Xəbər lenti
04/07/2020 [22:50]:
"Azərbaycanda koronavirusdan ölənlər 1.2% təşkil edir"
04/07/2020 [22:40]:
"Ermənistan rəhbərliyinin bu kimi addımları işğalın möhkəmləndirilməsinə xidmət edir”
04/07/2020 [22:30]:
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
04/07/2020 [22:00]:
SSRİ-ni və rus çarını unuda bilməyən Putinin hikkəsi Rusiyaya nə vəd edir..?
04/07/2020 [21:57]:
“Sobsan” boya fabrikindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
04/07/2020 [21:48]:
Boya fabrikindəki yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerinə gəldi – YENİLƏNİB+VİDEO
04/07/2020 [21:44]:
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
04/07/2020 [21:27]:
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
04/07/2020 [21:00]:
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
04/07/2020 [20:46]:
SON DƏQİQƏ: Bakıda zavodda güclü partlayış - YANĞIN BAŞLAYIB... / VİDEO
04/07/2020 [20:44]:
Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı - FOTO
04/07/2020 [20:42]:
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
04/07/2020 [20:42]:
Bakıda güclü yanğın - FOTOLAR + VİDEO
04/07/2020 [20:40]:
Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır
04/07/2020 [20:34]:
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04/07/2020 [20:10]:
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
04/07/2020 [20:06]:
“Rayon icra hakimiyyəti səlahiyyətlilərinin insanlar arasında maariləndirmə işləri aparması təqdirəlayiqdir”
04/07/2020 [20:00]:
Azərbaycanda daha 534 nəfərin koranavirusa yoluxduğu aşkarlandı – Altı nəfər öldü
04/07/2020 [19:53]:
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək - ŞƏRTLƏR
04/07/2020 [19:51]:
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinin üçüncü ildönümü Türkiyə mətbuatında - VİDEO
04/07/2020 [19:49]:
İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsinin üç ili tamam olur - FOTO
04/07/2020 [19:48]:
"Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir"
04/07/2020 [19:26]:
Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı - VİDEO
04/07/2020 [19:24]:
Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi
04/07/2020 [18:53]:
Bu xəstələrə limonlu çay içmək olmaz - SƏBƏB
04/07/2020 [18:48]:
Hindistanda koronaya yoluxmada yeni rekord
04/07/2020 [18:43]:
İranda daha bir partlayış baş verdi...
04/07/2020 [18:38]:
Şəmkirçay su anbarında batan gəncin meyiti tapılıb - YENİLƏNİB 1
04/07/2020 [18:36]:
Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04/07/2020 [18:33]:
“Jurnalistika hər zaman riskli peşə olub”
04/07/2020 [18:31]:
Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı
04/07/2020 [18:01]:
Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib
04/07/2020 [17:55]:
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
04/07/2020 [17:45]:
"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
04/07/2020 [17:34]:
İş icazəsi ilə İsmayıllıya istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [17:29]:
Qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələri açıqlandı
04/07/2020 [16:46]:
BŞBPİ kriminal avtoritetin dəfnində iştirak edənləri cərimələyib
04/07/2020 [16:44]:
"Nə qәdәr vicdansız olаsаn ki, bu qәdәr hәyаtı tәcrübә ilә, sеvgi ilə yаşаyаn аdаmı..."
04/07/2020 [16:40]:
Putinin oteldə unutduğu köynəyi satılır - Kremlin reaksiyası FOTO
04/07/2020 [16:37]:
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
04/07/2020 [16:36]:
Bakıda ağır qəza: Yarışan taksi sürücülərindən biri idarəetməni itirdi və... - ANBAAN VİDEO
04/07/2020 [16:11]:
İş icazəsi ilə Qusara istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [16:10]:
Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı - FOTO
04/07/2020 [16:07]:
Bu da OLDU: Portaldan icazə alıb oğurluğa getdilər
04/07/2020 [16:05]:
Polis supermarketlərdə reydlər keçirir - FOTO
04/07/2020 [15:56]:
Samir Nuriyev icra başçıları ilə bağlı TAPŞIRIQ VERDİ
04/07/2020 [15:51]:
İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi
04/07/2020 [15:47]:
İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb
04/07/2020 [15:35]:
AMEA-nın şöbə müdiri vəfat edib
04/07/2020 [15:32]:
Azərbaycanlı alim: “Koronavirus xərçəng xəstəliyi yarada bilər”
04/07/2020 [15:13]:
"Biz karbohidrogenlərini, qızıl və metalını qoymağa yer tapmayan Rusiya deyilik..."
04/07/2020 [15:09]:
Nazarbayev Azərbaycanlı yazarı təltif etdi
04/07/2020 [15:07]:
"Müdafiə naziri bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib..."
04/07/2020 [14:57]:
Sərsəng su anbarında boğulanlar var...
04/07/2020 [14:49]:
Qazaxın Daş Salahlı kəndində çəkilən yeni bulaqdan 200-dən çox ailə istifadə edəcək
04/07/2020 [14:47]:
“Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir”
04/07/2020 [14:41]:
“Bəhram artıq gözlərini açıb, huşu da tam yerindədir...”
04/07/2020 [14:39]:
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
04/07/2020 [14:37]:
"Morenştrasse" metro stansiyası "Qlinka küçəsi" adlanacaq
04/07/2020 [14:30]:
“Qanuni oğru”lar Antalyada toplaşdı - Quli və Şakro müzakirəsi...
04/07/2020 [14:30]:
UNEC brendi Estoniyada da tanındı
04/07/2020 [14:27]:
Qacarların süqutu hansı ölkənin kəşfiyyat xidmətinin işi idi?
04/07/2020 [14:20]:
Türkiyə parlamentinə yeni sədr seçiləcək
04/07/2020 [14:15]:
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi
04/07/2020 [14:12]:
Müğənni Zamiq Hüseynovdan yeni fotosessiya - FOTOLAR
04/07/2020 [14:05]:
Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir”
04/07/2020 [13:58]:
Türkiyə təhlükəsizlik qüvvələri başına 500 min mükafat qoyulmuş PKK terrorçusunu məhv etdi
04/07/2020 [13:49]:
"Dillənməsəm, deyəcəklər koronavirusa yoluxub" - Aktyor şöhrətin başağrısına çevrildiyini bildirir...
04/07/2020 [13:26]:
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu: Çirklənmə pik həddə çatdı - FOTO
04/07/2020 [13:22]:
Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir
04/07/2020 [13:19]:
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
04/07/2020 [13:17]:
Spikerə yeni köməkçi təyin olundu
04/07/2020 [13:15]:
Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək
04/07/2020 [13:04]:
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
04/07/2020 [13:03]:
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
04/07/2020 [13:02]:
Şöbə müdiri: "Koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarətindədir"
04/07/2020 [13:00]:
Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır
04/07/2020 [12:58]:
BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ
04/07/2020 [12:42]:
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
04/07/2020 [12:40]:
Hacı Qara niyə intihar etmək istəyirdi? - Məşhur filmin pərdəarxası...
Bütün arxiv bir sırada
14/10/2019 [09:09] - Cəmiyyət - ( 1073 dəfə baxılıb)

Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?”



“Sosial şəbəkələr deyərdim ki,  hər kəsin başına gələcək bütün pis xəbərlərin yayılmasında, ailədə qadınlara qarşı zorakılıq hallarının daha da artmasına səbəb olacaq qədər təhlükəli bir tendensiya yaradır. İndi gənclərin həyatı sosial şəbəkə olub. Fikir verin, adi balaca uşağın  əlində telefon, ağzında saqqız, söz soruşursan heç sənə baxmır da”.

Moderator.az xəbər verir ki, bunu Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Modern.az-a müsahibəsində söyləyib.

- Tənzilə xanım, səhv etmiriksə, Azəri-Türk Qadınlar Birliyinin ilk sədri siz olmamısınız...

- İlk dəfə bizi Sabir Rüstəmxanlı ilə 1996-cı ildə Kanadanın Toronto şəhərinə qonaq dəvət etdilər. Azərbaycan  Kültür  Dərnəyinin sədri  Səid Kazımi Sabir bəyin 50 illik yubleyini Toronto şəhərində keçirmək üçün tədbir təşkil etmişdi. Ad günü tədbirindən sonra belə qərara gəldik ki, Toronto şəhərində qadınlardan ibarət böyük bir konfrans təşkil edək. Bu konfransda tək azərbaycanlı qadınlar iştirak etmirdi, bir çox ölkənin tanımış iş qadınları da dəvətli idi. Konfransı təşkil etməkdə məqsəd isə Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq idi. Həmin vaxtlar Azərbaycan dövləti çox  çətin dövrlərini yaşayırdı. Minlərlə vətəndaşımız  öz doğma dədə-baba yurdlarından ayrı düşərək, qaçqınlıq vəziyyətində yaşayırdı. Tədbir  zamanı  bir məqamı hiss etdim ki, xarici dövlətin qadınları bu məsələlərə necə həssaslıqla yanaşırlar. Mən həmin qadınları ölkəmizə dəvət etdim. Hətta Torontodan  geri dönəndən sonra, ölkənin böyük yazarı Xalidə Hasilovaya  qadınlarla bağlı bir ictimai təşkilat yaradacağımı bildirdim. O da mənə dəstək verdi.  Beləliklə, Azəri-Türk Qadınlar Birliyin 1996-cı il may ayının 3-də təsis edildi. Elə ilk sədri də Xalidə Hasilova oldu. Təbii ki, bu birliyi yaratmaqda əsas məqsəd ölkədə əziyyət çəkmiş qadınlara maddi və mənəvi dəstək olmaqdır.

- Azəri-Türk Qadınlar Birliyinə ən çox hansı müraciətlər daxil olur?

- Ən çox müaciət işsizlik və məişət problemi ilə bağlı olur. Məsələn,  45 yaşlı qadın deyir ki, iş tapa bilmir. Bu ölkədə 40 yaşından yuxarı qadınları işə götürmürlər. Ancaq gənc xanımlara tələbat daha çoxdur. Məgər 45 yaşlı qadın gənc deyil? İnsan fikirləşdikcə dəhşətə gəlir ki, niyə ayrı-seçkilik edirlər. Elə onun ən yaxşı işləyəcək vaxtıdır. Bu onun günahı deyil ki, işsiz qalıb. Biz bir vasitəçiyik, əlimizdən nə gəlirsə,  köməklik edirik. Elə məsələlər olur ki, gücümüz tam çatmasa da, başqa qurumlarla əlaqələndiririk.

- Fikir verirsinizsə, son vaxtlar qadınlara qarşı zorakılıq halları artıb. Bu şiddətin kökündə nə dayanır?

- Bu şiddət məsələsi tək bizdə deyil, hər bir ölkədə var. Təəssüflər olsun ki, belə məsələrdə nə qədər maarifləndirici tədbirlər həyata keçirilsə də, yenə də məsələ öz həllini tapmır. Qadına qarşı şiddətin əleyhinəyəm. Son zamanlar qadına şiddətlə bağlı bir məsələ bütün gündəmi zəbt etmişdi. Elə bil ki, başqa dərdimiz yoxdur, elə işimiz-gücümüz bu adamdan ibarətdir. Mən düşünürəm ki, cəmiyyət ona bu qədər önəm verməli deyildi. Çünki bu məsələ mənim ailə modelim deyil. Bu cür ailə modeli olar? Ailənin qızı sosial şəbəkədə atasını biabr edərək, qadına yaraşmayan sözlər yazır, ata yoldaşının əlin, dizin qırır. Əslində kimsəni müzakirə etmək fikrim yoxdur. Ancaq bu kimi halları görəndə, o əsl ailə modeli yaratmış ailələrə heyfim gəlir. İnanın ki, belə məsələrdə biz biabr oluruq. Bu kimi  halları görən ermənilər daha da sevinir. Həmin yazıları götürərək, öz saytlarında paylaşırlar. Təəssüf ki, belə hadisələr siyasi hakimiyyətə iddialı şəxslərin ailələrində baş verir. Əgər həmin ailələrdə qadına qarşı yanaşma belədirsə, bu bir faciədir. Hətta deyərdim ki, fəlakətdir. Ona görə gündəmi bu qədər zəbt etməyi bacardı. 
Bu faktlar bizə örnək deyil. Nə olursa olsun, söhbət gənc bir qızın taleyindən gedirsə, gərək bu vəziyyətə çatdırmazdılar. Əgər yoldaşın sənə əvvəldən zülm edirdisə, niyə indiyə qədər dözdün, gedib hüquq-mühafizə orqanlarına müraciət etmədin? Özün də yazıçı bir qadınsan,  yetəri qədər öz hüquqlarını bilirsən. Övladın isə bu cür addım atmağını hələ də anlaya bilmirəm. Görünür ailədə  çox ciddi problem var.  Böyük-kiçik yeri bilinmir. Bir qız övladının atasına bu cür sözlər yazması ailənin uşağa tərbiyə verən zaman  yaratmış olduğu boşluqlardır. Guya bu avropalıdır, inandırım sizi, heç xaricdə belə şey yoxdur. Belələridir də gedib xaricdə bizi biabr edən. Söyüş mübarizə üsulu deyil. Hətta elə fondlar var ki, belələrinə məqsədli şəkildə  pul ayırırlar ki, gedin belə yazın, ailəni biabr edin. Bu bizim gəncliyimizdirsə, pula görə bu addım atırlarsa, yazıqlar olsun bizlərə. Mən düşünürəm ki, bu cür hadisələrdə ata qədər günahkar elə ananın özüdür. Normal təlim-tərbiyə işini həyata keçirsəydi, bu səviyyəyə çatmazdı.

- Necə düşünürsünüz, ailələrdə baş verən xəyanətlərdə sosial şəbəkələrin təsiri varmı?

- Əlbəttə ki, var. Siz fikir verin, bu sosial şəbəkələr insanların başın o qədər qatır ki, hər şey yaddan çıxır. Gənclər kitab oxumurlar, elmdən uzaqdırlar, milli düşüncədən əsər-əlamət qalmayıb. Çox qəribə bir gəncliyimiz formalaşır. İndiki zəmanədə  bütün məsuliyyətimlə söyləyirəm ki,  ölkədə millətin əxlaq normalarına sığmayan hadisələr baş verir. Ailədə nəzarət yoxdur, böyük  sözü eşitmirlər, bax belə bir gənclər yetişir. Fikirləşirəm ki, bütün bunların günahkarı elə özümüzük. Dilimizə də hörmət qalmayıb. Müşahidə edirik, iki Azərbaycan qız yolla gedir, öz dilimizdə danışmağın dərdindən xarici dildə danışırlar, arada bizim dilə də müraciət edirlər. Guya bunlar  müasirdi, dil səviyyələri yüksəkdir. Həm də tam danışa bilmirlər, nə məcburdur ki, əcnəbi dildə danışasan?

Vətənindəsənsə, öz dilində danışmalısan. Sənin haqqın yoxdur, öz dilin ola-ola əcnəbi dildə danışasan. Belələrindən nə gözləmək olar, bizi xaricdə necə təmsil edəcəklər? İnanın ki, söz tapmıram deməyə. Tutaq ki, bu cür gənclərimiz  xaricdə bir müsabiqəyə qatıldı, düşüncəsi rus olan bir gəncin daha Azərbaycanla bağlı nə dərdi olsun ki? Biz müstəqillik qazanmışdıq ki, vəziyyət necə olursa-olsun, öz doğma dilimizə hörmətlə yanaşıb, bu dildə danışaq. Belə gənclər nə zaman yetişdi? Niyə belə bir tendensiya yarandı, hələ də başa düşə bilmirəm. Mən demirəm ki, xarici dili bilmə, bil, bu sənin yüksək göstəricilərindən biridir. Amma bu ölkədə yaşayırsansa, çalış öz dilində danış, bu sənin vətəndaşlıq borcundur.

- Son zamanlar boşananların da sayı durmadan artır. Sizcə, buna səbəb nədir?

- Bəzən qadınlarımızın çoxu ailəyə, övlada bağlı olmağın dərdindən yüngül həyat tərzini seçirlər. Möhkəm bir ailəyə sahib olmaq, hər kəsə nəsib olmur. İndiki ailələrin çoxu da dözümsüzlükdən, söz götürməməyin üstündə dağılır. Bu məsələdə ata-ananı da günahlandırıram. Qız bir dəfə evə gəlməklə bununla da ailə bağlarına son qoyulur. Əlbəttə, heç bir valideyn istəməz ki, övladı söz-söhbətli evdə yaşasın.  Ancaq hər xırda şeyə görə də ailə dağıtmaz olmaz. Bir də xarici dövlətə çıxıb getmələr də ailələrin dağılmasına gətirib çıxarır. Bəzən cavan qız uşaqları ailəsinə demədən ölkəni tərk edir. İnanın ki, getməklə həyatlarını da məhv etmiş olurlar. Geri dönəndə o gənclikdən əsər-əlamət qalmır.

loading...
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Dünya
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Cəmiyyət
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247