İqlim dəyişikliyi: Azərbaycanda biomüxtəliflik və su ehtiyatları azalır, orta illik temperatur artır - ARAŞDIRMA
Cəmiyyət
Oxunub: 1144
16 Oct 2019 | 12:19
İqlim dəyişikliyi: Azərbaycanda biomüxtəliflik və su ehtiyatları azalır, orta illik temperatur artır - ARAŞDIRMA
Son illər iqlim dəyişmələri və onun fəsadları bütün dünya ölkələrini narahat edir. Bu fəsadlar heç bir ölkədən yan keçmir. Həyəcan təbili çalmaq üçün isə səbəblər kifayət qədərdir. İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son hesabatında göstərilir ki, son 100 ildə Yer kürəsində orta illik temperatur 0,8°C artıb, dünya okeanının səviyyəsi 15-25 sm qalxıb və okeanların qızma dərinliyi 3000 metrə çatıb. Tufan və çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda sel, daşqın hadisələrinin də sayında artım qeydə alınıb.

 “İqlim sahəsində fövqəladə vəziyyət”

BMT-nin İqlim Şurasının hazırladığı xüsusi hesabata əsasən, iqlim dəyişikliklərinə qarşı tutarlı tədbirlər görülməzsə, əsrin sonunadək Mərkəzi Avropa, Şimali Asiya, Şərqi Afrika və And dağlarının tropik qurşağa aid hissəsindəki kiçik buzlaqların 80 faizi məhv olacaq.

Hesabatda bildirilir ki, 2006-2015-ciillərdə dünyada suyun səviyyəsinin artımı hər il orta hesabla 3,6 millimetr təşkil edib və bu, 1901-1990-cı illər arasındakı dövr üzrə illik artımdan 2,5 dəfə yüksəkdir.

Bu ilin avqustunda “Böyük yeddiliy”in sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş mövcud vəziyyəti “iqlim sahəsində fövqəladə vəziyyət” adlandırıb. Baş katib Qrenlandiyada təkcə iyul ayında 179 milyard ton buzlağın əridiyini, eyni zamanda Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazonda bu ilin iyun-iyul aylarında yanğınların onlarca meqaton karbon qazının atmosferə tullanmasına gətirib çıxardığını vurğulayıb: “Bu gün həmin vəziyyət Paris İqlim Sazişinin qəbul edildiyi 2015-ci ildən də xeyli pisdir. Bunu elmi məlumatlar təsdiq edir. İqlim dəyişmələri üzrə hökumətlərarası qrupun ekspertləri qeyd edirlər ki, biz yüzilliyin sonuna qədər temperaturun yüksəlməsini Selsi üzrə 1,5 dərəcə civarında saxlamalı, karbon qazı tullantılarını 2050-ci ilə qədər sıfıra endirməli, istixana qazları tullantılarını 2030-cu ilə qədər 45 faiz azaltmalıyıq”.

Bəs Azərbaycan iqlim dəyişmələrinə hansı şəkildə məruz qalır? İqlimin “şıltaqlıqları”nın idarə olunması üçün ölkədə hansı işlər görülməlidir?

Azərbaycanın bəzi ərazilərində biomüxtəlifliyin azalması müşahidə edilir

“Azərbaycanda da qlobal istiləşmənin fəsadları müşahidə olunur. İsti hava dalğalarının 35-38 dərəcədən yuxarı qalxması, bunun davamlı olması çox böyük fəsadlar yarada bilər. Azərbaycanın bəzi ərazilərində biomüxtəlifliyin azalması müşahidə edilir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov APA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, Yerin xəyali oxunun orbit müstəvisinə meyl bucağı dəyişir, bu isə Yerin aldığı istiliyin miqdarına təsir edir: “İqlim dəyişikliyinə təbii və antropogen amillər təsir edir. Təbii amillərə vulkan püskürmələri, meşə yanğınları və s. aiddir. Bunlar atmosferə müxtəlif zərərli qazlar buraxır, qaz tərkibini müəyyən qədər dəyişir, bu da Yerin Günəşdən aldığı istiliyi artırır. Antropogen amillərdən isə sənaye müəssisələrinin inkişafı, avtomobillərdən atılan qazlar, təmizləyici qurğuların olmaması, səhralaşma prosesi iqlimin dəyişməsinə təsir edir. Qlobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişə, meşələr təbii şəkildə məhv ola, səhralaşma prosesi baş verə, torpaq eroziyası güclənə, güclü tayfunlar, tornadolar müşahidə edilə bilər. Həmçinin isti hava dalğalarının təkrarlanması müşahidə edilir. Bunlar hamısı həm cəmiyyətə, həm də təbiətə mənfi təsir göstərən amillərdir”.

M. Həsənov qeyd edib ki, son zamanlar Aran rayonlarında səhralaşma prosesləri, torpaq eroziyası güclənir: “Ölkədə su ehtiyatlarının azalması problemi də var. Bunlar Azərbaycanda müşahidə edilən iqlim dəyişikliyinin əsas nəticələridir”.

Direktor müavininin sözlərinə görə, son illər yağıntıların miqdarı azalıb, orta temperatur isə qalxıb: “Coğrafiya İnstitutunun araşdırmasına görə, Azərbaycanda son 25 il ərzində havanın temperaturu respublika üzrə 1,1-1,5°C yüksəlib. Eyni zamanda yağıntıların miqdarı 13-14% azalıb”.

M. Həsənov iqlim dəyişiklikləri nəticəsində fəsil anlayışının aradan çıxacağı ilə bağlı fikirlərə də aydınlıq gətirib. O vurğulayıb ki, bu, ehtimaldır: “İlin iki fəsli keçid, iki fəsli əsasdır. Ola bilər gələcəkdə elə hal olsun ki, yaz və payız fəsillərini müşahidə etməyək. Yəni, kəskin soyuqlardan kəskin istilərə keçə bilərik. Bu, gələcək üçündür, 30-50 ildən sonra müşahidə edilə bilər. Qlobal istiləşmənin qarşısının alınması üçün bütün zavod, fabrik, müəssisələrdə təmizləyici qurğuların dəqiq işləməsini, qurulmasını təmin etmək lazımdır ki, atmosferə atılan zərərli qazların miqdarı azalsın. İkinci növbədə avtomobillərin az olmasına diqqət etmək lazımdır. Bunlar texniki cəhətdən həyata keçirilməsi mümkün olan tədbirlərdir. Bundan başqa, hər ölkədə atmosferə buraxılan karbon qazının utilizasiya edilməsi, meşələrin sahəsinin artırılması, torpaqların qayğısına qalmaq, səhralaşma, eroziya prosesinin qarşısını almaq lazımdır. Bu tədbirlər gələcəkdə iqlim dəyişikliyi ilə bağlı fəsadların bir qədər yumşaldılmasına  kömək edər. Qlobal istiləşmə tədricən baş verən prosesdir, cəmiyyət, təbiət ona uyğunlaşa bilər”.

Azərbaycanda isti və mülayim qurşaqların sahəsi genişlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, iqlimin müasir dəyişmələri elmi təsdiqlənmiş faktdır: “Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına görə, XXI əsrin birinci onilliyi bütün instrumental meteoroloji müşahidələrə əsasən ən isti onillikdir. Azərbaycanda bu sahədə aparılan araşdırmalar göstərir ki, iqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir. Bütün instrumental müşahidələrə görə, ölkədə havanın orta illik temperaturu 1,4 dərəcə yüksəlib. Çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, iki dövr (1991-2017-ci və iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər) qiymətləndirilərək müəyyən edilib ki, ən çox istiləşmə Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq hissələrində qeydə alınıb. Həmin ərazilərdə müvafiq olaraq temperaturun orta illik artımı 0,9-1,1 və 1,0-1,4°C təşkil edir. Ən az artım Naxçıvan MR-da və Lənkəran-Astara bölgəsində 0,3-0,6°C qeydə alınıb. 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlil göstərir ki, Azərbaycanda atmosfer yağıntılarının miqdarı 2-14% azalıb. İlin isti dövründə isə yağıntıların miqdarı 17%-dək azalır. Gələcəkdə bu tendensiyanın davam etməsi gözlənilir”.

U. Tağıyeva deyib ki, qlobal istiləşmənin fəsadları yağıntıların azalması, sutkalıq temperaturun kəskin tərəddüdləri, anomal hidrometeoroloji hadisələrinin, o cümlədən, təbii fəlakətlərin sayının artması, çayları qidalandıran buzlaqların deqradasiyası, quraqlıqlar, dolu prosesləri, anomal istilər, güclü külək, daşqın, sel hesab olunur. Digər ölkələr kimi, Azərbaycan da bu proseslərə hazır olmalıdır: “Aydındır ki, bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, onların fəsadlarını əvvəlcədən xəbər verməklə nisbətən azaltmaq olar. Yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti artıb. Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur ki, bu da isti qurşaqların sərhədlərinin yuxarı dağlara doğru yüksəlməsinə səbəb olur. Nəticə etibarı ilə respublika ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsi, soyuq qurşağın sahəsinin azalması istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarada bilər”.

İqlim dəyişmələrinin mənfi fəsadlarından faydalanmaq olar

U. Tağıyevanın sözlərinə görə, təbii risklərin yumşaldılması uğurlu adaptasiya tədbirlərinin həyata keçirilməsindən asılıdır. Belə ki, iqlim dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində onun mənfi fəsadlarından belə faydalanmaq olar: “Müasir şəraitdə iqlim dəyişmələri təzahürlərinin vaxtında qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsinin keyfiyyətli aqrometeoroloji məlumatlarla, proqnoz və xəbərdarlıqlarla təmin olunması qarşımızda duran aktual məsələlərdən biridir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır. Bu məqsədlə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində müasir müşahidə sistemləri olan “Dopler” radarları və dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi istiqamətində tədbirlər görülür. İqlim dəyişmələri nəticəsində dünyada anomal kəskin isti dövrlərin daha tez-tez təkrarlanması müşahidə edilir. Xüsusən də şəhər əhalisi bu kimi proseslərə daha həssas olur. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 6-7% təşkil edir. Bu baxımdan, şəhərin intensiv şəkildə yaşıllaşdırılması iqlim dəyişmələrinin fəsadlarına daha effektiv uyğunlaşması ilə bərabər, havanın keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq. Nazirlik tərəfindən bu sahədə geniş miqyaslı layihələr həyata keçirilir. Abşeron yarımadasının iqlimini nəzərə alaraq, növbəti 5 ildə 7000 hektara yaxın əlavə yaşıllığın salınması proqramı hazırlanıb. Proqramın icra edilməsi sayəsində yaşıllıq ərazilərin sahəsi 10%-ə qədər artırılacaq”.

Ölkədə avtoparkın yenilənməsinə ehtiyac var

Azərbaycan iqlim dəyişmələri ilə bağlı beynəlxalq sənədlərə qoşulub. Bunlardan biri də 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Protokoldur. Azərbaycan bu Protokola 2000-ci iyulun 18-də qoşulub. Bu Protokola Doha Düzəlişi isə Azərbaycan tərəfindən 2012-ci il 8 dekabrında təsdiq edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci il mayın 9-da Nyu-York şəhərində qəbul olunub. Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişini isə Azərbaycan 28 oktyabr 2016-cı ildə təsdiqləyib.

Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri əksini tapıb.

Dövlət Proqramında nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin Avro-4, habelə daha yüksək olan Avro-5, Avro-6 və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi üçün əsas icraçı qurum Energetika Nazirliyi, ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması üçün əsas icraçı qurum isə Nazirlər Kabineti müəyyən olunub.

ETSN-nin məlumatına görə, hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyat vasitələrinin payına düşür, bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır. Nazirlik hesab edir ki, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar. Çünki bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır. 

2021-ci ildə Azərbaycanda “Avro-5” standartına cavab verən avtomobil yanacaqları istehsal olunacaq

2016-cı ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurulması işlərinə başlanılıb və bu işlər üzrə bir sıra müqavilələr bağlanılıb. Hazırda davam edən rekonstruksiya və modernizasiya ilə bağlı işlər çərçivəsində müəssisənin illik emal gücünün 7,5 milyon tona qədər artırılması və burada “Avro-5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulur. Bu barədə APA-nın sorğusuna cavab olaraq Energetika Nazirliyindən bildirilib.

Layihənin növbəti mərhələləri üzrə əsas işlərin həcmi Paket A-yeni qurğular, Paket B-mövcud qurğuların və ümumzavod təsərrüfatının yenidən qurulması üzrə iki hissəyə bölünüb. Paket A üzrə tenderin qalibi İtaliyanın Tecnimont/Kinetics Technology alyansı olub. Bu paket çərçivəsində yeni dizel yanacağının hidrotəmizlənməsi, benzinlərin hidrotəmizlənməsi kimi bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90%-i, satınalma işləri 72%-i, tikinti işləri isə 17%-i icra olunub. İşlər plana uyğun olaraq davam etdirilir və ümumi olaraq işlərin 53% icra edilib.

Paket B üzrə isə işlərin icrasına İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti cəlb edilib.

Paralel olaraq, 2021-ci ildə ölkədə “Avro-5” standartına cavab verən avtomobil yanacaqlarının istehsalı, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin mərhələli şəkildə icra edilərək 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Nazirlikdən bildirilib ki, zavodda yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub. I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğuları, eləcə də yeni maye-qaz doldurma məntəqəsi tikilərək artıq istismara verilib. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası davam etdirilir.

Qeyd olunub ki, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işləri aparılmaqdadır.

Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurulması layihəsi ilə bağlı Dövlət Komissiyası fəaliyyət göstərir və Energetika Nazirliyi bu Komissiyada təmsil olunur. Energetika Nazirliyinin rəhbərliyi tərəfindən yenidənqurma işlərinin mövcud vəziyyəti və aparılan işlərin qrafikə uyğun icra edilməsi ilə əlaqədar zavoda bir neçə dəfə səfər edilib. Layihənin icra qrafikində nəzərdə tutulan vaxtda tamamlanması nazirlik tərəfindən mütəmadi nəzarətdə saxlanılır. (APA)
Oxşar xəbərlər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?