Xəbər lenti
18/01/2020 [19:53]:
Ərdoğan Xəlifə Həftarı diktator adlandırdı
18/01/2020 [19:30]:
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18/01/2020 [19:28]:
Məşhur aktyor vəfat etdi
18/01/2020 [19:08]:
Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi
18/01/2020 [18:43]:
Şəbnəmdən yeni, cazibədar pozlar - FOTOLAR
18/01/2020 [18:35]:
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR
18/01/2020 [18:15]:
Türklərin olduğu restoranda partlayış
18/01/2020 [17:59]:
Yüzlərlə insanın ölümünə səbəb olan təyyarədə yeni nasazlıq aşkarlandı
18/01/2020 [17:56]:
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18/01/2020 [17:53]:
“Onların hamısı müharibə tərəfdarıdır” – Namizədlərimiz Ermənistanı qorxuya salıb
18/01/2020 [17:25]:
“İkoş” ləqəbli qadın narkotacir ələ keçdi - FOTOLAR
18/01/2020 [17:21]:
Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur”
18/01/2020 [17:18]:
Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR
18/01/2020 [17:15]:
Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq
18/01/2020 [17:03]:
“Sovet hökuməti zamanı Oktyabr inqilabı ilə bağlı yüzlərlə film çəkilib, indi isə...”
18/01/2020 [17:02]:
“O, yazır ki, güya Primakov Bakıya qoşun yeridilməsinin əleyhinə olub…”
18/01/2020 [16:45]:
"ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində idi" - Pompeo
18/01/2020 [16:36]:
Azay Quliyevin son 4 ildəki deputatlıq fəaliyyəti- VİDEOÇARX
18/01/2020 [16:25]:
Müəllim olmaq istəyənlərə şad xəbər
18/01/2020 [16:23]:
Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI
18/01/2020 [16:17]:
Petrosyandan ABŞ-a Qarabağ təklifi - Məxfi sənəd
18/01/2020 [16:04]:
“Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib” - General Elçin İbrahimov
18/01/2020 [16:01]:
Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib
18/01/2020 [15:45]:
Bakı polisindən azyaşlının uşaq evində döyülməsi iddialarına MÜNASİBƏT
18/01/2020 [15:43]:
17 yaşlı gənc NASA-da işə başladı - 3 günə yeni bir planet kəşf etdi -FOTOLAR
18/01/2020 [15:39]:
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürüb
18/01/2020 [15:37]:
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti
18/01/2020 [15:28]:
Bakıda “Nazlı” ləqəbli narkotacir ələ keçdi - FOTO
18/01/2020 [15:16]:
“Rus zabitlər dedi ki, biz gözləmirdik Azərbaycan xalqı bu qədər mübariz və qorxmaz olar...”
18/01/2020 [15:16]:
Tank nümayiş zamanı izləyicilərə qorxulu anlar yaşatdı - VİDEO
18/01/2020 [15:15]:
“Liviyanı Haftarın hakimiyyətinə buraxmaq tarixi səhv olar”
18/01/2020 [15:13]:
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...
18/01/2020 [14:47]:
Şəkidə üç kafedə saxta spirtli içki aşkarlanıb
18/01/2020 [14:46]:
Xameneyi cümə namazı qıldırdı, kürsüdəki silah diqqət çəkdi -FOTO
18/01/2020 [14:43]:
"Ötən il 5 nəfər ədliyyə orqanlarından xaric edilib"
18/01/2020 [14:29]:
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
18/01/2020 [14:27]:
"Ömrümün qalan hissəsini İlham Əliyevin apardığı uğurlu siyasətinə daim dəstək olacam!" - FOTO
18/01/2020 [14:17]:
Avropada “kafirlər” hərəkatı  populyarlaşdı... - FOTOLAR
18/01/2020 [13:53]:
“Ukrayna təyyarəsi vurulmazdan az əvvəl İran sərhədləri yaxınlığında 6 F-35 uçurdu...” - FOTOLAR
18/01/2020 [13:49]:
Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü
18/01/2020 [13:28]:
“20 Yanvarı heç vaxt o hakimiyyətə bağışlamayacam...”
18/01/2020 [12:49]:
“Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq
18/01/2020 [12:30]:
“Ərazilərin itirilməsində günahkar Azərbaycanın özüdür” – Rus mediasının erməni sevgisi...
18/01/2020 [12:29]:
Bakı metrosunda əcaib irqçilik...
18/01/2020 [12:26]:
Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR
18/01/2020 [12:15]:
Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar
18/01/2020 [12:06]:
İrəvanda Ermənistan və Qarabağ parlamentlərinin birgə xüsusi iclası başladı...- Canlı yayım  
18/01/2020 [11:52]:
İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)
18/01/2020 [11:44]:
“20 Yanvar faciəsini törədənlər məsuliyyətə cəlb edilməlidir”
18/01/2020 [11:43]:
Yaponların 80 faizdən çoxu ölkədə ölüm hökmünün saxlanmasını istəyir
18/01/2020 [11:35]:
Paşinyan təşviş içində...- Media deputatlarla qapalı görüşün bəzi detallarını açıqladı...
18/01/2020 [11:34]:
Suraxanıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb
18/01/2020 [11:32]:
Ərdoğan və İmamoğlunun reytinqi açıqlanıb
18/01/2020 [11:19]:
Trampdan Xamneiyə xəbərdarlıq: “Sözlərinə diqqət et...”
18/01/2020 [11:17]:
Ər keçmiş arvadını duelə çağırmaq üçün məhkəməyə müraciət edib
18/01/2020 [11:14]:
Ayağındakı bıçaqla tamaşalaçılara hücum edən xoruz yaşlı adamın ölümünə səbəb oldu- FOTOLAR
18/01/2020 [11:06]:
Spitakda növbəti zəlzələ baş verdi... -Ermənilər təşvişdə...
18/01/2020 [10:51]:
Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ
18/01/2020 [10:45]:
“Təəssüf ki, ötən il bu kimi hallar bir neçə dəfə təkrarlandı və bilindi ki, buna səbəb saxta içkilərdir...”
18/01/2020 [10:43]:
İran Səudiyyə ilə barışmaq istəyir - Pakistan təsdiqlədi
18/01/2020 [10:38]:
Çovdarov və digər MTN generallarının şikayətinə baxılacaq
18/01/2020 [10:33]:
Azərbaycanda QHT sədri faciəli şəkildə öldü
18/01/2020 [10:32]:
Oqtay Gülalıyevin durumunda irəliləyiş var
18/01/2020 [10:30]:
11 yaşlı qız internet-fleşmob ucbatından  özünü və evini yandırdı...
18/01/2020 [10:29]:
Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR
18/01/2020 [10:25]:
Polislərin xidməti avtomobilində uşaq doğuldu
18/01/2020 [10:25]:
Evo Morales ən böyük siyasi səhvindən danışdı
18/01/2020 [10:23]:
Rusiyalı idmançı millimizdən qovuldu
18/01/2020 [10:22]:
Oğuzda bələdiyyə binası yanıb - FOTO
18/01/2020 [10:20]:
Göyərtəsində 180-dən artıq sərnişin olan təyyarədə yanğın - FOTO
18/01/2020 [10:18]:
Mikroavtobus süpürgəçini vuraraq öldürdü
18/01/2020 [09:53]:
Diyarbəkirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18/01/2020 [08:42]:
İsveçdə xristian müəllimələr də   məktəbə hicabla gəldi...-FOTOLAR+VİDEO
18/01/2020 [08:10]:
Əməl dəftərimizi oxumaq üçün hazırıqmı?..
18/01/2020 [01:15]:
İlkinin atasından ürək dağlayan sözlər: "Mən Nərminə yanıram"
18/01/2020 [01:01]:
Dəhşətli hadisə - İki məşhur aktyor çəkiliş zamanı öldü (VİDEO)
18/01/2020 [00:51]:
Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
18/01/2020 [00:14]:
“Bir ömür nədir ki? - Bir əsim külək...”
17/01/2020 [23:25]:
Tualetdə uşaq dünyaya gətirən ana qaçdı, körpə öldü
17/01/2020 [23:24]:
Dünyanın ən kiçik adamı vəfat edib - FOTO/VİDEO
Bütün arxiv bir sırada
09/10/2019 [22:12] - Cəmiyyət - ( 931 dəfə baxılıb)

Türk dünyasının ən ciddi məsələsi ortaq dil problemidir



AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyasıyla əlaqələr üzrə müavini, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fəlsəfə ixtisası üzrə bitirmişdir.

2001-cildə BDU-nun magistraturasını «Fəlsəfə tarixi» ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.

2001-2004-cü illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əyani aspirantı olmuşdur.

2004-cü ildən həmin institutun kiçik elmi işçisi olaraq iş fəaliyyətinə başlamışdır.

2005-ci ildə «XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində M.Ə.Rəsulzadənin yeri və rolu» adlı dissertasiyasını həmin institutda müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

Hazırda həmin institutun «Azərbaycan fəlsəfə tarixi» şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentidir.

4 monoqrafiya və kitab, 150-dən çox elmi məqalələrin müəllifidir. Həmin məqalələr Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə nəşr olunmuşdur. Eyni zamanda bir kitabı Türkiyədə yayınlanıb.

Ölkə daxilində və ölkə xaricində onlarla beynəlxalq simpozium, konfrans və konqreslerdə məruzələrlə çıxış edib.

Monoqrafiyaları:
1. «Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü». Bakı, «Elm», 2007
2. «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (1-ci hissə)». Bakı, «Təknur», 2011.
3. «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (2-ci hissə)». Bakı, “Elm və təhsil”, 2014.
4. Muhammed Emin Resulzadenin Dünya Görüşü. Konya, Buğra Yayın Evi, 2014, seh.256
5. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Xan nəşriyyatı, 2017, 512 səh.
6. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I Hissə/ Bakı, Elm və təhsil, 2018, 504 səh.

I hissə

M: Söhbətə Azərbycan və Türk dünyası arasındakı əlaqələrin mövcud vəziyyətindən başlayaq. Sizcə, ötən illərlə müqayisədə hər hansı fərq varmı və nədir?
F.Ə: Azəbaycan ilə Türk dünyası arasındakı əlaqələr hərbi, iqtisadi-syasi, mədəniyyət kimi bir çox sahələrdə xeyli irəliləmişdir. Bu ayrı sual ki, münasibətlərin bugünkü səviyyəsi yetərlidirmi? Ancaq fakt faktlığında qalır, Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan-Türkiyə, eləcə də Azərbaycan ilə Qazaxıtan və Orta Asiya ölkələri arasında bir çox sahələrdə əlaqələr qurulmuş, inkişaf etdirilir. Hesab edirəm ki, mövcud vəziyyətlə kifayətlənmək olmaz, qarşılıqlı əlaqələrin inkişafında daha çox iş görülməlidir. Başqa sözlə, 20-25 il bundan əvvəl Türk dövlətləri arasında zəif münasibətlərin olduğu sirr deyil. Lakin tədricən, Türkdilli dövlətlərin sammitinin təsisi mövcud əlaqələrin inkişafında mühüm rol oynadı. Yeri gəlmişkən, türkdilli dövlətlər ifadəsi zənnimcə, yanlış ifadədir. Fikrimizə qayıtsaq, deməliyəm ki, daha sonra yaradılmış Türksoy, Türk Gənəşi, Türk Xalqlarının Parlament Assambleyası Türk dövlətləri arasındakı münasibətləri yeni bir mərhələyə daşımağa müvəffəq olmuşdur. O cümlədən Azərbaycan ilə Türk dünyası arasındakı əməkdaşlığı da inkişaf etdirə bilmişdir. Bütün bunlar olduqca əhəmiyytəlidir. Lakin kifayətlənmək olmaz, movcud vəziyyəti bir üst səviyyəyə daşımaq lazımdır. Xüsusi ilə hərbi-siyasi sahə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Türk birlliyinin qurulmasında Türk dövlət başçılarının daha cəsarətli olması vacibdir. Unutmayaq ki, Rusiya, ABŞ və Avropa Birliyinin maraqları Türk dövlətləri arasındakı əlaqələrin inkişafına ziddir və ciddi maneədir. Amma bədgüman olmağa dəyməz. Belə ki, bütün çətinliklərə baxmayaraq, ötən dövrlə müqayisədə XX əsrin sonu-XXI əsrdə xeyli irəliləyişlər, əlaqələrdə yeni müsbət ilmələr var. Birgəlik davam edir. Yetər ki, bununla kifayətlənməyək, yerimizdə durmayaq.

Taleyüklü məsələlərdə Türk dövlətləri bir-birinə dəstək olmalıdır. Təəssüf ki, Qarabağ kimi problemdə bu birgəliyi görmürük. Bir zamanlar Qazaxıstan bir qədər həssaslıq gpstərirdi, indi o da geri addım attmış kimi görünür. Bu da təsadüf deyil. Rusiyanın təzyiqi bu və ya digər şəkildə özünü biruzə verməkdədir. Ümumiyyətlə, siyasi məsələlərdə parçalanmaya yol vermək olmaz. Halbuki, Qazaxıstan və Mərkəzi Asiya dövlətləri Rusiyanın rəhbərlik etdiyi, Ermənistanın da daxil olduğu Avrasiya Təhlükəszlik Şurası, Ali Avrasiya İqtisadi Şurası kimi təşkilatlarda üzvdürlər.

M: Sizə elə gəlmirmi, nə qədər ki, vahid türk əlifbası və ortaq dil problemi öz həllini tapmayıb, türk topluluqlarının inteqrasiyası qeyri ciddi mahiyyət daşıyacaq? Hələ Türk taixinə baxışdan danışmaq belə istəməzdik.

F.Ə: Vahid türk əlifbası, ortaq dil və tarix istiqamətində ortaq məxrəcə gələ bilməməmiz, həqiqətən, ürək ağrıdır. Lakin bu məsələnin həlli istiqamətində Türk akademiyasının təsisindən sonra müəyyən addımlar atılmışdır. Bununla belə burada da Rusiya, ABŞ, AB və Çin kimi dövlətlərin təzyiqi ciddi məsafə qət etməyə imkan vermir.

Bəhsi gedən bu üç problem arasında ən çox irəliləyiş türk tarixi ilə bağlıdır. Hazırda türk akademiyası bütün türk dövlətlərində tədris olunacaq tarix dəsliklərinin ərsəyə gəlməsi üçün məlumtlar toplamaqdadır. Buradakı problem türklərin keçmiş tarixinə baxış fərqliliyindən ibarətdir. Bizə miras buraxılmış tarixin kim tərəfindən yazılması və bu yazarların hansı dünyagörüşünə malik olması faktı da bizi ciddi düşünməyə vadar edir. Buna görə də bütün detallar incəliklə irdələnir. Məqsəd bütün türk toplumlarını razı salacaq məxrəcə gətirməkdir.
Türk əlifbasına gəlincə, bildiyiniz kimi hər nə qədər orta çağda türklər ərəb əlifbasından istifadə etsələr də, sonralar ayrı-ayrılıqda latın, kiril, hətta Çinin timsalında heroqlif yazı növündən istifadə etməyə başlamışlar. Hazırda latın əlifbası üzərindən belə bir ortaq yazı nümunəsi qurmağa çalışırıq. Müəyyən adımlar da atılıb. Azərbacan, Özbəkistandan sonra Qazaxıstanın da bu istiqamətdə addımlar atması sevindirici haldır. Bununla belə problemlər hələ də qalmaqdadır. Belə ki, Qırğızıstanın hələ də kiril əlifbasından istifadə etməsi işi bir qədər yoxuşa sürür.
Problem tək bundan ibarət deyil, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan arasında da mübahisəli məsələlər var. Bu da bəzi hərflərin yazılışında və səslərdədir. Bu cür elmi mübahisələr, eləcə də Rusiya və Çinin timsalında xarici təzyiqlərlə yanaşı, daxildə bəzi qaragüruh qüvvələr də bu istiqamətdə işlərin sürətlənməsinə əngəldir.

Ortaq türkcəyə gəlincə, burada problem daha ciddidir. Bildiyiniz kimi türkcəmiz şərq və qərb olmaqla iki ağıza ayrılır. Qərb ağzı Oğuz türkcəsidir, şərq ağzı isə Qıpçaq və ya Cağatay türkcəsidir. Bu iki ağız arasında inteqrasiyadan öncə, hər ağız öz içində yaxınlaşma olmalıdır. Daha sonrakı mərhələdə isə bu iki ağızdan ortaq türkcənin formalaşması vüsət almalıdır.Yəni artıq bir-birini anlamayacaq bir səviyyəyədə olan Türk toplumlarını bu vəziyyətdən çıxarmaq üçün fikrimizcə, məktəblərdə birinci sinifdən etibarən milli türkcələrlə( özbəkcə, qazaxca, qırğızca və. s) bərabər ortaq türkcə də tədris olunmalıdır. Yəni xarici qüvvələrin basqısa rəğmən, burda Türk dövlətləri öz iradələrini sərgiləməlidirlər.

M: O zaman bu kimi faktların Türk dünyasının inteqrasiyasında ən ümdə əngəl olduğu fikri ilə razısınız. Yoxsa problemin həllində öncəliyi siyasətə verirsiniz?

F.Ə: Siyasi faktoru görməzdən gəlmək olmaz. Türk dövlətlərinin dərin hərbi-siyasi inteqrasiyaya gedə bilməməsinin səbəbi bəhsi gedən faktordur. Son iki əsrdə çar Rusiyasının, sonralar sovetlərin, indi isə Rusiya Federasiyasıının, həmçinin, Böyük Britaniya, hazırda isə onun uzantısı olan Amerika Birləşmiş Ştatlarının ən çox mübarizə apardığı və dünya gücləri arasından vurub çıxartmağa çalışdığı dövlətlər məhz Türk toplumlarına məxsus ölkələr olmuşdur. Unutmayaq ki, Rusiya və Qərbin həyata keçirdiyi siyasət nəticəsində Osmanlı, Səfəvi, Qacarlar kimi Türk dövlətləri süquta uğradı. Zaman-zaman güclənən bu və ya digər imperialist güclər türklərə qarşı mübarizədə sanki estafet çubuğunu bir-birinə ötürməklə məşğuldurlar.
30 illik tənəzzüldən sonra, Rusiya yenidən güc toplamaqdadır. İrəlidə bu dövlətin öz imperiya maraqlarını gerçəkləşdirməsi üçün post-sovet türk respublikalarına qarşı yeni oyun oynamayacağının hər hansı zəmanət yoxdur.

Bir sözlə, Kreml və Ağ Evin Türk dünyasına münasibətində həyata keçirdikləri siyasətdə heç bir fərq yoxdur. Fərq onların özünəməxsus dövlət maraqlarındadır. Bu anlamda güclü Rusiya Federasiyasının və ya ABŞ-ın varlığı Türk dünyasına yaxşı heç nə vəd etmir.
Son zamanlar post-sovet Türk respublikalarında Rus dilinə marağın artması, bu ölkələrdəki beşinci kolonun fəallaşmasına da təsadüf kimi baxmaq doğru olmazdı.
Rusiyanın Türkiyə ilə yaxınlaşmasını da müşahidə etməkdəyiz. Hələlik,bütün bunların bizə nə vəd etdiyini bilmirik. Ona görə də Türk respublikaları bu kimi məsələlərdə həssas olmalıdır, qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün təhlükələrin qarşısını ala bilməlidir. Təbii ki, bununla mən yenidən Sovetlər birliyinin qurulacağını demək istəmirəm. Sadəcə, Türk varlığımızın, kimliyimizin qorunmasında, dövlətçiliyimizin, dövlət ənənələrimizin, hakimiyyətimizin yaşaması üçün ayıq-sayıq olmalıyıq.

M: Təbii Türk dövlətlərinin hər birinin ayrı-ayrılıqda özünə görə ciddi problemləri var. Bu problemlərin həlli istiqamətində Türk respublikaları bir-birlərinə yetərli dəstək ola bilirmi, kimi şablon sual vermək niyətimiz yoxdur.

İstərdik ən ciddi faktordan danışasınız, Kremildən. Yuxarıda siz özünüz də bu barədə danışdınız. Amma istərdik, məsələyə daha əhatəli baxaq. Sizə görə mövcud siyasi vəziyyətdə Türk dövlətlərinin taleyi necə olacaq? Statistika göstərir ki, Rusiya Federasiyasının gücü artıq Sovet İttifaqındakı səviyyəyə çatıb. Bu güc qarşısında Türk dünyasının atacağı addım nədən ibarət ola bilər?

(Davamı növbəti yayımımızda)

Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Nərgiz Cəlilova: "Allah bu peşəni mənim üçün göndərib”
Zeytunun bəşər tarixində yeri...
Qeyri-adi bacarığı olduğu iddia edilən pişik inanılmaz qiymətə satışa çıxarıldı - MARAQLI
Lüks avtomobil ilə oğurluq edən şəxsin cəzası bəlli oldu - FOTO+VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Sovet hökuməti zamanı Oktyabr inqilabı ilə bağlı yüzlərlə film çəkilib, indi isə...”
Cəmiyyət
“Rus zabitlər dedi ki, biz gözləmirdik Azərbaycan xalqı bu qədər mübariz və qorxmaz olar...”
Dünya
Trampdan Xamneiyə xəbərdarlıq: “Sözlərinə diqqət et...”
Cəmiyyət
“Təəssüf ki, ötən il bu kimi hallar bir neçə dəfə təkrarlandı və bilindi ki, buna səbəb saxta içkilərdir...”
Dünya
Törətdiyi cinayəti canlı yayımda etiraf etdi- Film kimi hadisə...
Həftənin ən çox oxunanları
Zelenski İran qarşısında 5 tələb qoydu - Tehran tarixinin ən çıxılmaz durumuna düşüb...
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
"Süleymaninin hələ qırxı çıxmayıb, ancaq xalq ona nifrətini nümayiş etdirir, çünki..."
“DİN-ə qəribə bir əmr gəldi:  “Hər kəs silahını təhvil verib binadan bayıra çıxmasın…”
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
"İlkin Nərmini oxutmaq üçün qaçırıb, sözünə baxmadığı üçün..." - NƏNƏSİ DANIŞDI
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Generalın arvadı və qızı Bakıda bir günün içərisində 12 mənzili hansı yollarla alıb...?
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247