“Qarabağ Azərbaycandır” hərəkatının yaradılmasına çoxdan ehtiyac var”
Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır” hərəkatının yaradılması təklifi ilə çıxış edib.
Maraqlıdır, belə bir hərəkatın
yaradılması mili maraqlarımız baxımından nə dərəcədə zəruridir? “Qarabağ Azərbaycandır”
hərəkatının yaradılması bu problemə beynəlxalq diqqəti artıra bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Asim Mollazadə belə bir hərəkatın yaradılmasının vacib
olduğunu vurğuladı:
“Mənə elə gəlir ki, belə
bir hərəkatın yaradılmasına çoxdan ehtiyac var. Bütün Azərbaycan xalqı ərazi
bütövlüyünün təmin edilməsini, işğaldakı torpaqların azadlığını istəyir. Hesab edirəm
ki, hər kəs bu ideya ətrafında birləşərək öz iradəsini ifadə etməlidir. Necə
ki, prezidentimiz Azərbaycan xalqının iradəsini “Qarabağ Azərbaycandır” sözləri
ilə dünyaya bəyan etdi”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247