"Fərəh Əliyeva rektor təyin olunduqdan sonra bildirdi ki, təhsilimi davam etdirməsəm..."
Oxunub: 2003
15 Oct 2019 | 09:45
Müsahibimiz Xalq artisti Eyyub Yaqubovun oğlu Zakir Yaqubovdur. Moderator.az modern.az-a istinadən onunla söhbəti təqdim edir:

 - Atanız Eyyub Yaqubovu necə xarakterizə edərdiniz?

- Gözümü açdığım ilk günlərdən atamı çox şən, gülərüz və xeyirxah biri kimi tanıyıram.  Mən uşaqkən səhər tezdən yuxudan duranda atam yatırdı. O yuxudan duraranda isə mən məktəbdə olurdum. Məktəbdən qayıtdıqda görürdüm ki, atam  evdə yoxdur. Çox vaxtlar atam toylarda olurdu və işi axşamlar başlayırdı. Artıq  böyüdükdən sonra isə mən evdə az-az tapılmağa başladım. Zamanla həm atamın, həm də mənim həyatımda müəyyən dəyişikliklər baş verdi. Atam namaz qılmağa başladı və bu günə kimi namaz qılmaqdadır. İnamı və ibadəti atama işlərində çox böyük köməklik göstərdi. Əvvəllər toylarda çox yorulurdu, həmçinin bu yorğunluq da zamanla aradan qalxdı.

- Eyyub Yaqubovun mahnılarının öz dinləyiciləri var. Bəs siz onun hansı mahnılarını xoşlayırsız?

- Atamın daha çox şanson mahnılarını xoşlayıram. Onun çox gözəl musiqi zövqü və ifaları var, lakin bu mahnılar nədənsə mənə daha doğmadır. Çünkü mən bu mahnılarla böyümüşəm. Ən çox sevdiyim mahnısı isə “Dostum” mahnısıdır. Bu mahnıda çox maraqlı keçidlər və musiqi xətti  var. Düşünürəm ki, mahnının içində muğama keçid çox gözəl alınıb. Mahnıda muğamla caz sintez olunub, bəstə qürbətdə yaşayan azərbaycanlılara həsr olunub. Mən özüm də qürbətdə yaşadığım zaman bu mahnını tez-tez dinləyirdim. Bu mahnını dinlədikdə həmişə çox kədərlənirəm.

- Siz sırf Bakı mühitində boya-başa çatmısınız. Atanızın Bakıya olan sevgisi zamanla onun ifalarına da hopub. Hətta kliplərinin bir çoxu da Bakı küçələrində çəkilib. Bu barədə bizlərə özəl olaraq nə deyə bilərsiniz?

- Atam həqiqətən Bakını çox sevir. Lakin Bakı artıq əvvəlki Bakı deyil. Həm görkəmi dəyişib, həm də  əvvəlki  isti mühiti tapmaq çox çətindir. Ona görə də atamın mahnılarında nostalji və kədər var. Atam hər həftə o mühiti yaratmaq üçün dostlarını Mərdəkandakı evimizə dəvət edir. Onları müşahidə etdiyim zaman o mühit və səmimi söhbət mənim üçün də həqiqətən çox maraqlı görünür. Mən bu ortamda bir daha əmin oluram ki, atam Bakıdan başqa heç bir yerdə yaşaya bilməz. O da bunu qətiyyən istəməz. Biz uşaq olan zaman anam Türkiyədə yaşamaq istərdi, lakin Bakıya olan sevgisindən dolayı atam buna razı olmurdu


- Valideynlərdən söz düşmüşkən, hazırda onların münasibətləri necədir? Bir zaman bəzi şayiələr yayılmışdı ki, Eyyub bəyin həyat yoldaşı və oğlu ayrı yaşayır. Bu barədə ən dəqiq fikirləri isə məhz sizdən öyrənmək istərdik.


- Atam heç zaman şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib və buna ehtiyacı da yoxdur. Çünki atam həmişə sənəti ilə gündəmdə olub. Münasibətlərə gəlincə isə atam və anamın həmişə çox yaxşı münasibətləri olub. Kiçik anlaşılmazlıqlar bütün ailələrdə olur, amma bu hal bizdə əsla aşırı dərəcədə olmayıb. Anam atamın həyatda ən yaxın dostudur. Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər.

- Eyyub Yaqubovun məşhurlaşdığı zamanları xatırlayırsınız?

- Bu mənim uşaqlıq dövrümə təsadüf edir. Hardasa 1999-2000-ci illərdə atam Zaqulbadakı “Amburan” restoranında çıxış edirmiş. Həmin vaxt qarşısına bir  nəfər çıxır və o, atamdakı istedadı hiss edib, dəstək verir.  O insan atamın “Azəri torpağı” mahnısını xüsusilə bəyənmişdi. Daha sonra klip çəkilişi oldu, atam efirlərə çıxmağa başladı və uğura gedən yolu məhz belə açıldı.

- Bəs o vaxta kimi atanız harada çalışırdı?

- Mərdəkan, Zaqulba və ona yaxın bölgələrdə toylara gedirdi. Lakin müğənni kimi elə də tanınmırdı. Biz özümüz də, o zaman Zaqulbada yaşayırdıq. Maddi durumumuz da aşağı idi.

- Madam ki, söhbətimiz maddi məcraya yönəldi, onda bu sualı vermək yerinə düşər. Həmin vaxtlarda maddi çətinlikləriniz çoxmu olurdu? Eyyub Yaqubov heç zaman efirlərdə bunu dilə gətirməyib..

- Əlbəttə, o zaman maddi çətinliklərimiz həddindən artıq çox olurdu. İndi sizinlə maddiyyatdan danışdıqca, həmin günlərimiz bir-bir gözümün önündə canlanır. O zaman atam Zaqulba tərəflərdə toylara getdiyi üçün hər gün şəhərdən oralara gedib gecə evə qayıtmaq atam üçün çox çətin olurdu. Məcburən orada ev kirayələlədik ki, atam üçün rahat olsun. Həmin vaxtlar rus əsilli Lusya xalanın evinin bir otağında kirayə qalırdıq. Lap kritik çətinliklərimiz olmasa da, müyyən qədər vardı.


- Bəs atanız məhşurlaşandan sonra həyatınızda nə kimi dəyişikliklər baş verdi?


- Maddi vəziyyətimiz yaxşılaşmağa başladı. Mən ailəmin tək övladı olduğum üçün ata-anam  bütün qayğılarımı qarşılamağa çalışırdı. Əgər çoxuşaqlı ailə olsaydıq, mən çətinlikləri daha çox hiss edərdim. Yadımdadır, uşaqkən çox dəcəl olmuşam və anam həmişə gileylənirdi. Təbii ki, atam məşhur olduqdan sonra mənə ayırmağa vaxtı daha çox olurdu. Artıq gedəcəyi toylarda seçimləri məhz atam edirdi. Məcburən hər gün gecə yarısına kimi oxumaq zorunda deyildi.


- Nə üçün atanızın yolu ilə gedərək, müğənni olmadınız? İndi Azərbaycanda incəsənət sahələri arasında ən çox gəlir gətirən məhz ifaçılıqdır...


- Ona görə müğənni olmadım ki, öncəliklə səsim yoxdur. Mənim pianoya və caz musiqisinə çox böyük həvəsim var. 11 illik musiqi məktəbini bitirmişəm. Vaxtilə bir neçə caz və rok bəstələrim də olub, lakin bunları üzə çıxarmamışam. Düşündüm ki, əgər professional ola bilməyəcəmsə, o sahədə boş vaxt itirməyə dəyməz. Zümzümə etməyi də çox sevirəm, lakin bu kütlə üçün deyil.


- Hazırkı işiniz və təhsiliniz haqqında məlumat almaq istərdik..


- Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində “Dram rejissorluğu” fakültəsinin sonuncu kursunda təhsil alıram. Öncə aktyorluğa daxil olsam da, təhsilimi rejissor olmaq üçün davam etdirirəm. Mən uşaqlıqdan aktyorluğa çox həvəsli olmuşam. Bu arzuyla da  2010-cu ildə Mədəniyyət və İncəsənət Univesititetinə daxil oldum.


- 9 ildir Mədəniyyət və İncəsənət Universitetində təhsil alırsınız. Təhsil müddətinin bu qədər uzanmasına nə səbəb oldu?


- Universititet daxilində ixtisasımı dəyişdim. Daha sonra isə Fransaya yollandığım üçün təhsilimdə müəyyən qədər fasilə yarandı. Fərəh Əliyeva universititetə rektor təyin olunduqdan sonra bildirdi ki, geri qayıdıb təhsilimi davam etdirməyəcəyim təqdirdə, ali məktəbdən xaric olunacağam. Mən də məcburən geri qayıdaraq, təhsilimi davam etdirirəm. Bu il sonuncu kursda təhsil alıram.


- Fransada yaşadığınızı söylədiniz. Hansı səbəbdən təhsili yarımçıq qoyub Fransaya getmişdiniz?


- Tanıdığım və inandığım bir insanın dəvətiylə Fransaya getdim. Daha sonra isə iş vizası üçün müraciət etdim və qazandım. İlk işim delfinlərə baxmaq oldu və sonra aşpazlıq etməyə başladım. Atamın bir xasiyyəti mənə də keçib. Mən orada Bakı üçün darıxmağa başladım. Fransa insanları bizim kimi istiqanlı deyillər. Həmçinin, fransız dilini öyrənmək də mənim üçün müəyyən qədər çətin oldu.



- Universititeti bitirdikdən sonra aktyor, yoxsa rejissor olaraq çalışacaqsınız?


- Ən xoşladığım kino rejissoru Tarkovskidir. Onun filmlərini həqiqətən çox sevirəm. Teatr rejissorlarından isə müəllimim Bəhram Osmanovun quruluş verdiyi tamaşaları çox bəyənirəm. O rejissorluğu mənə qısa bir müddət ərzində çox sevdirib. Yaşlandıqda təbii ki, rejissor olaraq çalışacağam.Onu deyim ki, hər iki sahədə ölkəmizdə gəlirlər çox aşağıdır. İndi isə mənim ən böyük arzum aktyor kimi özümü təsdiq etmək və Hollivud filmlərində rol almaqdır.


- Bu gün Azərbaycanda olan aktyorların bir çoxu gəlirlərinin az olmasından şikayətlənirlər. Elə bu səbəbdən də valideynlərin bir çoxu öz övladlarını aktyor peşəsini seçməyə qoymurlar. Bəs  sizin ailəniz sənət seçiminə necə reaksiya verdi?


- Atam Eyyub Yaqubov mənə ixtisas seçimində sərbəstlik verdi və söylədi ki, əsas odur ki, hər şey sənin ürəyincə olsun. Anam isə seçimimə bir az fərqli yanaşdı. O, mənə bildirdi ki, yaxşı olar ki, incəsənətdən əlavə, sənə gəlir gətirəcək başqa bir sənətə də yiyələnəsən. İncəsənət zövq üçündür, amma maddi gəlir üçün başqa işlərin də olmalıdır.


- Bir çox məşhur müğənnilərimizin övladları lüks həyat tərzi keçirmələri ilə gündəmə gəlirlər.  Xalq artisti Eyyub Yaqubovun yeganə övladı olaraq, bu gün kifayət qədər sadə həyat tərzi keçirirsiniz. Sadə geyim, ictimai nəqliyyatdan istifadə və s. Bu nə ilə bağlıdır?


- Sadəlik böyüdüyüm mühitdən və ailəmdən irəli gəlib və özüm də sadə həyat tərzi keçirməyə üstünlük verirəm. Atam Eyyub Yaqubov kifayət qədər sadə və səmimi insandır və sağ olsun ki,  mənə də dürüst, vicdanlı və sadə olmağı öyrətdi. Çox şükür evim və yatmağa yerim var. Maşınım var, lakin mən ictimai nəqliyyatdan istifadə edirəm. Çünki Bakıda naşı sürücülər həddindən artıq çoxdur və maşın idarə etməməyimin əsas səbəbi də məhz onlardır.
Atama təşəkkür edirəm ki, mənim üçün bütün imkanları yaradıb, lakin mən öz ayaqlarım üzərində durmağa çalışıram. Maşın sürmək müəyyən qədər xərc tələb edir və mənim şəxsi qazancım hələ ki buna imkan vermir. Arzu edərdim ki, öz işimi və kiçik biznesimi qurum. İnsanın alın təri ilə qazandığı beş manat, atasının və ya başqa birinin ona verdiyi yüz manatdan daha dəyərlidir. Mən də bilirəm ki, bu gün Azərbaycanda məşhurların övladları adətən bahalı maşın, telefon və s. ilə gündəmə gəlirlər. Düşünürəm ki dünyəvi həvəs keçicidir. Sadəlik özü də bir gözəllikdir və hər kəs bu gözəlliyə sahib ola bilməz.


- Adətən yeniyetməlik dövründə gənclərin bir çoxunda pis vərdişlər yaranır və zamanla bu pis asılılıqlar keçir. Xüsusilə də ailənin tək övladları bu vərdişlərə aludə olurlar. Bəs sizdə  bu dövr necə keçdi?


- Sualınıza tam səmimi olaraq cavab verməyə çalışacağam.  Məndə də o dövrlərdə müəyyən vərdişlər olurdu. Uzun saçlar, saqqal saxlamaq və s. Mən əsasən dörd dostumla vaxt keçirirdim.  Biz o zaman xüsusi musiqilərə qulaq asır, bəzi fərqli arzularla yaşayırdıq. Hətta Hindistana gedib orada yaşamaq istəyirdik. Bəzən cəmiyyətdən təcrid olunub özümüzə qapanırdıq. Bu da keçici bir gənclik arzuları idi. Amma pis vərdiş halına çevirilən xüsusi bir asılılığlm olmayıb.

 
- Hazırda tam olaraq harada çalışırsınız? Atanızdan maddi dəstək alırsınızmı?

 
- Yuxarıda da qeyd etdiyim kimi, hazırda tək yaşayıram və öz ayaqlarım üstündə durmağa çalışıram. Atamdan heç bir maddi dəstək almıram. Lakin bəzi qərarları verməzdən öncə atamla məsləhətləşirəm. Tək yaşadığım üçün bütün ev işlərini özüm görürəm. Dostumun studiyasında çalışıram. Atamın Ləman Əzimovayla olan klipi də orada çəkildi. Klipdə mən də çəkilmişdim. Studiyamızda reklamlar və s. çəkirik. Tam qane etməsə də, müəyyən qədər gəlirlərimiz olur.

- Gələcəklə bağlı planlar nədən ibarətdir?

- Hazırda 27 yaşımdayam. Gələcək üçün ən böyük arzularım öz biznesimi qurmaq və Hollivudda aktyor olaraq çalışmaqdır. Rejissor Martin Skorsezeni görmək də mənim ən böyük arzularımdan biridir. Çox istərdim ki, Hollivud filmlərinin ən azı birində çəkilmək mənə qismət olsun və öz gözlərimlə oradakı çəkiliş prosesini görə bilim. Bu mənim arzularımın ən pik nöqtəsidir.
Oxşar xəbərlər
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 22:06
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
27 Mar 2024 | 21:48
Moskvada ticarət mərkəzi bomba təhlükəsi səbəbindən boşaldılıb
27 Mar 2024 | 21:44
Xocalıda qalıqları tapılan şəhidin oğlu: “Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - VİDEO
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 12:32
Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - FOTO/VİDEO
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 12:32
Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - FOTO/VİDEO
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib