Xəbər lenti
12/11/2019 [00:21]:
Azərbaycanlı gənc yazar Nobel mükafatçısı ilə çiyin-çiyinə - FOTOLAR
12/11/2019 [00:06]:
"Elə buna görə Aprel döyüşlərinin də bütün ağırlığı peşəkar "spesnaz"ın üzərinə düşdü"
11/11/2019 [23:45]:
13 yaşlı aktrisa vəfat etdi
11/11/2019 [23:37]:
Quba sakininin qazdığı quyuya öz inəyi düşdü - VİDEO
11/11/2019 [23:10]:
“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO
11/11/2019 [23:10]:
Təbii insulin mənbəyi: Tərkibində xolesterol və yağ olmadığına görə ən sağlam qida...
11/11/2019 [23:05]:
Baş məşqçini itələyib yıxdı, meydanda ara qarışdı - VİDEO
11/11/2019 [22:51]:
Zəngəzurun bütün mis ehtiyatlarını talayan səhmdarların adı açıqlandı - SİYAHI
11/11/2019 [22:48]:
“Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir, sonradan bəlli oldu ki..."
11/11/2019 [22:24]:
Xalq şairi: “Yubkası dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər”
11/11/2019 [22:14]:
Tərtərdə minik avtomobili traktora çırpıldı, sərnişin öldü
11/11/2019 [21:27]:
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
11/11/2019 [21:24]:
Putinlə Merkel arasında telefon danışığı olub
11/11/2019 [21:22]:
Rusiya prezidenti Nursultan Nazarbayevlə görüşüb
11/11/2019 [20:50]:
“Bu təbii mənzərə qorunmalıdır” - Prezident
11/11/2019 [20:41]:
İspaniya Super Kuboku qarşıdakı üç il ərzində bu ölkədə keçiriləcək: 40 milyona aldılar
11/11/2019 [20:33]:
Azərbaycanlı müğənninin toyudur
11/11/2019 [20:29]:
İkinci Dünya Müharibəsindən qalma bomba Berlini bir-birinə qatdı: 13 min insan təxliyyə edildi
11/11/2019 [20:28]:
Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb
11/11/2019 [19:58]:
“Bizi bıçaqlayan qardaşım arvadının keçmiş əridir” - VİDEO
11/11/2019 [19:34]:
Türkan Vəlizadə: "Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm" - VİDEO
11/11/2019 [19:31]:
Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı
11/11/2019 [19:28]:
Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO
11/11/2019 [19:22]:
Günay Musayeva Nyu-York küçələrini podiuma çevirdi - FOTOLAR
11/11/2019 [19:20]:
Azərbaycan XİN Sergey Lavrova cavab verib
11/11/2019 [18:54]:
“Kreml nə dünən, nə də bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyib”
11/11/2019 [17:55]:
Mer paytaxtda  ucadan  azan səsi eşitmək istəmədi...
11/11/2019 [17:45]:
Azərbaycanda ata oğlunu bıçaqladı
11/11/2019 [17:43]:
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
11/11/2019 [17:20]:
Məzahir Pənahov: "Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyini irəli sürüb"
11/11/2019 [17:13]:
Bakıda tələbələrin kartından 232 manat oğurlanıb
11/11/2019 [17:11]:
“Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR
11/11/2019 [17:10]:
Orta məktəblərdə 5 gün dərs olmayacaq
11/11/2019 [17:07]:
Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"
11/11/2019 [17:03]:
Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI
11/11/2019 [16:47]:
Putin nazirlərə və administrasiya üzvlərinə dedi: “Kim qrip olsa özünü güllələsin”
11/11/2019 [16:42]:
Eldarla Nigar AzTV-də aparıcılıq edəcək
11/11/2019 [16:39]:
“Ərdoğanla görüşmək üçün elə bir planım yoxdur...”
11/11/2019 [16:38]:
Zaxarova dünənki gecəni Yerevanda - caz klubunda keçirdi...-FOTO 
11/11/2019 [16:35]:
Göyçayda üçotaqlı ev yanıb külə döndü
11/11/2019 [16:28]:
Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO
11/11/2019 [16:25]:
“İkinci dəfə ana itkisi gördüm”
11/11/2019 [16:20]:
"Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"
11/11/2019 [16:17]:
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ağac əkiblər - FOTOLAR
11/11/2019 [16:08]:
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
11/11/2019 [15:59]:
Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA
11/11/2019 [15:57]:
Türkiyə İŞİD hərbçilərinin deportasiyasına başladı
11/11/2019 [15:54]:
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
11/11/2019 [15:52]:
Bu it sadə bir sistem sayəsində sahibi ilə ünsiyyətə girir - MARAQLI...+ VİDEO
11/11/2019 [15:48]:
Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub - VİDEO
11/11/2019 [15:47]:
Moskvada dörd azərbaycanlı silahlı tutuldu
11/11/2019 [15:45]:
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var"
11/11/2019 [15:43]:
Rəqqasə Fatimə dərmanla arıqlayan məşhurları biabır etdi - VİDEO
11/11/2019 [15:37]:
Azərbaycanda darıxan ərəblər hotelə “sevgili” gətirdilər, kömək üçün polisə müraciət etməli oldular
11/11/2019 [15:26]:
“İstehlakçılar maarifləndikcə, onların fəallığı da artır, amma...”
11/11/2019 [15:25]:
Bayram günləri yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər yaralanıb
11/11/2019 [15:19]:
Polis canlı yayımda etirazçını güllələdi
11/11/2019 [15:13]:
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır
11/11/2019 [15:11]:
Orta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək
11/11/2019 [15:05]:
Lavrov qondarma “erməni soyqırımı” abidəsini ziyarət etdi - FOTOLAR
11/11/2019 [15:03]:
Beş gün dərs olmayacaq
11/11/2019 [14:59]:
DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11/11/2019 [14:55]:
Roza əməkdar artisti "tanımadı" - Qalmaqal yaşandı -VİDEO
11/11/2019 [14:53]:
Bakıda qız üstündə amansız qətl: Ayaqlarını sındırdılar, başına daşla döyə-döyə öldürdülər
11/11/2019 [14:46]:
"Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməsinə qərar vermişdi"
11/11/2019 [14:44]:
“Yüz dəfə deyilib ki, təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar” - Prezident məmurlara qəzəbləndi
11/11/2019 [14:41]:
Gürcüstanın biznes ombudsmanı və müavini istefa verib
11/11/2019 [14:40]:
Təkər doldurmaq istədi, xəstəxanalıq oldu - Şəkidə bədbəxt hadisə
11/11/2019 [14:39]:
İrandakı zəlzələ Azərbaycanda da hiss olunub
11/11/2019 [14:39]:
"Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tərkibini tərəflər özü razılaşdırmalıdır”
11/11/2019 [14:38]:
Azərbaycanda sərxoş sürücü bir ailənin dörd üzvünü maşınla vurdu
11/11/2019 [14:22]:
“Elə muğamlar var idi ki, onu ancaq İslam Rzayev düzgün ifa edirdi...”
11/11/2019 [14:17]:
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
11/11/2019 [14:02]:
“Qarabağ probleminin həlli gələn ilə qalacaq” – PROQNOZ!
11/11/2019 [13:40]:
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
11/11/2019 [13:36]:
“Azərxalça”nın Xocalı filialı 5-ci xalça istehsalı emalatxanası olacaq
11/11/2019 [13:32]:
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
11/11/2019 [13:29]:
Honq Konqdakı mitinqlərdə bir adam diri-diri yandırıldı- FOTO
11/11/2019 [12:44]:
“Nə qədər ki, Salyanda icra başçısı işləyirəm, sizi bu evlərdən heç kim çıxara bilməz...”
11/11/2019 [12:39]:
67 dövlətin qatılacağı Dini liderlərin Bakı Sammiti - Azərbaycana kimlər gəlir?
Bütün arxiv bir sırada
14/10/2019 [11:17] - Cəmiyyət - ( 812 dəfə baxılıb)

Paşinyan burnunu qaşıyır, gözünü döyürdü…

Erməni baş nazir absurd iddialarla özünü gülüş hədəfinə çevirdi


Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenticənab İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri kütləvi-informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə işıq-landırılmaqdadır; dövlət başçısının təsirliçıxışına yorumlar yazılır, təhlillər aparılır. – Ermənistan hesablamadıqları vaxtda yeni və haqlı ittihamla üz-üzə qoyulmuş oldu.

Azərbaycan Prezidentinin konkret, sərrast cümlələrlə faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirərək, Ermənistan hakimiyyətini ittiham etməsinin, Paşinyan üçün gözlənilməz olduğu, onun hər halından bəlli olurdu. – Öz ekspertlərinin sözü ilə desək, “Saqqallı kloun”, Azərbaycan Prezidentinin dəqiq, faktoloji çıxışı qarşısında nə edəcəyini bilməzkən, gah sağına qanrılıb, nəsə demək istəyir, gah sola burxulur, gah da pərt-pərt burnunu qaşıyır, gözünü cıppıldadırdı… Bizim eldə belə hala maçımaq deyirlər, adam rəsmən maçıyıb – karıxıb qalmışdı, nə edəcəyini, nə deyəcəyini bilmirdi. 

Birincisi, Ermənistana yönəlik ittihamlar tarixi, siyasi-hüquqi faktlara əsaslanırdı, ikincisi, çıxışın müəllifi olan Azərbaycan Prezidenti öz təsirli nitqi ilə dövlət başçılarının diqqətini yenidən Ermənsitanın iç üzünə cəlb etmişdi. – Soçi nidasından az keçmiş Aşqabat ittihamı, bitərəf, çəkingən, bəlkə Ermənistanla müəyyən bağlara sahib olanları belə, düşünməyə vadar etdi. Necə deyərlər, faktdan başqa fakt yoxdur! Durub, nə deyəcəksən? – Deyəcəksən ki,Qareginin heykəli ucaldılmalıydı, ermənilər doğru edib? – Necə ki, təcrübəsiz Paşinyancavaba cəhd elədi, cavab əvəzində özünü biabır eləmiş oldu. – Guya Qaregin deyildiyi kimi birisi olmayıb, türklərə qarşı vuruşubmuş, nə qələt edibmiş…

Gəlin dövlət başçımızın çıxışına bir daha diqqət edək: 

“…Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada öncəki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın öncəki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. – Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi-dir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı altıncı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çər-çivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 
2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Azərbaycan Prezidentinin alovlu vətənpərvərliyi ilə intellekti, diplomatiyası bu çıxışda bütün parlaqlığı ilə özünü göstərir. İndi Ermənistan hakimiyəti odla su arasındadır. Tarixi Aşqabat ittihamından sonra, o heykəli götürmək də, götürməmək də, Paşinyana problem yaradacaq. – Onsuz da, şüarçılıqla, boş vədlərlə, (arxalanması uğur vəd etməyən Ermənistan geçəkliyi ilə) uzağa getmək mümkün deyil!Demoqrafik durum, maliyyə gərginliyi, işğalçılıqda israr edə-edə özünü dünyavi, nə bilim, demokrat lider imicində təqdim etmək… - bunlar bir yerə qədər işlər, yalnız bir yerə qədər. Divar qurtarınca ya yıxılacaq ya (ən yaxşı halda) səndələyəcəksən!

İşğalçı dövlətin başbilənləri tərsinə nallanmış qatır gününə düşmək istəmirsə, Qafqazda barışa, ümumən dünya sülhünə zərbə vura biləcək addımlardan geri çəkilməlidir! Qarabağ iştahası, “ikinci erməni dövləti” xəyalı, “miatsum” qışqırığı tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın özünü böyük sual altına itələyir!

Ali Baş Komandanımız, fədakar ordumuz, Qarabağ uğrunda öldürməyə, ölməyə hazır Vətən övladları, bütövlükdə əmzkar xalqımız faşist ideologiyasından qurtula bilməyən, onu abidə¬ləş-dirən işğalçıları, əlbəttə, sarsıdıcı tarixi zərbəyə mərzu qoyacaq.

Neynək, onlar sökə bilmirsə, bilməsin, biz ərazi bütövlüyümüzü bərpa etmə sürəcində o, 6 metrlik qaramatın da çarəsinə baxarıq…

Əkbər QOŞALI

loading...
loading...
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
Həmvətənimiz Ukraynada bayrağımıza qarşı biganəliyə etirazını bildirdi - VİDEO
"Dostum mənə qarşı 125 minlik dələduzluq etdi, onu polisə də şikayət etmədim..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Kreml nə dünən, nə də bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyib”
Gündəm
Zaxarova dünənki gecəni Yerevanda - caz klubunda keçirdi...-FOTO 
Maraqlı
Bu it sadə bir sistem sayəsində sahibi ilə ünsiyyətə girir - MARAQLI...+ VİDEO
Cəmiyyət
“Elə muğamlar var idi ki, onu ancaq İslam Rzayev düzgün ifa edirdi...”
Cəmiyyət
“Bunun birinci səbəbi ictimai qınaq və hüququn həmin şəxslərə aydın şəkildə yönəlməməsidir...”
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Vilayət Eyvazov Həzi Aslanova yeni vəzifə verdi
Dünya bu fotolardan danışır - FOTOLAR
Kalaşnikov: “Rusiya Ermənistana elə silah satır ki...”-VİDEO
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247