Xəbər lenti
13/07/2020 [09:20]:
Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ
13/07/2020 [09:09]:
Cəbhədə döyüşlər davam edir, Azərbaycan Ordusunun baş leytenantı şəhid olub -VİDEO
13/07/2020 [09:06]:
Nişanlı cütlüyün davasına ailələr qoşuldu, qan töküldü: Bir ölü, beş yaralı
13/07/2020 [09:04]:
18 yaşlı şəhidimizin fotosu...
13/07/2020 [08:58]:
Zaxarovadan Tovuz təxribatına ikibaşlı mesaj
13/07/2020 [08:45]:
Rusiyada təyyarə qəzaya uğrayıb
13/07/2020 [08:43]:
İki uşaq əylənmək üçün girdikləri su quyusunda boğuldu
13/07/2020 [08:41]:
“Gündə koronavirusla arvad kimi zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
13/07/2020 [07:47]:
Türkiyədən yeni həştəqlə Azərbaycana dəstək gəldi...
13/07/2020 [07:40]:
"Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat..."
13/07/2020 [07:20]:
Bu əməllər qəlbimizin nurunu artırır...
13/07/2020 [01:51]:
Güneydən Ordumuza dəstək: Azərbaycan var olsun! - VİDEO
13/07/2020 [01:46]:
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN
13/07/2020 [01:11]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub
13/07/2020 [00:54]:
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
13/07/2020 [00:46]:
Bakıda motosiklet sürcüsüsü qəza törədib, ölən və yaralanan var - VİDEO
13/07/2020 [00:41]:
"Azərbaycan əsgəri öz tapşırığını tam şəkildə, canı-qanı bahasına yerinə yetirə bilib"
13/07/2020 [00:30]:
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
13/07/2020 [00:12]:
Cəbhədə vəziyyət yenidən gərginləşdi - RƏSMİ
12/07/2020 [23:40]:
Tovuzda şəhidlərimiz izdihamla qarşılandı - VİDEO
12/07/2020 [23:36]:
Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi
12/07/2020 [23:13]:
Bakıda iki azyaşlı qızı avtomobil vurub
12/07/2020 [23:08]:
"Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb"
12/07/2020 [22:48]:
Rusiyadan daha 233 Azərbaycan vətəndaşı Bakıya gətirildi
12/07/2020 [22:46]:
Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini
12/07/2020 [22:23]:
Ermənistanın növbəti təxribatının qarşısı Azərbaycan Republikasının Silahlı Qüvvələri tərəfindən layiqincə alındı
12/07/2020 [22:20]:
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
12/07/2020 [22:04]:
Şəhidlərimizdən birinin adı məlumdur - FOTOLAR
12/07/2020 [22:02]:
Atəşkəs rejiminin pozulduğu Tovuzdan son görüntülər - VİDEO
12/07/2020 [21:29]:
"Cəbhə bölgəsində yaşayan vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır"
12/07/2020 [21:05]:
"Düşmənə ağır zərbə vurulub və aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər"
12/07/2020 [20:26]:
Bakıda iki dost güllələndi
12/07/2020 [20:26]:
“Azərbaycan ordusu bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir”
12/07/2020 [20:24]:
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
12/07/2020 [20:21]:
"Dayanmaq olmaz, irəli getməliyik..."
12/07/2020 [20:17]:
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
12/07/2020 [20:14]:
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
12/07/2020 [20:03]:
XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA
12/07/2020 [19:51]:
“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
12/07/2020 [19:36]:
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - YENİLƏNİB + VİDEO
12/07/2020 [19:35]:
Banka silahlı basqın edildi - ANBAAN VİDEO
12/07/2020 [19:24]:
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib - YENİLƏNİB
12/07/2020 [19:19]:
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib"
12/07/2020 [19:18]:
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
12/07/2020 [19:13]:
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”
12/07/2020 [18:55]:
Məşhur aktrisa və qızı koronavirusa yoluxub - FOTO
12/07/2020 [18:54]:
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
12/07/2020 [18:53]:
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
12/07/2020 [18:12]:
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
12/07/2020 [18:11]:
"Barselona" Neymarın transferindən vaz keçdi
12/07/2020 [17:54]:
“Bu köpük nə vaxtsa azalacaq” - Putin
12/07/2020 [17:40]:
Azərbaycanda indiyədək 568234 koronavirus testi aparılıb
12/07/2020 [17:38]:
Milli Hidrometeorologiya Xidməti: İyulun 18-dək dağ çaylarından daşqın və sel keçəcəyi ehtimal olunur
12/07/2020 [17:37]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 24 mini ötdü
12/07/2020 [17:34]:
Azərbaycanda daha 520 nəfərdə koronavirusa aşkarlanıb, 8 nəfər vəfat edib
12/07/2020 [17:29]:
Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - SON DƏQİQƏ
12/07/2020 [17:26]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
12/07/2020 [17:24]:
"Qaydalar önəmlidir, amma yeni gerçəklik ortamında BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir"
12/07/2020 [17:21]:
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
12/07/2020 [17:16]:
“Aya Sofya ilə bağlı qərarı türk milləti verib” –Ərdoğan
12/07/2020 [17:14]:
Qazaxda minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO
12/07/2020 [17:12]:
Yağışlar çaylarda sululuğun artmasına səbəb olub
12/07/2020 [17:05]:
Azərbaycanda sabiq nazirin anası vəfat etdi
12/07/2020 [16:50]:
Əli Məsimli: “Vahid müəllimin səhhəti normallaşıb”
12/07/2020 [16:42]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [16:39]:
Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ
12/07/2020 [16:24]:
"Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək"
12/07/2020 [15:50]:
“Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır” Ərdoğan
12/07/2020 [15:47]:
“Ağlım İstanbulda, Ayasofyanı düşünürəm və dərindən acı çəkirəm” - Papa da dilə gəldi...
12/07/2020 [15:47]:
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib
12/07/2020 [15:27]:
AQTA daha 74 obyektdə pozuntular aşkarladı
12/07/2020 [15:27]:
Gəncədə leysan yağışlar fəsad törədib - YENİLƏNİB
12/07/2020 [14:58]:
Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib –Nadir İsrafilov
12/07/2020 [14:38]:
“İnformasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir”
12/07/2020 [14:20]:
Yəhudilər hökumətin koronavirus siyasətinə qarşı  80 minlik mitinq keçirdi...- QARŞIDURMA -VİDEO
12/07/2020 [14:08]:
Qənirə Paşayeva son 1 həftədə 300 seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib
12/07/2020 [13:53]:
“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil” - Umayra Tağıyeva
12/07/2020 [13:51]:
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI/FOTO
12/07/2020 [13:48]:
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
12/07/2020 [13:28]:
Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb
Bütün arxiv bir sırada
14/10/2019 [20:04] - Cəmiyyət - ( 2538 dəfə baxılıb)

"Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."



Həyatda elə əlamətdar günlər, hadisələr var ki, bütün ölkənin taleyində, müqəddəratında həlledici rol oynadığından ayrı-ayrı fərdlərin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olunaraq qızıl hərflərlə yazılır. Ölkəmiz üçün 1991-ci ilin 18 oktyabrı məhz belə günlərdəndir. Azərbaycan tarixinin şanlı səhifələrini vərəqləyən hər kəsə məlumdur ki, XX əsrin əvvəllərində xalqımız öz azadlığı uğrunda apardığı mübarizəni uğurla tamamlayaraq Şərqdə ilk demokratik əsaslarla idarə olunan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Lakin daxili çəkişmələr və xarici müdaxilə nəticəsində cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Əsrin əvvəllərində müstəqilliyə yol açmış şərait əsrin sonunda bir daha təkrarlandı. SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə respublikamızda müstəqillik rəsmən elan olundu.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci ilin oktyabrın 18-də qəbul edilsə də, dövlət müstəqilliyimizin etibarlı əsasları 1993-cü ilin ortalarından sonrakı dövrdə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması, demokratik-hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından Azərbaycanın maraqlarına uyğun istifadə edilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər respublikamızın müstəqilliyinin dönməzliyinin, əbədiliyinin etibarlı əsaslara malik olmasının nəticəsidir.
Bu gün hər bir azərbaycanlı azad ölkənin vətəndaşı olmağı ilə fəxr edir. Müstəqil dövlətimizin yaranmasında ən böyük zəhməti isə məhz ulu öndər Heydər Əliyev çəkib. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin şah əsəridir. Müstəqilliyimizin memarının siyasi müdrikliyi və qətiyyəti sayəsində ölkədə vətəndaş həmrəyliyi bərqərar oldu, əmin-amanlıq və sabitlik bərpa edildi.
Dövlət müstəqilliyimizin bərpasının iyirmi səkkizinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Bu müddət ölkənin, dövlətin tarixində o qədər də böyük zaman deyil. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçmişdir. Xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü möhtəşəm nailiyyətlərlə, dünyada analoqu olmayan uğurlu nəticələrlə qarşıladı. Azərbaycan çoxəsrlik tarixi və zəngin mədəni ənənələri olan dünya dövlətlərindən biridir. Mürəkkəb beynəlxalq vəziyyətə, Ermənistan tərəfindən işğala məruz qalmasına və ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədaxili vəziyyətin ağır olmasına baxmayaraq, respublikamız 28 illik dövlət müstəqilliyi dövrü ərzində siyasi və sosial-iqtisadi inkişafında böyük uğurlar əldə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu inamla həyata keçirməsi ölkəmizə dünya iqtisadiyyatına inteqrasiya yolunda uğurla addımlamağa, müxtəlif beynəlxalq maliyyə və iqtisadi qurumlarla əməkdaşlığı daim genişləndirməyə, dünya və regional əhəmiyyətli qlobal məsələlərdə milli maraqların tarazlığının saxlanılmasına imkan vermişdir. Müstəqil və qüdrətli dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət kimi XX əsrin sonlarında Azərbaycanı bütün bəlalardan qorudu, onun suverenliyini möhkəmləndirə bildi. Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü.
Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, torpaqların işğal edilməsi, ölkənin təcridə məruz qalması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Məhz onun sayəsində istiqlaliyyət ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi qorunub saxlana bilər. İndinin özündə də həmin dövrü həyəcansız xatırlamaya bilmirsən. Çünki açıq-aydın görünürdü ki, hadisələrin bu məcrada inkişafı dövlətçiliyimizin süqutu, müstəqilliyimizin ikinci dəfə itirilməsi ilə nəticələnə bilər. Xalq yaxınlaşmaqda olan fəlakəti duyduğu üçün öz dövlətçiliyinin müdafiəsinə qalxdı, o vaxt Naxçıvanda yaşayan Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Sonralar “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev demişdi: “Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər”. Yalnız Heydər Əliyev kimi güclü və polad iradəli şəxsiyyət öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilərdi. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan insan ata bilərdi. 1993-cü ilin iyun ayına qədər müstəqilliyimizin əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, hərc-mərclik, anarxiya, xaos, ermənilərin işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir.
1988-ci ildən başlayaraq dövlət idarəçiliyində buraxılan kobud səhvlərin məntiqi nəticəsi olaraq 1993-cü ildə ağır sosial-iqtisadi gərginliyin yüksək həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqımızın ümummilli lideri Heydər Əliyevə üz tutması təsadüf deyildi. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən siyasət nəticəsində üzləşdiyimiz təhlükələrin qarşısı alındı, bütün çətinliklər dəf edildi. Həmin günü də öz tarixinə qızıl hərflərlə yazmış xalqımız, sözün həqiqi mənasında parçalanmaq və məhv olmaq təhlükəsindən, anarxiya və xaosdan qurtuldu. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli-mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi. Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu. Ölkəmiz məhz ulu öndərin möhtəşəm səyləri nəticəsində sürətli inkişaf yoluna çıxdı. Respublikamız beynəlxalq təşkilatlara üzv qəbul edildi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. 1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Həmin saziş nəticəsində bütün dünyanın diqqət mərkəzinə çevrilən ölkəmiz eyni zamanda qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail oldu. Ümummilli liderimizin rəhbərliyi dövründə müstəqil dövlətimiz əsrə bərabər inkişaf yolu qət etdi. Bu inkişafın bariz təcrübəsi - Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycandır. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühasının bəhrələri görünməsin. Azərbaycan xalqı, onun dövləti bu gün ümummilli liderimizin ideyalarından bəhrələnir, onun müəyyənləşdirdiyi prinsipləri rəhbər tutur, tövsiyə etdiyi istiqamətdə inamla irəliləyir. 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdi. Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan ümumi daxili məhsul istehsalında yüksəlişə nail olundu. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Odur ki, ölkəmizdə uğurla aparılan islahatlar özəl sektorun formalaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. Sahibkarlıq getdikcə sosial-iqtisadi strukturda daha geniş yer tutur, eyni zamanda, ölkənin inkişafında, möhkəmləndirilməsində öz sözünü deyir. Özəl sektoru iqtisadiyyatımızın lokomotivi hesab edən ölkə başçısı müstəqil Azərbaycanı dinamik inkişafda olan ölkələr sırasına çıxarıb. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi iş adamları olduğundan özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, sahibkarların normal və sərbəst fəaliyyəti üçün çoxsaylı mühüm fərmanlar imzalanmışdır. Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrilmişdir. Neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına yönəldilməsi və bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsi, investisiya qoyuluşlarının səmərəliliyini artırmaq məqsədilə dövlət başçısı tərəfindən önəmli qərarlar qəbul edilmişdir.
Müstəqilliyimizin əbədi olması, demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə ümummilli liderimizin fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətin gördüyü işlər, yeritdiyi düzgün, məqsədyönlü daxili və xarici siyasət, həyata keçirilən uğurlu islahatlar Vətənə və xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. Bu dahi şəxsiyyət elə bir zəngin irs qoyub gedib ki, bu gün xalqımızın öyünməyə haqqı var. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, biz də onun əlləri ilə yaradılan bir ölkənin - müstəqil Azərbaycanın vətəndaşı olmağımızla sonsuz qürur duyuruq. Dahi rəhbərimiz deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan da çətindir”.
Tam qətiyyət və cəsarətlə demək olar ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinin ən intensiv inkişaf mərhələsini təşkil edir. XX yüzilliyin sonunda Azərbaycanın güclü dövlətçilik ənənələrinə malik olması, heç şübhəsiz, ulu öndərimizin misilsiz xidmətidir. Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Azərbaycanın sürətli inkişafını təmin edən iqtisadi və siyasi kursu müəyyənləşdirərək həyata keçirməyə başladı. Cəmiyyətin bütün sahələrində sürətli islahatlar aparıldı, nizami ordu yaradıldı, vətəndaş cəmiyyəti bərqərar edildi.
Müstəqilliyimizin bərpasının 28-ci ildönümünü qeyd edərkən biz qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu, özünü təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda əhalinin gündəlik həyatında da büruzə verir. Ötən 28 il ərzində respublikamızda demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə böyük uğurlar qazanılmış, istər paytaxtımızda, istərsə də regionlarda geniş abadlıq-quruculuq işləri aparılmış, yeni iş yerləri açılmış, sahibkarlıq inkişaf etmişdir. Bəli, müstəqillik tariximiz ilbəil əlamətdar hadislərlə zənginləşir, Azərbaycan bəşəriyyətin geopolitik güc mərkəzinə çevrilir. Dövlət başçısının rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan müstəqil Azərbaycan möhtəşəm nailiyyətlərə doğru irəliləyir. Bu da ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənəcəyinə qəti əminlik yaradır.
Əminik ki, qərinələr ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq dövlət müstəqilliyimizlə ümummilli liderimiz Heydər Əliyevin adı qoşa çəkiləcəkdir. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir. Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Bu gün çox sevindirici haldır ki, ümummilli liderimizin ideyaları yaşayır, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətcə davam etdirilir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik, həqiqətən də, xalqımızın böyük tarixi nailiyyətidir. Bizim isə əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir. ("Respublika" qəzeti)

Etibar ƏLİYEV,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

loading...
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
Dünya
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
Cəmiyyət
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
Siyasət
Azərbaycan mətbuatında “gizli nəşrlər” - Nəsiman Yaqublunun araşdırması...
Siyasət
Ayasofyada bir cənazə namazı...
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla arvad kimi zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247