Xəbər lenti
04/07/2020 [22:00]:
SSRİ-ni və rus çarını unuda bilməyən Putinin hikkəsi Rusiyaya nə vəd edir..?
04/07/2020 [21:57]:
“Sobsan” boya fabrikindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
04/07/2020 [21:48]:
Boya fabrikindəki yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerinə gəldi – YENİLƏNİB+VİDEO
04/07/2020 [21:44]:
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
04/07/2020 [21:27]:
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
04/07/2020 [21:00]:
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
04/07/2020 [20:46]:
SON DƏQİQƏ: Bakıda zavodda güclü partlayış - YANĞIN BAŞLAYIB... / VİDEO
04/07/2020 [20:44]:
Karantini pozub icazəsiz hərəkətdə olan sürücü qəza törətdi: Betona və başqa maşına çırpıldı - FOTO
04/07/2020 [20:42]:
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
04/07/2020 [20:42]:
Bakıda güclü yanğın - FOTOLAR + VİDEO
04/07/2020 [20:40]:
Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır
04/07/2020 [20:34]:
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04/07/2020 [20:10]:
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
04/07/2020 [20:06]:
“Rayon icra hakimiyyəti səlahiyyətlilərinin insanlar arasında maariləndirmə işləri aparması təqdirəlayiqdir”
04/07/2020 [20:00]:
Azərbaycanda daha 534 nəfərin koranavirusa yoluxduğu aşkarlandı – Altı nəfər öldü
04/07/2020 [19:53]:
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək - ŞƏRTLƏR
04/07/2020 [19:51]:
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinin üçüncü ildönümü Türkiyə mətbuatında - VİDEO
04/07/2020 [19:49]:
İki yaşlı Zəhranın erməni silahlı qüvvələri tərəfindən öldürülməsinin üç ili tamam olur - FOTO
04/07/2020 [19:48]:
"Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir"
04/07/2020 [19:26]:
Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı - VİDEO
04/07/2020 [19:24]:
Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi
04/07/2020 [18:53]:
Bu xəstələrə limonlu çay içmək olmaz - SƏBƏB
04/07/2020 [18:48]:
Hindistanda koronaya yoluxmada yeni rekord
04/07/2020 [18:43]:
İranda daha bir partlayış baş verdi...
04/07/2020 [18:38]:
Şəmkirçay su anbarında batan gəncin meyiti tapılıb - YENİLƏNİB 1
04/07/2020 [18:36]:
Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04/07/2020 [18:33]:
“Jurnalistika hər zaman riskli peşə olub”
04/07/2020 [18:31]:
Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı
04/07/2020 [18:01]:
Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib
04/07/2020 [17:55]:
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
04/07/2020 [17:45]:
"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
04/07/2020 [17:34]:
İş icazəsi ilə İsmayıllıya istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [17:29]:
Qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələri açıqlandı
04/07/2020 [16:46]:
BŞBPİ kriminal avtoritetin dəfnində iştirak edənləri cərimələyib
04/07/2020 [16:44]:
"Nə qәdәr vicdansız olаsаn ki, bu qәdәr hәyаtı tәcrübә ilә, sеvgi ilə yаşаyаn аdаmı..."
04/07/2020 [16:40]:
Putinin oteldə unutduğu köynəyi satılır - Kremlin reaksiyası FOTO
04/07/2020 [16:37]:
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
04/07/2020 [16:36]:
Bakıda ağır qəza: Yarışan taksi sürücülərindən biri idarəetməni itirdi və... - ANBAAN VİDEO
04/07/2020 [16:11]:
İş icazəsi ilə Qusara istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [16:10]:
Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı - FOTO
04/07/2020 [16:07]:
Bu da OLDU: Portaldan icazə alıb oğurluğa getdilər
04/07/2020 [16:05]:
Polis supermarketlərdə reydlər keçirir - FOTO
04/07/2020 [15:56]:
Samir Nuriyev icra başçıları ilə bağlı TAPŞIRIQ VERDİ
04/07/2020 [15:51]:
İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi
04/07/2020 [15:47]:
İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb
04/07/2020 [15:35]:
AMEA-nın şöbə müdiri vəfat edib
04/07/2020 [15:32]:
Azərbaycanlı alim: “Koronavirus xərçəng xəstəliyi yarada bilər”
04/07/2020 [15:13]:
"Biz karbohidrogenlərini, qızıl və metalını qoymağa yer tapmayan Rusiya deyilik..."
04/07/2020 [15:09]:
Nazarbayev Azərbaycanlı yazarı təltif etdi
04/07/2020 [15:07]:
"Müdafiə naziri bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib..."
04/07/2020 [14:57]:
Sərsəng su anbarında boğulanlar var...
04/07/2020 [14:49]:
Qazaxın Daş Salahlı kəndində çəkilən yeni bulaqdan 200-dən çox ailə istifadə edəcək
04/07/2020 [14:47]:
“Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir”
04/07/2020 [14:41]:
“Bəhram artıq gözlərini açıb, huşu da tam yerindədir...”
04/07/2020 [14:39]:
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
04/07/2020 [14:37]:
"Morenştrasse" metro stansiyası "Qlinka küçəsi" adlanacaq
04/07/2020 [14:30]:
“Qanuni oğru”lar Antalyada toplaşdı - Quli və Şakro müzakirəsi...
04/07/2020 [14:30]:
UNEC brendi Estoniyada da tanındı
04/07/2020 [14:27]:
Qacarların süqutu hansı ölkənin kəşfiyyat xidmətinin işi idi?
04/07/2020 [14:20]:
Türkiyə parlamentinə yeni sədr seçiləcək
04/07/2020 [14:15]:
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi
04/07/2020 [14:12]:
Müğənni Zamiq Hüseynovdan yeni fotosessiya - FOTOLAR
04/07/2020 [14:05]:
Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir”
04/07/2020 [13:58]:
Türkiyə təhlükəsizlik qüvvələri başına 500 min mükafat qoyulmuş PKK terrorçusunu məhv etdi
04/07/2020 [13:49]:
"Dillənməsəm, deyəcəklər koronavirusa yoluxub" - Aktyor şöhrətin başağrısına çevrildiyini bildirir...
04/07/2020 [13:26]:
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu: Çirklənmə pik həddə çatdı - FOTO
04/07/2020 [13:22]:
Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir
04/07/2020 [13:19]:
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
04/07/2020 [13:17]:
Spikerə yeni köməkçi təyin olundu
04/07/2020 [13:15]:
Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək
04/07/2020 [13:04]:
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
04/07/2020 [13:03]:
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
04/07/2020 [13:02]:
Şöbə müdiri: "Koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarətindədir"
04/07/2020 [13:00]:
Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır
04/07/2020 [12:58]:
BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ
04/07/2020 [12:42]:
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
04/07/2020 [12:40]:
Hacı Qara niyə intihar etmək istəyirdi? - Məşhur filmin pərdəarxası...
04/07/2020 [12:34]:
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
04/07/2020 [12:14]:
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
04/07/2020 [12:13]:
COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”
Bütün arxiv bir sırada
14/10/2019 [09:34] - Siyasət - ( 4463 dəfə baxılıb)

"Barış Pınarı" əməliyyatının uğurunun sirri - Adana protokoluna qayıdış...



Dünən Suriyanın şimalında yaşananlar və ardından Türkiyə prezidentinin Dolmabaxça sarayında jurnalistlərə açıqlamasında üzərində dayandığı bəzi məqamlar regionda bundan sonrakı proseslər barədə kifayət qədər ipucları verir.

"Barış pınarı" əməliyyatının 5-ci günündə bölgədən gələn ilk xəbər Suriya ordusunun Menbiç və Kobaniyə doğru hərəkət etməsi ilə bağlı idi.

Daha sonra Suriya ordusunun rus hərbçilərinin nəzarəti və vasitəçiliyi ilə Menbiçi nəzarət altına aldığı açıqlandı. Ardından Türkiyə prezidenti Dolmabaxça sarayında məlum çıxışını edərək əsasən iki məsələ üzərində dayandı. Bunlardan biri Türkiyənin başqa ölkələrin torpağında gözü olmamasının, Suriyanın torpaq bütünlüyünün ən çox Ankara tərəfindən arzuladığının vurğulanması idi:  “Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin olunanda bundan ən çox razı qalan ölkə Türkiyə olacaq. Çünki tam yanımızda böyük insani dramların, qeyri-sabitliyin baş verməsinin ən ağır bədəlini biz ödəmişik və ödəməkdəyik. Bizim kimsənin torpaqlarında gözümüz yoxdur. Amma torpaqlarımıza göz tikənlərə də acıma lüksümüz yoxdur”.

 

Türkiyə prezidentinin altını cızdığı ikinci xüsus isə Adana protokolu idi: "Adana protokolunun 5-ci maddəsini hara qoyacağıq? Biz hazırda niyə Suriyadayıq? – rejim terrorçulara qarşı ayaqda dayana bilmədiyi üçün biz də Adana protokoluna görə nə etdik, Suriyaya girdik. Suriyaya giriş səbəbimiz budur”.

Göründüyü kimi, Ərdoğan dolayısıyla Türkiyənin Suriyadakı hərbi əməliyyatları dayandırmaq üçün əsas şərtinin Adana protokolunun həyata keçirilməsi olduğunu dilə gətirir. Zira Suriyaya giriş səbəbi bu protokolun şərtlərinin həyata keçirilməsidirsə, məntiqlə çıxış səbəbi bunun tərsi ola bilər. Yəni Adana protokolunun tam anlamıyla həyata keçirilməsi.

Bəs bu protokol nədir, Ərdoğan niyə onun tətbiqini tələb edir?

Prokotolun şərhinə keçməmişdən əvvəl qeyd edək ki, istər Rusiyanın, istərsə İranın da Türkiyəyə sunduğu çözüm planı Adana protokoluna uyğun tədbirlər paketidir. İlk dəfə 2019-ci il 23 yanvar tarixində Rusiya və Türkiyə prezidentlərinin Moskvada keçirilən görüşlərində Vladimir Putinin bu təkliflə Ərdoğana müraciət etdiyi bəllidir. Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Türkiyənin YPG-dən qaynaqlanan təhlükəsizlik qayğıları ilə bağlı danışarkən bu təklifi səsləndirdi. Türkiyə prezidenti isə buna müsbət reaksiya verdi. Daha sonra İran yetkililəri də eyni təkliflə çıxış etdilər. Bu yaxınlarda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif TRT-yə verdiyi müsahibədə Adana protokolu üzərində dayanmış və bu sənədin Ankara üçün ən yaxşı seçənək olduğunu vurğulayaraq demişdi: “Adana protokolu hələ də keçərlidir və sərhədlərə nəzarətin Türkiyənin əməkdaşlığıyla Suriya ordusuna buraxılması məsələsində kürdlər, Türkiyə dövləti və Suriya arasında vasitəçilik etməyə İran hazırdır”.

İstər Türkiyə prezidenti Ərdoğanın, istər Rusiya lideri Putinin, istərsə də İran Xarici İşlər nazirinin sözlərindən belə görünür ki, aralarında qarşılıqlı söz duellaları yaşanmasına baxmayaraq, hər 3 dövlət əslində Adana protokolunun həyata keçirilməsi üzərində anlaşıb və son zamanlar Suriyanın şimalında yaşananlar da buna xidmət edir.

 

İndisə keçək Adana protokoluna.

Adana protokolu 1998-ci ildə Türkiyə ilə Suriya arasında bağlanıb. Bu o dövr idi ki, PKK-nın Türkiyəyə hücumları artmış və terror təşkilatının lideri Abdullah Öcalan Şimali Suriyada özünə sığınacaq taparaq bu hücumlara rəhbərlik edirdi. PKK-ya bu işdə Suriyanın o zamankı lideri Hafiz Əsəd də yaxın dəstək verirdi. 1980-ci illərdə Türkiyənin Hatay vilayətini öz əraziləri hesab edən və onu geri almaq üçün “kürd kartı”nı ortaya atan Hafiz Əsəd PKK və onun lideri Abdullah Öcalanın öz ərazisində yerləşməsinə, təlim düşərgələri təşkil etməsinə, hər cür təbliğat fəaliyyətinə və öz torpaqlarından Türkiyəyə yönələn terror aktları həyata keçirməsinə icazə verirdi. 1990-cı illərdə SSRİ-nin çöküşü ilə vəziyyət dəyişdi. Beynəlxalq arenada təklənən Hafiz Əsəd əvvəlki gücünü itirdi. Məhz belə bir zamanda Türkiyənin onunla hesablaşmaq fürsəti doğdu. 1996-ci ildə Suriya sərhədləri yaxınlığına öz əsgərlərini toplayan Türkiyə rəsmi Dəməşqə ultimatum verdi: PKK ünsürlərini ya Suriyanın özü, ya da Türkiyə ordusu əzəcəkdi.

 

Vəziyyət iki dövlət arasında müharibənin tam astanasına gəldiyi anda Misir və İran dövriyyəyə girdi. ABŞ-ın da yardımı ilə regional dövlətlər məsələnin sülh yoluyla həllinə qərar verdilər. Beləcə, iki qonşu dövlət arasında başlayan danışıqlar tamamlandı və bunun protokollaşdırılmasına qərar verildi. 20 Oktyabr 1998 tarixində Adanada məlum protokol imzalandı. 23 maddədən ibarət olan həmin protokolda Suriya öz üzərinə müəyyən öhdəliklər götürdü. Həmin öhdəlikləri bu cür sıralamaq olar:

  1. Suriya öz torpaqlarından Türkiyənin təhlükəsizliyini və sabitliyini təhlükəyə atacaq aksiyalara icazə verməyəcək, PKK-nın silah, maddi-texniki və maliyyə dəstək təmin etməsinin və təbliğat fəaliyyətlərinin qarşısını alacaq.
  2. Suriya PKK-nı terror təşkilatı olaraq elan edəcək, digər terror təşkilatları ilə yanaşı, öz ərazilərində PKK və uzantılarının fəaliyyətini dayandıracaq.
  3. Suriya PKK-nın torpaqlarında təhsil düşərgəsi qurmasını və biznes fəaliyyəti göstərməsini qadağan edəcək.
  4. Suriya PKK üzvlərinin tranzit yollarla üçüncü ölkələrə keçməsinə icazə verməyəcək.
  5. Suriya PKK liderlərinin torpaqlarına girməsinə mane olacaq və gömrük rəsmilərinə bu barədə rəsmi göstəriş verəcək.

Protokolda həmçinin tərəflərin bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bəzi mexanizmlər qurması da nəzərdə tutulurdu. Xüsusilə iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında birbaşa telefon xətti qurulması, diplomatik nümayəndəliklərdə təhlükəsizlik işləri üçün xüsusi nümayəndələrin təyin olunması da protokolun əsas tələblərindən idi.

Adana protokolu imzalandıqdan dərhal sonra Dəməşq Abdullah Öcalanı öz torpaqlarında qovmuş, ardından ABŞ-ın köməkliyi ilə baş terrorçu Kenyada həbs olunaraq Türkiyəyə gətirilmişdir.

 

Göründüyü kimi, Adana protokolunun tam mənası ilə həyata keçirilməsi həqiqətən də Ankaranın bütün nigarançılıqlarını ortadan qaldırır. Amma burada bir başqa məsələ var. İndiki Suriya 30 il bundan əvvəlki Suriya deyil və rəsmi Dəməşqin 2011-ci ildən bəri bu sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yerinə yetirmək imkanı yoxdur. Ərdoğanın da dediyi kimi, o özü terrorizmə qarşı ayaq üstə dayana bilmir. Elədirsə, Türkiyə qarşısında götürdüyü bu öhdəlikləri necə yerinə yetirə bilər?

Görünür, istər ABŞ-ın, istərsə də regional dövlətlərin Türk ordusunun yürütdüyü Barış pınarı əməliyyatlarına səbrlə yanaşması da bununla bağlıdır. Türkiyə Suriyanın Şimalındakı PKK/YPG ünsürlərinin belini qırdıqdan sonra bölgəni Bəşər Əsədə təhvil verəcək. Prinsipcə, bu, Əsəd rejiminin də marağına uyğundur. Deməli, həm ABŞ, həm Rusiya, həm də Suriya Türkiyənin Barış pınarı əməliyyatı ilə “barışıblar”. Hərdən İranın xaric səslə “oxuması” isə “mən də varam” deməkdən başqa bir şey deyil.

Ovqat.com

loading...
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
"Müdafiə naziri bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Dünya
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Cəmiyyət
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247