz qızım Ceraldina, 

İndi gecədir. Yeni il gecəsi. Balaca qəsrimizin silahsız əsgərləri yuxuya gediblər: bacın və qardaşın, hətta anan da uyuyub… Bu yarıqaranlıq otağa gəlincə, o mürgülü sərçəcikləri az qala oyadacaqdım…

Ah, bircə bilsən ki, mən Səndən nə qədər uzaqdayam… Ancaq, qoy, mənim gözlərim kor olsun, əgər bütün ayrılığımız müddətində Sənin əksin bircə an belə gözlərimin önündən çəkilibsə. Sən əslində burdasan, yanımda, yox-yox, lap ürəyimdəsən…
Sən hardasan?..

Orada, əfsanəvi Parisdə!!!… Yelisey sarayının möhtəşəm səhnəsində rəqs edirsən. Bunu yaxşı bilirəm, lakin mənə elə gəlir ki, gecənin bu lal sükutuna qarışan sakitliyində Sənin addım səslərini eşidirəm, bənzərsiz gözəlliyini, gözlərinin parıltısını görürəm və bu gözlər mənə şaxalı qış gecəsinin aydın səmasında parlayan ulduzları xatırladır…

Bu arada eşitdim ki, Sən bayram axşamının işıqlarla dolu səhnəsində “Tatar xanına əsir düşmüş fars gözəli” rolunu oynayırsan. Oyna, gözəlliyinə bənzəyən bir rəqs bəxş elə tamaşaçılarına! Ulduza dön, parla səhnədə!
Ancaq birdən tamaşacı rəğbəti və alqışların həyəcanı səni məst eləsə, sənə göndərilən güllərin xoş ətri başını gicəlləndirsə, bir anlığa küncə çəkilib otur və mənim bu məktubumu oxu. Oxu və Atanın ürək sözlərinə diqqət kəsil…
Mən sənin atanam, Ceraldina! Mən Çarliyəm – Çarli Çaplin! Bir bilsən, neçə gecələrimi Sənin balaca çarpayının yanında oturaraq “Yatmış gözəl və qorxunc əjdaha” barəsində nağıllar danışmışam…

Bəzən, çarpayının yanında, artıq qocalmış gözlərim mürgüyə dalanda, öz-özümə gülər və üstümə gələn mürgüyə deyərdim: “Get, yox ol, mənim yuxum, bu nağıllar mənim körpə Ceraldinamın arzularıdı”. O zaman mən sənin arzularını, gələcəyini görürdüm, Ceraldina, sənin bu gününü görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Mən öz balaca sərçəciyimi səhnədə mələk rolunda, bir mələk kimi sonsuz səmanın qucağında pərvazlanaraq rəqs edən görürdüm. Hətta bu zaman qulaqlarıma yetən səsləri də eşidirdim: “Siz bu qızcığazı görürsünüzmü? O, qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Çarli idi”…
Bəli, mən Çarliyəm – qoca təlxək! Artıq bu gün rəqs etmək növbəsi sənindi. Rəqs elə! Mən zamanında cırıq, enlibalaq şalvarda rəqs etmişəm. Sənin əynində isə şahzadələrə xas ipək paltar var. İndi etdiyin rəqslər və eşitdiyin alqış səsləri, zaman-zaman Səni sonsuz səmalara qədər parvazlandıracaq qanadlara çevrikəcək…
Bir vaxtlar, mənim nağıllarımım dünyasına vararaq mürgülədiyin gecələrdə, zaman-zaman yüxum belə, gəlməzdi. Sənin gözəl üzünə baxar, səsinə qulaq asar və öz-özümdən soruşasrdım: “Çarli, doğrudanmı nə vaxtsa bu balaca qızcığaz səni tanıyacaq?”

Sən məni tanımırsan, Ceraldına. Artıq çox uzaqlarda qalmış o gecələrdə mən sənə çox nağıllar danışmışam… Amma heç bir zaman öz nağılım barəsində cənə bir kəlmə belə kəsmədim. Ancaq, bir bilsən, o nağıl necə maraqlıdı?…Bu, Londonun yoxsul məhəllələrində, kasıb kvartallarında oxuyan, rəqs edən ac təlxəyin nağılını… O nağılda həm də bu ac təlxəyin bir qarın çörək üçün necə əl açdığı barədə olduqca maraqlı məqamlar var….

Əslində mənim nağılım elə bundan ibarətdi. Mən aclığın, səfalətin, ac-susuz, kimsəsiz küçələrdə soyuqdan donmağın, şaxtadan titrəməyin nə demək olduğunu çox yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, öz başının üstündə damı olmaq nə deməkdi. Hələ orasını demirəm ki, mən ac bir təlxəyin küçə-küçə, ev-ev gəzərək əl açmasının nə qədər ağrılı-acılı və aşağılayıcı hisslərini yaşamışam. O təlxəyin ki, içində, sinəsində hər zaman bir okean boyda qürur fırtınası coşub-daşırdı. Lakin onun üzərinə atılan xırda pullar hər dəfəsində bu qürur fırtınasını öldürür, söndürürdü… İçində ümmanlar qədər qürür gəzdirən atan, köçəri təlxək olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki… Bütün bunlara baxmayaraq, yaşamışam…

Daha yaxşısı budur ki, bir az da sənin haqqında danışım, Ceraldina.

Sənin adın Ceraldinadı və bu adın arxasından mənim soyadım gəlir – Çaplin! Bu adla mən qırx ildən artıqdı ki, o, yer üzünün insanlarını güldürürəm. Lakin, bu 40 ildə, ən azı, o insanların güldüyü qədər, bəlkə də ondan da artıq mən özüm ağlamışam.

Ceraldina, bunu bil ki, indi sənin yaşadığın bu dünya təkcə musiqi və rəqsdən ibarət deyil…
Gecə yarısı böyük salonlardakı parıltısı ilə göz qamaşdıran səhnələrdən enərkən, öz varlı pərəstişkarlarını unutmağa çalış. Səni evə götürəcək taksi sürücüsündən onun arvadı haqqında soruşmağı unutma… Və əgər o hamilədisə, onların uşağın bələyinə yetəcək qədər pulları yoxdusa, bu pulları sən o sürücünün ovcuna bas. Pulunun çatmayacağından da çəkinmə. Mən banka göstəriş vermişəm ki, sənin bütün xərclərini qarşılasınlar. Qalan məsələlərə gəlincə, sən onlar barəsində mənə mütləq danışmalısan…

Onu da bilirəm ki, atalar və övladlar arasında əbədi bir yarış mövcuddu. Sən də mənə müharibə elan et, əziz qızım, mənim fikirlərimə qarşı müharibə elan et. Mən itaətkar uşaqları sevmirəm! Və nə qədər ki, gözlərimim yaşı bu məktubun üzərinə axmayıb, istərdim inanım ki, bu yeni il gecəsi həm də möcüzələr gecəsidi. Həqiqətən də, möcüzə baş verməsini və  dediklərimin hamısını başa düşməni istərdim…

İstərdim deyim ki, Çarli artıq qocalıb, Ceraldina. Gec-tez sən səhnəyə geydiyin ağ ipək paltarını, qara matəm libasına dəyişərək mənin məzarımı ziyarətə gələcəksən. İndi isə səni çox narahat eləmək istəmirəm. Sadəcə arabir aynaya bax – orda məni görəcəksən, axı sənin damarlarında mənim qanım axır…

Bir zamanlar mənim damarlarımın qanı duracaq, istərdim, çox istəşrdim ki, sən öz atan Çarlini unutmayasan!!!
Təbii ki, mən bir mələk deyildim, ancaq bacardıqca çalışdım ki insan olum! Sən də buna çalış!!

Gülər Əhmədova, 
Keçmiş deputat, psixologiya üzrə fəlsəfə doktoru

Britaniya nəşri 2014-cü ildə Bakıdan qovulan Berti Foqtsa atılan aftafadan yazdı...
“Hər şey onun əmri ilə baş verir, "Ol" deyər və olar...” - VİDEO
Putin turizm sahəsinin kurasiyasını dəyişdi...
ABŞ-la Rusiya arasında Yaxın Şərq davası...
Afrikanın bir nömrəli terrorçusu öldürüldü...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Elçibəyin kürəkənindən Sülhəddin Əkbərin ittihamlarını suya düşürən fotosübut...
Dünya
ABŞ-da çevriliş təhlükəsi! - Pentaqon Trampa qarşı
Gündəm
Ermənilər Qarabağa 3-cü yolun xəritəsini də təqdim etdi- Yenə Laçından keçir...FOTO
Cəmiyyət
"Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam..."
Cəmiyyət
61 yaşı tamam olan nazir Milləti Qarabağ töhmətindən qurtaracaq... - TƏBRİK
Yazar
İlham İsmayıl
Biz Londonda məskunlaşırıq, ermənilər Qarabağda...
Oqtay Qorçu
Pandemiya gündəliyi...
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir "əməliyyat"...
Etibar Məmmədovun 4 iyun qiyamında rolu və “xəyanəti” nədən ibarət olub..? - TARİX...
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
"Bir nazirin 2 aydan bir gedib rayonda 20-30 adamı qəbul etməsi ilə iş alınmaz..."
"Bura hər an "İkinci Qarabağ" ola bilər..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247