Xəbər lenti
29/02/2020 [00:45]:
Türkiyə İdlibdə daha bir şəhid verdi: Ankara Dəməşqə müharibə elan edəcəkmi..?
29/02/2020 [00:38]:
BBC-dən şok iddia: "İranda koronavirusdan 210 nəfər ölüb..."
29/02/2020 [00:20]:
Türkiyənin bu partiyaları ortaq bəyanat yaydı
29/02/2020 [00:17]:
Nərimanovda helikopter yerə çırpıldı - Yeniləndi
29/02/2020 [00:13]:
Türk dronları darmadağın edir, ruslar isə mane olmur - VİDEO
29/02/2020 [00:02]:
Koronavirus ABŞ-da pivə satışına təsir etdi
28/02/2020 [23:59]:
Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər
28/02/2020 [22:58]:
Azərbaycanda koronavirusa yoluxmuş şəxsin yerləşdirildiyi xəstəxana məlum oldu
28/02/2020 [22:54]:
Pakistanda avtobusun qatarla toqquşması nəticəsində 15 nəfər ölüb
28/02/2020 [22:36]:
Kürdəmirdə zəncirvari yol qəzası
28/02/2020 [22:34]:
"Xəzərdəki ən böyük donanma bizə məxsusdur"- İlham Əliyev
28/02/2020 [22:27]:
Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"
28/02/2020 [22:24]:
Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO
28/02/2020 [22:22]:
"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
28/02/2020 [22:20]:
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
28/02/2020 [22:18]:
İlham Əliyev: "Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb"
28/02/2020 [22:17]:
Dövlət başçısı: "Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb"
28/02/2020 [22:15]:
Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə, mikrofloranı zəiflədir - Pediatrdan MƏSLƏHƏT...
28/02/2020 [22:11]:
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
28/02/2020 [22:06]:
Qubad İbadoğludan yeni kampaniya: "Virusu məktəbə buraxmayaq!"
28/02/2020 [22:02]:
Putinin qızı milyardlıq büdcəyə malik “Süni intellekt problemləri institutu”nun rəhbəri oldu
28/02/2020 [21:55]:
Uorren Baffet: “Kriptovalyutalar bir zibilə də yaramır”
28/02/2020 [21:51]:
Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO
28/02/2020 [21:51]:
Ərdoğan və Tramp arasında telefon danışığı oldu
28/02/2020 [21:48]:
Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - TƏBİB
28/02/2020 [21:44]:
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
28/02/2020 [21:44]:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - YENİLƏNİB
28/02/2020 [21:31]:
İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”
28/02/2020 [21:28]:
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
28/02/2020 [21:28]:
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə müsabiqə elan etdi - ŞƏRTLƏR...
28/02/2020 [21:26]:
Metroda mahnı oxudu, həyatı dəyişdi - FOTOLAR
28/02/2020 [21:23]:
İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb
28/02/2020 [21:21]:
Putinlə Ərdoğanın görüşü planlaşdırılır
28/02/2020 [21:00]:
Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı
28/02/2020 [20:57]:
Rusiya və Türkiyə arasında kritik görüş başa çatdı
28/02/2020 [20:56]:
“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”
28/02/2020 [20:49]:
Şəhid atası Akara elə sözlər söylədi ki... - Ürəkağrıdıcı anlar
28/02/2020 [20:47]:
“Namusun varsa, arvadını başqa kişi ilə tutanda niyə çəkib, paylaşırsan?”
28/02/2020 [20:43]:
Sumqayıtda "Paşa", Sergiyev Posadda "Qarik" Eduard Qriqoryanla bağlı faktlar - FOTOLAR
28/02/2020 [20:36]:
Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?
28/02/2020 [20:31]:
İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb
28/02/2020 [20:29]:
BMT-nin Təhlükəsizlik Şurası İdlib üçün toplanır!
28/02/2020 [20:15]:
Britaniya Xarici İşlər naziri: "Türk əsgərlərinin öldürülməsini qınayıram"
28/02/2020 [20:12]:
Hökumət karantini pozan şəxslərlə bağlı göstəriş verdi
28/02/2020 [20:07]:
Azərbaycan Misirə başsağlığı verdi
28/02/2020 [19:58]:
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı azərbaycanlılara müraciət etdi: "Təşvişə düşməyin"
28/02/2020 [19:56]:
Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradıldı
28/02/2020 [19:54]:
Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı
28/02/2020 [19:23]:
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı
28/02/2020 [19:10]:
Prezident DTX-nin strukturunda dəyişiklik etdi - FƏRMAN
28/02/2020 [18:08]:
Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ
28/02/2020 [18:06]:
Operativ qərargah rəsmisi: “Azərbaycanda koronavirusa yoluxan şəxsin təxliyyəsi gözlənilmir” - CANLI
28/02/2020 [18:04]:
Azərbaycanda məscidlərə tapşırıqlar verildi - Koronavirusa görə
28/02/2020 [18:02]:
Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı - SƏRƏNCAM
28/02/2020 [17:43]:
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28/02/2020 [17:42]:
Prezidentdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
28/02/2020 [17:40]:
Məşhur meyxanaçının qəbirüstü abidəsi hazırlandı- FOTO
28/02/2020 [16:34]:
Gecədən bütün planet üzrə 7.220 MHz tezlikdə çox güclü siqnal buraxıldı- MÜƏMMA...
28/02/2020 [16:30]:
Türkiyənin İsparta və Akdeniz universitetlərində Xocalıya dair konfranslar keçirilib
28/02/2020 [16:18]:
Azərbaycanda kimlər koronavirusa yoluxa bilər? – Risk SİYAHISI
28/02/2020 [15:56]:
Təkrar koronavirusa tutulanlar ətrafdakıları yoluxdurmur
28/02/2020 [15:53]:
Rusiyada xəstə olduğunu bilən gənc məktəblini də İİV-ə yoluxdurdu
28/02/2020 [15:50]:
“Həkimlər deyir ki, bu xəstəlik ömrünün sonuna qədər səninlə olacaq...”
28/02/2020 [15:46]:
Biləsuvarda koronavirusa görə səyyar çadırlar quraşdırıldı
28/02/2020 [15:36]:
Çarəsizliyin, çaşqınlığın və ümidsizliyin FOTOSU!
28/02/2020 [15:16]:
İranda koronavirus daha səkkiz can aldı
28/02/2020 [15:14]:
Putin və Ərdoğan İdlibi müzakirə edib
28/02/2020 [15:07]:
“Pərvin, Sevda, Röya, Gülay və Oksana burda, ancaq gecə şəhidlərə görə təxirə salınıb...”
28/02/2020 [14:56]:
Qorxduğumuz başımıza gəldi: Koronavirus Azərbaycanda - İLK YOLUXMA FAKTI...
28/02/2020 [14:52]:
Rusiyadakı türk səfirliyinə yalvarış ruhlu sorğu: "Boğazlar bağlanacaq, yoxsa yox"?
28/02/2020 [14:49]:
Məcburi köçkünlər haqqında film Londonda təqdim olundu - FOTO + VİDEO
28/02/2020 [14:46]:
Türkiyədə Xocalı Soyqırımı üçün sərgi təşkil olunub - FOTOLAR
28/02/2020 [14:42]:
Şəhid əsgərin mərmilərlə yazdığı “canım anam” paylaşımı ürəkləri dağladı - FOTOLAR
28/02/2020 [14:21]:
Türkiyə Böyük Millət Məclisin Sədri: "Şəhidlərimizin qanı yerdə qalmayacaq..."
28/02/2020 [14:04]:
Yunanıstanda Xocalı soyqırımı ilə bağlı foto sərgi keçirilib
28/02/2020 [13:57]:
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” + VİDEO
28/02/2020 [13:42]:
Türkiyə rus helikopterini vurdu - Şəhidlərin qisası alındı (ANBAAN VİDEO)
28/02/2020 [13:21]:
Koronavirusun vurduğu Çini bir də ABŞ vurdu: Həm də sözün həqiqi mənasında...
28/02/2020 [13:17]:
Avropaya getmək istəyən suriyalılar Türkiyə sərhədinə yığılır - FOTOLAR
28/02/2020 [13:13]:
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi
Bütün arxiv bir sırada
10/10/2019 [09:18] - Cəmiyyət - ( 4709 dəfə baxılıb)

"Qarabağda islam mədəniyyəti abidələri dağıdılıb, ancaq İran quzu kimi susur..."



BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz İran-Azərbaycan münasibətlərində yaranan gərginliklər, İran prezidentinin Avrasiya İttifaqının zirvə toplantısı çərçivəsində Ermənistana səfəri və ölkə başçımızın “Valday” sammitində səsləndirdiyi “Nida” bəyanatı ətrafında oldu:

-Son zamanlar Azərbaycanla İran arasında münasibətlərin xeyli gərginləşdiyi hiss olunur. Xüsusilə İranın ali dini rəhbərinin nümayəndələri Azərbaycanı açıq şəkildə təhdid edirlər. Maraqlıdır ki, İran indi ən həssas dövrünü yaşayır. ABŞ, İsrail, ərəb dövlətləri onu Fars körfəzində küncə sıxışdırıblar. Belə vəziyyətdə İranın region dövlətləri ilə əlaqələrini düzəltməkdənsə, əks mövqe tutmasını nə ilə izah edərsiniz?

-Əslində İran hazırda böyük gərginlik keçirir, qorxu altında yaşayır. Sanksiyalar İran iqtisadiyyatına ciddi ziyan vurur, əhalinin sosial vəziyyəti günbəgün pisləşir. Tehranda düşünürlər ki, ABŞ, İsrail hər an İranın strateji əhəmiyyətli obyektlərinə aviazərbələr endirə bilər. Belə bir vəziyyətdə hər kəs özünün daxili təmizliyinə uyğun olaraq qərarlar qəbul edir. Məsələn, biri düşünürsə ki, “mən hansısa məqamda öz qonşuma xəyanət edib, verdiyim sözün arxasından asanlıqla qaça bilərəm”,  onun başqasından da eyni davranışı gözləməsi mümkündür. Yəni, hərə öz arşınıyla ölçür. Ona görə də İran müxtəlif və dolayı yollarla Azərbaycanı hədələməyə başlayıb. Amma Azərbaycan müstəqillik dövründən etibarən dəfələrlə sübut edib ki, verdiyi bəyanatların, dediyi sözlərin arxasındadır. Dəfələrlə öz ərazisindən İran əleyhinə istifadəyə izn verilməyəcəyini bəyan edib.

Üstəlik, İran həm də ikinci Azərbaycan dövlətidir. Orda bizim 35-40 milyon soydaşımız yaşayır. Ona görə də biz İrana ediləcək hücumu heç vaxt dəstəkləmərik, əksinə bacardığımız qədər buna qarşı çıxarıq. Görünür, İran ciddi prixoloji gərginlik altında olduğundan hər kəsdən şübhələnir və çəkindiyi hər şeyə sərt reaksiya verir. Özü də bu mövqe təkcə bizə qarşı da deyil. Mətbuatdan oxudum ki, İran regionda ən yaxın müttəfiqi olan İraqa qarşı da sərt bəyanatlar səsləndirir. İran rəsmiləri ABŞ hücumuna məruz qalacaqları təqdirdə İraqı da vuracaqlarını bəyan ediblər. İraq XİN də İran səfirini çağırıb bu absurd bəyanata etirazını bildirib. Dost-yaxın tanımayan bu  hücumlar yalnız psixoloji gərginliyin nəticəsi ola bilər. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan rəsmiləri təmkinli davranmalı və diplomatik kanallarla İrana qorxularının əsası olmadığını çatdırmalı, onu  təmkinə dəvət etməlidirlər. Onları başa salmaq lazımdır  ki, Azərbaycanda nə dövləti idarə edənlər, nə də  xalqımız imkan verməz ki, kimsə ölkəmizi İrana qarşı özünün hərbi bazasına çevirsin.

-Maraqlı bir məqama toxundunuz, dediniz ki, İranla İraq arasında da ziddiyyətlər artır. Amma nədənsə, bizə münasibətə gələndə, İraq da İranın psixoloji hücumlarına qoşulur. İraq ordusunun rəsmi qollarından olan Həşdi-Şabinin son zamanlar Azərbaycana qarşı təhdidləri əndazəni aşıb. Bizi İsrail təhlükəsizlik orqanlarına logistik dəstək verməkdə günahlandırırlar.

-İraq bu gün faktiki olaraq təriqətçilik və etnik  zəminində parçalanıb. Ölkənin cənubu şiələrin, ortası sünnilərin, şimalı isə kürdlərin əlindədir. İraq şiələri əsasən İran tərəfindən yönləndilirilir və Həşdi-Şabi də şiə dini lider ayətullah Sistaninin xeyir-duası, rəsmi Tehranın maliyyəsi ilə qurulan hərbi birləşmədir. Həşdi-Şabinin İran tərəfindən çıxış etməsi bu mənada təəccüblü deyil.

-İranda vurulan İsrail dronlarının Aərbaycandan havalanması iddiasını necə qiymətləndirirsiniz?  Məsələn, məni bir məsələ maraqlandırır. İsrail rahatlıqla kosmosdan İranın hər dəlmə-deşiyini seyr edə bilər. O zaman niyə öz dronlarını bu ölkəyə göndərsin? Bu faktın doğruluğunu qəbul etsən belə, bu, İsrailin iki müsəlman dövlət arasında ixtilaf yaratmaq cəhdinin nəticəsi ola bilərmi? Bəs İran niyə bu təxribata uyur?

-Məncə də, bu iddialar birmənalı şəkildə absurddur. Ağlı başında olan heç bir insan buna inanmaz. Bilirsinizmi,  özündən zəif hesab etdiyin dövlətə müxtəlif formalarda təhdid və təzyiq göstərmək fikrindəsənsə, çox  bəhanələr uydurmaq olar. Bu da həmin uydurmalardandır...

-Krılovun bir təmsili var...

-Bəli, “Qurd və quzu” təmsilində olduğu kimi. İranın Azərbaycana qarşı ittihamları da ona oxşayır. Bizim də bu barədə gözəl atalar sözlərimiz var: “Necəsən, özümü qanmaz yerinə qoyum, atana od vurum” kimi. Bizim İsraillə hərbi əməkdaşlığımız İranı qıcıqlandırırsa, dəfələrlə demişik ki, əvvəla, İsrail İranın torpaqlarını işğal etməyib. İkincisi, bizim İsraillə əməkdaşlığımız onlardan müasir silah almaqla məhdudlaşır. Hansı ki, o silahları İran istehsal etmək gücündə deyil. Üstəlik, İranın  gözü qarşısında Azərbaycan torpaqları işğala məruz qalıb, bir milyondan çox müsəlman ev-eşiyindən didərgin salınıb, İslam mədəniyyətinə aid abidələr dağıdılıb və özünü İslam Respublikası adlandıran İran quzu kimi susur. Hətta Azərbaycan dövlətinin Ali Baş Komandanını dəvət etmisən İrana və o, İranda olduğu dövrdə Şuşa və Laçın işğal olunur. Sən bundan sonra da  Ermənistana hansısa formada təzyiq etməmisən. Belə olduğu halda, hansı mənəvi haqla Azərbaycana ağıl verirsən? Sən gedib 1 milyondan çox insanı ev-eşiyindən didərgin salan, Xocalıda körpələrə, qadınlara, qocalara divan tutmuş Ermənistan rəhbərlərilə ağız-ağıza öpüşürsən, onlarla bir sürfə arxasında oturub çörək kəsirsən, yeyirsən, içirsən, hırıldaşırsan, bundan sonra da  hələ dilin də var Azərbaycana hansısa dövlətlə əməkdaşlıq etdiyinə görə irad bildirirsən? Deyirsən ki, İsrail Fələstinlə ədalətli davranmır. Ay İran, səninlə Fələstin arasında iki özün qədər məsafə var. Qonşun deyil, ərazi birliyin yoxdur. Sənin öz əhalinin yarısına qədərini Azərbaycan türkləri təşkil edir. Onların soydaşlarının bir hissəsi burda zülmə məruz qalır. Sən isə siyasi riyakarlıq edib səsini çıxarmırsan...

-Qüdrət bəy, səsini çıxarmaması cəhənnəmə, bir də gedib Ermənistanı müdafiə edir...

-Bəli. Mən də ona görə deyirəm ki, belə bir ölkənin bizim haqqımızda artıq-əskik danışması ancaq ikrah doğurur. Bunlara baxmayaraq, İran bizim qonşumuzdur. Orda bizdən daha çox azərbaycanlılar yaşayır. Çalışmalıyıq ki, biz məsələlərə təmkinlə yanaşaq; əlbəttə, hara qədər mümkünsə. Fikrimcə, qonşuların bir-birilə konfliktə girməsi yaxşı hal deyil. Biz də sülh və əmin-amanlıq şəraitində yaşamağa səy göstərməliyik. Amma bu barədə İran molları da ciddi-ciddi düşünməlidirlər. Onlar həqiqətən də reallığı düzgün qiymətləndirə bilmirlər. Ağılları gedib 30 il bundan qabaqkı dövrə. Artıq Cənubi Azərbaycanda böyük bir milli özünüdərk  prosesi başlayıb. Orda insanlar öz milli kimliklərini dərk edirlər. Mənim dediklərimi bu gün cənublu türk deputatlar İran parlamentinn tribunasından deyir. Yəni İranın Azərbaycana istənilən formada təzyiqi və təhdidi onun özü üçün çox ağır nəticələr verə bilər. Hətta bu dövlətin varlığını və bütövlüyünü ciddi şəkildə təhlükə altına atar. Ona görə də İran Azərbaycanla danışanda ərazisinin, əhalisinin sayının, iqtisadi-hərbi gücünün bizdən üstün olduğunu düşünüb  münasibətlərə ziyan vuran ritorikadan imtina etməlidir.

-İki müsəlman dövlət arasında ziddiyyətlər artdığı bir şəraitdə İran prezidentinin Ermənistana səfərini necə dəyərləndirirsiniz?

-Səhv etmirəmsə, deyəsən sizin mövzuyla əlaqədar bir yazınızda maraqlı bir təsbitlə rastlaşmışdım. Yazıda qeyd olunurdu ki, ev sahibi  zirvə toplantısına özünə ən yaxın bildiyi bir  dövləti dəvət edə bilər. Ermənistan da bu hüququndan İranın xeyrinə yararlandı. Elə bu fakt iki dövlət arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir.

İkincisi, İranın riyakarlığına daha bir bariz nümunə: Bilirsiniz ki, Azərbaycanda içi mən qarışıq, bir çox siyasətçilərin, deputatların çağırışlarına baxmayaraq, hökumət İsraildə səfirlik açmır. Amma Ermənistan İsraildə səfirlik açmaqla bağlı qərar qəbul etdi. Artıq bu istiqamətdə də müəyyən addımlar atır. Bəs onda niyə İranın prezidenti Ermənistana gedir, Paşinyanla qucaqlaşır, öpüşür. Bizə gələndə isə ən xırda bəhanələr axtarır, yalanlar uydururlar. Ona görə də İranın regionla bağlı siyasəti kökündən yanlış və ikiüzlüdür. Rəsmi Tehran Azərbaycanın varlığını, dövlət kimi güclənməsini, konstitusion quruluşunu öz ərazi bütövlüyünə və İrandakı teokratik rejimə təhlükə kimi görür, yanlış nəticələr çıxararaq bizə münasibətdə ədalətli davranmır. Başa düşmür ki, bu, İrandakı gərginliyi artırmağa xidmət edən faktordur. İrandakı soydaşlarımız bu siyasəti gördükcə öz hökumətlərinə, hakim elita olan farslara  münasibətləri pis mənada  dəyişilir. Təəssüf ki, onlar bunun fərqində deyillər. Ona görə də İran Azərbaycan siyasətinə yenidən nəzər salmalı və onu dəyişdirməlidir. Azərbaycan bütün rəsmi, qeyri-rəsmi görüşlərdə İran tərəfini bunun vacibliyinə inandırmalı, bu ölkəylə mədəni-mənəvi əlaqələri daha da genişləndirməlidir. Hesab edirəm ki, Azərbaycan da İrana yönəlik addımlar atmalıdır. Məsələn, mən dəfələrlə hökuməti İranla viza rejimini aradan  qaldırmağa çağırmışam.

İkincisi, müəyyən limit çərçivəsində hər il ən az 1000 nəfər Cənubi Azərbaycan tələbələrini ali məktəblərimizdə oxumağa təşviq etməliyik. Onların universitetlərdə pulsuz oxumalarına şərait yaratmalıyıq. Yəni Cənubi Azərbaycanla Şimali Azərbaycan mədəni baxımdan qaynayıb-qarışmalıdır. Hətta hansısa fars Azərbaycan dilini öyrənib, gəlib burda oxuyacaqsa, ona da eyni fürsəti verməliyik. Çünki o insanlar (fars tələbələr) iki xalq və dövlət arasında körpü rolu oynayacaqlar.  Cənubi Azərbaycanın müxtəlif şəhərləri, hətta Tehranın özüylə belə iqtisadi-mədəni əlaqələr genişləndirilməlidir və s. Bir sözlə, Azərbaycanın  İran siyasəti indikindən çox-çox aktiv olmalıdır.

-İranın Avrasiya İttifaqına Ermənistan vasitəsilə inteqarsiyası bizə nə vəd edir? Sirr deyil ki, burda Rusiyanın da marağı var. Eyni şəkildə Türkiyə-Rusiya münasibətləri də getdikcə yaxınılaşır. Bu gedişlə Azərbaycan regionda “yaşıl ada”ya çevrilirmi?

-Hal-hazırda Avrasiya İttifaqı Rusiyanın liderliyində yaradılmış  birlik təəssüratı bağışlayır. Amma düşünürəm ki, İran və Türkiyənin bu ittifaqa inteqrasiyası baş tutsa, təşkilatın təkcə iqtisadi yox, siyasi mahiyyəti də dəyişiləcək. Bu, həm bölgənin iqtisadi inkişafına, sülhə və təhlükəsizliyə böyük töhfə vermiş olar, həm də Azərbaycan çəkinmədən bu quruma üzv ola bilər.

-Ərdəbil imam-cüməsi bu yaxınlarda maraqlı bir söz demişdi: “İsraillə, ABŞ-la elə dostsunuzsa, niyə onlar Dağlıq Qarabağı alıb sizə vermir?” Onun bu sualına nə cavab verərdiniz?

-Siz bizim necə dostumuzsunuzsa, onlar da elə. Sizinlə hələ eyni təriqəti, eyni mədəniyyəti, ortaq tarixi paylaşan insanlarıq. Harda oturub-durur, islam həmrəyliyindən danışırsınız. Dövlətinizin də adı İslam Respublikasıdır. Siz bizə qarşı ermənini müdafiə edəndə biz İsraildən, ABŞ-dan nə gözləyə bilərik? Mən Ərdəbil imam-cüməsini onun yaxşı lətifələrinə görə tanıyıram.  Görünür, onda yumor hissi güclü olduğundan bizə bu sualı ünvanlayıb.

-Avrasiya İttifaqının İrəvan sammitindən dərhal sonra prezident İlham Əliyev Soçidə keçirilən “Valday” Klubunun sessiyasında iştirak etdi və orada məşhur bəyanatını səsləndirdi: “Qarabağ Azərbaycanındır, NİDA”. Nida bəyanatına müxtəlif münasibətlər var. Siz onu necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, Prezidentin dünyanın izlədiyi ,Qarabağ probleminin həllində əsas söz sahibi olan Putinin iştirakı ilə keçirilən tədbirdə bu bəyanatı verməsi Ermənistan Baş nazirinə verilmiş sərt və tutarlı cavabdır. Amma bu cavabın məntiqi davamı kimi Azərbaycan ordusu öz sözünü deməli və torpaqlarımız işğaldan azad olunmalıdır.

"Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət - VİDEO
Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI
Bir barmağından istifadə edərək kitab yazdı - MARAQLI
Dənizin altında nəfəs aldıran yeni bir alət icad etdi - MARAQLI... + VİDEO
Yaşlı kişi cinsi orqanını, boğazını və biləklərini kəsdi - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Həkimlər deyir ki, bu xəstəlik ömrünün sonuna qədər səninlə olacaq...”
Gündəm
Çarəsizliyin, çaşqınlığın və ümidsizliyin FOTOSU!
Gündəm
Koronavirusun insan hüceyrəsinə necə nüfuz etməsi  görüntüləndi...- FOTOLAR
Siyasət
Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...
Siyasət
Gevorkyan: “Xocalı əməliyyatına Koçaryan və Sarkisyan rəhbərlik edib”
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
DSX-nın bu torpaqdan pay umanlara verəcəyi yeganə hədiyyə budur: Ölüm!
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Leyla Namazova
“28 il öncə Xocalıda təkcə Xocalı sakinləri qətlə yetirilmədi...”
Həftənin ən çox oxunanları
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
Ərdoğanın Qarabağla bağlı bəyanatı Ermənistanı qorxuya salıb
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?
Azərbaycanlı İrəvanda meydan oxudu: "Erməni xüsusi xidmət orqanları..." - VİDEO
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247