"30 illik işğala son vermək üçün abzasdan yox, yeni səhifədən başlamalıyıq!"
Oxunub: 3793
06 Oct 2019 | 12:02
Nöqtə və nidadan sonra nə gəlir?

Adətən peşəkar boks və ya qaydasız döyüşdə qarşılaşan idmançılar döyüşdən əvvəl bir-birlərinə kəskin sözlər, ifadələr, söyüşlər ünvanlayır və... Və yarış başlayır, qalib bilinir. Çox vaxt da bərk söyüş söyən uduzur.
 Qarabağ müharibəsində atəşkəs elan olunan vaxtdan bəri tərəflər illər boyu hərbi, siyasi ritorikalardan, hədələrdən istifadə ediblər.., amma vəziyyət dəyişməyib. İdman yarışından fərqli olaraq, söz atışmasından sonra burda döyüş - müharibə olmayıb və biz də torpaqlarımızı azad edə bilməmişik.
 
Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və “məxməri inqilab” liderinin Qarabağ klanının 20 illik iqtidarına son qoyduqdan sonra Qarabağ əhalisi arasında mövqeyini gücləndirmək məqsədilə xeyli populist və bəzən də real görsənən ritorikadan istifadə etdiyi, sonda isə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verdiyi məlumdur. Bu zaman ərzində yalnız Paşinyan deyil, komandasının üzvləri, xüsusilə müdafiə naziri Tonoyan, keçmiş MTX rəhbəri Vanetsyan da Azərbaycanı hədələyən bəyanatları dəfələrlə səsləndiriblər.

Azərbaycan isə demək olar ki, 2017-ci ilin fevralın 25-dən bu günlərədək nəinki hərbi ritorikadan, hətta diplomatik sərtlikdən belə istifadə etməyib. Nəhayət, Soçidə, RF prezidentinin iştirak etdiyi tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndi və nisbi narahatlıq bir qədər azalmış oldu, çünki qeyd etdiyimiz kimi 3 ilə yaxın idi ki, Azərbaycan susmuşdu, bəlkə də siyasi təzyiq olaraq susdurulmuşdu.

Bundan sonra nə olacaq?  Durğu işarələrinin ritorikasından sonra nə baş verəcəyini  hər iki tərəf narahatlıqla müşahidə və müzakirə edir. Adətən, bu cür işarələrdən sonra ya abzasdan başlanılır, ya da yeni səhifə açılır. Abzas bizim üçün yetərli deyil, biz 30 illik işğala son vermək üçün abzasdan yox, yeni səhifədən başlamalıyıq! (Nida işarəsini elə-belə qoymadım). Nəticəyə çatmaq üçün yeni səhifəyə böyük ehtiyac var. Amma, hiss olunur ki, bəzi ştatda dayananlar yarınmaq üçün fürsət əldə ediblər, tostun biri bir qəpik olub. Məsələnin tərəzi gözünü ağır, sanballı etmək üçün biz real nəticəyə köklənməliyik, Güngüt seriyasına yox. 
 
Yeni səhifə açmaq üçün düşmənin siyasətini ciddi təhlil edib düzgün nəticələr çıxarmaq və strateji hədəflər müəyyənləşdirmək lazımdır. Bu gün düşmən üzdə Rusiyanın müttəfiqi, dostu kimi görsənir və daxildə Rusiyanın dostlarının əleyhinə apardığı təqib siyasətinə baxmayaraq, xarici siyasi kursda xüsusi dəyişiklik etmədiklərini, amma Qərbə üz tutduğunu, tədricən Rusiyadan asılılığına son vermək niyyətində olduğunu da gizlətmir. Paşinyan Rusiyanın təzyiq və təsirini azaltmaq və perspektivdə son vermək üçün faktiki olaraq konkret siyasi kurs aparır və buna görə də beynəlxalq güclərdən ən azı simpatik dəstək qazanır. Bu faktdır. Vassalı olduğu Rusiyadan bəzən çəkinmir, çünki bilir ki, Rusiya Ermənistanı Gürcüstan kimi itirmək istəmədiyindən onun “şıltaqlığına”da dözəcək. Amma, bu br yerə qədərdir. Bir ayağı Qərbdə, biri Rusiyada olmaq siyasəti müvəqqətidir. Hər iki tərəfi qane etmək çətindir və maliyyə dəstəyini Qərbdən, təhlükəsizliyini Rusiyadan almağı sonadək aparmaq mümkün deyil. Hər iki qütb, xüsusilə Rusiya belə davam etməyi qəbul etməyəcək. Sadəcə, bu gün erməni ictimaiyyətinin əksəriyyəti Paşinyana etimad göstərir və Rusiya bunu bildiyindən hələ ki, ehtiyatlı kəşfiyyat aparır, bəlkə də perspektiv çevrilişi edəcək rolları müəyyənləşdirir. Erməni mətbuatı, bəzi qərbyönümlü ictimai-siyasi nüfuz sahibləri birmənalı olaraq Paşinyanı Ermənistanın Avropa Birliyinə və NATO-ya üz tutduğunu siyasi kurs kimi elan etməyə çağırır. Belə olduqda itkiləri də göz altına aldıqlarını  deyirlər və bu itkinin hətta Qarabağ olacağını açıq deməsələr də eyham vurur, amma Qərb istiqamətinin doğru olduğunu, Rusiyada uzaq olmayan gələcək üçün çətin və kataklizmlərin yaşanacağını qeyd edirlər. SSRİ-nin dağılacağını proqnozlaşdırdıqları kimi. Ermənistanın MDB, Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi, KTMT-də təmsil olmağı az qala formallıq səviyyəsindədir. Putinin İrəvan səfərində göstərdiyi sifəti ermənilər, ilk növbədə Paşinyan daha yaxşı hiss edib. Səfərin ardınca Soçi tədbiri və Azərbaycan dövlət başçısının məlum bəyanatı Ermənistan hakimiyyətində qayğılar yaradıb. Münasibətlər ortadadır. Azərbaycan heç nədən eyforiyaya qapılmamalı ( bəzi təbliğat vasitələrinin şit mövqeləri bunu yazmağa məcbur edir, həm də axı köklü nə baş verib?) və Qarabağ siyasətində bütün bu nüansları nəzərə alıb hərtərəfli hazırlıq görməlidir.   
 
İndiki situasiyada təşəbbüs bizim tərəfdəki kimi görsənir. Necə deyərlər, top bizim tərəfdədir. Azərbaycan fərqli diplomatiyaya keçməlidir. Düşmənin bu illər ərzində mövqeyinin yalnız müharibəyə apardığını dünyaya çatdırmalı, ilk növbədə ATƏT-n Minsk Qrupuna sübut etməli və inandırmalıdır.  Bunu sübut etmək üçün cəbhə xəttində gərginliyi saxlamalıdır. Bu azdır.

Azərbaycan daxili siyasətində ciddi islahatlara başlayıb, demokratik dünyanın bizdən tələb etdiyi tələbləri yerinə yetirmək məqsədilə dəyişikliklər etməli, daxili siyasətdə, idarəetmədə əyalət təfəkküründən də aşağı olanların basqısından qurtulub, Azərbaycan naminə, Qarabağ naminə ölkə daxilində kompleks demokratik islahatlara başlamalıdır. Nəticədə böyük dəstək yaranacaq. Bu dəstək ilk növbədə xalqdan, sonra da demokratik dünyadan gələcək. Ölkədə kifayət dərəcədə gərginlik və vətəndaşların bir-birinə aqressiv münasibəti formalaşıb. Bu cür formalaşmış münasibətlər ümummilli məsələlərdə ciddi problemlər yarada bilər. Xaricdə isə Pallone kimi konqressmenlərin açıq şəkildə  “Qarabağı Azərbaycana vermək olmaz” kimi çağırışları intensiv xarakter alacaq.  Real islahatlar Qarabağ məsələsində Azərbaycana bir ordu qədər dəstək olacaq.  Ordu dedik, Müdafiə Nazirliyi yada düşdü. İslahatın ən böyüyü elə burda aparılmalıdır. Döyüş qabiliyyətinə təsir edən neqativ halların kök atdığı orduda ciddi kadr dəyişikliyinə ehtiyac var. Bu dəyişiklik mütləq olmalı, orduya tələb və nəzarət gücləndirilməlidir.  Burda da peşəkar mütəxəssislərin rəyi ilə hesablaşmalı, doğru qərarlar verilməlidir. Sədaqət prinsipini önə çəkib, əyalət təfəkkürünü idarəetməyə gətirənlərin “məsləhətlərinə” son verilməlidir. Bu tip “sədaqətin” isə maddiyyat üstündə qurulduğunu, çətin anlarda qoyub qaçacaqlarını tarix sübut edib.

Qarabağ probleminin həllində söz atışmaları mərhələsi bitib. Yeni mərhələ, yeni səhifə ölkənin daxili və xarici siyasətində tezliklə özünü göstərməli, müdafiə gücünü artıran köklü dəyişikliklər edilməlidir. 

İlham İsmayıl
Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib