Türkliyənin Suriyada başlatdığı “Sülh çeşməsi” anti-terror əməliyyatı uğurla davam edir. Əməliyyatla bağlı verilən rəsmi məlumatlarda bir çox bölgənin terrorçulardan təmizləndiyi, türk ordusunun əzmlə irəlilədiyi bildirilir.
Anti-terror əməliyyatında
Türkiyənin quru qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələri də fəal iştirak etməkdədir. Xüsusilə də F-16-ların əvvəlcədən təsbit edilən
hədəfləri son dərəcədə dəqiqliklə məhv etməsi, terror təşkilatlarına məxsus
silah anbarlarını, qərargahları böyük ustalıqla sıradan çıxarması müşahidə
edilir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, türk F-16-larının Suriyada həyata keçirdiyi bombardımanlar Ermənistanda böyük təşviş və qorxuya səbəb olub. Suriyadakı terror təşkilatlarına açıq şəkildə dəstək sərgiləyən, PKK yaraqlılarının məhv edilməsindən aşıq şəkildə təəssüf duyan Ermənistanda, hava hücumundan müdafiə bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Hava hücumundan müdafiə bölmələrinin təlimlərinə start verən Ermənistanda bu məşqlər
davamlı təlimlərin tərkib hissəsi elan edilsə də, bəzi ekspertlər hesab edir
ki, bu təlimlərin əsas səbəbi türk F-16-larının rəsmi İrəvanda doğurduğu qorxu
ilə bağlıdır. Görünür, Suriyada terrorçulara biçilən donun bir gün onlar üçün də
biləcəyini anlayan Ermənistan, bu sonluğu gülünc cəhdlərlə dəyişməyə, bu aqibətdən
yayınmağa çalışır.
Seymur ƏLİYEV