Xəbər lenti
13/07/2020 [07:47]:
Türkiyədən yeni həştəqlə Azərbaycana dəstək gəldi...
13/07/2020 [07:40]:
"Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat..."
13/07/2020 [07:20]:
Bu əməllər qəlbimizin nurunu artırır...
13/07/2020 [01:51]:
Güneydən Ordumuza dəstək: Azərbaycan var olsun! - VİDEO
13/07/2020 [01:46]:
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN
13/07/2020 [01:11]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub
13/07/2020 [00:54]:
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
13/07/2020 [00:46]:
Bakıda motosiklet sürcüsüsü qəza törədib, ölən və yaralanan var - VİDEO
13/07/2020 [00:41]:
"Azərbaycan əsgəri öz tapşırığını tam şəkildə, canı-qanı bahasına yerinə yetirə bilib"
13/07/2020 [00:30]:
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
13/07/2020 [00:12]:
Cəbhədə vəziyyət yenidən gərginləşdi - RƏSMİ
12/07/2020 [23:40]:
Tovuzda şəhidlərimiz izdihamla qarşılandı - VİDEO
12/07/2020 [23:36]:
Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi
12/07/2020 [23:13]:
Bakıda iki azyaşlı qızı avtomobil vurub
12/07/2020 [23:08]:
"Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb"
12/07/2020 [22:48]:
Rusiyadan daha 233 Azərbaycan vətəndaşı Bakıya gətirildi
12/07/2020 [22:46]:
Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini
12/07/2020 [22:23]:
Ermənistanın növbəti təxribatının qarşısı Azərbaycan Republikasının Silahlı Qüvvələri tərəfindən layiqincə alındı
12/07/2020 [22:20]:
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
12/07/2020 [22:04]:
Şəhidlərimizdən birinin adı məlumdur - FOTOLAR
12/07/2020 [22:02]:
Atəşkəs rejiminin pozulduğu Tovuzdan son görüntülər - VİDEO
12/07/2020 [21:29]:
"Cəbhə bölgəsində yaşayan vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır"
12/07/2020 [21:05]:
"Düşmənə ağır zərbə vurulub və aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər"
12/07/2020 [20:26]:
Bakıda iki dost güllələndi
12/07/2020 [20:26]:
“Azərbaycan ordusu bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir”
12/07/2020 [20:24]:
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
12/07/2020 [20:21]:
"Dayanmaq olmaz, irəli getməliyik..."
12/07/2020 [20:17]:
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
12/07/2020 [20:14]:
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
12/07/2020 [20:03]:
XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA
12/07/2020 [19:51]:
“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya
12/07/2020 [19:36]:
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - YENİLƏNİB + VİDEO
12/07/2020 [19:35]:
Banka silahlı basqın edildi - ANBAAN VİDEO
12/07/2020 [19:24]:
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib - YENİLƏNİB
12/07/2020 [19:19]:
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib"
12/07/2020 [19:18]:
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
12/07/2020 [19:13]:
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”
12/07/2020 [18:55]:
Məşhur aktrisa və qızı koronavirusa yoluxub - FOTO
12/07/2020 [18:54]:
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
12/07/2020 [18:53]:
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
12/07/2020 [18:12]:
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
12/07/2020 [18:11]:
"Barselona" Neymarın transferindən vaz keçdi
12/07/2020 [17:54]:
“Bu köpük nə vaxtsa azalacaq” - Putin
12/07/2020 [17:40]:
Azərbaycanda indiyədək 568234 koronavirus testi aparılıb
12/07/2020 [17:38]:
Milli Hidrometeorologiya Xidməti: İyulun 18-dək dağ çaylarından daşqın və sel keçəcəyi ehtimal olunur
12/07/2020 [17:37]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 24 mini ötdü
12/07/2020 [17:34]:
Azərbaycanda daha 520 nəfərdə koronavirusa aşkarlanıb, 8 nəfər vəfat edib
12/07/2020 [17:29]:
Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - SON DƏQİQƏ
12/07/2020 [17:26]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
12/07/2020 [17:24]:
"Qaydalar önəmlidir, amma yeni gerçəklik ortamında BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir"
12/07/2020 [17:21]:
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
12/07/2020 [17:16]:
“Aya Sofya ilə bağlı qərarı türk milləti verib” –Ərdoğan
12/07/2020 [17:14]:
Qazaxda minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO
12/07/2020 [17:12]:
Yağışlar çaylarda sululuğun artmasına səbəb olub
12/07/2020 [17:05]:
Azərbaycanda sabiq nazirin anası vəfat etdi
12/07/2020 [16:50]:
Əli Məsimli: “Vahid müəllimin səhhəti normallaşıb”
12/07/2020 [16:42]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [16:39]:
Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ
12/07/2020 [16:24]:
"Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək"
12/07/2020 [15:50]:
“Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır” Ərdoğan
12/07/2020 [15:47]:
“Ağlım İstanbulda, Ayasofyanı düşünürəm və dərindən acı çəkirəm” - Papa da dilə gəldi...
12/07/2020 [15:47]:
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib
12/07/2020 [15:27]:
AQTA daha 74 obyektdə pozuntular aşkarladı
12/07/2020 [15:27]:
Gəncədə leysan yağışlar fəsad törədib - YENİLƏNİB
12/07/2020 [14:58]:
Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib –Nadir İsrafilov
12/07/2020 [14:38]:
“İnformasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir”
12/07/2020 [14:20]:
Yəhudilər hökumətin koronavirus siyasətinə qarşı  80 minlik mitinq keçirdi...- QARŞIDURMA -VİDEO
12/07/2020 [14:08]:
Qənirə Paşayeva son 1 həftədə 300 seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib
12/07/2020 [13:53]:
“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil” - Umayra Tağıyeva
12/07/2020 [13:51]:
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI/FOTO
12/07/2020 [13:48]:
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
12/07/2020 [13:28]:
Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb
12/07/2020 [13:27]:
Bu gün Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün aviareys təşkil olunacaq
12/07/2020 [13:00]:
COVID-19 çimərlikdə yoluxmur
12/07/2020 [12:59]:
Teymur Cəfərov EKMO cihazına qoşulub
12/07/2020 [12:56]:
Dünya üzrə koronavirusdan sağalanların sayı 7 milyonu ötdü
12/07/2020 [12:48]:
Qapalı məkanlarda tibbi maskalardan istifadə etməyənlər cərimələndi - FOTO
12/07/2020 [12:46]:
Anar özünün ən uğurlu hekayəsini seçdi... -“Mən, sən, o və telefon” ...
12/07/2020 [12:44]:
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi...
12/07/2020 [12:30]:
ABŞ-ın ən varlı qadını o oldu
Bütün arxiv bir sırada
15/10/2019 [13:43] - Cəmiyyət - ( 738 dəfə baxılıb)

Mənəvi saflığın, milli qürurun, alicənablığın, nəhayət İslam dininin bayraqdarı...



Bu yazını hələ 7 il öncə Vasim müəllimin yubiley-doğum günündə yazmışdım, ancaq hesab edirəm ki, bu gün də bu yazının təkrar dərc edilməsi məqsədəuyğundur. Çünki Vasim müəllim xalqımızın böyük oğlu, böyük vətəndşı idi.

*
 
Dünya böyükdür, nəhəng-nəhəng qitələrdən ibarətdir. Ancaq dünya Yaxın Şərqdə göz açmış, dilə gəlmişdir. Təsəvvürə gətirin ki, bütün peyğəmbərlər Yaxın Şərqdə doğulmuş, bütün Allah kəlamı kitabları – “Avesta”, “Tövrat”, “İncil” və sonuncu müqəddəs kitabımız “Qurani-Kərim” Yaxın Şərqdə yazılmışdır. Tarix də Şərqdən başlamışdır, desəm, yəqin ki, səhv etmərəm. Avropa alimləri də tarixin ilk fəslini Şərqlə, xüsusən Yaxın Şərqlə başlamışlar. Təsadüfi deyil ki, Babil dövlətləri, Misir, Midiya, Mesopotamiya, Yunanıstan  bəşər tarixinin əlifbası sayılırlar. Fəxr edirik ki, Vətənimiz Azərbaycan da Yaxın Şərqin ən zəngin tarixi olan ölkələrindən biridir
Azərbaycan tarixini, mədəniyyətini Bəhmənyar və Tusi kimi alimlər, dağdan uca Dədə-Qorqud abidəsi, Nizami, Xəqani, Nəsimi, Füzuli, Xətai kimi şeir-sənət zirvələri əzəmətə mindirib. Orta əsrlərdən isə dünyada şərqşünaslıq elmi yaranıb, zənginləşib, təkmilləşib. Heç şübhəsiz, Azərbaycan şərqşünaslığınınyaranmasında, onun nüfuzlu elmə çevrilməsində böyük tarixçi və şərqşünas alimlərimiz akademik Əbdülkərim Əlizadənin, akademik Ziya Bünyadovun xidmətlərini minnətdarlıqla qeyd etmək lazımdır. 
Sevindirici haldır ki, bu gün Azərbaycan şərqşünaslığı adlarını çəkdiyim şərqşünas alimlərimizin layiqli davamçısı akademik Vasim Məmmədəliyevin yaradıcılığında, tədqiqatlarında daha da mükəmməlləşir. Vasim müəllim Azərbaycan xalqının milli sərvətidir. XX əsrdə Azərbaycan xalqı çox böyük ziyalılar yetişdirib, artıq XXI əsrdən 12 il keçib bu ziyalıların ən yüksək səviyyədə olanları Azərbaycan Milli Elmlər Akademiyasının akademikləridir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Qara Qarayev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Həmid Araslı, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əhməd Mahmudov, Firudin Köçərli... Bu alimlər içərisində Vasim Məmmədəliyev də var. Elə bu kifayətdir ki, Vasim müəllimin yaradıcılığı haqqında deyilən sözlərə yekun vurulsun. 
Mən Vasim müəllimi uzun illərdir tanıyıram. İslam aləminin ən dəyərli alimlərindəndir. Vasim müəllim milli-mənəvi dəyərlərimizi dünyanın ən yüksək tribunalarından təmsil edir. Biz qloballaşan dünyada, İslam dünyasına haqsız hücumların olduğu bir dövrdə yaşayırıq. Bu haqsız hücumlara cavab vermək təkcə siyasətçilərin öhdəsinə düşmür, bu hücumlara cavab vermək şərqşünas alimlərin də vacib vəzifələrindən sayılır. Vasim müəllimi dünyanın harasına göndərsən o, həmin yerdə alimlər arasında parlayar. Çünki o, sözün əsl mənasında alimdir, əsl ziyalıdır. 
Vasim müəllim elmdə Fərhad kimi külüng vuran, bununla da özünəməxsus elm yolu açan nadir alimlərdəndir. O, mənəvi saflığın, milli qürurun, milli-mənəvi dəyərlərin, xeyirxahlığın, alicənablığın, nəhayət İslam dininin bayraqdarıdır. Vasim müəllimin elmi potensialı, İslam dini, onun fundamental əsasları barədə baxışları böyük bir məktəb, böyük bir xəzinədir. 
Mənim fikrimcə, dövləti qorumaq üçün ilk növbədə milli-mənəvi dəyərləri qorumalıyıq. Əgər dövlət varsa, milli-mənəvi dəyərləri yoxsa, o dövlət deyil. Dövlətin gücü onun iqtisadi qüdrəti ilə yanaşı milli-mənəvi dəyərləri ilə ölçülür. Vasim müəllimin millət qarşısında ən böyük xidmətlərindən biri də milli-mənəvi dəyərlərimizi çox mükəmməl və savadlı şəkildə qorumağıdır.
Vasim Məmmədəliyev İslam aləminin incəliklərinə, dərinliklərinə yaxından bələd olan bir alimdir. Vasim müəllim heç vaxt şöhrətpərəst olmayıb, çünki o, insanlıq tərbiyəsini Qurani-Kərimdən, Peyğəmbər əleyhüssəlamın hədislərindən və Həzrət Əlinin müdrik kəlamlarından alıb. Sadəlik, təvazökarlıq, xeyirxahlıq, nəciblik, ləyaqət, hörmət, sədaqət onun qanına, canına, iliyinə hopmuşdur. 
Təkrar edirəm ki, Vasim müəllim milli sərvətdir. Milli sərvəti də qorumaq lazımdır. Bu da təsadüfi deyil ki, cənab Prezident insan kapitalına yüksək qiymət verir. Hər bir sahənin insan kapitalı var. Çox təəssüf ki, Vasim Məmmədəliyev kimi insanlar azdır. 
O, dost kimi, insan kimi, ailə başçısı kimi də cəmiyyətdə böyük nüfuz qazanmışdır. Milyonların ola bilər, amma cəmiyyətdə nüfuzun olmaz. Nüfuz qazanmaq, millətin önündə getmək hər adama nəsib olmur, kimə nəsib olubsa onu xoşbəxt adlandırmaq olar. Vasim müəllim Azərbaycanda da, dünyada da bu xoşbəxtlərdəndir. 
Heç şübhəsiz ki, Vasim müəllimin bir ziyalı, əsl vətəndaş kimi formalaşmasında mənsub olduğu nəslin, kökün, yetişdiyi sağlam ailə mühitinin böyük rolu olmuşdur. Alimin uşaqlığı da, gəncliyi də Abşeronda keçib. Abşeron böyükdür. Amma baxın, görün Vasim müəllim Abşeronda nə qədər nüfuza malikdir. Nəinki Abşeronu, Azərbaycanı qarış-qarış gəzəsən hamısı Vasim müəllimi tanıyır. Çünki onun apardığı verilişlər – “Haqqın dərgahı”, “Nurdan damlalar” hamının qəlbinə yol tapıb. Belə bir deyim var: “Günəş gündüz nur verər, Ay gecələr, əqlin işığı isə həm gündüzü, həm də gecəni nurlandırır”. Vasim müəllim bu verilişlərdə öz elminin nurunu yorulmadan, xüsusi zövqlə insanlara bəxş edir. Vasim müəllim bir həqiqəti də yaxşı dərk edir ki, insanın yaxşısı xalqa xeyir verəndir, elm öyrədəndir. Bu mənada insanlar onun qeyri-adi istedada və möhkəm mərama malik olduğunu görür və qiymətləndirirlər. 
 Alimin böyüklüyü, gücü ondadır ki, o, elmini təbliğ edir. Şərqin incisi sayılan Nizamini, Füzulini, digər klassikləri, muğamları təbliğ edən insan əlbəttə ki, pak insan olar. O, oxunan qəzəllərin, şeirlərin hamısının mənasını bilir. Vasim müəllimin xəmiri bunlardan yoğurulub. Varından, vəzifəsindən asılı olmayaraq o, həmişə ona ehtiyacı olan insanların yanındadır. 
Vasim müəllim fəaliyyəti dövründə bir neçə mükafatlara layiq görülmüşdür. Ən dəyərlisi isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə aldığı “Şöhrət” ordenidir. 
İnanıram ki, ömrünün 70 illik yubileyini qeyd edən Vasim müəllim hələ uzun illər elmimizin inkişafına, sağlam əqidəli gənclərin formalaşmasına öz layiqli töhfəsini verəcəkdir. 
Əziz dostum, sevinclə qeyd etdiyiniz 70 il deyərdim ki, Vasim Məmmədəliyev ömrünün  bir mərhələ bayramıdır. Bir daha Sizi yubiley münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Arzum budur ki, Vasim müəllimi Allah qorusun, Vətən üçün, xalq üçün, ailəsi üçün, bütövlükdə İslam dünyası üçün. 
 
Ziyad Səmədzadə,
Akademik,
Milli Məclisin İqtisadi siyasət,
sənaye, sahibkarlıq komitəsinin sədri

loading...
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Elə nazirlər var ki, xaricə gedib, özlərini müalicə etdirə bilmirlər" - Keçmiş nazir...
Dünya
300 uşağı aldadaraq təcavüz etdi - RƏZALƏT
Cəmiyyət
“Atatürkün evini soyqırım muzeyi edək...”- Yunan partiyasından qalmaqallı açıqlama...
Siyasət
Azərbaycan mətbuatında “gizli nəşrlər” - Nəsiman Yaqublunun araşdırması...
Siyasət
Ayasofyada bir cənazə namazı...
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247