Xəbər lenti
21/11/2019 [00:30]:
Putin Rusiyanı xilas edə bilmir: Tənəzzül qaçılmazdır...
21/11/2019 [00:18]:
Ronaldo evləndi
21/11/2019 [00:04]:
Ata Abdullayev Milana getdi, kilsədə Paşinyanla deyişdi - sensasion hadisənin videosu
20/11/2019 [23:22]:
Xərçəng hüceyrələrini öldürən ən təsirli giləmeyvə...
20/11/2019 [23:21]:
Qarakənd üzərində vertolyotu kim vurdu? – Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI
20/11/2019 [23:20]:
Süddən imtina etdikdə orqanizmdə baş verəcək 5 dəyişiklik - İNANILMAZ...
20/11/2019 [23:17]:
Müntəzəm cinsi əlaqə xərçəng riskini azaldır - Alman alimləri 50 kişi və qadını təhlil ediblər...
20/11/2019 [23:10]:
Rus gözəlləri - FOTOLARDA
20/11/2019 [23:07]:
Ədliyyə orqanlarına qulluğa yeni qəbul olunan bir qrup hüquqşünasla görüş keçirilib
20/11/2019 [23:04]:
"Gəlcəyə Doğru"da millət vəkilləri ilə qadına şiddətdən danışılıb - VİDEO
20/11/2019 [23:01]:
"Üşüyürdük, əlimizi əlimizə sürtürdük, ancaq gələcəyə çox nikbinliklə baxırdıq"
20/11/2019 [22:50]:
"Dağlıq Qarabağ ermənilərin son arzusu deyil" - FOTOLAR
20/11/2019 [22:33]:
Küçədən tapdığı şikəst iti uşaq arabası ilə gəzdirir - İBRƏTAMİZ...
20/11/2019 [22:09]:
Həyatını təhlükəyə ataraq koalanı yanğından xilas etdi - İBRƏTAMİZ...+ VİDEO
20/11/2019 [21:57]:
Məşhur içki şirkətinin işçiləri üsyan etdi: "İçki içməkdən xəstə olduq"
20/11/2019 [21:54]:
Prezident Roza Zərgərli və Namiq Mənanı təltif etdi - SƏRƏNCAM
20/11/2019 [21:41]:
Məleykə Əsədova bu villanı satır - VİDEO
20/11/2019 [21:36]:
Barselonada partlayış nəticəsində 5 nəfər ölüb
20/11/2019 [21:34]:
Njde yaşanmış erməni faşizmidir, Paşinyan və onun kimilərsə müasir erməni faşizmidir..."
20/11/2019 [21:16]:
Yazar Samir İmanovun kitabı təqdim ediləcək
20/11/2019 [21:15]:
"Hazırda ölkəmizdə uşaq siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazası var"
20/11/2019 [21:15]:
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var
20/11/2019 [21:11]:
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin BİLDİRİŞİ
20/11/2019 [20:40]:
Bədən dili insan haqqında çoxlu informasiya verir
20/11/2019 [20:31]:
“Primakovun adı əslində onların əlində bəhanə idi...”
20/11/2019 [20:25]:
STEREOTİPLƏRİ ALT-ÜST EDƏN KİTAB...
20/11/2019 [20:23]:
Polkovnik hamilə arvadını girov götürdü
20/11/2019 [20:13]:
Nur-Sultandakı həyat şərtləri “Mançester Yunayted”in oyunçularını qorxudub
20/11/2019 [20:08]:
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
20/11/2019 [20:02]:
QHT-lərə Dövlət Dəstəyi Şurası 18 dövlət orqanı ilə birgə qrant müsabiqələri elan edir...
20/11/2019 [20:01]:
Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu – FOTO
20/11/2019 [19:57]:
Lukaşenko uğur qazanmayan idmançılara ölkəyə qayıtmamağı məsləhət görüb
20/11/2019 [19:47]:
Şəmkirdə "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib
20/11/2019 [19:38]:
"Həmin şirkətlərin imtiyazları olduğu üçün arxayındırlar ki, dəyib toxunan olmayacaq..."
20/11/2019 [19:33]:
“Azərbaycanda çoxarvadlılığın perspektivi yoxdur”
20/11/2019 [19:30]:
Van Damm Qəbələdə abidəsi qoyulduğuna görə Azərbaycana təşəkkür edib - FOTO
20/11/2019 [19:09]:
İslamı təhqir edən ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb - VİDEO
20/11/2019 [19:03]:
ADNSU ilə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb
20/11/2019 [18:50]:
Ukrayna Rusiyanı ittiham etdi: Gəmilərimizin unitazlarını oğurlayıblar
20/11/2019 [18:34]:
"Süni mayalandırma üzrə mütəxəssislər çatışmır"
20/11/2019 [18:31]:
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir - FOTO
20/11/2019 [18:30]:
Mingəçevirdə polis bıçaqlandı
20/11/2019 [18:28]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
20/11/2019 [18:22]:
Ermənistanın siyasi sistemi zooparka bənzədildi: "Bugünlərdə qoca fil hamını “Vernavandak”a toplayıb"
20/11/2019 [18:20]:
Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM
20/11/2019 [18:19]:
İranda etirazlar: helikopterdən atəş açıldı - VİDEO
20/11/2019 [18:18]:
İlham Əliyev Sumqayıtın inkişafında xidmətləri olan şəxsləri təltif etdi
20/11/2019 [18:13]:
Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO
20/11/2019 [18:10]:
Qarakənd faciəsinin şahidi necə öldürüldü? - Sensasion faktlar
20/11/2019 [17:47]:
Cinsi istismar səhnəsi gündəm oldu - VİDEO
20/11/2019 [17:46]:
Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO
20/11/2019 [17:42]:
Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA
20/11/2019 [17:41]:
Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub
20/11/2019 [17:37]:
Murad Dadaşovun obyektində ölüm hadisəsi
20/11/2019 [17:33]:
Pərviz Bülbüləni bəyənməyən Aytac: “Zövqləri korlayır” -VİDEO
20/11/2019 [17:31]:
Anjey Kaspşik və Ermənistanın müdafiə naziri təmas xəttindəki vəziyyəti müzakirə ediblər
20/11/2019 [17:30]:
ABŞ səfiri Azərbaycan və Ermənistan dini liderlərinin görüşməsini təklif edib
20/11/2019 [17:22]:
"ABŞ böyük ölkədir, ümumi maraqlarımız var" - Putin
20/11/2019 [17:16]:
Tanınmış din xadimi QAT-a üzv oldu
20/11/2019 [17:13]:
2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq
20/11/2019 [17:11]:
Azərbaycan terrorizm baxımından regionun ən təhlükəsiz ölkəsidir
20/11/2019 [17:11]:
“Njdenin qəhrəman kimi təqdimatı birbaşa faşizmə xidmətdir”
20/11/2019 [17:07]:
İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib - FOTO
20/11/2019 [17:03]:
Quranı yandıran İslam əleyhinə hərəkatın liderinə hücum oldu - VİDEO
20/11/2019 [17:00]:
Fransa ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
20/11/2019 [16:56]:
Kabel oğurlayan şəxslər saxlanıldı
20/11/2019 [16:52]:
Lavrov: “Türkiyə bizə yeni bir əməliyyata başlamayacağını dedi...”
20/11/2019 [16:43]:
"Azərbaycanda 2000-dən artıq məhkuma elektron qolbaq tətbig edilib"
20/11/2019 [16:40]:
Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərini DSK-lara təqdim etməsi üçün verilən müddət başa çatır
20/11/2019 [16:38]:
ADPU-da Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi konfransı - FOTO
20/11/2019 [16:35]:
83 yaşlı deputat Zeynəb Xanlarovanın yeni görüntüsü - VİDEO
20/11/2019 [16:32]:
Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu
20/11/2019 [16:29]:
“Bundan sonra da Tacirlə toya gedərəm” - VİDEO
20/11/2019 [16:16]:
QAT rəhbərliyi 20 noyabr şəhidlərini andı
20/11/2019 [16:14]:
Bakıda gəlin maşını yandı - VİDEO
20/11/2019 [16:10]:
Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm - SƏRƏNCAM
20/11/2019 [15:56]:
Paşinyanın yumşaq manevri və ya məqbul həllin məchulu - TƏHLİL...
20/11/2019 [15:50]:
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir"
20/11/2019 [15:36]:
Baş Prokurorluq açıqlama yaydı
20/11/2019 [15:32]:
Azərbaycandan dünyaya “Təbiət və həyat naminə birləşmək” ali mesajı
Bütün arxiv bir sırada
14/10/2019 [09:27] - Köşə - ( 4024 dəfə baxılıb)

"Bu xalq ya üzündəki düşmən tüpürcəyini silib ona şillə vurmalı, ya da..."

"Rusiyanın Paşinyana üzdə göstərdiyi siyasət ən parlaq ikiüzlülükdür və nə yazıq ki..."
İlham İsmayıl

Siyasət ikiüzlülükdür, yoxsa ikiüzlülük siyasətdir?
 
Siyasətin nəinki ikiüzlü, hətta çoxüzlü olduğunu siyasilər yox, orta statistik  Azərbaycan vətəndaşları, yəni siyasətdən qaçan, hətta qorxan, ağrımaz başına buz bağlamağı məsləhət görməyən hörmətli azərbaycanlılar da təsdiq edə bilər. Düzdür, biz dünyanın gedişatında baş verənləri seyr edənlərik, bizim siyasətimiz Abşeron yarımadası çərçivəsində, qurudan və dənizdən çıxarılan neftin haqq-hesabından o yana getməz, getsə də yenə qayıdıb quyunun başına gələr və nə qiybət (siyasət yox) varsa bu quyuların başında fırlanar. BP bir tərəfdən, özümüz o biri tərəfdən. Müstəqil olmazdan əvvəl də, indi də siyasət quyu başında müzakirə olunur. Sadəcə olaraq bu siyasəti aran rayonlarında artezian quyularının, dağlarda bulaqların başında arvad-uşaq yapar və ən çox sevilən ifadələrdən biri bu olardı: “aaz, filankəs Çörçil kimi bir adamdı, hara desən fırladacaq”. Çörçilin nəhəng siyasətçi olduğunu internetin, televiziyanın, radionun inkişaf etmədiyi vaxtlarda artezian və bulaq başında arvadlar danışardı, amma, ən azı arvadlar da bilirdi ki, siyasət daha çox, fırlatmaqdan ibarətdir və necə ki, bizi ikizülü siyasətlə fırladırlar. 
 
Siyasətçilərin ikiüzlülüyü adətən xalqın başında partlayır. Bu siyasəti istər bir ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan partiyalar aparsın, istərsə də, dövlətlərarası siyasət aparanlar olsun. Yəni, bu işin də iki başı var. Bu partlayış bir xalqın başında sevinc şarları kimi, o birinin başında bomba kimi partlaya bilir. 30 ildir ki, Qarabağla əlaqədar bütün ranqlarda aparılan siyasət Azərbaycan xalqının başı üzərində bomba kimi partlayıb. O siyasətin əsas müəllifləri xaricdən olsa da, xalqın iştirak etmədiyi, daha doğrusu rol verilmədiyi daxili siyasətdə də, pantomim teatrında olduğu kimi sevinc şarlarının özünü də, partıltısını da xalq eşitmədən, görmədən “nouhau”kimi təsəvvür edib və.. teatr davam edir.  O sevinc şarının adı Qarabağın işğaldan azad olunması olardı ki, bu illərdə gəlmiş-getmiş Azərbaycan siyasilərinin heç biri Azərbaycan xalqının başı üzərində bu sevinc şarlarını partlada bilməmişdir. Amma, elə bilməyin ki, bu sevinc şarı partlamadığından bizim xalq sevinməyi yadırğayıb. Əksinə. Açın Azərbaycan televiziyalarını - dünyanın heç bir xalqı bu qədər sevincli görsənə bilməz, gülməkdən partlamaq dərəcəsinə çatmaz. Arada göz yaşları varsa, bu yalnız Xantı-Mansi vilayətində nə vaxtsa neft çıxarmış bir azərbaycanlının rus qadınlarından olan uşaqlarının neçə illərdən sonra atalarını tapanda xalqın sevinc göz yaşlarına boğulması olub. Azərbaycan başdan – başa tragikomediyadır (Son cümlədən sonra hansı durğu işarəsinin qoyulmasını sizin ixtiyarınıza verirəm)

Bir tərəfdə düşmənin işğal etdiyi Qarabağ və dünyanın ikiüzlülük edərək bunu  xalqların öz müqəddaratını təyin etmək prinsipi kimi qəbul etməsi dayanırsa, digər tərəfdən 150 minlik erməniyə qurban verilən, keçmişini, bu gününü itirmiş, gələcəyi böyük suallar altında olan, ilan mələyən çöllərdə 2025-ci ilədək içində ”kuxna mebeli” olan mənzillərlə təmin ediləcək 700 000 (yeddi yüz min - sözlə də qeyd etməyə məcburam) qarabağlının faciəsi dayanır. Və bu yalnız ən çox səsini qaldırmalı olan həmin yeddi yüz min məcburi köçkün qarabağlının deyil, bütün 10 milyon bir nəfər (son siyahıyaalmada məni saymadıqları üçün o bir nəfər özümü bilirəm) Azərbaycan vətəndaşlarının faciəsidir, millətin tarixinə vurulmuş şərəfsizlik damğasıdır. Nitseşenin dediyi kimi bu cür son zəncir kimi min illərlə bu millətin gələcək nəsillərinin ayağında olacaq, xalq ondan qaçmaq istəyəcək, unutmaq istəyəcək, amma zəncir onunla birgə qaçacaq, daim onu müşayət edəcək. Bu millət üçün kim hazırlayır bu zəncirli taleyi? Bu gün danılsa da, tarix danmaycaq.
 
Rusiyanın Paşinyana üzdə göstərdiyi siyasət ən parlaq ikiüzlülükdür və nə yazıq ki, bizim sadəlövh camaatımız da bilərəkdən onu çıxış yolu kimi dəyərləndirən çoxüzlü  adamların sözünə aldanır və Pandora ümidi ilə yaşayırlar. Aşqabaddan sonra “Paşinyanın torbası tikildi” düşünənlərin nəzərinə: Paşinyan Aşqabaddan qayıdan kimi Putinə zəng vurub və xahiş edib ki, Ərdoğana tapşırsın ki, Suriyada ermənilərin məskunlaşdığı yerlərə atəş açılmasın, onların təhlükəsizliyi təmin edilsin. Putin sadəcə razılıq vermir - Ərdoğanla danışır və nəticəni də Paşinyana məruzə edir. Paşinyanı başından atmaq istəyən  bu hərəkəti etməzdi. Putin burada əsl sifətini göstərir, Zatuilini Qarabağa göndərib, “rus xalqı sizin (ermənilərin) vicdanınlza və ədalətinizə inanır” dedirdəndə də öz sifətini, öz siyasətini göstərir. Bizə gələndə isə “ tərəflər sülh yolu ilə münaqişəni həll etməlidir”- deyib ikiüzlü siyasətini nümayiş etdirir. Həm də, yalnız Putin deyil, bu işin vasitəçi dövlətləri olan Fransa, ABŞ-da belə deyir. Və 26 ildir bu ikiüzlü siyasəti, çoxüzlü təbliğatçılar vasitəsi ilə bizə həzm etdirirlər. 
 
Rusiya ilə özümüzü qorxutmamız da ikiüzlülükdən yaranır. Biz Rusiyaya heç vaxt  rəsmən deməmişik ki, Qarabağı sən işğal edib, Ermənistana vermisən. Bu, bir sifətlilik olardı. Gürcüstan, Ukrayna dediyi kimi. Biz rəsmən heç vaxt demədik ki, işğal Rusiyanın işidir. Bunu rəsmən elan etmədinizsə, nədən bütün milləti Rusiya ilə qorxudursunuz? “Müharibə olsa Kürə qədər gələcəklər, yerdə qalan Qarabağ da gedəcək, Yalamadan girəcəklər, orda 40 min qoşun dayanıb”- deyərək, nəinki sıravi vətəndaşları inandırmağa çalışır, az qala hər gün qəzetdən, bədnam, üzdəniraq, əqidəsini dəyişib ikiüzlülük göstərən  siyasilərin dilindən xalqın şüuruna yeridirsiz. Axı, guya regionda müstəqil siyasət yürüdürük və buna görə bizi gözü götürməyənlər, qısqananlar var. Nəyimizi qısqanırlar? 20 faiz torpağı işğal altında olan ölkəyə kim həsəd aparar? Bu nə ikiüzlülükdür? Amma, desən ki, bu işğala rəhbərlik edən Rusiyadır, o zaman dünya Gürcüstanın, Ukraynanın yanında olan kimi sənin də yanında olacaq. Belədə isə, yalnız ikiüzlülük edib öz xalqını aldatmaqla məşğul olmuş kimi görsənirik. Bu qənaətə ona görə gəlirik ki, Rusiya tərəfimizdədirsə, nəticəsini Qarabağda niyə görmürük? 
 
İş qalıb bizim öz üzümüzə. Bu xalq ya üzündəki düşmən tüpürcəyini silib ona şillə vurmalı, ya da... Yox, bu işin “ya”sı yoxdur!!!  

İlham İsmayıl

loading...
loading...
Küçədən tapdığı şikəst iti uşaq arabası ilə gəzdirir - İBRƏTAMİZ...
Həyatını təhlükəyə ataraq koalanı yanğından xilas etdi - İBRƏTAMİZ...+ VİDEO
QHT-lərə Dövlət Dəstəyi Şurası 18 dövlət orqanı ilə birgə qrant müsabiqələri elan edir...
“Azərbaycanda çoxarvadlılığın perspektivi yoxdur”
"Mən Komitə sədrliyinə nabələd gəlməmişdim, bu barədə kifayət qədər məlumatlarım var idi"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Njdenin qəhrəman kimi təqdimatı birbaşa faşizmə xidmətdir”
Hadisə
"Dəfələrlə icra başçısının qəbulunda olmuşuq, ancaq..." - Donan körpənin anası
Gündəm
Baş nazirdən rus jurnalistlərə şok: "Niyə Qaregin Njdeni ittiham edirsiz, Molotovu yox?"
Şou-biznes
“Xalqıma inanıram, onlar biləcək ki, Əli musiqinin keşiyində dayanmış insandı...”
Cəmiyyət
“Bizim bir düşmənimiz var və o da mənfur ermənilərdir ki, torpaqlarımızı işğal edib...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247