Azər Allahverənov “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib
1841
17 Oct 2019 | 17:01

Azər Allahverənov “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib

Moderator.az xəbər verir ki, sosial fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurasının Sədri Azər Kərim oğlu Allahverənov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib. Bu barədə məlumatı mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən bildirilib.

Türk Dünyası qarşısında xidmətlərinə və Ukrayna-Azərbaycan əlaqələrinin möhkələmdirilməsinə görə Azər Allahverənov, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədovun əmri ilə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb. Azər Allahverənova “Xüsus Xidmətlərə görə” Ordenini, bu gün Bakıda Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov təqdim edib.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” Ordeni 8 aprel 2018-ci ildə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib. İndiyə qədər 13 şəxs bu yüksək ordenlə təltif ediliblər. 

Statusuna görə “Xüsusi xidmətlərə görə” ordeni, UQTMŞ-nın “Tenqri Ulduzu” ordenindən sonra ən yüksək təltifdir. UQTMŞ “Ordenləri haqqında” Əsasnaməyə  və “Xüsusi xidmətlərə görə” ordeninin Statutuna uyğun olaraq bu təltifi alan şəxs “Xüsusi xidmətlərə görə” ordeninin Kavaleri adını daşıyır.

 

P.S.Biz də Moderator.az olaraq hörmətli Azər bəyi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər