Xəbər lenti
17/02/2020 [17:40]:
Altımərtəbəli bina belə çökdü - ANBAAN VİDEO
17/02/2020 [17:34]:
"Siyasi partiyada olmağı kimdənsə asılı olmaq, təhkimçiliyin ayrı növü kimi qəbul edirəm"
17/02/2020 [17:29]:
Ruhən müstəqil olduğundan heç vaxt haqq sözü içində məhbus kimi saxlamır...
17/02/2020 [17:27]:
Ədliyyə nazirindən yeni təyinat
17/02/2020 [17:23]:
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
17/02/2020 [17:19]:
MSK bu dairələrdən daxil olan şikayətlərə BAXMADI
17/02/2020 [17:14]:
Sifariş olunan hamburgerin içindən baxın nə çıxdı - FOTO
17/02/2020 [17:13]:
“Prezident görünüşü, dünyagörüşü, danışığı ilə Paşinyanı əzirdi”
17/02/2020 [17:03]:
"Saqqalın ağarsın, ay Abdulla Qurbani, gərək sən bunu belə etməyəydin..."
17/02/2020 [16:59]:
"ANS-in fəaliyyəti dayandırılan vaxtdan erməni təbliğatı daha da genişlənib və sərbəstləşib..."
17/02/2020 [16:56]:
Vəkilliyə namizəd icbari təlimə başladı -FOTOLAR
17/02/2020 [16:53]:
Bəzi dairələrdən şikayətlər DSK-lara göndərildi
17/02/2020 [16:49]:
Valideynləri qeyri-adi üsulla məktəbə cəlb edən RTŞ müdiri – O, direktorları niyə bağışlamadı?
17/02/2020 [16:47]:
“Suriya münaqişəsi Türkiyə-Rusiya əlaqələrinə təsir etməməlidir”
17/02/2020 [16:45]:
Ucqar kənd müəllimi: -“Ayaqqabılarımızı məktəbdə qoyur, geriyə rezin qaloşla, çəkmə ilə gedirik”
17/02/2020 [16:42]:
“Ermənilərin Naxçıvanı tərk etməsinin Qarabağ olayları ilə heç bir əlaqəsi yoxdur” - AKADEMİK
17/02/2020 [16:39]:
BDU-nun yeni mətbuat katibindən ilk açıqlama: “Belə bir planım yox idi…”
17/02/2020 [16:32]:
MSK-nın iclası keçirilir - YENİLƏNİB
17/02/2020 [16:31]:
"Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin bağlanış tədbiri keçirildi
17/02/2020 [16:19]:
Türkiyə hərbi konvoyunu Rusiya təyyarəsi vurub? - FOTOLAR
17/02/2020 [16:15]:
Türkiyənin Elazığ şəhərində 4.2 ballıq zəlzələ oldu
17/02/2020 [16:12]:
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək
17/02/2020 [16:10]:
Çində tibbi maska çatışmazlığı ilə mübarizə üçün yeni çarəyə baş vuruldu
17/02/2020 [16:08]:
Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı
17/02/2020 [16:07]:
Ölkə şokda: Qadının sosial şəbəkədə yayılan fotosu olay oldu -FOTO
17/02/2020 [16:03]:
Nazir əmr imzaladı, yeni idarələr yaradıldı
17/02/2020 [16:01]:
İvanka Tramp uzun paltarı və qara örpəyi ilə diqqət çəkdi - VİDEO
17/02/2020 [15:55]:
Koronavirus şübhəsi ilə xəstəxanada qalan 2 nəfər evə buraxılıb
17/02/2020 [15:53]:
“REAL” TV Ləman Ələşrəfqızı ilə yollarını ayırdı
17/02/2020 [15:50]:
İrəvan xofda: Azərbaycan ordusu qəflətən... - Erməni KİV
17/02/2020 [15:45]:
“Bu cür məsələlər ictimailəşdikdən sonra yerli qurumlar narahat olub vətəndaşları qəbul edirlər...”
17/02/2020 [15:35]:
Putin İstanbulda super qəhrəman obrazında “peyda oldu” - FOTO
17/02/2020 [15:30]:
Trampın korteji yarış meydanına çıxdı - VİDEO
17/02/2020 [15:27]:
"Azərbaycan Türkiyənin FETÖ ilə mübarizəsində ən böyük dəstəkçisidir" -Hüseyn Altınalan
17/02/2020 [15:23]:
Əsəd qoşunları sürətlə irəliləyir, Ərdoğanla Putinin münasibətləri korlanır -FOTOLAR
17/02/2020 [15:20]:
"Sovet vaxtı Rusiyanı qızıl güllə təmin edirdik, indi Hollandiyadan qızıl gül almalıyıq?!"
17/02/2020 [15:14]:
Bakıda ağır qəza: Dörd avtomobil toqquşdu, yük maşını aşdı - VİDEO
17/02/2020 [15:02]:
Lusine Aroyan-Dəlləkyan: "Yaxşı ki, köməyə Böyük Tiqran yetişdi, amma qələbə Əliyevin tərəfində idi"
17/02/2020 [14:55]:
Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü - FOTOLAR
17/02/2020 [14:47]:
Zakir Qaralov idarə rəisini işdən çıxardı
17/02/2020 [14:44]:
Türkiyənin məşhur aktrisası: “Atam tualetdə məni xortumla döyürdü”
17/02/2020 [14:44]:
Vilayət Eyvazov mayoru rəis təyin etdi
17/02/2020 [14:32]:
Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
17/02/2020 [14:29]:
“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”
17/02/2020 [14:28]:
Putinin tərcüməçiləri Kreml sahibinin bəzi deyimlərindən şoka düşdülər...
17/02/2020 [14:11]:
Demokratik seçki keçirmək istəyiriksə...
17/02/2020 [14:07]:
Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı
17/02/2020 [14:01]:
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
17/02/2020 [13:48]:
Vaqif Əsədov: "Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib" - VİDEO
17/02/2020 [13:46]:
Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
17/02/2020 [13:45]:
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çap ediləcəyi vaxt açıqlanıb
17/02/2020 [13:44]:
Şahmat dühası – onun fransız xanımla ailə qurması üçün Fransa prezidenti Pompidu Brejnevə elçi düşüb
17/02/2020 [13:42]:
Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - Nikol Paşinyan üçün tarixi arayış
17/02/2020 [13:41]:
Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib
17/02/2020 [13:40]:
Xocalı haqqında Zori Balayandan – Dəhşətli etiraf
17/02/2020 [13:39]:
Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb
17/02/2020 [13:35]:
ABŞ-da üç qadın Trampın rəqibinə çılpaq etiraz etdi - FOTOLAR
17/02/2020 [13:31]:
AAYDA: Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq
17/02/2020 [13:29]:
"Survivor 2020"də azərbaycanlı idmançı dava saldı -VİDEO
17/02/2020 [13:27]:
Amerikalı ekspert: “Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
17/02/2020 [13:25]:
"Seçki saxtakarlığına yol verənlərin işi prokurorluğa göndəriləcək" - MSK katibi
17/02/2020 [13:23]:
MSK toplanır - Bəzi dairələr üzrə şikayətlərə BAXILACAQ
17/02/2020 [13:23]:
“Ermənilər Naxçıvanda heç bir zaman aborigen olmayıb: Bura Azərbaycan torpağı, türk yurdudur!”
17/02/2020 [13:18]:
Polis Qusarda əməliyyat keçirdi: Saxlanılanlar var
17/02/2020 [13:17]:
Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü
17/02/2020 [13:16]:
Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA
17/02/2020 [13:04]:
8 yaşında qocalıqdan öldü -FOTOLAR
17/02/2020 [13:02]:
Sabah hava necə olacaq?
17/02/2020 [12:54]:
“Borçalı aşıqları” adlı yeni kitab nəşr olunub
17/02/2020 [12:36]:
Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB
17/02/2020 [12:19]:
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər
17/02/2020 [12:11]:
“Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz...”
17/02/2020 [12:09]:
“Avropada “Tar” adında mərkəzlərin yaradılması təklifi təqdirəlayiqdir”
17/02/2020 [12:07]:
Bakıda məktəbli qız qəzadan son anda xilas oldu - VİDEO
17/02/2020 [12:06]:
Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub
17/02/2020 [12:01]:
“Azərsu” rəhbərliyi vətəndaş qəbulu keçirəcək
17/02/2020 [11:59]:
“Qalib əvvəlcədən bilinirdisə, bizi niyə bu işə cəlb etdiniz?!” - Qalmaqal
17/02/2020 [11:58]:
Xocalı haqqında Zori Balayandan – Dəhşətli etiraf
17/02/2020 [11:52]:
"Prezident İlham Əliyev millətimizin qürür yeridir"
17/02/2020 [11:52]:
Muradı saxlayıb Hadisəni sildi...
Bütün arxiv bir sırada
10/10/2019 [17:52] - Cəmiyyət - ( 772 dəfə baxılıb)

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının ikinci ildönümüdür

Bu münasibətlə “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib


Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının iki illiyi münasibətilə “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib. Moderator.az Azərtaca-a istinadən xəbər verir ki, konfransda əvvəlcə Fondun fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru  Mehman İsmayılov Fondun ötən iki il müddətində gördüyü işlərdən, qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

İcraçı direktor bildirib ki, müxtəlif dövlət qurumları ilə, həmçinin qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Ötən iki il ərzində Fond tərəfindən həyata keçirilən layihələrdən danışan Mehman İsmayılov deyib: “Fondun “Vəhdət dəyərimizdir”, “Dəyərlərimizi öyrənək”, “Yaxşılıq unudulmur” və digər layihələri çərçivəsində Bakıda və ölkəmizin regionlarında müxtəlif tədbirlər reallaşdırılıb. Bizim Təhsil Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində orta məktəblərdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin müxtəlif universitetlərdə konfranslar, seminarlar keçirilib. Eyni zamanda, 2018-ci ilin oktyabr ayından etibarən “ASAN Radio”da “Mənəvi dəyərlər” verilişi yayımlanır. Bu müddət ərzində dini icmalarla birgə müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Fondun kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Fondun yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə kimi dəyərləndirən Mübariz Qurbanlı deyib: “Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği sahəsində atılan önəmli addımdır. Əlbəttə, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlər müxtəlif qurumlar tərəfindən öyrənilir, tədqiq və təbliğ olunur. Lakin bu istiqamətdə ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ehtiyac var idi”.

Fondun iki il ərzində uğurla fəaliyyət göstərdiyini qeyd edən Komitə sədri bildirib ki, bu qurumun fəaliyyətində gənc nəsil zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində mühüm yer tutur. O, Fondun təşəbbüsü ilə reallaşdırılan layihələrin cəmiyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb, ötən iki ildəki fəaliyyətin ən yüksək qiymətə layiq olduğunu bildirib. Ötən iki ildə çox mühüm işlər görülüb. Müxtəlif sənədli filmlər çəkilib, videoçarxlar hazırlanıb, maarifləndirici tədbirlər keçirilib, “ASAN Radio”da yayımlanan “Mənəvi dəyərlər” verilişi ciddi səmərə verir. Təhsil ocaqlarında müxtəlif önəmli layihələr reallaşdırılıb.

Mübariz Qurbanlı qurumun gələcək fəaliyyətində də ciddi mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edərək bildirib ki, Fondun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı da çox səmərəlidir. Hesab edirəm ki, gələcəkdə məhz Mərkəzlə birgə ölkə xaricində də mənəvi dəyərlərimizin təbliği ilə bağlı işləri həyata keçirmək mümkündür. “Müasir dünyamızda hər bir dövlət, xalq öz dəyərlərini, tarixini, gücünü qoruyub saxlamağa çalışır. Azərbaycan xalqı hər zaman öz dəyərlərinə sadiq olub və onu qoruyub. Bizim ən böyük dəyərlərimiz müstəqilliyimizdir, dövlət atributlarımızdır, adət-ənənələrimizdir, dinimizdir”,-deyə Komitə sədri vurğulayıb.

Mənəvi dəyərlərimizin qorunmasının, gələcək nəsillərə düzgün çatdırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğunu deyən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov Mənəvi Dəyərlərin Təbliği Fondunun iki il ərzində müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirib. Bu qurumun fəaliyyətində xalqımıza məxsus zəngin mənəvi dəyərlərin təbliği işi əsas istiqamətlərdən olub. Bu istiqamətdə gənclərlə aparılan işi, ölkəmiz üçün əlamətdar günlərdə keçirilən tədbirləri, məcburi köçkünlərlə görüşləri xüsusi qeyd etmək lazımdır.   

Mənəvi dəyərlərin hər bir xalqın kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edən  Əliheydər Zülfüqarov bu dəyərlərin heç bir yad təsirlərə məruz qalmadan gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Dövlətimizin başçısının Fərmanı ilə belə bir qurumun yaradılması da Azərbaycan Prezidentinin milli dəyərlərimizin qorunmasına verdiyi önəmin nümunəsidir. Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızı məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında da çox ciddi rola malikdir. Fondun “Vəhdət dəyərimizdir” layihəsinin çox səmərəli bir təşəbbüs olduğunu qeyd edən Prezident Administrasiyasının məsul işçisi müxtəlif bölgələrimizdə keçirilən bu layihənin din xadimlərinin birliyinin daha da möhkəmlənməsinə töhfə verir.   

Konfransda çıxış edən Fondun Himayəçilər Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova dünyada gedən qloballaşma prosesinin müsbət və mənfi istiqamətlərindən danışaraq bildirib ki, bu gün xalqların  mənəvi dəyərlərinin assimilyasiya olmasıdır. “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətimizin başçısının növbəti müdrik addımı idi. Belə bir qurumun yaradılması mənəvi dəyərlərimizin qorunması üçün çox zəruri idi. İki il ərzindəki fəaliyyət Fondun mühüm işlər gördüyünü deməyə əsas verir”,- deyə Sahibə Qafarova vurğulayıb.

Fondun fəaliyyətinin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyən Milli Məclisin deputatı bildirib ki, gənclərin mənəvi dəyərlərimizlə bağlı maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İki il ərzində ölkə daxilində Fond ciddi işlər görüb. Lakin hesab edirəm ki, bu gün beynəlxalq arenada gündən-günə mövqelərinin möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği çox vacibdir.

Fondun Himayəçilər Şurasının üzvü, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Fondun qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Xalqımızın tarixən mənəvi dəyərlərə üstünlük verdiyini söyləyən akademik gənc nəslin düzgün formalaşmasında mənəvi dəyərlərin təbliğinin və təşviqinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Himayəçilər Şurasının üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Asif Cahangirov, “Zəfər: Şəhid ailələrinə dəstək” ictimai birliyinin rəhbəri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da Fondun iki il ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasında, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində Fondun gördüyü işlər çox mühüm əhəmiyyət kəsb edir.

Sonra ötən iki il ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əməkdaşlıq edən KİV-lər və Fondun fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Sifariş olunan hamburgerin içindən baxın nə çıxdı - FOTO
İllər sonra Ayaz Mütəllibov AzTV-yə danışdı: "Paşinyan yalan deyir..." + VİDEO
Müəllimini məğlub edən 3 yaşlı qız gündəmə çevrildi - MARAQLI... + VİDEO
Elm dünyası şokda - Hava temperaturu ilk dəfə bu qədər artdı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”
Cəmiyyət
“Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz...”
Siyasət
"Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi..."
Siyasət
Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...
Dünya
"Amerikalıların Türkiyəni dinləyə bilməsi üçün şifrələmə cihazını dəyişdirdik!" - ŞOK İDDİA
Həftənin ən çox oxunanları
Qalmaqal: Müəllimin şagirdi ilə sevgi münasibəti lentə alındı -VİDEO
“Türklər müttəfiqlərimizi qırır: Biz olmadan Əsədin davam gətirməsi mümkünsüzdür”
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
Hədəfi 640 km uzaqlıqda haqlayan ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!
"İllərlə xalqdan nə çaldınız, FETÖ-ya nə qədər para yedirdiniz, hamısı deşifrə olacaq..."
Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR - "Əsədi darmadağın edəcəyik"
“Türkiyə bizim qərargahımızdır: Moskvanı bu qərargahla hesablaşmağa məcbur etməliyik!”
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
“Rusiya türk ordusu ilə üz-üzə gəlməyəcək: Buna cürəti yoxdur!”
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247