Xəbər lenti
22/09/2020 [11:26]:
Prokurorluqdan metrodakı “maska insidenti” ilə bağlı məhkəmə barədə - YENİLƏNİB AÇIQLAMA
22/09/2020 [11:25]:
XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
22/09/2020 [11:24]:
Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
22/09/2020 [11:23]:
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22/09/2020 [11:20]:
DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22/09/2020 [11:19]:
Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi kəskin azalıb
22/09/2020 [11:13]:
Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb
22/09/2020 [11:09]:
Bu il əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
22/09/2020 [11:03]:
Ermənistanda COVID-19-a yoluxanların sayı 47 667 nəfərə çatıb
22/09/2020 [11:00]:
"Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında
22/09/2020 [10:59]:
Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
22/09/2020 [10:47]:
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
22/09/2020 [10:39]:
AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22/09/2020 [10:34]:
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub - FOTOLAR
22/09/2020 [10:29]:
Dünyamızı təhlükə qarşısında ən ən zəngin 63 MİLYON ADAM QOYUB...
22/09/2020 [10:26]:
“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK
22/09/2020 [10:18]:
Azərbaycan ailəsinin intim problemləri: Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə...
22/09/2020 [10:17]:
Şəhid komandirin xanımı oğlunu belə təbrik etdi: “Sənin yaşıdların Şəhid olur”
22/09/2020 [10:07]:
BSU-ya qəbul olunmuş tələbələrin sənəd qeydiyyatı onlayn formada həyata keçiriləcək
22/09/2020 [10:07]:
Neftin qiyməti bahalaşır
22/09/2020 [09:49]:
Türkiyənin bəyanatında şok mesaj: NATO Qarabağa girə bilər
22/09/2020 [09:44]:
Türkiyənin güclənməsi kimlərə təhlükədir - Qərbin 4 nüfuzlu nəşrindən həmlə...
22/09/2020 [09:40]:
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı
22/09/2020 [09:35]:
Dünyada koronavirusdan sağalanların sayı 23 milyonu keçdi - STATİSTİKA
22/09/2020 [09:31]:
UNEC brendi 10 ölkədə tanındı
22/09/2020 [09:30]:
Dinlənilməsi mümkün olmayan mobil telefonlar var
22/09/2020 [09:26]:
Ankaradan İrəvana müharibə xəbərdarlığı - ”Bakının müttəfiqinin kim olduğunu unutma!..”
22/09/2020 [09:19]:
Nyu-Yorkda Çinə gizli məlumat ötürən polis tutulub
22/09/2020 [09:17]:
Gəncədə yanğın baş verib
22/09/2020 [08:47]:
Rus qızlar daha çox Türk kişilərinə ərə getməyə  üstünlük verir...-TƏHLÜKƏ, YOXSA?..
22/09/2020 [07:53]:
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
22/09/2020 [06:57]:
"Biz onsuz da qayıdacağıq!.." - HEKAYƏ
22/09/2020 [06:50]:
Yalan danışmağı necə tərgitmək olar?..
22/09/2020 [00:53]:
Üzümü öz südümlə sildiyimə görə dərim qaymaq kimidir...
22/09/2020 [00:45]:
Müdafiə Nazirliyi bu maşınları sizdən ala bilər: Hamının bilməli olduğu müharibə qanunları...
22/09/2020 [00:05]:
Baykal gölündə zəlzələ
22/09/2020 [00:03]:
"Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”
22/09/2020 [00:02]:
ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq etdi
22/09/2020 [00:00]:
Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir
21/09/2020 [23:46]:
İlham İsmayıl prezidentin xüsusi xidmət orqanları haqqında fikirlərini şərh etdi...
21/09/2020 [23:07]:
Vəziyyət sakitləşən kimi Türkiyə ilə birgə İdlibdə... - Lavrov
21/09/2020 [22:55]:
Ərdoğandan Qarabağla bağlı mesaj
21/09/2020 [22:53]:
Qəbələ-İsmayıllı yolunda ağır qəza, xəsarət alan var
21/09/2020 [21:51]:
Ombudsmandan erməni təxribatı ilə bağlı - Müraciət
21/09/2020 [21:48]:
Qubada bir məktəbin 8 müəllimi koronavirusa yoluxub
21/09/2020 [21:46]:
Qubadakı yanğınları kimlərin törətdikləri bəlli oldu
21/09/2020 [21:45]:
Çavuşoğlu şəhidimizdən yazıb, Ermənistana çağırış etdi
21/09/2020 [21:34]:
Yeni tədris ilində 95 şagird koronavirusa yoluxub - Rəsmi
21/09/2020 [21:22]:
Tale kartları qarışdırır, biz də oynayırıq... - Şopenhauerdən aforizmlər
21/09/2020 [21:02]:
Sahibə Qafarova Moskvada Heydər Əliyevin barelyefi önünə əklil qoyub - FOTO
21/09/2020 [20:58]:
Tanınmış bəstəkarın ailəsində ağır itki
21/09/2020 [20:55]:
Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi
21/09/2020 [20:51]:
"Qarabağ Seyid Ocaqlarının təmsilçiləri daim Ali Baş Komandanın arxasındayıq"
21/09/2020 [20:40]:
"Azərbaycan sözündəki “can” onun müstəqilliyidir, o canını itirməyəcək..."
21/09/2020 [20:36]:
Azərbaycan Prezidenti: "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir"
21/09/2020 [20:33]:
Təhsil Nazirliyindən "Arsak" toponimi açıqlaması
21/09/2020 [20:06]:
“Kişili-qadınlı, oğullu-qızlı hər birimiz vətəni qorumağa hazır olmalıyıq”
21/09/2020 [20:00]:
Hərbi çağırışla bağlı Səfərbərlik Xidmətindən açıqlama
21/09/2020 [19:59]:
Rusiyadan Kəlbəcərdəki idman zalına yeni idman qurğuları gətirildi...-ARXAYINÇILIQ?..
21/09/2020 [19:58]:
"Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir"
21/09/2020 [19:56]:
Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edib
21/09/2020 [19:50]:
ADPU-nun Elmi Şurasının onlayn iclası keçirilib
21/09/2020 [19:45]:
"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür"
21/09/2020 [19:42]:
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
21/09/2020 [19:37]:
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib
21/09/2020 [19:32]:
BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb
21/09/2020 [19:31]:
Polkovnik Ramaldanov: “Hərbi əməliyyatlar hər an başlaya bilər”
21/09/2020 [19:28]:
Qarabağda erməni hərbçi öldü - Düşmən itkilərini GİZLƏDİR
21/09/2020 [19:25]:
Akif Nağı Müdafiə nazirinə müraciət etdi: Döyüşə hazırıq!
21/09/2020 [19:09]:
Bakıda XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb
21/09/2020 [19:04]:
QAT qadınları Anna Akopyanı ittiham etdi
21/09/2020 [19:02]:
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
21/09/2020 [18:57]:
Aİ ölkələri Belarus rəsmilərinə qarşı sanksiyaların tətbiqi məsələsində razılığa gələ bilməyib
21/09/2020 [18:55]:
Bakıda yanğın tıxaca səbəb oldu - FOTO
21/09/2020 [18:50]:
Ermənistanın növbəti təxribatı və hərbi qulluqçumuzun şəhid olması xəbəri Türkiyə mətbuatında - VİDEO
21/09/2020 [18:48]:
Rövşən Rzayev BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
21/09/2020 [18:39]:
BMT-nin 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilir
21/09/2020 [18:37]:
"Yəni demək istəyib ki, təyin ediblər, lal, kor, kar olmağım üçün otuzdurublar parlamentdə”
21/09/2020 [18:33]:
Azərbaycanda ümumilikdə 39280 nəfər COVID-19-a yoluxub, 576 nəfər vəfat edib
21/09/2020 [18:22]:
İşini itirmiş şəxslər üçün sığorta stajı azaldılıb
Bütün arxiv bir sırada
08/10/2019 [22:46] - Köşə - ( 2894 dəfə baxılıb)

Yazmayıb nə edəsən axı?!

İlham İsmayıl

Adi bir xəbər oxuyursan, istəyirsən üstündən keçib başqa bir xəbəri izləyəsən.., alınmır. Bu xəbər sənə rahatlıq vermir və bütün hirsini yenə də yazıya tökməkdən başqa çarən qalmır. Xəbər qeyri-adi xəbər deyil, 26 ildir alışdığımız xəbərlərin davamıdır.  Xəbər bu idi: “Dağlıq Qarabağın xarici işlər naziri Mais Mailyan bu gün FB səhifəsində 2020-ci ildə Xankəndində keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu yazıb. Mailyan seçkilərdə iştirak etmək məramını rəsmən elan edən ilk namizəddir. Xatırladaq ki, Dağlıq Qarabağda gələn il həm də parlament seçkiləri keçiriləcək”. Xəbər alışdığımız xəbərlərdən olsa da, deyərdim ki, zaman əvvəlki deyil. Bütün münasibətlərdə səbir kasasının daşdığı zamandır. Necə deyərlər, çırtma vursan qan çıxar. Bu dəfə qanı biz çıxarmalıyıq, çünki düşmən mənim torpağımın prezidentliyi uğrunda mübarizə apardığını elan edir. 

Bəli, 27 ildir separatçıların keçirdikləri seçkilər bu dəfə baş tutmaya bilər. Ona mane olacaq yeganə qüvvə Azərbaycan Ordusudur.  Bütün danışıqlar, görüşlər 26 ildir ki, nəticə vermir.  Azərbaycanın əlində tam hüquqi- diplomatik əsaslar mövcuddur ki, qondarma rejimin varlığına son qoysun. Bu qədər zaman çox-çox yetərlidir. İndi gücünü göstərməlisən. Ən böyük hüquq gücdür. 26 ildə hüququn gücünün yetmədiyi dünyanın gözü qarşısındadır. Soçidə dövlət başçısı da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin işləmədiyini, Helsinki Yekun aktının qərarlarına məhəl qoyulmadığını xüsusi vurğuladı. Deməli, gücün hüququ prioritet elan olunmalı və müqəddəs vətən savaşına başlamaq lazımdır.

Dünyanın ən sərt rejimi, insan haqlarının zərrə qədər dəyəri olmayan ölkə Şimali Koreyadır. Planetin söz sahibləri olan güclü dövlətlərin heç biri bu antibəşəri rejimə təsir etmək, yolundan döndərmək iqtidarında deyil. Səbəb, bu ölkənin gücündədir. Atom bombası, güclü ordusu, kəskin mövqeyi var. Pisin də gücü olduğuna görə,  pisliklə hesablaşmağa məcburdurlar. 

Sabah Azərbaycan Ordusu, Azərbaycan dövləti torpaqlarını sürətlə işğaldan azad edib bayrağını öz torpağında sancsa heç kim heç nə deyə bilməyəcək. Donquldanacaqlar, hətta sanksiyalar tətbiq edəcəklər. Cəhənnəmə! Hamısı müvəqqəti və keçicidir. Qoy, qapılarını belə üzümüzə bağlasınlar. Heç döymərik də. Açıq olan qapılarımız var və belə işlərdə zaman ən yaxşı loğmandır. Zaman, hərəkətdə olub nəticə əldə edən üçün loğman, heç bir iş görməyib, yalnız heç kimin eşitmədiyini deyənlər üçün zəhərdir. Biz zəhər-zəhrimar zamanını yaşayırıq. Düşmən də bizim torpaqların prezidenti omaq uğrunda mübarizə edir, seçki keçirir, xarici siyasət idarəsi yaradır, idman yarışları keçirir. 

Düşmən baxıb görür ki, bizim məmur sevinclə bina layihələrinə baxıb fəxrlə bəyanat verir: “2025-ci ilə kimi bütün qaçqınlar mənzillə təmin olunacaq”. Bunu görən düşmənin 2020-yə də, qaçqınların tam mənzillə təmin olunacağı ilə də seçkilər təyin edəcəyi təbiidir, müşahidəçi də başda Pallone olmaqla bir sürü Amerika konqresmenləri olacaq. Məntiqi nəticə bunu diqtə edir. 

Bizi bədbəxt edən özümüzü aldatmağımızdır. İllərdir ki, mənasız təskinliklərlə özümüzü aldadırıq (yəqin bu da bir siyasətdir). Özü də təskinliyimizin Molla Nəsrəddinin tikanlı kola yun yığmağı kimi bir şey olduğunu bilə-bilə,  yenə də özümüzü aldadırıq. Əgər bir sözün , bir bəyanatın həqiqi dəyərini bilmək istəyirsinizsə, ondan az danışıb, mahiyyətinə varmalısınız. Yox, “ucundan tutub ucuzluğa gedəcəksinizsə” dəyəri qalmayacaq, əksinə lətifə mövzusu olacaq. Aydın Canıyev demiş, bildiniz də nəyi nəzərdə tutduq?!

Açığı yazı yazmaq ovqatında deyildim. Mirzə Cəlilin sözü olmasın:” Əşi, nə qədər yazırıq, deyirik, bu dünya (yəni millət) düzəlmir ki, düzəlmir”. Baxmayaraq ki, separatçılar artıq beşinci dəfədir ki, özləri üçün prezident seçkiləri keçirirlər, hadisə yenilik deyil, amma  Mailyanın prezidentliyə namizədlik xəbərini oxuyanda, istər-istəməz əsəbləşməmək mümkün olmadı. Düşmən mənim torpağımın prezidentliyi uğrunda fəaliyyətə başladığını elan edir. Biz isə, bu yerlərin sahiblərinə, zamanında Nadir şaha, Qacara meydan oxuyan,əyilməyən  Cavanşir elinə düzün düzəngahında yetim-yesir payı mənzillə təmin edəcəyimizə söz veririk. Yazmayıb nə edəsən axı?!

loading...
Azərbaycan ailəsinin intim problemləri: Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə...
Üzümü öz südümlə sildiyimə görə dərim qaymaq kimidir...
"Azərbaycan sözündəki “can” onun müstəqilliyidir, o canını itirməyəcək..."
Karyerasına atası son qoydu, dostları nankor çıxdı: Kinomuzun Sərvəri haqda bilmədiklərimiz
Qəndildən Qarabağa PKK-ASALA-SEPAH marşrutu – Daşın altından yenə İran çıxdı...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Araşdırma
Dünyamızı təhlükə qarşısında ən ən zəngin 63 MİLYON ADAM QOYUB...
Araşdırma
Rus qızlar daha çox Türk kişilərinə ərə getməyə  üstünlük verir...-TƏHLÜKƏ, YOXSA?..
Cəmiyyət
Müdafiə Nazirliyi bu maşınları sizdən ala bilər: Hamının bilməli olduğu müharibə qanunları...
Cəmiyyət
“Kişili-qadınlı, oğullu-qızlı hər birimiz vətəni qorumağa hazır olmalıyıq”
Cəmiyyət
“İnanmıram ki, nazirlikdə fəxri adlarla bağlı yaradılan quruma hansısa müdaxilə olmasın...”

Yazar
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247