Fenimor Kuper yenə haqlı çıxdı: “Namusluya namuslu, namussuza namussuz dəstək durar”
Türkiyənin Suriyada başlatdığı anti-terror əməliyyatı Ermənistanda – terrorun dövlət siyasəti səviyyəsinə çatdırıldığı ölkədə ciddi narahatlığa səbəb olub.
Moderator.az erməni mənbələrinə
istinadən xəbər verir ki, Türkiyəni Suriyada anti-terror əməliyyatı apardığına
görə qınayan Ermənistan parlamentinin diasporla iş komitəsinin rəhbəri Mhitar
Hayrapetyan bunun yolverilməz olduğunu vurğulayıb.
O, Suriyadakı ermənilərin
vəziyyəti ilə bağlı narahatlığını da dilə gətirib. Ermənistanın Suriyadakı səfiri
ilə əlaqə saxladığını bildirən Mhitar Hayrapetyan, hazırda türklərin Təl Abyada
zərbələr endirdiyini, oradakı 16 erməni ailəsinin təhlükəsizlik məqsədi ilə
köçürüləcəyini bildirib.
Məlumat üçün qeyd edək ki, türk ordusu yalınız terrorçulara məxsus olan hədəflərə atəş açır və bu səbəblə də mülki insanların həyatı üçün heç bir təhlükə yoxdur. Erməni deputatının Türkiyəni öz təhlükəsizliyini təmin etdiyinə görə qınaması, 16 erməni ailəsinin köçürülməsi məsələsini gündəmə gətirərək guya mülki insanların həyatı üçmün təhlükə yaranması görüntüsünü yaratmaq cəhdi isə növbəti erməni riyakarlığından başqa bir şey deyil. Ermənilərin bu addımı görkəmli Amerika yazıçısı Fenimor Kuperin məşhur kəlamında nə qədər haqlı olduğunu göstərir:
“Hər zaman namusluya
namuslu, namussuzsa isə namussuz insan dəstək durar”. Ermənilərin Suriya məsələsində
Türkiyədən deyil, terror təşkilatlarından yana mövqe sərgiləməsi onun hər zaman
olduğu kimi bu gün də terrorçu təfəkkür və dünyagörüşünə malik olduğunu
isbatlayır.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247