Xəbər lenti
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm. Heyif...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
14/12/2019 [12:33]:
Seks zamanı statistika aparan yeni cihaz icad edildi - Bircə bu qalmışdı...
14/12/2019 [12:31]:
“Müxalifətin parlamentdə təmsil olunmaq potensialı yetərincədir, amma...”
14/12/2019 [12:30]:
Fəzail Ağamalı: "Sizin vicdanınız hardadır?"(VİDEO)
14/12/2019 [12:16]:
Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)
14/12/2019 [12:04]:
Makronla Sannanın səmimi görüntüləri dünya mediasının gündəminə düşdü - FOTO
14/12/2019 [11:58]:
Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
14/12/2019 [11:57]:
Pərviz Heydərov: “Bu ölkələrin razılaşmaqdan başqa yolları yoxdur”
14/12/2019 [11:55]:
Bəli, böyük alimimiz Qarabağdan nigaran getdi...
14/12/2019 [11:55]:
Seçkilərin izlənməsi üçün beynəlxalq müşahidəçilərin çağırılması təqdir edilir
14/12/2019 [11:51]:
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
14/12/2019 [11:51]:
“ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova
14/12/2019 [11:45]:
"Müğənnilər əməliyyatdan sonra “inqubator toyuqları”na bənzəyirlər" - FOTOLAR
14/12/2019 [11:37]:
“Türkiyə və Azərbaycanın terror təşkilatlarına qarşı birgə mübarizəsi faydalı olar”
14/12/2019 [11:36]:
"Onun bir tonu 15 milyon ton nefti əvəz edə bilir"
14/12/2019 [11:35]:
Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq -DİM
14/12/2019 [11:27]:
Abituriyentlərin cavablandırmaqda çətinlik çəkdiyi suallar izah ediləcək -RƏSMİ
14/12/2019 [11:23]:
Düşmən təmas xəttində yeni hərbi kazarmalar tikir-ARXAYINLIQ…-FOTO
14/12/2019 [11:19]:
Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək
14/12/2019 [11:16]:
Reyhandan daha bir uğur
14/12/2019 [11:09]:
Şirkət direktoru striptiz klublara külli-miqdarda pul xərclədiyi üçün işindən qovuldu...
14/12/2019 [11:09]:
Gürcüstanın turzimdən gəlirləri 300 milyon dollar azalıb - Səbəb
14/12/2019 [11:06]:
4 il susan deputatlar mandatsız qalacaqlar...
14/12/2019 [11:04]:
Əhməd Davudoğlu partiyasını elan elədi - Hədəf
14/12/2019 [11:01]:
“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - deputatdan çağırış
14/12/2019 [10:58]:
İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - "Səni heç vaxt bağışlamayacam”
14/12/2019 [10:53]:
Saakaşvilinin iqamətgahı satıldı
14/12/2019 [10:51]:
8 ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
14/12/2019 [10:51]:
Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır
14/12/2019 [10:50]:
Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı
14/12/2019 [10:49]:
Erməni deputat Senatın qondarma “erməni soyqırımı”  haqda qətnaməsinə qəti etiraz etdi…
14/12/2019 [10:47]:
Bu gün Rəşid Behbudovun doğum günüdür
14/12/2019 [10:44]:
Restrukturizasiya nə vaxt başa çatır?
14/12/2019 [10:36]:
Gənc oğlan kirayədə yaşayan anası və bacısını amansızlıqla öldürdü - Bakıda dəhşət - VİDEO
14/12/2019 [10:33]:
Türkiyənin iki məşhuru sevgili oldu
14/12/2019 [10:28]:
“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - deputatdan çağırış
14/12/2019 [10:26]:
Amerikalı bir saniyəlik milyonçu oldu - 37 milyondan ancaq şəkil qaldı
Bütün arxiv bir sırada
09/10/2019 [13:47] - Siyasət - ( 557 dəfə baxılıb)

"Bakı-Tbilisi-Qars sərnişin qatarının işə düşməsini həm Türkiyə, həm də Azərbaycan əhalisi səbirsizliklə gözləyir"



Moderator.az Azərbaycan Respublikasının Qars şəhərində baş konsulu Nuru Quliyevin APA-nın Türkiyə müxbirinə müsahibəsin təqdim edir:

- Azərbaycanın Qarsdakı Baş Konsulluğunun xidməti ərazisinə Türkiyənin neçə vilayəti daxildir?

- Azərbaycanın Türkiyədə səfirliyi ilə bərabər, iki Baş Konsulluğu fəaliyyət göstərir. Türkiyənin 81 vilayətindən 17-si Azərbaycanın Qarsdakı Baş Konsulluğunun xidmət ərazisinə daxildir. Baş Konsulluqda istər Azərbaycan vətəndaşlarına, istərsə də Azərbaycanla bağlı müraciət edən Türkiyə və digər xarici ölkə vətəndaşlarına konsul xidməti göstərilir. Azərbaycanın xarici ölkələrdə olan bütün Baş Konsulluqları kimi biz də notarial əməliyyatlar, vətəndaşlıq vəziyyəti aktlarının müəyyənləşdirilməsi ilə bağlı nikah, doğum, ölüm, atalığın müəyyənləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi, vətəndaşlarımızın pasportlarının yenilənməsi, tələbələrimizin təhsillə əlaqədar sənədləşmə işləri, həkim, müəllim və müxtəlif peşə sahiblərinin müəyyən sənədləşmə işlərinə dair tələb olunan konsul və bir çox digər xidmətlər göstəririk. Həmçinin, vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərində iştirak edərək onlara hüquqi dəstək veririk. Müxtəlif səbəblərdən vətəndaşlarımızın pasportlarının etibarlılıq müddəti bitdiyi, pasportun itirilməsi və ya korlanması hallarında onların Azərbaycana geri dönə bilmələri üçün qayıdış şəhadətnamələri ilə təmin edirik.

- Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunmasının Qars Baş Konsulluğunun fəaliyyətinə hər hansı təsiri oldumu?

- Əvvəllər tətbiq olunan viza rejiminin ləğvi ilə əlaqədar bu il sentyabrın 1-dən bütün növ pasportlara malik olan Türkiyə vətəndaşlarına Azərbaycana vizasız səfər etmək imkanı verilib. Türkiyənin cənub-şərq bölgəsinin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olduğunu və həmin bölgələrdən Naxçıvan Muxtar Respublikasına və oradan Azərbaycanın digər regionlarına səfər etmək istəyənlərin çoxluğunu nəzərə alsaq, viza rejiminin ləğv edilməsi Azərbaycana səfər edəcək Türkiyə vətəndaşlarının sayının artırmasına şərait yaradacaq.

Viza rejiminin ləğv olunmasının Baş Konsulluğun fəaliyyətinə təsiri məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu, Baş Konsulluğun əməkdaşlarının viza rəsmiləşdirilməsinə sərf etdikləri zamanın digər sahələrə yönləndirilməsinə daha çox imkan yaradıb. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars sərnişin qatarının işə düşməsi, həmçinin Qars Logistika Mərkəzinin fəaliyyətə başlaması Türkiyənin Şərqi Anadolu bölgəsinə səfər edəcək azərbaycanlı turistlərin və iş adamlarının axınını artıracaq, bununla da, Baş Konsulluğun iş yükünün artmasına səbəb olacaq.

- Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı tarixlə bağlı Baş Konsulluqda hər hansı məlumat varmı?

- 2017-ci ilin 29 oktyabr tarixində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının iştirakı ilə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə yük qatarları fəaliyyətdədir. Bununla yanaşı, sərnişin qatarlarının da tezliklə işə düşməsini həm Türkiyə, həm də Azərbaycan əhalisi səbirsizliklə gözləyir. Qars vilayətində sərhəd-gömrük keçid məntəqəsi ilə bağlı bəzi texniki məsələlər həllini tapdıqdan sonra sərnişin qatarlarının fəaliyyətə başlanılması mümkün olacaq.

- Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlaması ölkələr arasında turizmin inkişafına nə kimi təsir göstərə bilər?

- Bakı-Tbilisi-Qars dəmiryolu xətti Böyük İpək Yolunun tərkib hissəsidir. Sözügedən dəmiryolu xətti Türkiyə ərazisində İstanbul şəhərinə qədər davam edir və bu istiqamətdə hazırda sərnişin daşımaları həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşıması fəaliyyətə başladıqdan sonra Bakıdan İstanbuladək sərnişin daşımalarının həyata keçirilməsi mümkün olacaq. Türkiyənin Qarsdan İstanbuladək bir çox vilayəti öz turizm sektoru ilə məşhurdur, Azərbaycan vətəndaşları da Türkiyənin turizm xidmətlərindən geniş istifadə etməkdədir. Sərnişin daşımaları fəaliyyətə başladıqdan sonra Türkiyənin turistik bölgələrindən istifadə edən sərnişinlər ucuz və rahat nəqliyyat vasitəsi kimi bu dəmiryolundan istifadə etmə imkanını əldə edəcəklər. Bu isə qarşılıqlı olaraq, Azərbaycandan Türkiyəyə və əks istiqamətdə turistik səfərlər edən vətəndaşların sayını artıracaq. Türkiyənin qərb vilayətlərindən Qarsa ciddi turist axınının olduğunu nəzərə alsaq, həmin axının Azərbaycanın turizm potensialından istifadə etməyə yönləndirmək imkanları yaranacaq. Bununla da ölkəmizdə bir çox sahənin, o cümlədən turizmin inkişafına öz müsbət təsirini göstərəcək.

- Türkiyənin Nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, Qarsda Logistik Mərkəzin inşa olunmasına başlanılıb, Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsi də nəzərdə tutulur. Bu layihə haqda sizdə hər hansı məlumat var?

- Mən ancaq onu deyə bilərəm ki, qeyd olunan layihənin həyata keçirilməsi baş tutarsa, regiona öz müsbət təsirini göstərə biləcəyini düşünürük. Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyətə başladıqdan sonra Qarsda Logistik Mərkəzin inşasına start verilib. Qeyd olunan mərkəzin fəaliyyətə başlaması iqtisadi baxımdan Azərbaycanın bütün regionları, xüsusilə də Naxçıvan Muxtar Respublikası üçün faydalı olacaq.

- Necə düşünürsünüz, Türkiyənin daha çox hansı bölgələrində Azərbaycan mədəniyyətinə maraq göstərilir?

- Türkiyə və Azərbaycanı tarixi və mədəni bağlar birləşdirir. Qeyd olunmalıdır ki, İğdır, Qars, Ərzurum vilayətlərində demək olar Azərbaycan türkcəsində danışılır. Bu ərazilər Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətli bölgələrdir. Türkiyənin digər vilayətlərindən Qarsa təyinat almış müxtəlif dərəcəli məmurlarla söhbət əsnasında, qeyd olunur ki, bizim istifadə etdiyimiz və Azərbaycan türkcəsində olan bir çox kəlmə onların ata-babalarının istifadə etdikləri danışıq dilidir. Azərbaycan dilinin şivəsi Türkiyədə vaxtilə geniş istifadə olunub və Qars, Ərzurum, İğdır bölgələrində hələ də istifadə olunmaqdadır. Milli mətbəximizə məxsus olan təamlar qeyd olunan bölgələrdə hələ də geniş istifadə olunur. Türkiyədə Azərbaycan musiqisinə də böyük rəğbət var. Xüsusilə bizim xidmət ərazimizdə yerli əhali arasında bu daha çox müşahidə olunur. Bu bölgədə istər şəhər mərkəzi olsun, istərsə də kəndlərdə təşkil olunan el şənliklərində Azərbaycan əsilli əhali tərəfindən Azərbaycan musiqisindən geniş istifadə olunur. Musiqiçilərin də əksəriyyəti çox vaxt Azərbaycandan dəvət olunur.

- Qars-İqdır bölgəsində yerli əhalinin bir zamanlar kütləvi köçünün olduğu barədə məlumatlar yayılırdı. İndi vəziyyət necədir?

- Bu bölgədə Azərbaycan əsillilər hər zaman üstünlük təşkil edib, bu gün də üstünlüklərini qoruyurlar. Amma müşahidələrimə görə, köç əvvəlki illərə nisbətən son zamanlar azalıb. Bu da Türkiyənin regionlarının iqtisadi inkişafı ilə bağlıdır. Hazırda çoxsaylı yeni iş yerinin açılması, inşaat sektorunda canlanmanın yaranması, əhalinin işlə təmin olunması ötən illərlə müqayisədə yüksələn dinamika ilə inkişaf edir ki, bu da yerli sakinlərin başqa regionlara köç etməsinin müəyyən qədər azalması ilə nəticələnib.

loading...
loading...
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247