Xəbər lenti
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm. Heyif...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
14/12/2019 [12:33]:
Seks zamanı statistika aparan yeni cihaz icad edildi - Bircə bu qalmışdı...
14/12/2019 [12:31]:
“Müxalifətin parlamentdə təmsil olunmaq potensialı yetərincədir, amma...”
14/12/2019 [12:30]:
Fəzail Ağamalı: "Sizin vicdanınız hardadır?"(VİDEO)
14/12/2019 [12:16]:
Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)
14/12/2019 [12:04]:
Makronla Sannanın səmimi görüntüləri dünya mediasının gündəminə düşdü - FOTO
14/12/2019 [11:58]:
Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
14/12/2019 [11:57]:
Pərviz Heydərov: “Bu ölkələrin razılaşmaqdan başqa yolları yoxdur”
14/12/2019 [11:55]:
Bəli, böyük alimimiz Qarabağdan nigaran getdi...
14/12/2019 [11:55]:
Seçkilərin izlənməsi üçün beynəlxalq müşahidəçilərin çağırılması təqdir edilir
14/12/2019 [11:51]:
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
14/12/2019 [11:51]:
“ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova
14/12/2019 [11:45]:
"Müğənnilər əməliyyatdan sonra “inqubator toyuqları”na bənzəyirlər" - FOTOLAR
14/12/2019 [11:37]:
“Türkiyə və Azərbaycanın terror təşkilatlarına qarşı birgə mübarizəsi faydalı olar”
14/12/2019 [11:36]:
"Onun bir tonu 15 milyon ton nefti əvəz edə bilir"
14/12/2019 [11:35]:
Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq -DİM
14/12/2019 [11:27]:
Abituriyentlərin cavablandırmaqda çətinlik çəkdiyi suallar izah ediləcək -RƏSMİ
14/12/2019 [11:23]:
Düşmən təmas xəttində yeni hərbi kazarmalar tikir-ARXAYINLIQ…-FOTO
14/12/2019 [11:19]:
Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək
14/12/2019 [11:16]:
Reyhandan daha bir uğur
14/12/2019 [11:09]:
Şirkət direktoru striptiz klublara külli-miqdarda pul xərclədiyi üçün işindən qovuldu...
14/12/2019 [11:09]:
Gürcüstanın turzimdən gəlirləri 300 milyon dollar azalıb - Səbəb
14/12/2019 [11:06]:
4 il susan deputatlar mandatsız qalacaqlar...
14/12/2019 [11:04]:
Əhməd Davudoğlu partiyasını elan elədi - Hədəf
14/12/2019 [11:01]:
“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - deputatdan çağırış
14/12/2019 [10:58]:
İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - "Səni heç vaxt bağışlamayacam”
14/12/2019 [10:53]:
Saakaşvilinin iqamətgahı satıldı
14/12/2019 [10:51]:
8 ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
14/12/2019 [10:51]:
Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır
14/12/2019 [10:50]:
Nazir Naxçıvan məhkəmələri ilə bağlı əmr imzaladı
14/12/2019 [10:49]:
Erməni deputat Senatın qondarma “erməni soyqırımı”  haqda qətnaməsinə qəti etiraz etdi…
14/12/2019 [10:47]:
Bu gün Rəşid Behbudovun doğum günüdür
14/12/2019 [10:44]:
Restrukturizasiya nə vaxt başa çatır?
14/12/2019 [10:36]:
Gənc oğlan kirayədə yaşayan anası və bacısını amansızlıqla öldürdü - Bakıda dəhşət - VİDEO
14/12/2019 [10:33]:
Türkiyənin iki məşhuru sevgili oldu
14/12/2019 [10:28]:
“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - deputatdan çağırış
14/12/2019 [10:26]:
Amerikalı bir saniyəlik milyonçu oldu - 37 milyondan ancaq şəkil qaldı
Bütün arxiv bir sırada
10/10/2019 [12:26] - Cəmiyyət - ( 621 dəfə baxılıb)

3 seçilmiş!




“Günəşi sağ əlimə, Ayı sol əlimə qoysalar belə, yenə yolumdan dönmərəm! Mühəmməd RəsulAllah

“Tanrı göydən dərdi məni Yerə göndərdi məni” Ramiz Rövşən

Heç bir zaman əhilləşməyən,öz tutduğu yoldan dönməyən, Qiyamətdəki Qurd.

15 dekabr 2018-də 72 yaşı tamam olacaq müasir Azərbaycan poeziyasının nəhəng şairi,böyük fikir və əqidə Adamı ,dahi Ramiz Rövşənin 2-ci ən böyük poeması “Canavar ovu “ barədə bəzi fikir və mülahizələrimi yazmaq istədim. Əziz dostum və böyük Şairimizə elə kiçik doğum günü hədiyyəsi kimi də düşünmək olar! Poema ,dahiyanə ,sufi -ekzestensal “Süd dişinin ağrısı”poemasından fərqli olaraq həm metafizik,həm alleqroik ,həm də bədii üslubda yazılmış möhtəşəm sənət əsəridir. 5 yaşındaykən Ata Yurdy Qubadlıda ,xalasıyla ,qonşu kəndə qışda yol gedən zaman qarşılaşdığı Canavarı ,32il sonra ölümsüzləşdirib... Əsər 5 nəzm və 5 nəsr bölümlərindən ibarətdir! Həyatda olduğu kimi dialoqu xoşlamayan Şair,bu möhtəşəm poemada da yalnız monoloqdan istifadə edib! 2-ci bölmədə(Uşaqla ) və 5-ci bölmədə (Allahla) Canavarın monolqu doğrudan valehedicidir. 1-3-4 bölümləri isə Allah,İnsan,Azadlıq,Tənhalıq,deqradasiyaya uğramış Cəmiyyət barədə Şairin fikirlərinin Canavar timsalında ifadəsidir! Bir dəfə(çoxlu görüşlərimiz olur!) Şairdən soruşdum ki,Ramiz m Canavarı göydən kəndə niyə apardınız ki? Gülüb belə cavab verdi ki,mən Canavarı kəndə aparmadım ki,özü məni kəndə apardı:) Doğrudan da ,”Dəstəyi Allah əlində “olan Canavar ,axı hər canlıya nəsib olmayan “Azadlığın tənhalığı”ndan niyə imtina edib ,bütün eybəcərlikləri özündə ehtiva edən ikiayaqlı məxluqlar dünyasına(Taifə) niyə girsin ki?!...

Göydən enən Canavar bəlkə elə öz “azadlığının tənhalığından” qaçıb o kəndə(Taifə) ,öz ölümünə sığınırdı? Ruhən ,mənən aclığı Canavarı maddi aclığa sürükləyirdi. Uluya-ulaya özü kimi tənha olan bayquşu axtaran,”Allah kimi,alınıb-satılmayan “ yalquzağın vahiməli səsi ,Şairi belə qorxudur!!! Birdən o səs Allaha çatar və Allah özü yaratdığı İki Əbədi Tənhaya -Bayquşa və Canavara həmdəm olmaq üçün Yer üzünə enərdi. Allahsız ovçular ,Allaha atəş açardılar və Qiyamətdən öncə ,Qiyamət qopardı... Amma göydə Allah,yerdə Şair buna imkan vermədilər! ...Sus ,ulu yalquzaq ,ulama bəsdi bəsdi,çək gözünü bu göydən daha. Yaxşı ki,bir bulud aranı kəsdi, yaxşı ki,çatmadı səsin Allaha...

Doğulmamışdan atasını,6 yaşında anasını itirib yetim qalıb ,tək-tənha böyüyən Mühəmməd rəsulAllah,nəbilik gəldikdən 10 il sonra Məkkədə çoxlu zülm ,əzab görməklə bərabər,çox az tərəfdar topladığından,ən sonda yeni dinini təbliğ edib,daha çox tərəfdar toplamaq məqsədi ilə ,Məkkənin 70 km cənubundakı,müşrük ərəblərin 3 ən böyük bütlərindən biri olan Əl-Latın yerləşdiyi Taifə doğru üz tuturdu...

“Şair hökmdarın hüzurundasan” yazıldığı,qanlı-qadalı,ölümlü-itimli,xəyanətin,satqınlığın diz boyu yürüdüyü zamandan-1937 dən,9 il sonra ,nə ana,nə ata tərəfindən yazı-pozu adamı olmayan,qos-qoca Bakının qədim kəndlərindən olan Əmircandan ,bütün Azərbaycana ,özünəqədərki bütün stereotipləri darmadağın edəcək ,şairi sındıracaq bütün cəlbedici (Diriykən ad,mükafat,xalq şairi,orden -medallar,öləndən sonra fəxri xiyaban) nəsnələrdən fikirləşmədən imtina edəcək bir dahi doğulurdu...

Və bulaq başında yalquzağın Əjdər kişinin 13 yaşlı oğluyla və onun quzusuyla sorğu-sualı başlayır!

Əsatirlərimizdə ,Qiyamətə qədər dözüb yaşayan,Qiyamətin tufanında dərisi boğazından çıxana qədər caynaqlarını torpağa batırıb dayanan və dözən nəhəng yaradılmış Yalquzaq,müdrik qocaya(Şairə) reinkarnasiya olub ,Yaradana ,onun yaratdığı ikiayaqlı və dördayaqlılara suallar ünvanlayır: “Sən-13 yaşında dəcəl uşaqsan Mən-13 yaşında qoca yalquzaq.” Və ya “Ay Allah bəndəsi biz ki,yaşıdıq, Niyə mən qocayam,sən uşaq?..desin” Və ya “Yoxsa ayrı vaxt var hərədən ötrü; Canavar vaxtı var,adam vaxtı var?!” Və ya “Niyə quşun vaxtı quş kimi uçmur, Qarğalar 300 il yaşayır niyə?!” Yalquzaq gözüylə yaratdığı dünyanın “ədalətsizliyindən” Yaradana şikayət edən Yalquzaq(Şair) sonra 13 yaşlı uşağa yaşadığı və yaşamağa məhkum olduğu fani dünyanın ən böyük eybəcərliklərindən birini,”yaşamaq uğrunda mübarizə”nin “şirinliy”ini izah edir; “Tanrı hər quzuya bir qurd göndərib Hər qurda bir quzu,haqq-hesab budu. Bu çığal dünyada min ildən bəri Bəlkə də ,ən düzgün haqq-hesab budu.” Yalquzaq (Şair)demək istəyir ki,oğul güclü olub Zalım olacaqsan,Zəif olsan məhv olacaqsan! Hər ikisi Allahsızlıqdır! Ədalətli olacaqsan ,mənim balam Ədalətli!!! Bəşərin qurtuluşu Ədalətdədir!

...Taifin kənarlarına çatan RəsulAllah Mühəmməd,oğulluğu Zeydə Ədalətli olmağı,yalnız və yalnız Ədalətli olmağı təlqin edirdi! Zeyd dayandı və soruşdu: -Ədalət nədir,ya RəsulAllah! -Oğul,Ədalət -özünə rəva görmədiyin heç bir şeyi ,başqasına rəva görməyəcəksən deməkdir!..

Ən sonda Yalquzaq(Şair) quzuya insan dünyasının “gözəlliy”ini anladır: “Sən də belə qorxma ölümdən quzu İnan dünyagörmüş bu yalquzağa.

Canın qurtaracaq zülümdən quzu Bıçaq görməyəcək boğazın daha...

Bilirəm o evdə əzizlənirsən Hamı sevə-sevə aldadır səni. Sənə öz əlindən qənd yedizdirən Bu dəcəl uşaqdı cəlladın sənin” Stop! Və quzu birdən-birə ikiayaqlının daha təhlükəli olduğunu,onun daha riyakar,daha ikiüzlü olduğunu anlayır. Və sevinir ki,bu ikiayaqlılardan fərqli olaraq ,Yalquzaq onun ətini yeyib,sümüklərini “ölüncə qab dibi yalayan” köpəklərə atmayacaq,onu bütövlükdə udub,Quzunu(Qurbanı) Yalquzağa(Cəllada) çevirəcək!..

Doğrudan da ,faşist həbs düşərgələrində nasistlərə xidmət edən yəhudilər(Qurbanlar) (O yəhudiləri nasistlər “Kapo” adlandırırdılar)öz millətinə qarşı ,nasistlərdən daha çox qəddarlıq (Cəlladlıq)edirdilər...

“...Fikir vermə- mələdikcə qoy mələsin o quzu, Səni aldadır eləcə həzin-həzin o quzu.

İlan dili çıxarsa da, inanma yalandı daha. Bu qurd da,o quzu da ikisi bir candı daha.

Yıxılsan elə bilmə ki, qurd özü udacaq səni. Yox,bu qurdun qarnındakı o quzu udacaq səni...”

Canavarın quzunu apardığını oğlunun bağırtısından duyan Əjdər kişinin Tüfəngi götürüb (!)bulağa sarı qaçarkən quzunun boynuna bağlanmış ,qızının lentini tapmağını ,poemada Şair çox milli bir şəkildə yozur: Əjdər kişi quzunun qanına boyanmış lenti tapanda elə bildi ki,canavar quzunu yox ,onun Qızını qaçırıb... Və Əjdər kişi bağırdı”Oğraş” və göyə iki Güllə atdı! Stop!

Şair Tüfəngə sığınan ,Tüfəngə güvənən insanın Canavar(Təbiət) qarşısında acizliyini,zəifliyini ecazkar şəkildə belə ifadə edir:

Hanl sənin hirsin,kinin? Bu tüfəngin içində. Bu tüfəngin içindədir Sənin bütün gücündə!

Səcdə qıl bu tüfəngə sən Uca tut onu din kimi Bu tüfəngin içindəsən Çıraq içində cin kimi

Bu tüfəngin içindəsən; Uyuyursan xısın-xısın. Lüləsi- gözündən iti, Gülləsi- qolundan uzun...”

Bütün sovet və bəzi sol təmayüllü qərb ədəbiyyatında insanın mütləq təbiəti ram edəcəyini,təbiətə qalib gələcəyini bir doktorina kimi irəli sürürülüb! Dahi Nazim Hikmət belə illiyuziyaya qapanıb: “...Akın var güneşe akın! Güneşi zaaaapt edeceğiz güneşin zaptı yakın...” yazmışdı. (Bütün təbiət fəlakətlərinə:daşqın,zəlzələ,vulkana qarşı bütün dünya ölkələrdən daha çox hazırlıqlı olan,Yaponiya kimi dünyanın 3-cü iqtisadi gücü sunami qarşısında rəsmən əlacsız qaldı !) Ağlından başqa ,Yaradan tərəfindən heç bir heç bir mühafizə (Çeyran kimi qaçmaq,balıq kimi üzmək,şahin kimi uçmağa bənzər müdafiə sistemləri,möhkəm pəncə,iti diş,zəhər vəs kimi hücum vasitələri)sistemi olmayan insan ,ən müasir elm,texnika ,silah kimi nəsnələrə sahib olan kimi onu Yaradan Təbiətə(Allaha)qarşı ,Onun mükəmməl yaratdığl düzənə qarşı savaşa başlayır! Bəlkə elə buna görə Uca Yaradan öz müqəddəs kitabında

,Quranda “insan nankordur “deyə dəfələrlə vurğulayır! Haşiyələr; 1-ci haşıyə SSRİ tarixində ,ölkədən ən ağlasığmaz qaçışı edən adam Stanislav Kurilovdur! 14 dekabr 1974-cü ildə ,kruiz layneri ilə Vladivostokdan ekvatora və geriyə (heç bir porta dönmədən)üzən gəmi ilə Filippin yaxınlığında gəmidən okeana atılıb ,3 gündə 100(!!!)km məsafə üzən Kurilovdan jurnalistlər soruşanda ki,siz okeandakı canlılardan qorxmadınız(“Okeanda tək adam” kitabı rusca internetdə var) Kurilovun cavabı çox maraqlı olur: Bir neçə saatdan sonra insan okeanla elə harmoniyaya girir ki,elə bilirsən sən də bu canlılardan birisən.Akulalar kimi,delfinlər,müxtəlif canlılar kimi!

2-ci haşiyə Yapon Kvantun ordusunun zabiti Hiroo Onoda ,1944-cü ildə ,Filippində(yenə Filippin)partizanlıq etmək əmri alır və 29(!!!)il Amerika ordusuna qarşı savaşır. 1973-cü ildə(Bu barədə “Təslim olmadım”ingiliscə kitabında yazıb) ən sonda ona əmri vermiş mayoru tapırlar ,o silahı yerə qoymağı əmr edir! Hiroodan jurnalistlər soruşur ki,bu 29 ildə meşələrdə vəhşi heyvanlar,zəhərli sürünənlər ,zəhərli böcəklər arasında siz necə yaşadınız? O belə cavab verir ki,bir aydan sonra sən də onların bir parçası olursan,onlarla eyni harmoniyada yaşayırsan!

...Məkkə müşriklərinin 13 tapındığı ilahlardan ən böyük üçü belə sıralanır: 1.Hübal 2.ƏL-Lat 3.ƏL-Uzza ƏL-Lat bütü Bərəkət və Əkinçilik tanrısıdır.Bu ikinci tanrı Taif qəsıbəsində yerləşirdi. Mühəmməd rasulallah və oğulluğu Zeyd ilə təkallahlığı yaymaq üçün ,Məkkədən 70 km cənub-qərbdə yerləşən Taifə 2 günlük yolçuluqdan sonra yetişdilər.

Şəvval ayının 27-si idi.

RəsulAllah Taiflərin qəbilə başçılarına ,Allahdan başqa Allah olmadığını,özünün də onun elçisi olduğunu dönə-dönə izah etdi.

10 gün ərzində bütün dediklərinə.gətirdiyi dəlillərə baxmayaraq( Allah rəsulunun bir ləqəbi də Əmin idi, yəni doğruçu,düzgün .Bunu taiflilərdə bilirdi...) Taifin qəbilə rəisləri eyni ,Məkkənin qəbilə rəisləri kimi həqarət etməyə başladılar:

-Allah elçi göndərmək üçün sənin kimi yetimdən başqa birini tapa bilmədimi?!

Sən yalançısan.Torpaqlarımızdan çıx.hara gedirsən get.Qövmün və həmşəhərlilərin dediklərini qəbul etmədiyini görüncə bizləri dədə-baba dinimizdən döndərməyimi gəldin?!”

Və insanlığa “Rəhmət olaraq göndərilən”i qovdular.

Allahın elçisi bütpərəstlərin bu hərəkətindən çox qəmgin və mütəssir halda qəbilə rəislərinin evindən çıxanda uşaqların,cavanların,qız və qadınların yolun iki tərəfi boyunca sıraya düzüldüyünü gördü.Özü öndə ,Zeyd arxasınca taiflilərin cərgəsi arasında keçərkən daş,tüpürcək,söyüş yağışı başlandı.Uşaqdan böyüyə kim əlinə nə keçirsə Allahın Elçisinin üzərinə atırdılar.Zeyd bacardığı qədər qorumağa çalışsada qanlar içərisində olan üz-gözünü belə silə bilmirdi.

Ayaqlarına vurulan daşlardan axan qan ayyaqabılarına axır,yerlərdə iz buraxırdı.Sidik və nəcasət dolu qabları taifli qadınlar köməksiz qalmış bu iki Allah fədasinin üzərinə tökürdülər...

Saysız –hesabsız yağan daşlardan(“Sənə bir daş atar yerindən duran,Səni sevdiklərin daş-qalaq eylər...”) zorla canlarını qurtarıb Taifdən kənardakı üzüm bağlarına sığındılar.Rəhmət və Bağışlanmaq üçün göndərilən yenə bəla istəmədi və yalnız belə dedi:

-Allahım qüvvətsiz və çarəsiz qaldığımı,xalq tərəfindən bu hala düşdüyümü Sənə şikayət edirəm...”

Bəzi araşdırmalara görə bu zülüm yolçuluğu 2 km-dən çox olub.Azğınlaşmış insanlar iki saatdan çox it sürüsü kimi Allahın Elçisini qovmuşdular...

“Qovur,qovur səni bu it sürüsü,

Bu qorxaq itlərin

igid sürüsü.

Ağızları

köpüklənə-köpüklənə,

Bir-birinə güvənib

ürəklənə-ürəklənə

qovur səni bu itlər...”

“İtlər hürüşdü,adamlar çığrışdı:

-Kəndə canavar girib,canavar!..Qoymayın qaçdı!...Yolunu kəsin,vurun öldürün!..

...Əslində ,o canavar özü də bu dəqiqə heç onu qovanları görmürdü.Kəndin içiynən arxasına baxmadan qaçırdı və arxadan onu qovan adamların söyüşünü,onu qovan itlərin hürüşünü eşidirdi...

...Dəyib bir-birinə evlər ,həyətlər,

Bu nə qovhaqovdu,nə vurhavurdu?

Gör necə qudurub it oğlu itlər,

Qovur küçə-küçə qurd oğlu qurdu.

Ölüncə qab dibi yalayanların

Sən bir hirsinə bax ,hikkəsinə bax.

Qapılarda quyruq bulayanların

Qabağından qaçmaq

zülümdü ,Allah!..”

Stop!

1970-ci ildə Ramiz Rövşənin “Gənclik “nəşriyyatı tərəfindən ilk kitabı çap olundu.Tiraj 4500 ədəd ,qiyməti isə 14 (!) qəpik.

Müəllifin ilk kitabının adı “Bir yağışlı nəğmə “idi.

Kitabda gənc müəllifin 55 şeiri yer almışdı.

Və Azərbaycan Sovet ədəbi mühitində sözün hardasa həqiqi mənasında bir”Xirosima bombası”partlayışı effekti yaratdı.

Nə Lenin,nə partiya,nə kolxozçu,nə zavod fəhləsi .nə sovet sisteminin “nailiyyətlərini” tərənnüm edən bir misra belə yox.

Ya bu kitab 100 il keçmişdən gəlmişdi,ya 100 il öncədən gəlmişdi...

Özünə qədərki bütün sovet ədəbiyyıtına məxsus streotipləri darmadağın edən şeirlər idi.

“Partbiletim sol cibimdə ürəyimin başındadır”.”O kimdir,külüngü dağ kimi vurur,Keçici bayrağın yanında durur”,”Mən hansı bir insana bənzədim ki,Lenini”,”Bəli Avroradan Qış sarayına atılan topları,biz atmalaydıq” ,”leninləşir bütün bəşər,Bütün ellər ,qəbilələr”.”Leninlə söhbət”poeması, “Lenin zirvə “ şeirlər tüğyan edən zaman, “Yatar oğlanların pişik yuxusu,Qızların evinin pilləkanında” və ya ,”Təkcə gücsüzlüyündən,yıxılmır ,atam balası,Arabir gücündən yıxılır adam..”,”Ölməyə yox ,ilahi,Yaşamağa vətən ver!..”,”Qadınlar düşdülər Allahın arxasınca.Allah zəmin biçirdi,Qadınlar dərz bağlayırdılar”kimi şeirlər yaza bilmək ən azı cəsarət idi...

55 eyni ruhlu şeirlərə görə Ramiz Rövşənə Azərbaycan yazıçılarının Plenumunda(!) 3 günlük məhkəmə qurulur və Onu 3 gün “qovurlar”.

Axı sən necə olur ki, bizim kimi daha çox “pay “almaq üçün “quyruq bulamırsan”?Sən kimsən belə? Bizim qurduğumuz dünyanın-“Saray şairi”evimizin bünövrəsinə əxlaqlı şeirlər dinamiti qoyub partladırsan?

24 yaşlı gənc şairi mənən asmaq üçün Qolqofa yollayırlar.

Şair ara-sıra çap olunsada yalnız 16 il sonra ikinci kitabı-“Göy üzü daş saxlamaz” çapdan çıxır.

Birinci kitabdan sonra sağ qalanlar və sonradan böyüyənlər yenidən şairlə savaşa qalxırlar.

Ən sevdiyim şairlərdən birinin “Göy üzündə daş nə gəzir?” kimi ,guya Ramiz Rövşəni yıxıb-sürüyən böyük yazısı çap olunur.

Yazıda bir- iki məqamı nəzrə almasan çox qərəzli və kitabın mahiyyətindən anlamayan bir yazı kimi oxucu yaddaşıma həkk olunub...

1970-ci ildən başlayan anti Ramiz Rövşən hərəkatı 48 ildir davam edir.

“...Bir vaxt iri köpəklər hürərdilər üstümə, İndi xırda küçüklər hürüşür addımbaşı. Hürməkdə o köpəklər yaman ustaydı, usta, Bu küçüklər hələ ki, bir az naşıdı, naşı....”

O “şair”lər, Şairə “daş atır”lar ki,bütün yaradıcılığında Ramiz Rövşən qırmızı xətt kimi keçir.Hamısının yaradıcılığında Şairin “Nəğmələr”i var..Amma elə həvəslə,elə ürəklə “oturduqları Ağacı” baltalayırlar ki,hərdən bu yazıqlara demək istəyirsən ki,Ramiz Rövşən var deyə sizlərdə şair sayılırsınız.O ,olmadığı gün sizlərin qiyaməti başlayacaq...

Canavar qaçır,itlər,adamlar qovur.

“bu kəndi bürüyən nədi?

Sənin qorxundu,qorxun!

Arxanca yüyürən nədi?

Sənin qorxundu ,qorxun...”

Canavar o it və insan sürüsündən yox,öz qorxusundan qaçırdı.

O qorxu –“ o mundar itlərə yem olmaram mən”qorxusu idi.

O qorxudan canını qurtaran canavar kənd qəbristanına üz tutur.

“...Ora üz tut ,ora yüyür,

Üz tut qəbrə-gora ,yüyür!..

Ölümdən gizlənməyə,

Ölümü gözləməyə

Ondan yaxşı yer hanı?!..”

Və Canavarın Allaha üz tutmağı ,yəni sonuncu monoloqu başlayır:

“Burda dörd tərəfim baş daşlarıdı,

çaşdım bu daşları görəndə Allah.

Bu ətdən ,sümükdən yaratdıqların

Yoxsa daşa dönür öləndə,Allah?

Diş kimi torpağa batıb bu daşlar,

Yoxsa diş çıxarıb bu torpaq belə?

Yoxsa bircə-bircə dadıb bu daşlar

Axırda hamını udacaq bel

Diri İnsan Qorxusundan qəbirstana qaçan Canavar, bu dəfə Daşlaşmış İnsan Qorxusu ilə üz-üzə gəlir.Sonda Onun qanına susamış Diri İnsandan və köpəklərdən ,Daşlaşmış İnsanın enli kürəyinə sığınır.

Hər yerdən əlacı kəsilən Yalquzaq sonda Yaradandan öz canavar cənnətinə qovuşmağı istəyir.

...Qıraqda deyil ki,qurdun cənnəti

Qurdun cənnəti də öz içindədi...

Mənim içimdədi cənnətim ,Allah,

Tez ol,yetir məni o cənnətə sən.

Özün al canımı,bu sabah-sabah,

Özün ötür məni o cənnətə sən...

“O yalquzaq gizləndiyi baş daşının arxasından sıçrayıb çıxanda Əjdər kişinin gülləsi onu havada haxladı.Özü də düz alnının ortasından dəyib bir göz qırpımında canını aldı...”

Yalquzaq nə insanlara ,nə də köpəklərə-yaradılmışlara təslim olmadı.

Onu Yaradana və Göndərənə canını təslim etdi...

İyun ,632-ci il Mədinə şəhəri.

Aləmlərə Rəhmət olaraq Göndərilən sonuncu Rəsul can üstədi.

Yerinə yetirdiyi nəhəng bir missiyanın rahatlığı ,o missiyanı yerinə yetirən zaman heç vəclə ,heç bir halda təslim olmamaq ,güzəştə getməmək inadı,bütün məşəqqətlərə dözərək ümmətinə bəla istəməmək mərdanəliyi və Onu Göndərənə verəcəyi hesabat qorxusu içində idi.

Bu zaman vəhi mələyi göründü:

-Səni yoxdan Yaradan,Sənə salam deyir.Arzu edərsə ,ta qiyamətə qədər onu yaşadaram.

Yanındakılar,Allah Rəsulunun şəhadət barmağını,sevincdən dolan göz yaşları ilə yuxarını göstərdiyini və son sözlərini eşitdilər:

-Məni,Rəfiqimə qovuşdur...

2030-cu illər .

Əmircan.

Ata evi.

60 yaşlarında Rövşən,arıqlamış,zəifləmiş halda yataqda uzanan Dahi Şairin, hər şeyi olan nəhəng Atanın yanında oturub göz yaşlarını saxlaya bilmir:

-Bir istəyin varmı Ata?!

Şair zəifləmiş ,heç bir zaman ,heç kimə əyilməyən,təslim olmayan vücudunun sağ əlinin barmağını yuxarıya doğru qaldırdı:

-Gözümüzü özün qapa.

Göz yumunca Haqqı tapaq.

Hər ağızdan bir söz qopar

Son anda ,Allah!

Dayandı.

Sonda güclə əlavə etdi:

-Onu istəyirəm,oğul,Göndərəni !..

Əli Bağış (Savalan Qorqud Daşdəmir)

Bakı.2018 dekabr-2019 may

loading...
loading...
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247