Xəbər lenti
09/07/2020 [15:56]:
“Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu həm də tamaşaçını da bezdirə bilər...”
09/07/2020 [15:49]:
SMS-siz küçəyə çıxanların nəzərinə! - 3 nəfər həbs olundu
09/07/2020 [15:44]:
Avtomobil Yolları Dövlət Agentliyinin bu səlahiyyəti alındı
09/07/2020 [15:39]:
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib
09/07/2020 [15:17]:
“Karantin qaydalarını pozan məmurlar vəzifədən azad edilməlidir”
09/07/2020 [15:15]:
İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu
09/07/2020 [15:14]:
Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb
09/07/2020 [15:11]:
Vəzifəli şəxslərə qarşı əməliyyat keçirilir
09/07/2020 [15:09]:
Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarılıb
09/07/2020 [15:04]:
Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək
09/07/2020 [15:03]:
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09/07/2020 [14:54]:
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
09/07/2020 [14:46]:
"Avropada bir adamın "Remdesivir"lə müalicəsi, minimum olaraq 2000 avroya başa gəlir"
09/07/2020 [14:45]:
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
09/07/2020 [14:32]:
Müəllimliyə namizədlər üçün onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olundu
09/07/2020 [14:21]:
“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub
09/07/2020 [14:20]:
Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
09/07/2020 [14:18]:
Azərbaycanda daha bir hakim vəfat etdi
09/07/2020 [14:16]:
Keçmişdən gələcəyə nə daşıyırıq?
09/07/2020 [14:16]:
Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü
09/07/2020 [14:12]:
Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi
09/07/2020 [14:07]:
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
09/07/2020 [14:03]:
Türkan Şoray illər uzunu gizlətdiyi sirrini ictimaiyyətə açıqladı -"Həsrət bitdi..."
09/07/2020 [13:57]:
Azərbaycan Qarabağa genişmiqyaslı hücum üçün  hansı siqnalı gözləyir?..
09/07/2020 [13:55]:
“İsti yoldaşlıq münasibətlərimiz var” –Medvedev Putinlə münasibətlərindən danışıb
09/07/2020 [13:27]:
Mal-qara oğurlayan şəxslər saxlanıldı
09/07/2020 [13:23]:
Samuxda piknik edənlər cərimələndi
09/07/2020 [13:21]:
Türkiyədə partlayış olub
09/07/2020 [13:20]:
Yardımlıda 15 tondan çox narkotik bitki məhv edildi
09/07/2020 [13:19]:
Ceff Bezosun sərvəti 180 milyard ABŞ dollarını ötdü
09/07/2020 [13:13]:
Koronavirus çoxdan öyrənməli olduğumuz, fəqət öyrənmədiyimiz şeyi bizə necə öyrədib?
09/07/2020 [13:09]:
“Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir
09/07/2020 [13:03]:
Hindistanda 24 mindən çox insan virusa yoluxdu –Son günün statistikası
09/07/2020 [13:02]:
“XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayır”
09/07/2020 [12:53]:
Koronavirusa yoluxan həkim Cavid Paşayevi də EKMO cihazına qoşacaqlar
09/07/2020 [12:50]:
Binəqədidə poliklinikanın şöbə müdiri koronavirusdan öldü
09/07/2020 [12:49]:
"Əgər onlar 2 girovu qaytara bilmirlərsə, Dağlıq Qarabağ məsələsini necə həll edəcəklər?”
09/07/2020 [12:49]:
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
09/07/2020 [12:39]:
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
09/07/2020 [12:39]:
Əli Hüseynli: “Minsk qrupu işğalçı ilə işğala məruz qalana fərq qoymur”
09/07/2020 [12:38]:
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
09/07/2020 [12:38]:
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
09/07/2020 [12:36]:
Ziya Məmmədovun qardaşına medal verildi - FOTO
09/07/2020 [12:34]:
"Belə görüşlərin keçirilməsi Azərbaycanda milli birliyin daha da möhkəmlənməsinə xidmət edir"
09/07/2020 [12:24]:
Azərbaycan kubokunun qalibi texniki zonada yuxulayıb
09/07/2020 [12:16]:
"Prezidentin məlum təşəbbüsü ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirir"
09/07/2020 [12:14]:
Bakı sakini: “Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”
09/07/2020 [12:12]:
"Nazim İbrahimov teatrda Ramiz Mehdiyevin qadınına salam vermədiyi üçün onu şərlədi və..."
09/07/2020 [12:12]:
Rəsmi Bakı Ermənistanın “faydalı düşmən” ittihamına cavab verdi
09/07/2020 [12:09]:
BDU-da Psixoloji yardım sektorunun növbəti onlayn maarifləndirmə tədbiri
09/07/2020 [12:09]:
“Adamlara azadlıq verəndə “Koroğlu” metrosunun üstündə körpüyə çıxıb özünü atmaq istəyir”
09/07/2020 [12:08]:
Zaqatalada musiqiçi intihar etdi
09/07/2020 [12:06]:
"İndi o sənət adamlarının da dolanacaq yeri yoxdur ki, kiməsə yardımlar etsin..."
09/07/2020 [12:05]:
Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək
09/07/2020 [12:01]:
"Əks halda seçici deputatı deyil, başqasını öz maraqlarının təmsilçisi kimi görəcək..."
09/07/2020 [11:52]:
XİN-in vəzifəli şəxslərinin şikayəti təmin edilməyib
09/07/2020 [11:49]:
Vilayət Eyvazovdan yeni TƏYİNAT
09/07/2020 [11:48]:
Azərbaycanda daha bir kənd susuzluqdan əziyyət çəkir - VİDEO
09/07/2020 [11:46]:
Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09/07/2020 [11:32]:
Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
09/07/2020 [11:26]:
Elton Conun şərəfinə sikkə hazırlandı
09/07/2020 [11:17]:
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09/07/2020 [11:17]:
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək
09/07/2020 [11:06]:
İlham Əliyev Bakıda açılışda - FOTO
09/07/2020 [11:04]:
Müdafiə nazirinin yeni müavini kimdir - DOSYE
09/07/2020 [10:44]:
Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib - FOTOLAR
09/07/2020 [10:40]:
Gürcüstanda koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb
09/07/2020 [10:37]:
Nizam Osmanov Müdafiə nazirinin müavini təyin edilib
09/07/2020 [10:34]:
Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09/07/2020 [10:31]:
Almazbek Atambayev sağalıb həbsxanaya qayıtdı
09/07/2020 [10:29]:
Koronavirus xəstələri ən az və ən çox olan RAYONLAR - SİYAHI
09/07/2020 [10:21]:
Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı
09/07/2020 [10:12]:
İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu
09/07/2020 [10:12]:
İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı - VİDEO
09/07/2020 [10:00]:
Səhiyyə nazirinin arvadına təntənəli doğum günü keçirməsi hiddətlə qarşılandı…-FOTO
09/07/2020 [09:41]:
Fişəng zavodunda partlayış - VİDEO
09/07/2020 [09:39]:
Maksim Musayev və Fəzail Ağamalıdan AMEA rəhbərinə cavab gəldi
09/07/2020 [09:30]:
YAP Ramiz Mehdiyevi niyə müdafiə etmir - deputatdan açıqlama
09/07/2020 [09:25]:
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
09/07/2020 [09:24]:
Azərbaycanda sahibkarlar üçün yeni imkanlar - güzəştli kreditləşmə
Bütün arxiv bir sırada
17/10/2019 [13:09] - Siyasət - ( 719 dəfə baxılıb)

Metyu Brayza: "Ermənistan rəhbərliyinə 1999-cu ildəki “parlamentdəki güllələnmə” ilə təzyiq göstərilir"



Moderator.az ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir:

- Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesindəki vəziyyəti necə qiymətləndirirsiniz? Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsinin təsiri barədə nə deyə bilərsiniz?

- Dəfələrlə demişəm, cənab Paşinyanın bu sözləri həm Ermənistan, həm Azərbaycan liderlərinin və həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin son 20 ildə verdiyi bəyanatlara ziddir.

Demək istəyirəm ki, dünyanın heç bir ölkəsində, o cümlədən, Yerevan Qarabağı nə Ermənistanın bir hissəsi, nə də müstəqil olaraq tanıyır. Hesab edirəm ki, Paşinyan belə bir açıqlama verməkdə kobud səhv edib.

Həqiqətən, bu vəziyyətdə Yerevanın Dağlıq Qarabağla bağlı iki rəsmi mövqeyi olduğu ortaya çıxır. Düşünürəm ki, Paşinyan qondarma “Qarabağ klanı”nın ciddi təzyiqi altındadır. Bu təzyiq onu bu şəkildə danışmağa məcbur edib.

- Bu gün Ermənistanın daxili siyasi həyatı Paşinyan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbərliyi” arasındakı qarşıdurma ilə xarakterizə olunur. Baş nazir Ermənistanda hakimiyyəti tam ələ almağa çalışır. Ancaq bu işdə ona sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın əlaltıları mane olur. Ermənistanda daxili siyasi mübarizə necə inkişaf edəcək?

- Bundan əvvəl də dediyim kimi, qondarma “Qarabağ klanı” Paşinyana mane olmağa çalışır. Düşünürəm ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə ortaq dil tapmaq arzusundadır. Ancaq “Qarabağ klanı” erməni baş nazirin bu səylərinin qarşısını alır.

Ötən il baş verən yaz inqilabından sonra Paşinyan ölkədə öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Ancaq bu, çətin tapşırıqdır, çünki keçmiş siyasi elita ona qarşı dayanır. “Qarabağ klanı” öz təsirini və mövqeyini itirmək istəmir, kifayət qədər güclü siyasi partiya və ya quruluşa sahib olmayan Paşinyanın isə rəqibləri ilə qarşılaşması çox çətindir. 

Buna görə düşünürəm ki, Ermənistanda daxili siyasi mübarizə gərgin olaraq qalacaq. Bu gün ölkədə stabilliyə nail olmaq barədə danışmaq çox çətindir. Baş nazir üçün buna nail olmaq asan olmayacaq. 

- Paşinyan hakimiyyətini itirəndə vəziyyət kritik həddə çata bilərmi? Baş nazir taktika və strategiyasını dəyişdirsə, nə gözləmək olar?

- Demək çətindir. İş burasındadır ki, Paşinyan 20 il əvvəl Azərbaycan və Ermənistan kompromisə yaxın olan zaman Ermənistan parlamentində nəyin baş verdiyini yaxşı başa düşür. Mən 100 faiz əmin deyiləm ki, bu gün hətta bəzi dairələr ölkə rəhbərliyini 1999-cu ildə baş vermiş hadisəyə bənzər qisas təhdidləri ilə qorxutmağa çalışmırlar. 

- Siz dediniz ki, “Qarabağ klanı” Paşinyana təzyiq göstərməyə çalışır. Bəs onda niyə prezidentlər kimi, Koçaryan və Sarqsyan danışıqlar prosesində iştirak edib İlham Əliyevlə dialoqa başladılar? O zaman Azərbaycan və Ermənistan liderləri arasında görüşlər müntəzəm olaraq keçirildi.

- Düşünürəm ki, Serj Sarqsyan 2009-cu ildə Prezident Əliyevlə ümumi dil tapmağı, həqiqətən, arzulayırdı. Məncə, o zaman tərəflər Dağlıq Qarabağla bağlı çərçivə sazişi əldə etməyə çox yaxın idilər. Və mənə elə gəlir ki, Sarqsyan da o zaman “Qarabağ klanı”nın təzyiqi ilə üzləşib.

Bilirsiniz, Paşinyan da irəli getmək istəyir. Bunu bu ilin mart ayında Vyanada İlham Əliyevlə apardığı danışıqların nəticələrinə görə qiymətləndirmək olar. Həmin görüş səmərəli oldu. Məlumdur ki, tərəflər Vyanada birbaşa dialoqun davam etdirilməsinə razılıq verdi, atəşkəsin möhkəmləndirilməsinin vacibliyini təsdiq etdilər.

Əliyev və Paşinyan sülh üçün əlverişli mühit yaratmağın və xalqları qarşılıqlı etimad mühitinə hazırlamağın vacibliyini qeyd etdilər. Düşünürəm ki, sonradan məsələyə “Qarabağ klanı” qarışdı və buna görə də danışıqlar prosesi artıq ölü nöqtədən tərpənə bilmir.

- Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda Paşinyana cavab verdi ki, Qarabağ Azərbaycan torpağıdır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Ermənistan rəhbərliyini tənqid etdi. Bildiyiniz kimi, bu gün Yerevan və Moskva arasındakı münasibətlərdə bir qədər soyuqluq müşahidə olunur.

- Sergey Lavrovun Soçidəki çıxışı beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə ənənəvi yanaşmasını əks etdirir. Dediyim kimi, dünyada heç bir dövlət Paşinyanın “Qarabağın Ermənistandır” ifadəsini dəstəkləmir. Bu sözlər Yerevanın rəsmi mövqeyinə çevriləcəksə, mənim fikrimcə, danışıqlar prosesini bərpa etmək mümkün olmayacaq. Buna görə Lavrovun çıxışı çox sərt idi.

- Bu gün ekspert cəmiyyətində Vaşinqtonun Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqə qurmaq istəməməsi və Trampın Paşinyanla görüşməkdən imtina etməsi barədə bir fikir var. Yerevanda isə öz növbəsində ABŞ-ın Ermənistana maliyyə dəstəyini azaltması barədə həyəcan təbili çalırlar.

- Təəssüf ki, Tramp bölgədəki vəziyyətə lazımi diqqət yetirmir. Keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton isə əks mövqe tuturdu. Onun Dağlıq Qarabağ münaqişəsinə olan marağı Vaşinqtonun İran məqsədinə çatması üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqdan istifadə etmə arzusu ilə əlaqəli idi.

Bu gün Tramp digər problemlərin həlli ilə məşğuldur. Birincisi, onun impiçment məsələsi “Ukrayna” qalmaqalı ilə bağlıdır. İkincisi, onun diqqəti Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə əlaqəli siyasi böhrana yönəlib. 

Mən Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətində dəyişikliklər hiss etmirəm. Bəzi ekspertlər, diplomatlar hansısa addımlar atır, ancaq rəsmi siyasət dəyişməzdir, bu məsələyə yanaşmalar əvvəlki kimidir. 

Bu, Ermənistana da aiddir. Yerevana da edilən maliyyə məsələsinə gəlincə isə, onunla prezident deyil, ABŞ Konqresi məşğul olur. Konqresdə də Yerevana münasibət dəyişməyib. Mən ABŞ qanunverici orqanının Bakıya maliyyə yardımı məsələsində mənfi mövqeyini ədalətsiz hesab edirəm.

Bir daha vurğulamaq istəyirəm ki, Ağ Evin Cənubi Qafqazdakı siyasətində dəyişiklik görmürəm.

- Azərbaycan-ABŞ münasibətlərini necə xarakterizə edirsiniz?

- Bakı ABŞ-ın Cənubi Qafqazdakı çox vacib dostu və tərəfdaşıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək olduq. Ölkəniz Vaşinqton üçün Əfqanıstana yük daşınmasında əla tərəfdaşdır. Əhalisinin çoxu müsəlman olan Azərbaycanın dünyəvi dövlət olması çox vacib amildir. Bu amillər Vaşinqton üçün həmişə vacib olacaq.(Oxu.az)

loading...
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Sürət həddini aşan sürücü bu şəkildə cərimədən xilas oldu - VİDEO
"Mən həkim olaraq əsgərəm, Cavid Paşayevsə ön cəbhədəki general..." - Vasif İsmayıl
Clean City Company
N.Tusi adına Klinika

Maraqlı
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Dünya
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
Cəmiyyət
"İndi o sənət adamlarının da dolanacaq yeri yoxdur ki, kiməsə yardımlar etsin..."
Dünya
ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO
Dünya
Ağdərili polisin öldürdüyü qaradərili Floydun saxta pulları nümayiş olundu...
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247