Ermənistanda hərbi xidmət zamanı əlil olan və dövlət tərəfindən müxtəlif reabilitasiya və idman mərkəzlərinə yönləndirilənlərin bu mərkəzlərdən qovulur.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, buna səbəb idman salonlarına rəhbərlik edən şəxslərin əlil hərbçilərə “yük” kimi baxması, onları hər mənada “mənfəətsiz” hesab etməsidir.
Idman mərkəzlərinin sahibləri hesab edir ki, keçmiş hərbçilərin bu mərkəzlərə gəlişi idman salonlarının “boş yerə məşğul edilməsindən” başqa bir şey deyil. Bu səbəbdən də bəzi idman salonlarında onların idman və özünübərpa ilə məşğul edilməsinə məqsədli əngəllər yaradılır, bəzi hallarda isə açıq şəkildə qovurlar. Mərkəz rəhbərləri hesab edir ki, xalqdan toplanan vergi hesabına bəslənən hərbçilərin əlil olduqdan sonra idman mərkəzlərindən pulsuz faydalanması onların “dünən də, bu gün də yük olduğunu göstərir”.
Xatırladaq ki, rəsmi İrəvan idman mərkəzlərinin əlil hərbçiləər münasibətini dəyişmək üçün həvəsləndirici kampaniyalar həyata keçirməkdədir. İdman mərkəzlərində sabiq hərbçilərin idmanla məşğul olmasına şərait yaradan mərkəz sahiblərinə cüzi güzəştlər edilməkdə, xırda mükafatlar verilməkdədir.
Seymur ƏLİYEV