Xəbər lenti
20/11/2019 [00:14]:
Bədənin bu nöqtəsi hər gün yuyulmalıdır - Amma heç kim buna əməl etmir...
20/11/2019 [00:12]:
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
20/11/2019 [00:11]:
"Öz həyat yoldaşımı özüm öz evimdə evləndirdim" - VİDEO
20/11/2019 [00:08]:
Nəyə görə Tibet monaxları hər səhər onu isti-isti içir? - İnsanı gəncləşdirən möcüzə...
20/11/2019 [00:05]:
Həbib Nurməhəmmədovun atası: "Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə..."
20/11/2019 [00:02]:
Akif Nağı Türkiyə BMM-də Rəcəb Tayyib Ərdoğanın nitq söylədiyi toplantıda iştirak etdi - FOTO
19/11/2019 [23:50]:
Ağstafada 6 aylıq körpə donaraq ölüb - DƏHŞƏT...
19/11/2019 [23:46]:
Qənirə Paşayevadan MM-də müzakirəyə çıxarılan məhkəmə və hakimlər haqqında qanuna təkliflər - VİDEO
19/11/2019 [23:34]:
Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi - VİDEO
19/11/2019 [23:31]:
Leyla Əliyevanın iştirakı ilə Bakıda parka 10 tutuquşu buraxıldı - FOTOLAR
19/11/2019 [23:27]:
Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir
19/11/2019 [23:25]:
CNG sistemləri üçün yeni qaz xətti çəkilib
19/11/2019 [23:21]:
Etirazlara rəhbərlik edənlər edam olunacaq
19/11/2019 [23:09]:
Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar - FOTO
19/11/2019 [23:05]:
Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
19/11/2019 [23:00]:
Azərbaycanın dövlət büdcəsində 840 milyon manat qalıq yaranıb
19/11/2019 [22:55]:
Qənirə Paşayeva cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində bəzi qurumlara müraciət edib - VİDEO
19/11/2019 [22:26]:
Türkiyə Müdafiə Nazirliyindən dünyaya mesaj
19/11/2019 [22:14]:
"Bu dəfəki savaş sözün hər mənasında ermənilər üçün misilsiz fəlakət və faciə olacaq"
19/11/2019 [21:58]:
“Xəyanət" və "əxlaqsızlıq" kimi anlayışlar yalnız zəiflər üçün mövcuddur”
19/11/2019 [21:52]:
Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO
19/11/2019 [21:50]:
"Əgər məhkəmələr bu məsələdə kifayət qədər ədalətli deyilsə..."
19/11/2019 [21:43]:
“Azərbaycanda yarımçıq doğulanların sayı...”
19/11/2019 [21:38]:
Suriyada məktəb atəşə tutuldu
19/11/2019 [21:23]:
Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR
19/11/2019 [21:07]:
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
19/11/2019 [20:53]:
"Kişi müəllimlərin sayı buna görə azalır" - Millət vəkili
19/11/2019 [20:50]:
Orta pensiya məbləği 293 manat ətrafında olmalıdır
19/11/2019 [20:50]:
Metroda sıxlıq, sərnişinlərin çıxışında problem yarandı
19/11/2019 [20:48]:
Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb
19/11/2019 [20:48]:
Korrupsiya haqqında məlumat verənlərə pul mükafatı: Bizdə bu norma varmı?
19/11/2019 [20:46]:
Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO
19/11/2019 [19:59]:
BDU-nun rektorundan imkansız tələbələrə jest - FOTO
19/11/2019 [19:55]:
"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"
19/11/2019 [19:53]:
Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü
19/11/2019 [19:51]:
Özbəkistanın sabiq baş prokurorunun dəbdəbəli evi satışa çıxarılıb
19/11/2019 [19:24]:
Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar
19/11/2019 [19:22]:
"ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir"
19/11/2019 [19:05]:
Elçinlə arvadından döyülmə xəbərinə reaksiya
19/11/2019 [18:50]:
Prezident Cavid Qurbanovun fəaliyyətini yüksək qiymətləndirdi - FOTO/VİDEO
19/11/2019 [18:45]:
Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi
19/11/2019 [18:42]:
Oqtay Gülalıyev İstanbuldakı “Amerika xəstəxanası”na köçürüldü
19/11/2019 [18:38]:
Xəzərdə batan neftçinin meyiti tapıldı
19/11/2019 [18:16]:
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi
19/11/2019 [18:13]:
Bayram Nurlu da bələdiyyə seçkilərinə QATILIR
19/11/2019 [18:09]:
Babəkin abidəsi hazırlanır - Qafqazda ən hündür heykəl...
19/11/2019 [18:08]:
Azərbaycanda zəlzələ olub
19/11/2019 [18:04]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19/11/2019 [18:01]:
Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı
19/11/2019 [17:57]:
Balaca Gimnastımız Mina Abbasova Lüksemburqda 312 gimnast arasında 2-ci yerə çıxdı
19/11/2019 [17:51]:
ABŞ İrana növbəti zərbəyə hazırlaşır
19/11/2019 [17:50]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı - FOTO
19/11/2019 [17:50]:
Türkiyə Prezidenti: “Bağdadinin qohumlarından vacib kəşfiyyat məlumatları əldə edilib”
19/11/2019 [17:45]:
Ərdoğandan Trampa F-35 mesajı : "Ya verəcəksiniz, ya da başqa yollar axtaracağıq"
19/11/2019 [17:40]:
Qazilər deputatlara MÜRACİƏT ETDİ - Qarabağ əlillərinin sığorta pulu ödənilsin
19/11/2019 [17:40]:
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
19/11/2019 [17:30]:
Özbəkistan ali məktəbləri ADNSU ilə əməkdaşlığa maraq göstərir - FOTO
19/11/2019 [17:18]:
Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
19/11/2019 [16:39]:
Lukaşenko oğluna vəzifə verdi
19/11/2019 [16:34]:
“Gedib, nəvələrini oynatsın...” – Partiya sədrindən səhiyyə nazirinə çağırış
19/11/2019 [16:25]:
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI
19/11/2019 [16:23]:
Fakt: Elçibəy “erməni havası”na oynayıb? - Video
19/11/2019 [16:22]:
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
19/11/2019 [16:17]:
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO
19/11/2019 [16:12]:
Ermənistanda polis şöbəsinin rəisi tutulub
19/11/2019 [16:09]:
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib
19/11/2019 [16:05]:
DİN müsabiqə elan edir
19/11/2019 [16:01]:
Fəal yaşlanmanı və ahılların fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasına başlandı - FOTO
19/11/2019 [15:55]:
BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib - FOTO
19/11/2019 [15:38]:
Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb - FOTO
19/11/2019 [15:36]:
İsgəndər Həmidov siyasətdən GETDİ
19/11/2019 [15:34]:
BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
19/11/2019 [15:29]:
"Yerə yıxıb başını kəsmək istəyib"- xəstəxanada arvadını öldürən şəxsin işi
19/11/2019 [15:27]:
“Ali təhsilli kimya-biologiya müəlliyəm”
19/11/2019 [15:27]:
Donald Tramp: "ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır"
19/11/2019 [15:24]:
Nazirlər Kabinetinin yeni sözçüsü: "Etimadı doğrultmağa çalışacağam"
19/11/2019 [15:21]:
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu
19/11/2019 [15:20]:
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, onda...”
19/11/2019 [15:19]:
“2 rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün danışıqlarda 5 rayon müzakirə edilir...”
19/11/2019 [15:18]:
“Ən son dodağımı...” - VİDEO
Bütün arxiv bir sırada
16/10/2019 [12:48] - Cəmiyyət - ( 1579 dəfə baxılıb)

Mübariz Mənsimov: "Onunla bir masa arxasında oturmaram"



Moderator.az Türkiyədə yaşayan xeyriyyəçi həmvətənimiz, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun Publika.az-a müsahibəsini təqdim edir:

- Bütün uğur hekayələrinin ilk cümlələri ağır həyat şərtləri və sonsuz əməklə başlayır. Bir az keçmişə qayıdaq?

- Həyatımın ilk uğuru valideynlərimin oğlu olmağımla yazılıb. Atamın adı Qurbandır, anamın isə Zümrüd... Həyat hekayəmin uğuru onlardan başlayıb. Hər şey öz əlimizdədir. Bəzi insanlar hər şeyin hazırına sahib olmaq istəyirlər. Mən mücadiləni sevirəm. Uğur qazandım deyib rahatlaşmıram. Hər şeyi mərhələlərə bölürəm. Qarşıma qoyduğum məqsədlərə çatandan sonra başqa etapa keçirəm. Təhsil almalıyam, təhsilimi tamamlayıb orduya getməliyəm, sonra iş həyatımı qurmalıyam. Bir gəmi aldım, qarşıma yeni hədəf qoydum ki, ikincisini də almalıyam.

- Zirvədən aşağı baxmaq necə duyğudur?

- Ümumiyyətlə, həyatdakı yürüşümü nərdivanla qalxmağa bənzədirəm. Daim yuxarı doğru addımlamaq lazımdır. Oradan aşağı baxanda başın fırlanacaq deyə qorxmamlısan. Həyatda hər şeyin təməli əməkdir. Bütün nailiyyətlərin öz əlindədir. Doğrudur, nə qədər bacarıqlı olursan ol, uğur da səni tapmalıdır. Həmçinin nə qədər uğurlu insan olsan da bilməlisən ki, tək əldən səs çıxmaz. Mənəviyyatı sağlam dostların, komandan olmalıdır. Bu baxımdan şansım gətirib. Bir də mən heç vaxt peşmanlıq çəkmirəm. Uğursuzluqla qarşılaşanda "niyə belə oldu?" deyə düşünmürəm. Bu da belə olmalı imiş. Arxaya baxmadan yoluma davam edərəm. Amma yenə də deyirəm: uğur bu sadaladıqlarım deyil, valideynlərimin övladı olmağımdır.

- Mənəvi zənginliyin həqiqi ağırlığı, yaxud elə yoxluğu maddi zənginliyə sahib olandan sonra daha çox üzə çıxır. Bu tarazlığı qorumaq üçün nə etmək lazımdır?

- Hər şey tərbiyəyə bağlıdır. Həyatda hamımız ətdən, sümükdən, orqanizmimizdəki mayedən ibarətik. Birinin beynində İQ daha güclüdür, digərində biraz zəif. Beyin də əzələ kimidir. Nə qədər çox çalışdırsan, o qədər iti işləyər.

“Puldan doymayan insan həyatda heç nəyə sahib ola bilməz”

- Həyat tərziniz, prinsipləriniz, karyeranız milyonlar üçün motivasiyadır. Bəs sizi açılan sabahlara rulhandıran əsas amil hansıdır?

- Çox istərdim ki, gənclər başqalarını örnək götürmək yerinə, öz güclərini kəşf etsinlər. Təbii ki, örnək də götürəcəksən. Məsələn, mənim üçün ən böyük örnək babam idi. Desəm ki, iş dünyasında Zeynalabdin Tağıyevdən, Nağıyev qardaşlarından bəhrələnmişəm, yalan olar. Çünki mənim uşaqlıqdan xəyallarım vardı. Böyüyüb kapitan olacağımı arzulayırdım. Əsgər olanda düşünürdüm ki, kosmanavt olacam. Ümumiyyətlə, insan oğlu doymur. Bu aclıq yaxşı şeydir, amma maddi tərəfdən deyil, elmi cəhətdən olanda... Puldan doymayan insan həyatda heç nəyə sahib ola bilməz. Baxın, siz də eyni cins şalvar geyinmisiniz, mən də... Siz də eyni köynəkdəsiniz, mən də... Əsas şərt geyimin qiyməti yox, rahatlığıdır. Maddi varlıq yalnız o halda dəyərli olur ki, keçici olduğunu dərk edəsən. Anlayasan ki, bu gün Allah bu zənginliyi sənə verib, sabah səndən alıb başqasına bəxş edə bilər. Cibimizdəki mirasdır, onu o dünyaya aparmayacağıq. Bu mirası paylaşmaq lazımdır. Yalnız özünün, ailənin, uşaqlarının rifahını düşünürsənsə, milyonlara sahib olsan da, acizsən. Mənəviyyatın maddiyatın altında əzilir. İnsanın gözü tox olmalıdır. Dədə-babalarımız da deyir: “ac gözü torpaq doyurar”. Gənclərə tövsiyəm odur ki, "bu qədər pul qazansam, özümə nələr alaram" deyə düşümək yerinə, "zəngin olsam, ətrafıma, Vətənimə, xalqıma nə xeyrim dəyər" deyə fikirləşsinlər. Bu prinsiplə yaşayan insanın bərəkətini Allah yetirir. “Qurani Kərim”də də belə bir fikir var: paylaş ki, ruzin artsın.

- Olduqca şablon sual olsa da, uğurun formuluna tərif verməyinizi istəyirəm...

- Uşaq vaxtı babama baxıb düşünürdüm ki, mən də onun kimi hərbçi olacam. Müharibə başlasa, gedib döyüşəcəm. Amma elə ki, o formanı əyninə geyinirsən, səhər tezdən oyanmaq problemi başlayır. 12 yaşındasan, tay-tuşların gedib qayğısız kef edir, sən kursant uniforması geyinib oturursan. Düşünürdüm ki, çox böyük axmaqlıq etmişəm. İllər sonra iş həyatıma qədəm qoyanda anladım ki, hərbçi disiplinim olmasaydı, heç nə qazana bilməzdim. Qarşımdakı pulunun çəkisi artıqdır deyə, özünü müəyyən təbəqədən üstün hesab edirsə, onunla bir masa arxasında oturmaram. Məncə, belələri həyatda yollarını itirən insanlardır. Onlar üçün müqəddəs də, Vətən də, ailə də kağız parçası yaxud rəngli metaldır. Bu, yanlış həyatdır. Həm mənimlə şirkətdə çalışanlardan, həm də digərlərindən fərqlənməməyə çalışıram. Fərqlənsəm, çox utanaram, mənliyimə sığışdırmaram. Yanındakı heç bir halda özünü səndən aşağı saymamalıdır. Düşüməməlidir ki, niyə onda olandan məndə yoxdur. Dinimizdə də var. Elə et ki, heç kim sənə qibtə ilə yanaşmasın. Axı bu, günahdır...

“Başımdakı dərdləri, problemləri bilsələr, bir dəqiqə də yaşaya bilməzlər”

- Bəs maddi varlıq insanı qızıl qəfəsə salmır? Nələrisə, kimlərisə insanın əlindən almır? Ki, mütləq itirmək lazım gəlir.

- Təəssüf ki... Səmimi dostlarını itirirsən. Bəziləri səndən uzaqlaşır. Bəziləri yalnız puluna görə səni sevir. Bu gün maddi kömək edirsən, yaxşısan. Sabah etməsən, üz döndərəcək. Şəxsən məni maddi varlıq qəfəsə salmır. 40 il öncə necə idimsə, yenə eyni həyatı yaşayıram. Evimdə də bu prinsipə sadiqəm. Mənimlə birgə çalışanların hamısı yalnız azərbaycanlılardır. Sağ olsunlar, mənə baxan bacılarımla birgə süfrə arxasında da otururuq, zarafatlaşırıq. Mən bundan zövq alıram. Məsələn, ötən həftə gecə acmışdım. Keçdim mətbəxə, əlimə ilk keçən qəzet parçası oldu. Onu qoyub üzərində yemək yeməyə başladım. Bir də gördüm ki, mətbəxdə çalışan bacılarımdan biri gəlib mənə baxıb gülür. Elə bildim, məni ilk dəfə pijamada gördüyü üçün belə reaksiya verir. Deyir: “bizi niyə oyatmırsınız ki, sizə yemək hazırlayaq”. Deyirəm, bax, indi yeyib bitirəcəm. Bu qəzeti də atacam. Heç izi də qalmayacaq ki, mən gecə oyanıb yemək yemişəm. Siz də deməyəcəksiniz ki, gecələr də gözü doymur yeməkdən.

(gülürük)

Sadəliyi sevirəm. Təbii ki, maddi varlığın əskikləri də var. Məsələn, düşmənlərinin sayı da artır. Amma Allah bu ağırlığa tab gətirməyə də güc verir. Bəlkə də çoxları deyir, kaş ki, Mübarizin yerində olaydıq. Başımdakı dərdləri, problemləri bilsələr, bir dəqiqə də yaşaya bilməzlər. Hər bir böyük uğurun elə o ağırlıqda da hesabı var. İstər ailə həyatı, istər iş, istər dost, yaxud Vətən. Dostun varsa, düşmənin də var. Məsələn, bir sıra dövlət məmurları məni sevmir.

- Amma sadə xalq arasında sizi sevənlər daha çoxdur...

- Mən də Vətənimin hər bir vətəndaşını sevirəm. Balacaları övladımdır, yaşlıları böyüyümdür. Yaşıdlarım bacı-qardaşlarımdır. Bu gün siz buraya gələn onuncu azərbaycanlısınız. İmkan daxilində hamısına yardım etməyə çalışıram. Əslində, gənclərimizə mətin olmağı arzu edirəm. Mənə baxıb qibtə etməyin. Düşünün ki, mən Mübarizdən daha yaxşı ola bilərəm. Onun başı keçəldir, mən saçlıyam (gülür).

Zarafatı kənara qoysaq, insan öz üstünlüklərini, müsbətlərini kəşf etməlidir. Vətənimizin onlarla qəhrəman oğulları var. Mübariz İbrahimovu örnək alsınlar. İş dünyasından söhbət gedirsə, biz kimik ki?! Zeynalabdin Tağıyevdən, Nağıyev qardaşlarından nümunə götürsünlər. Bir az tarixə nəzər salsalar, görəcəklər ki, əslində biz heç nə etmirik. Bəlkə bundan sonra yüz il də çalışsaq, bizdən öncəkilərin etdiyinin yarısına nail olmayacağıq.

- Amma insanın gözü daim canlı nümunə axtarır.

- Bilmirəm, bəlkə də mən köhnə düşüncəliyəm...

- Mübariz bəy, madam ki, düşmən mövzusuna toxunduq, bir məqam meydana çıxır. Deyim var ki, insanın ən böyük düşməni özüdür...

- Özgüvəni güclü insanam. Bu gün oturub baş verənləri düşünəcəm. Amma sabah qapıdan çıxanda bütün yaşananları orada qoyub gedəcəm, arxaya baxmayacam. Ən azı vicdanım təmizdir. Oğurluq etmirəm. Özümü heç nədə günahlandırmıram. Hətta hər şeyi geri qaytarsaydılar, yenə özüm olmaq istərdim. Bəlkə də iş həyatına bundan artıq iddia ilə atılardım. Bəzən özümə sual verirəm ki, Mübariz, kosmonavt olmaq istəyirdin, dalğıc olmaq istəyirdin, daha nələr, nələr... Amma hamısını keçib bu həyata gəldin. Razısan bu günündən? Cavabım hər zaman “hə” olur. İnsanın həyatında keçməli olduğu önəmli mərhələlər var. İstənilən addıma ciddi yanaşmaq lazımdır. Yalnız bu halda peşmanlıq çəkmirsən. Tutaq ki, bir iş gördün, amma istədiyin nəticəni əldə etməyib peşman oldun. Bu, bir şeyi dəyişəcəkmi? Əsla. Çalışıram, peşman olmayım. Adımla yaşayıram.


- Bir az da puldan danışaq. Tarixdə ilk pulların dualar naminə məbədlərdə yandırıldığı haqda faktlar var.

- Bəli, bu birinci yaranma səbəbidir. Pulun yaranmasının digər bir səbəbi də var. Qədim zamanlarda gümüş külçələr karvanlarla daşınardı. Əslində ipək yolu da gümüşün daşınma yolu olub. Bu qədər ağır yükü də dəvələrə, atlara yükləmək üçün kağız pula keçid edildi. Həmin dövrdə də xəbərləşmə üsulu yarandı. Yəni mən ödənişi sənə edirəm, sən digər məmləkətə xəbər yollayırsan ki, əmanət məndədir. Həmin şəxs sənin yerinə ödənişi edir. Sən aylar sonra mənzil başına çatıb pulu ona verirsən. Bu gün Amerikanın öz adına çıxardığı SWIFT sistemi də elə o vaxtdan mövcuddur. Digəri isə siz dediyiniz kimi, dua naminə Budda ananın ruhuna mumiyalanmış kağız pullar yandırırdılar. Pulları da mumiyalayırdılar ki, əzilib keyfiyyətini itirməsin.

- Mübariz Mənsimov çox böyük arzusunun gerçəkləşməsi naminə yüksək məbləğdə pul yandırardı?

- Mən iş adamıyam. Pul mənim üçün dəyər deyil, planlarımı hərəkətə gətirmək üçün alətdir. Həm də axı müsəlmanam. Qurban kəsib paylayardım. Beləcə insanlara faydam da toxunardı. Allahdan bir arzum var, pul yandırıram. Tutaq ki, sabah həmin arzum gerçəkləşir, yalnız mən fayda qazanıram. Amma qurban kəsib paylayanda onlarla insanın qarnını doyurursan. Allah da səndən razı qalır.

- Gözəl cavabdır. Bəs Vətən deyəndə gözünüzün önündə nə canlanır?

- Ucsuz-bucaqsız Azərbaycan, doğulub böyüdüyüm ölkəm, Bakı, Masallı, digər bölgələrimiz. Bir insan üçün ana nədirsə, Vətən də odur. Mən belə düşünürəm. Güvən yerimiz, qəlbimiz, başlanğıcımız, sonumuz, hər şeyi birgə yaşadığımız, soyumuzun tükənməyən yeridir Vətən. Vətən insan üçün Allahdan sonra ən müqəddəs ikinci vergidir. Allah vergisidir.


- Kifayət qədər güclü xarakterə malik insansınız. Zəif nöqtənizi bizimlə bölüşə bilərsinizmi?

- Anam və atam. Hər ikisindən çox qorxuram. Yaşca məndən böyük insan haqlı yerə irad bildirsə, özümü aciz sayaram. Xüsusən də valideynlərimin qarşısında. Biz nə qədər böyüsək də, onların gözündə uşağıq. Danlayanda da, ürəyində düşünürsən ki, mən artıq böyümüşəm, yenə danlayırsan.

- Pisliyə hər zamanmı yaxşılıqla cavab verməliyik?

- Baxır necə pisliyə. Ticari pislikdirsə, önəm vermək lazım deyil. Modern dünyada yaşayırıq, məhkəmələr var. Biri gəlib mənə şillə vursa, gücüm yetirsə, mən də ona qaytararam. Gücüm yetməsə, ağır bir alətlə yenə zərbə endirib qaçaram (gülür). Düşünürəm ki, pisliyin təməlində qorxu dayanır. Biri sizə pislik edirsə, demək həyatda nələrəsə sahibsən ki, qorxusunu bu yolla biruzə verir. Dədə-babalarımızın da bir sözü var: “qarşındakı dəlidirsə, sən ağıllı ol”. Pisliyə baş qoşmayıb yoluna davam etməlisən. "Pisliyə mütləq yaxşılıqla cavab verməlisən" deyə bir qanun yoxdur. Ən azı pislik etmə. Həyat davam edir, geriyə dönüb baxmayın. Pisliyi də, pisləri də unudun.

“Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən...”

- Mübariz bəy, sizi “Beşiktaş” futbol klubu ilə nə bağlayır?

- İllərdir klubun idarə heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam - mən heç vaxt “Palmali”dən başqa yerdə rəhbər olmayacam. Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. “Beşiktaş”ın tərəfdarıyam, idarə heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdur. Düzü, futbolu sevmirəm. Soruşsanız ki, bəs niyə “Beşiktaş”a azarkeşlik edirsən, cavabım sadədir. Rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm.

- Adınız xeyriyyəçilik, mərhəmət anlamları ilə paralel hallanır. Etdiyiniz yaxşılıqların müsbət enerji şəklində geri döndüyünü hiss edirsinizmi?

- Yaxşılığı mən etmirəm. Bütöv “Palmali” ailəsi, gəmilərdə çalışan gəmiçilər, sıravi çalışanlar edir. Yaxşılığı Allah yolunda etməlisən. O, sənin vasitənlə başqalarına verir. Mən bu işi özümə borc bilirəm və qarşılıq gözləmirəm.

- Sonda həmvətənlərinizə arzularınızı dilə gətirə bilərsiniz? (İstanbulda azan səslənir - müəllif)

- Vətənimə, böyükdən kiçiyə hər kəsə sevgilərimi, sayğılarımı çatdırıram. Allah bütün gözəllikləri, şadlıqları Azərbaycanımıza qismət etsin. Tezliklə torpaqlarımızı şərəfsiz ermənilərin işğalından azad edək. Bu çətinliklər geridə qalsın. Bizim insanımız hər şeyin ən gözəlinə layiqdir.

loading...
loading...
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
Böyük alim ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?..
Rusiyalı aktyor qızını bu şəkildə cəzalandırdı - VİDEO
"Heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm"
Ilanla oynanan oyun şok yaratdı - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
Cəmiyyət
“Yanaşma əsasən texniki vəziyyətlə, istismara yararlılıqla, müasir standartlara uyğunluqla bağlı olacaq...”
Cəmiyyət
“Təhsilə ayrılan vəsait daha da çoxaldılmalıdır”
Cəmiyyət
“Bütün hallarda Mirzə Cəlilin heykəlini qoymaqla biz nəsə itirmərik, əslində udarıq...”
Dünya
Kreml Parisdə “sarı gödəkçələr”i, Almaniyada “Almaniya üçün alternativ”i idarə edir- Fotolar
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247