Xəbər lenti
23/10/2019 [08:36]:
Rəcəb Tayyib Ərdoğan: “ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
23/10/2019 [07:38]:
Xristian ölkəsində azyaşlıları harama alışdıran “uşaq şampanı”nın qadağan olunması təklif edildi...
23/10/2019 [06:44]:
Problemini bu üç nəfərdən qeyrisinə söyləmə...
23/10/2019 [00:01]:
AzTV gündəlik 35 min ədəd araq istehsal edilən zavoddan reportaj hazırladı - VİDEO
22/10/2019 [23:52]:
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
22/10/2019 [23:12]:
Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı - MARAQLI...
22/10/2019 [22:57]:
Türkiyənin nəqliyyat naziri: “BTQ-yə nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv olar”
22/10/2019 [22:53]:
Şahin Mustafayev: "Qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb"
22/10/2019 [22:46]:
Pentaqon rəhbəri: "Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq"
22/10/2019 [22:40]:
Akif Əlizadənin AMEA-nın prezidentliyindən istefa verdiyi xəbəri yayıldı...
22/10/2019 [22:17]:
Prezident: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır"
22/10/2019 [22:15]:
İlham Əliyev: "Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır"
22/10/2019 [22:08]:
Ərdoğan: "Sabahdan başlayaraq, YPG terrorçuları ərazidən geri çəkiləcək" (Yenilənib)
22/10/2019 [22:04]:
Mərdəkan yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO
22/10/2019 [22:00]:
SOCAR-ın prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib
22/10/2019 [21:35]:
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22/10/2019 [21:31]:
Bu il Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacaq
22/10/2019 [21:28]:
Qənirə Paşayeva MM-də müvafiq qurumları ciddi addımlar atmağa çağırdı
22/10/2019 [21:06]:
"Mənim fikirlərim deyəsın hörmətli Siyavuş müəllimin də xoşuna gəlməyib"
22/10/2019 [20:58]:
Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə... - MARAQLI
22/10/2019 [20:22]:
“Heç vaxt fəxri ad almayacağam” – Nadirdən həmkarlarına atmaca
22/10/2019 [19:40]:
Uşağını kəndirlə velosipedə bağladı - AĞLASIĞMAZ...+ VİDEO
22/10/2019 [19:10]:
İllərdir qırxılmayan Avstraliyalı qoyun öldü - FOTO
22/10/2019 [19:07]:
2024-cü ildə dünya iqtisadiyyatına təsir göstərəcək ölkələr bəlli olub
22/10/2019 [19:04]:
Bir sıra qənd istehsalı müəssisələrində pozuntular aşkarlanıb, cinayət işi başlanıb - RƏSMİ
22/10/2019 [18:59]:
“Mövqeyimizi ortaya qoymalıyıq”
22/10/2019 [18:58]:
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub -FOTOLAR
22/10/2019 [18:39]:
Rusiyada xanım müğənnini döyərək bu hala saldılar - VİDEO
22/10/2019 [18:21]:
Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb
22/10/2019 [18:15]:
Qənirə Paşayeva MM-də çıxış edb
22/10/2019 [18:15]:
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi – VİDEO, FOTOLAR
22/10/2019 [18:09]:
Prezident sərəncam imzaladı - Yeni qoruqlar yaradıldı
22/10/2019 [18:08]:
Prezident Şahin Mustafayevi qəbul etdi - Foto
22/10/2019 [18:00]:
Bakı Mühəndislik Universitetində BDU-nun 100 illiyi qeyd olunub
22/10/2019 [17:58]:
Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı
22/10/2019 [17:56]:
Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı
22/10/2019 [17:53]:
İctimai Şuranın yeni seçilən sədri və müavini danışdı: “Problemlər müzakirə olunacaq”
22/10/2019 [17:50]:
Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi
22/10/2019 [17:50]:
Gürcüstanda Ümummilli lider Heydər Əliyevin heykəlinə erməni təxribatı - FOTO + VİDEO
22/10/2019 [17:49]:
Mingəçevir su anbarında reyd keçirildi
22/10/2019 [17:48]:
“Azərsu” rəsmiləri vətəndaşları dinlədi
22/10/2019 [17:47]:
Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE
22/10/2019 [17:45]:
Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
22/10/2019 [17:16]:
“Bizdə vəzifədən sadəcə iki əllə yapışmırlar: Həm də iki ayaqla yapışırlar”
22/10/2019 [17:05]:
Şahin Mustafayev baş nazirin müavini oldu - SƏRƏNCAM
22/10/2019 [16:55]:
Cinsi istismara məruz qalan qıza bu dəfə saz kursunda müəllimi təcavüz etdi - RƏZALƏT...
22/10/2019 [16:17]:
“Türkiyə “Barış Pınarı” əməliyyatıyla Suriyanın ərazi bütövlüyünü pozub” - İkiüzlü Rusiya...
22/10/2019 [16:15]:
Ərdoğanla Putin arasında görüş başladı...
22/10/2019 [16:14]:
Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir
22/10/2019 [16:13]:
Ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb
22/10/2019 [16:12]:
“Diaspor fəaliyyətində xidmətə görə” medal TƏSİS olunur
22/10/2019 [16:11]:
Azərbaycanda övladlığa götürmə prosesi 3 mərhələdə aparılacaq
22/10/2019 [16:10]:
Bahar Muradovadan AÇIQLAMA: “Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [16:07]:
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
22/10/2019 [16:05]:
"Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, “kreslo”nu məşğul etməsin"
22/10/2019 [16:01]:
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
22/10/2019 [15:51]:
İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
22/10/2019 [15:50]:
İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər
22/10/2019 [15:49]:
Ukraynadakı səfirimiz məsxərəyə qoyuldu - Xudiyev "qızıl xırdalamaq" istədi, ancaq...
22/10/2019 [15:46]:
Deputat büdcədə şişirdilmiş rəqəmlərə qarşı çıxdı
22/10/2019 [15:31]:
Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
22/10/2019 [15:23]:
"Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir...!" -Hulusi KILIÇ...
22/10/2019 [15:16]:
İran səfirinin qızı Moskvada öldü -FOTOLAR
22/10/2019 [15:14]:
Bakı yollarında ilk -FOTOLAR
22/10/2019 [14:57]:
“Putinlə Ərdoğanın danışıqları çətin olacaq” - Rəsmi Moskva
22/10/2019 [14:56]:
177 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22/10/2019 [14:53]:
Azərbaycanda yeni medal təsis edildi
22/10/2019 [14:37]:
"Kim ki, öz üzərində işləyir, gec-tez layiq olduğunu əldə edəcək, əsas can qoymağındır”
22/10/2019 [14:16]:
“Spikerin yanında nüfuzunu artırmaq üçün belə fədakarlıq edib” - QALMAQAL...
22/10/2019 [14:14]:
Bu yollar bağlanacaq - Sürücülərə xəbərdarlıq!
22/10/2019 [14:01]:
Müdafiə nazirinin təklifi bir milyarddan çox insanı gülüşə qərq etdi
22/10/2019 [13:53]:
“Azərbaycanda bir dənə kişi var”, “Alabala...”” - Onlar yaddaşlarda bu cür qaldılar...
22/10/2019 [13:43]:
“Belə bir işin görülməsi böyük təsəllidir...” - Aprel şəhidlərimizin atalarıyla bağlı klip çəkildi
22/10/2019 [13:42]:
Hesablama Palatasına yeni auditor təyin edildi
22/10/2019 [13:39]:
“Milli dəyərlərimizə qəsd edənlərin  dövlətimiz tərəfindən  durdurulması zəruridir...”
22/10/2019 [13:12]:
“Yaşlananda kişiyə qadın lazım olur, gəncliyində dağda-bağda olursan...”
22/10/2019 [13:03]:
Milli Məclis onu müstəqil deputatların MSK-dakı nümayəndəsi TƏYİN ETDİ
22/10/2019 [13:02]:
Bakıda keçiriləcək sammitdə 60 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək
22/10/2019 [12:58]:
Nazir: “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
22/10/2019 [12:57]:
“Bir də onda ayıldım ki, videolar çəkilir, paylaşılır...” Rafael İsgəndərov
Bütün arxiv bir sırada
27/09/2019 [11:40] - Mədəniyyət - ( 621 dəfə baxılıb)

Sumqayıt Teatrı “Solğun çiçəklər”i solmağa qoymadı -Dahi sənətkar özü bu tamaşanı görsəydi, bəyənərdimi?



 


H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru Elşən Zeynallının yeni quruluşunda təqdim edilmişdir. 

 


...Son dövrlərin saysız-hesabsız, dəyərli-dəyərsiz müxtəlif macəra film və serialları kino-televiziya ekranlarını büsbütün zəbt edənə qədər dünyanın bir-çox teatrlarının və kinostudiyalarının nəinki aparıcı akytorları, hətta özünün istedadını, yaradıcı potensialını az-çox dəyərincə qiymətləndirən gənc aktyorlar belə zaman-zaman dünya dramaturgiyasının korifeyləri olan V.Şekspirin, V.Hüqonun, B.Brextin, Nazim Hikmətin və digər məşhur dramaturqların pyes qəhrəmanlarının obrazlarını yaratmaq arzusu ilə yaşayıblar. Xüsusilə özlərini Hamlet, Otello, Qaliley və s. rollarda təsəvvür edənlər hər zaman olub.


Respublikamızın teatrlarında həmin rollarla yanaşı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələri Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Hüseyn Cavidin "İblis", "Seyx Sənan", Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", Səməd Vurğunun "Vaqif", Şıxəli Qurbanovun "Sənsiz" tamaşalarında baş rolları oynamaq istəyənlər, buna nail olanlar və olmayanlar  - uzun illər özlərini o qəhrəman obrazlarda təsəvvür edənlər az olmayıb. 


Bəlkə də həmin möhtəşəm əsərlərin "ağırlığından", siqlətindəndir (bəzən də bu və ya digər teatrda baş rolları oynaya biləcək aktyorların olmamasındandır) ki, teatrlar həmin pyeslərə son dövrlərdə çox az hallarda, gec-gec müraciət edirlər. Bir də ki həmin əsərlərin müasir tamaşaçı üçün uğurlu yozumuna (traktovkasına), yüksək səviyyədə təqdimatına nail ola bilməmək narahatlığı - "qorxusu" da teatr kollektivlərini çox zaman həmin əsərləri repertuara daxil etməkdən ehtiyatlandırır, çəkindirir.


Bu baxımdan çox təqirəlayiqdir ki, C.Cabbarlının "Solğun çiçəklər"ini ilk dəfə ötən əyyamın 70-ci illərində səhnələşdirmiş H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 45  ildən sonra bir ağırlıq qaldıran ("ştanqist) kimi bu "ağırlığı" yenidən qaldırmağa, öz keçmiş "rekordunu" təzələməyə çalışmışdır...


Düzü, yarandığı ilk gündən - 1969-cu ildən tamaşaçısı olduğum, böyük bir sənət məbədi hesab etdiyim doğma Teatrın "Solğun çiçəklər"inə baxmazdan əvvəl mənim bir qədər narahatlığım vardı. Axı, 50 il əvvəlki və bugünkü tamaşaçıların elə 50 il qədər də fərqləri var - dünya da, zövqlər, duyğular, hisslər də dəyişib, hətta məhəbbətin çalarları da başqa rəng, başqa ahəng alıb. Əsl, romantik məhəbbətə baxışlar da, münasibətlər də dəyişib. Düşünürdüm ki, səmimiyyətə inamın azaldığı, hər addımda, hər bir hərəkətdə adamlar arasında şübhə toxumlarının artdığı bir zamanın bugünkü boz-bulanıq aynasından baxan bugünün, XXI əsr azərbaycanlı tamaşaçısının "Solğun çiçəklər"ə münasibəti necə olacaq?


Ancaq tamaşadan bir gün əvvəl pyesi yenidən, təkrar oxuyaraq, C.Cabbarlının 100 il əvvəl qələmə aldığı "pul və məhəbbət" ("məhəbbət və var-dövlət") mövzusunun, təəssüf ki, elə bu gün üçün də çox aktual olduğunu bütün acıları-ağrıları ilə anladım. Məhəbbətə dönüklük, vaxtilə ölkədə nadir hallarda rast gəlinən boşanmaların, dağılan ailələrin çoxalması, var-dövlət üstündə çəkişmələr (hətta yüksək vəzifə adamları, bəzi təsadüfi deputatlar arasında), qısqanclıq üzündən, xainlikdən, xudpəsəndlikdən tökülən nahaq qanlar buna sübut deyilmi? Buna görə də inanmalı oldum ki, "Solğun çiçəklər" bugünün tamaşaçısı üçün əsla maraqsız olmayacaq. Və həqiqətdə elə də oldu...


Quruluşçu rejissor tamaşanı diqqəti ilk baxışda çəkən və hətta çəkməyən, tamaşaçı ilə "danışan" və susan dekorasiyalardan tutmuş aktyorların hər kiçik hərəkətinə, tərpənişinə, hər jesti-mizanına qədər hər şeyi elə dəqiqliklə "ölçüb-biçmişdi" ki, zaldakılar artıq ilk dəqiqələrdən sanki tamaşaçılqdan bilmərrə çıxaraq, səhnədə baş verən hadisələrin bilavasitə iştirakçılarına çevrilməli olmuşdular.    


Tamaşa başlayarkən əsərin qəhrəmanlarının müasir, şən musiqi sədaları altında müasir geyimdə oynamaları - "atılıb-düşmələri" sanki tamaşaçıları bir qədər sonra görəcəkləri acınacaqlı, qüssə doğuran, ürək ağrıdan səhnələrə dözə bilmək üçün psixoloji "peyvənd", "gözlənilməz" hadisələrə, faciələrə hazırlıq proseduru xarakteri daşıyırdı. Və iri ölçülü, gözəl ornamentli üç "foto-çərçivədən" Sara və Bəhramın şən rəqsini divardakı iri portretlərdə imiş kimi, yerlərində donmuş halda seyr edən tamaşa qəhrəmanlarının - varlı Hacının və onun səhvə yol verərək, vəfalı ömür-gün yoldaşının ölümündən sonra öz malikanəsinə arvadı, ev xanımı kimi gətirib saldığı hiyləgər qadın Gülnisənin və onun özündən geri qalmayan qızı Pərinin foto-çərçivə içindən sakit-məlul baxması ilə rejissor sanki məşhur bir deyimi - "dünya bir pəncərədir, hər gələn baxar gedər" kimi müdrik, fəlsəfi bir fikri bir daha tamaşaçının yadına salır, xüsusi olaraq diqqətinə çatdırır (bu, rejissorun çox gözəl, yerinə düşən mühüm bir "ştrix"idir!).


Elə ilk pərdədə rejissor işinin, əsərə yaradıcı müdaxiləsinin daha bir uğurlu təzahürü kimi C.Cabbarlı tərəfindən obrazının pyesə daxil edilmədiyi, ancaq ölümünün hər an xatırlandığı, unudulmadığı Hacını "dirildərək", onu səhnəyə rəğbət doğuran bir obraz ("əlavə", altıncı obraz) kimi çıxarması olduqca təqdirəlayiqdir. Haqqında yalnız qızı Saranın, qardaşı oğlu Bəhramın və ailəyə çox sadiq olan qulluqçu Əbdül kişinin sevərək, zəhərləndirilib öldürülməsinə görə yanğı ilə, "keçmiş zamanda" xatırladıqları, xeyirxahlıqları ilə el-obanın dərin hörmətini qazanmış Hacının (bu sözsüz-danışıqsız rolu tanınmış, təcrübəli aktyor İlqar İbrahimov çox gözəl oynayır), səhnəyə nurani bir görkəmdə gətirilərək, ziyafət zamanı camaat arasında qəfil ölməsi tamaşanın təsir gücünü daha da artırır. Pyesdə olmayan belə bir epizodun tamaşaya çox düzgün olaraq daxil edilməsi rejissor Elşən Zeynallının yeni, maraqlı tapıntısı, çox böyük bir yaradıcılıq uğurudur (deməli, bəzi rejissorların "orijinallıq" xatirinə əsərə etdikləri uğursuz, özünü doğrultmayan əlavələrə, yersiz "abstraktlığa", səhnə "əllaməliklərinə" yol vermədən də tamaşanı daha uyarlı, dəyərli və təsirli edə bilən variantlar tapmaq mümkündür).


Bəli, 104 il əvvəl 16 yaşlı gənc dramaturq C.Cabbarlı "Vəfalı Səriyyə"dən sonra yazıb başa çatdırdığı "Solğun çiçəklər"də bir personaj kimi Hacının obrazını yaratmayıb, onu bilavasitə əsərə daxil etməyib. Ancaq Hacı daim bütün baş verən hadisələrin arxa planında tam olaraq aydın görünür. Dramaturq digər obrazların - mərhumun qızı Saranın, qardaşı oğlu Bəhramın və qulluqçu Əbdül kişinin onunla bağlı xatirələri, düşüncələri ilə oxucuda, tamaşaçıda Hacının xəyali, müsbət surətini təqdim edə bilib. Düşünmək də olar ki, o nurani, xeyirxah adamın obrazını birbaşa əsərə daxil etməməklə C.Cabbarlı gələcək rejissorlara yaradıcılıq üçün geniş bir diapazon qoyub, meydan, şans verib. Və çox yaxşı ki, gənc quruluşçu rejissor Elşən Zeynallı bu şansdan məharətlə, bacarıqla istifadə edə bilib. Həqiqətən, Hacının öz evindəki böyük bir ziyafətdə iştirakı və qəfil, gözlənilməz ölümü hətta bir qədər soyuqqanlı tamaşaçıda belə şok effekti yaradır.


Böyük dramaturq dünyanın indiki bəzi dahilik iddiasında olan müəllifləri kimi anlaşılmaz ölümün sirrini bilərəkdən "yeddi qapı arxasında", əsərin "dərinliyində" gizlətməyərək, tamaşaçını intizarda, həyəcanda saxlamayıb. Hacının ağıllı və gözəl, lakin qəlbinin saflığından sadəlövh olan qızı Sara (aktrisa Şəhla Məmmədova) kimdənsə şübhələnməsə də, Bəhram (respublikanın Əməkdar artisti Cəlal Məmmədov) elə ilk gündən əmisinin müəmmalı ölümünün səbəbkarını səhv etmədən müəyyən edə bilir. Zövcəsinin vəfatından sonra Hacıya var-dövlətinə görə ərə gələn (o vaxtlar belələri çox az olsalar da, indi - bügünümüzdə onlar cəmiyyətdə az deyillər və "at oynadırlar") Gülnisə (respublikanın Əməkdar artisti Sədaqət Nuriyeva) irəlicədən hiyləgər plan quraraq, ərini zəhərləyib öldürdükdən sonra onun banklardakı bütün pullarını, mülklərini-varidatını ələ keçirmək, bu məqsədlə Saranın bütün varlığı ilə sevdiyi əmisi oğlu Bəhramı da öz tərəfinə çəkmək üçün daha bir hiylə qurur və onu Hacının ona çatacaq var-dövlətinə,  ən əsası isə Bəhramı Saradan ayırıb, öz qızı Pəriyə (gənc aktrisa İlahə Səfərova) şirnikdirir.


İlk baxışdan tamaşa adi məişət məsələsinin səhnələşdirilməsi təsiri bağışlasa da, Saranın sevgi uğursuzluğu, məhəbbət  çarpışmaları başlayandan tamaşanın sonunadək, Bəhramın var-dövlət nəşəsindən ayıldıqdan sonra, hətta qulluqçu Əbdül kişinin bütün səhnə boyu çəkdikləri iztirablar, sarsıntılar əsəri adilikdən çıxararaq, onu ədəbi kulminasiya zirvəsinə qaldırır.


Aktyorların hər birinin oyunu o dərəcədə mükəmməldir ki, tamaşaçı özünü unudaraq, səhnədə baş verənlərin axınına düşür və ordan necə çıxacağı onu bəlkə də heç narahat etmir.  İlk səhnələrdə Bəhram və Saranın saf, çılğın məhəbbətinin, sentimental xəyal və düşüncələrinin xoş təsiri altına düşən tamaşaçı çox keçmədən gərgin, həyəcanlı anlar yaşamalı olur. Böyük, ülvi məhəbbətin "orbitindən" çıxaraq, başqa bir "orbitə" keçilməsi anlarını tərəddüdlə yaşayan Bəhrama bunun asanlıqla başa gəlmədiyini istedadlı aktyor Cəlal Məmmədov böyük ustalıqla, daxili çarpıntları ilə çatdıra bilir. Buna görə də onun    "məhəbbət keçidi"nin çətin olduğu az-çox başa düşülsə də, ilk eşqinə, həm də Saranın şəxsində əmisinin xatirəsinə dönüklüyü nifrət doğurur. Aktyor bir məhəbbət "səngərindən" digərinə keçidi məharətlə bacarsa da, belə bir xəyanət bağışlanıla bilən deyil.


Bir müddət əvvəl qəlblərində eyni məhəbbəti yaşatmış, ayrılığı heç cür təsəvvürünə belə gətirməyən iki gəncdən birinin - Saranın sarsıntı və iztirabları Bəhramdan fərqli olaraq daha böyükdür. Bəhram çox sevdiyi əmisi qızına xəyanət edərək, yeni həyata başlasa da, Hacının bütün varidatı əlinə keçib keyf içində yaşasa da, Saranın öz atasını, onun var-dövlətini itirmək azmış kimi, Bəhramı da  - həm doğma əmisi oğlunu, həm də onun şəxsində sevgilisini itirməsi onun dərd və iztirablarını daha da dözülməz edir. O dərəcədə dözülməz ki, tamaşaçılar onu az qala öz əzizi, doğması sanaraq, onunla birlikdə sarsılır, onunla birlikdə kövrəlməli, ağlamalı olurlar (etiraf edim ki, tamaşaya baxarkən və indi bu sətirləri yazarkən mən də bu halı keçirməli olmuşam).


"Ocaq" və "Zülmətdə nur" tamaşalarından daha yaxşı tanıyıb, istedadını yüksək dəyərləndirdiyim gənc aktrisa Şəhla Məmmədova öz qəhrəmanının obrazını elə həssaslıqla, psixoloji telləri tarıma çəkməklə elə bacarıqla yaradır ki, inanmaq olmur ki, o, tamaşadan sonra özünə gələ bilsin. Hər halda tamaşaçı səhnədə Şəhlanı yox, sevən və iztirablar çəkən Saranı görür, onun bəxtsiz taleyinə acıyır, qəlbən onun halına yanır.


Sənətini çox sevdiyim, Şükriyyə (Əhməd Cavadın xanımı) rolunda əllərini öpəcək dərəcədə valeh olduğum istedadlı aktrisa, respublikanın Əməkdar artisti Sədaqət Nuriyeva qəddar, xəyanətkar, hiyləgər Gülnisə arvad (özüm qəsdən "xanım" demirəm, eləsinə "xanım" demək günahdır) rolunu elə nifrət doğuracaq tərzdə oynadı ki, ondan tamam "incidim". Hətta cəsarət edib dahi dramaturqumuza ürəyimdə irad tutdum ki, o rola niyə Gülnisə adı verib? (Qoy o böyük ustadın ruhu məni bağışlasın). Gərək onun adını xarakterinə daha uyğun olan, "şər"lə başlayan Şərəbanı qoyaydı. Ancaq bütün hallarda aydındır ki, əgər mənfi rolu oynayan aktyor tamaşaçı nifrətini qazana bilibsə, deməli, zəhməti hədər getməyib, rolun öhdəsindən bacarıqla gəlib. Odur ki, bu rol nə qədər xoşagələn olmasa da, Sədaqət xanımın növbəti uğuru sayılmalıdır.


Gülnisənin qızı Pəri rolunu oynayan digər gənc aktrisa - İlahə Səfərova da tamaşanın uğurlu alınması üçün istedadını maksimum səfərbər etməyi bacarıb. Anasının hiyləsinə, fitvasına uyub, bacılığının səadətini, sevincini əlindən alan Pərinin son ana kimi öz günahını başa düşmək istəməməsini, Saraya açıq-açığına xəyanət etməsini gənc aktrisa inandırıcı oynayır və bununla da tamaşaçıda o qədər qəzəb və hiddət doğurur ki, hətta Bəhram son məqamda öz bağışlanmaz səhvini başa düşərək, onu boğanda tamaşa zalında "öldür onu, öldür o zalım qızını!" sədaları eşidilir. Bu isə, əlbəttə, bir aktrisa kimi İlahənin uğurudur və onu sevindirməyə bilməz.


Tamaşada Hacının sədaqətli qulluqçusu olan Əbdül kişinin rolunu canlandıran Əməkdar artist İzaməddin Bağırov haqqında fikrimi xüsusi olaraq, ayrıca bildirmək istərdim. Onun oynadığı tamaşaları, rollarını bütünlüklə olmasa da, əksəriyyətini görmüşəm. Və inamla deyərdim ki, Əbdül kişinin rolu təcrübəli aktyor İzaməddin müəllimin ən mükəmməl, ən gözəl rollarından biri, bəlkə də başlıcasıdır. Doğrudur, o, bir qulluqçu kimi tamaşada əsas fiqur olmasa da, İzaməddin Bağırov öz yüksək istedadı və bacarığı ilə o qayğıkeş, qəlbi kövrək adamı nəinki tamaşaçılara sevdirməyə nail olub, hətta onu əsərin baş qəhrəmanı səviyyəsinə qaldıra bilib. Saranın əzab və iztirablar çəkdiyi son günlərdə xəyanət qurbanı olan o xəstə, əlacsız, köməksiz olan qıza Əbdül kişinin göstərdiyi qayğı və nəvaziş, onu öz doğma balası kimi qucağına alıb, göz yaşlarını saxlaya bilməyərək, çarpayıya qoyması və digər səhnələr o qədər təsirlidir ki, tamaşaçıların da bir çoxu elə Əbdül kişinin məhzun, kədərli görkəminə baxaraq kövrəlirdilər.


Tamaşanın sonunda xətrini çox istədiyi, müalicəsi üçün Gülnisə, Bəhram və Pəridən pul ala bilmədiyi Saranın dünyadan heç bir kam almadan köçməsinə - əzablı ölümünə dözməyib, Əbdül kişinin kəndir götürərək, özünü asmaq üçün evin damına qalxmasına da sarsıntı keçirmədən, kövrəlmədən baxmaq olmur.


Qeyd etmək lazımdır ki, sonrakı günlərdə tamaşanı Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmovdan ibarət digər aktyor heyəti də çox gözəl oynamışdır.


Diqqətəlayiqdir ki, quruluşçu rejissorla sıx yaradıcılıq şəraitində çalışmış rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynlinin səhnə tərtibatı işləri də, onların eskizləri əsasında texniki əməkdaşların ərsəyə gətirdikləri dekorasiyalar, xüsusilə də Hacının ikimərtəbəli mülkünün fasad və arxa tərəfinin zəngin, baxımlı şəkildə, milli memarlıq üslubunda  işlənməsi də nəzəri xüsusi olaraq cəlb edir. Böyük uğurla keçən tamaşanın Musiqi tərtibatçısı isə İradə Muradovadır.


Bəli, tamaşa bütövlükdə çox maraqlı alınıb. Bu, başda Teatrın direktoru Mübariz Həmidov və baş rejissor Firudin Məhərrəmov olmaqla bütün yaradıcı və texniki heyətin böyük uğurudur.


Bəs, görəsən, Cəfər Cabbarlının özü bu tamaşanı görsəydi, bəyənərdimi?

Çox güman ki, bəyənərdi!..

 

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti


loading...
loading...
AzTV gündəlik 35 min ədəd araq istehsal edilən zavoddan reportaj hazırladı - VİDEO
Bəylər Əyyubovun müavininin istefaya göndərilmə səbəbi: Güvən problemi, yoxsa ...?
Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə... - MARAQLI
Uşağını kəndirlə velosipedə bağladı - AĞLASIĞMAZ...+ VİDEO
İllərdir qırxılmayan Avstraliyalı qoyun öldü - FOTO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Yaponiyada olimpiadanı izləmək üçün piyada yola çıxdı - MARAQLI...
Siyasət
“Türkiyə “Barış Pınarı” əməliyyatıyla Suriyanın ərazi bütövlüyünü pozub” - İkiüzlü Rusiya...
Şou-biznes
Bu günə kimi fəxri ad ala bilməyən məşhurlar -SİYAHI...
Şou-biznes
“Yaşlananda kişiyə qadın lazım olur, gəncliyində dağda-bağda olursan...”
Cəmiyyət
Qusarda yeni araq zavodu açıldı: - Qarabulaq suyu, qızıl və gümüş filtrlər + FOTOLAR
Həftənin ən çox oxunanları
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247