Xəbər lenti
22/01/2020 [19:11]:
Ehsan Zahidov: "Əlizamin Salayevlə bağlı yazılanlar həqiqətə uyğun deyil"
22/01/2020 [19:08]:
“Əhalinin etibar etdiyi adamlar…” - Prezident seçkilərdən danışdı
22/01/2020 [18:57]:
Neft çənində qaynaq aparan fəhlənin partlama anı - VİDEO
22/01/2020 [18:45]:
Daxili İşlər Nazirliyi işçi axtarır - Müsabiqə elan edildi
22/01/2020 [18:43]:
Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirildi
22/01/2020 [18:30]:
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət etdi
22/01/2020 [18:23]:
Nazirlik əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
22/01/2020 [18:22]:
Təcrübəli pilot yeni təyyarənin havaya qalxacağına inanmadı - VİDEO
22/01/2020 [18:06]:
İlham Əliyevin Davosdakı çıxışı Türkiyə telekanalında - VİDEO
22/01/2020 [18:04]:
Fransa prezidenti: "İranın nüvə silahı ola bilməz"
22/01/2020 [17:50]:
İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda - FOTO
22/01/2020 [17:48]:
İlham Əliyev görüş keçirdi - FOTO
22/01/2020 [17:47]:
İlham Əliyev Polşa Prezidenti ilə görüşdü - FOTO
22/01/2020 [17:42]:
Fəzail Ağamalının Milli Məclisdəki çıxışlarından fraqmentlər...- VİDEO
22/01/2020 [17:29]:
"Sonra gec ola bilər, bu təhlkəli vurusdan Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır"
22/01/2020 [17:25]:
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO
22/01/2020 [17:19]:
"Namizədlər anlamalıdırlar ki, deputat mandatı üstünlük deyil, ağır məsuliyyətdir"
22/01/2020 [17:18]:
Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb
22/01/2020 [17:14]:
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fövqəladə Hallar Nazirliyində olub
22/01/2020 [17:13]:
Həftarın ordusu Tripolini bombaladı
22/01/2020 [17:12]:
İlham Əliyev Putinlə görüşünü anons etdi
22/01/2020 [17:09]:
Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
22/01/2020 [17:05]:
DİM 2020-ci ildə keçiriləcək imtahanların tarixləri haqqında məlumat yaydı...
22/01/2020 [17:04]:
YAP-ın 22 saylı Nəsimi II Seçki Dairəsi üzrə namizədinin seçicilərlə görüşü keçirilib
22/01/2020 [16:54]:
Trece Company şirkətinin nümayəndələri ADAU-da - FOTOLAR
22/01/2020 [16:49]:
Əlisahib Hüseynovun seçicilərlə görüşləri davam edir
22/01/2020 [16:48]:
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
22/01/2020 [16:23]:
Trampdan ölkəsində dünyaya gələcək əcnəbi körpələrə zərbə: Bundan sonra onlara...
22/01/2020 [16:05]:
“Xudu Məmmədov başda olmaqla ziyalıların ondan xahişi  Ermənistan qaçqınlarını Qarabağda yerləşdirmək olub…”
22/01/2020 [15:49]:
SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi - FOTOLAR
22/01/2020 [15:39]:
Kraliça Meqan Marklın zinət əşyalarını əlindən alır
22/01/2020 [15:36]:
İlham Əliyev: "Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq"
22/01/2020 [15:28]:
Tanınmış həkim-idmançı Oqtay Mehtiyev də deputatlığa namizəddir
22/01/2020 [15:11]:
Rusiyanın yeni baş prokuroru bilindi - FOTO
22/01/2020 [15:09]:
Hikmət Hacıyev: "Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb"
22/01/2020 [14:58]:
“Bu cür əxlaqsız hadisələrin baş verməsinə məsuliyyət daşıyanlardan biri də həmin otellərdir...”
22/01/2020 [14:53]:
Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında
22/01/2020 [14:53]:
Temperatur aşağı düşəcək, qar yağacaq - Xəbərdarlıq
22/01/2020 [14:51]:
Vahid Ələkbərov: “LUKOIL” SOCAR-la yeni birgə layihələr planlaşdırır
22/01/2020 [14:49]:
Novella Cəfəroğlu: "Azərbaycanda “ömürlük”lərin cinayət işinə yenidən baxılacaq"
22/01/2020 [14:48]:
Hikmət Hacıyev: Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb - VİDEO
22/01/2020 [14:47]:
Putinin yeni təyin etdiyi nazirlər... - Cəmi bir qadın var
22/01/2020 [14:38]:
UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO -FOTOLAR
22/01/2020 [14:32]:
Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə
22/01/2020 [14:28]:
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb
22/01/2020 [14:21]:
"Seçicilərimizlə birlikdə 9 fevralda bu "5 manatlıq"lara layiqli cavabımızı verəcəyik"
22/01/2020 [14:09]:
Rusiyada azərbaycanlıların bağladığı saxta nikahlar ləğv edildi
22/01/2020 [14:08]:
Oqtay Əsədov Qüdsə gedir
22/01/2020 [14:06]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR
22/01/2020 [13:44]:
Yunanıstan tarixində ilk qadın prezident o, seçildi- FOTO
22/01/2020 [13:29]:
İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün... - VİDEO
22/01/2020 [13:19]:
Seçicilərin nəzərinə: Rəşad Mahmudovla bağlı sayt fəaliyyətə başladı
22/01/2020 [13:09]:
Rusiyadakı hökumət dəyişikliyi Azərbaycana nə vəd edir?
22/01/2020 [12:31]:
Şəkidə əqli qüsurlu azyaşlı yoxa çıxdı - FOTO
22/01/2020 [12:28]:
Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdur
22/01/2020 [12:28]:
Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfər var
22/01/2020 [12:26]:
Daha bir iranlı komandir öldürüldü
22/01/2020 [12:26]:
Şahbaz Xuduoğlu həbsdə olan qardaşı ilə görüşüb
22/01/2020 [12:01]:
"Tehran səmasındakı Ukrayna təyyarəsi bir yox, iki raketlə vurulub" - ŞOK... + VİDEO
22/01/2020 [11:56]:
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
22/01/2020 [11:39]:
Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb - Rəsmi açıqlama
22/01/2020 [11:37]:
72300 vakansiya üzrə göndəriş verilib
22/01/2020 [11:28]:
Paytaxtın 3 rayonunda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
22/01/2020 [11:27]:
DİM əlillələrlə bağlı təlimat hazırladı
22/01/2020 [11:23]:
“Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır...”
22/01/2020 [11:23]:
Ağac kəsən şirkət 26760 manat cərimə olundu
22/01/2020 [11:20]:
“Onlar bir çox hallarda bu cür ölüm hallarını bizim ordunun boynuna yıxırlar, amma...”
22/01/2020 [11:14]:
Özbəkistandakı səfir Novruz Məmmədovun yalanını çıxardı: Gəlib orda da deyə bilərəm
22/01/2020 [10:57]:
Bakıya gətirilən yeni taksi avtomobili ilk dəfə AzTV-də görüntüləndi - VİDEO
22/01/2020 [10:48]:
Deputatlığa namizəd Könül İsmayılovanın seçicilərlə görüşü davam edir - FOTOLAR
22/01/2020 [10:39]:
Azərbaycanlı fanatı Bülənt Ərsoya brilliant göndərdi - 100 min dollar dəyərində
22/01/2020 [10:36]:
Bakıda qəza: “BMW X5” dərəyə yuvarlandı - VİDEO
22/01/2020 [10:33]:
Mask internet peyklərini orbitə göndərir
22/01/2020 [10:30]:
Həkim qılığına girən saxtakar qadınları öldürməyə cəhd etdi - Seksual həzz alırmış
22/01/2020 [10:25]:
Şirvan, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
22/01/2020 [10:17]:
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər
22/01/2020 [10:14]:
Şəhər icra başçısı vəzifəsini 10 milyona  "satmaq" istəyənlər yaxalandı...-FOTO
22/01/2020 [10:01]:
Azərbaycanda ağac kəsən şirkət 27 min manat cərimələndi
22/01/2020 [09:53]:
Ölümcül virus doqquz can aldı
22/01/2020 [09:52]:
Axtarışda olan 34 nəfər saxlanılıb
Bütün arxiv bir sırada
09/10/2019 [15:22] - Dünya - ( 761 dəfə baxılıb)

Koçaryanın "intihar"dan qurtulması - Paşinyanın Kremlə anamnez hədiyyəsi - ŞƏRH



Ermənistanın baş naziri Nikol Paşinyan üçün keçmiş prezident Robert Koçaryanı həbsdə saxlamaq nüfuzartırma “nasosu” rolunda da oynayır. Ona görə də onunla bağlı məhkəmənin qərarı hələ də uzadılır. Xocalı soyqırımının həmmüəllifi Koçaryan Ermənistan hökumətinin Rusiya ilə alveri üçün də lazımdır. Onu Moskvaya daha baha satmaqdan ötrü Paşinyan sabiq prezidentin həbs müddətini uzadır. Vəkillər isə Koçaryanın səhhəti ilə bağlı “həyəcan təbili çalırlar”.

Bəs Koçaryanın sağlıq durumu doğurdanmı ağırdır? Keçmiş prezident mübarizəyə başlamağa hazırdırmı? Bu kimi məsələlər Ermənistana sərmayə qoyuluşuna təsir edirmi?

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 26-da həbs olunub. Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. 

Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi, general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar. Bu cinayət əməlinə görə Robert Koçaryan 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Artıq sabiq prezident 15 aya yaxındır həbsdədir. Bu müddət ərzində Koçaryan bir dəfə girov qarşlığında zaminə buraxılıb. Bu qərarı qəbul edən hakim isə işdən çıxarılıb, barəsində cinayət işi açılıb. Konstitusiya Məhkəməsi də keçmiş prezidentə qarşı irəli sürülən ittihamların əsasssız olduğu barədə qərar qəbul etmişdi. Bundan sonra Ermənistanın iqtidardakı “Mənim addımım”ın parlament fraksiyası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı fəaliyyət göstərirlər. Səbəb kimi H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi səbəb kimi göstərilir. Barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Koçaryanın vəkilləri də müxtəlif səbəblər göstərirlər. Bunlardan ən populyarı onun səhhətində problemin olmasıdır.

Oktyabrın 9-da keçmiş prezidentin cərrahiyyə əmliyyatı keçirdiyi barədə məlumatlar yayılıb. Onun son 9 gündə üç dəfə (sentyabrın 30-u, oktyabrın 4 və 8-də) müayindən keçirildiyi bildirilir. Həkimlər əməliyyatdan sonra Koçaryanın sağlıq durumunun normal olduğunu bildirsələr də, səhhətindəki problemlə bağlı açıqlama verməyiblər. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Sosmonyan Koçaryanın yaxın günlərdə yüngül cərrahiyyə əməliyyatı keçirəcəyini demişdi. Oğlu Levon Koçaryan isə oktyabrın 7-də atasının səhhətində ciddi problem olmadığını bildirmişdi.

Yeri gəlmişkən, barəsində həbs qətimkan tədbiri seçilən və həbsxanada olan şəxsin səhhəti ilə bağlı məsələ bir qayda olaraq müxtəlif ehtimalların yaranmasına səbəb olur. Koçaryanın səhhəti ilə bağlı vəkilləri bir müddətdir hay-küy salıblar. Onların dediklərindən belə başa düşmək olurdu ki, vəziyyəti çox ağırdır və onun həbsdə saxlanılması sağlığı üçün risklidir. Bunu hüquqşünaslar vəkil oyunu da sayırlar. Onların əsas hədəfi keçmiş prezdentin zaminə buraxılmasına nail olmaqdır. Cərrahiyyə əməliyyatından sonra Koçaryan bir müddət palatada saxlanılacaq. Bundan sonra onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi mümkün ola bilər. “Cərrahiyyə əməliyyatı"nın Rusiya prezidenti Vladimir Putinin səfərindən sonra keçilməsi də yuxarıda qeyd etdiyimiz alver üçün bir əməliyyat ola bilər. Nəzərə almaq lazımdır ki, Vladimir Putin Nikol Paşinyanı Moskvaya rəsmi səfərə dəvət edib. Paşinyanın Rusiyaya özü ilə Koçaryan dosyesini də aparacağı ehtimalı az deyil.

Bu arada Koçaryanın səhhəti ilə bağlı vəkillərin hay-küyü fonunda atasının sağlığında problemin olmaması barədə Levonun verdiyi bəyanat başqa məqsəd daşıyır. Koçaryan ailəsi onun saxlanıldığı yerdə səhhəti ilə bağlı problemin yaranacağından ehtiyat edir. Başqa sözlə, sağlıq durumunun ağır olması onun həbsxanada ömrünü “başa vurması” üçün səbəb ola bilər. “Xəstə idi, həbsxanada öldü” deyilməməsi üçün oğlu atasının sağlığında problemin olmadığını bildirib. Deməli, "cərrahiyyə əməliyyatı" çox adi, məsələn, əl və ya ayaq dırnağının əzələyə keçməsi də ola bilər. Koçaryan ailəsinin narahat olması da səbəbsiz deyil. Adı 2008-ci ilin məlum hadisələrində hallanan Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb. Onun intihar etdiyi barədə məlumat yayılıb. Müayinə zamanı keçmiş rəisin kəllə nahiyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib. Hadisə yerindən odlu silah və giliz tapılıb. O, Koçaryanın prezidentliyi müddətində yüksək vəzifə tutanlardan olub. H.Arutyunyan 1999-2003-cü illərdə daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi, 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifələrində işləyib. Onun adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir. Deməli, Koçaryanın əsas şahidlərindən biri sıradan çıxarılıb. Bu baxımdan, keçmiş prezidentin də kiməsə şahidlik etməməsi üçün aradan çıxarılması ehtimalı gündəlikdə ola bilər. Levon da buna görə atasının səhhətində problemin olmadığını deyib.

Keçmiş prezidentin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilir, müraciətlər edilir. Koçaryan isə mövcud hakimiyyətə qarşı mübarizə aparmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, keçmiş prezident müxalifətini hələ formalaşdıra bilmir. Hələ yayda bu ilin payızında Ermənistanda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcəyi barədə məlumat yayılmışdı. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənilir. Robert Koçaryan bu məlumat yayılmazdan bir müddət əvvəl verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Cərrahiyyə əməliyyatı Koçaryanın aksiyalarının bir az ləngiyəcəyini deməyə əsas verir. Başqa sözlə, koçaryançılar payızda kütləvi aksiyalar keçirməmələrinə bəhanə tapa bildilər. 

Ancaq belə qeyri-müəyyən vəziyyət Ermənistan iqtisadiyyatına da ciddi ziyan vurur. Bu ölkəyə sərmayə qoymaq riski qalır. Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsi göstərilir. Nikol Paşinyan xarici sərmayə cəlb olunmadığı üçün səfirliklərini tənqid edib. O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: “Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız?”.

Beləliklə, Koçaryanın həbsdə saxlanılması artıq Paşinyanın nüfuzunun artmasının ziyanına işləyir. Rusiyanın ölkəyə sərmayə qoymasına mane olur. Onda belə çıxır ki, Kreml müdafiəsini çəksəydi, onun həbsdə saxlanıldığı yerdə “intiharı” mümkün idi. Ancaq Moskva üçün aktuallığını hələ də saxlaması Koçaryanın “cərrahiyə əməliyyatı” adı ilə azından zaminə buraxılacağına yol aça bilər. Bu variant Paşinyana da sərf edər. O, bununla özünü və Ermənistanın ədliyyə sistemini daha “humanist” gəstərə bilər. Ehtimal etmək olar ki, Koçaryanın 15 il azadlıqdan məhrum olunması səhhətində yaranmış problemlə əlaqədar gündəlikdən çıxarılacaq. Paşinyan isə Rusiyaya səfərində Koçaryanın 2008-ci ilin mart hadisələrinə dair dosyesi ilə yanaşı, xəstəlik tarixçəsini, anamnezini də aparacaq. 

Sədrəddin Soltan (Report)

"Tehran səmasındakı Ukrayna təyyarəsi bir yox, iki raketlə vurulub" - ŞOK... + VİDEO
"Təkrar etimad göstərsəniz, yenə də sizin layiqli səsiniz olmağa çalışacağam” - FOTOLAR
Küçədə pijama geyinənlər ifşa edildi - MARAQLI
Dünyada 2-ci dəfə bir pişiyə protez pəncə taxıldı - MARAQLI
Məşhur ulduz yol ortasında bu cür döyüldü - QORXUNC... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yunanıstan tarixində ilk qadın prezident o, seçildi- FOTO
Cəmiyyət
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Cəmiyyət
“Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır...”
Gündəm
Əzrayıl Qarabağda “təmizlik işi”ni davam etdirir: Daha bir muzdlu cəsədi İrəvana yola salındı...
Siyasət
Azərbaycanın yaxın dostu Ukrayna Ali Radasında komitə sədri seçildi...
Həftənin ən çox oxunanları
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247