Belqradda gerçəkləşən Dünya Parlamentlərarası İttifaqının toplantısında Ermənistanın millət vəkili Mikayel Melkumyan öz həyasız çıxışı ilə sözün həqiqi mənasında onu dinləyənləri mat qoyub.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki,
çıxışında Qarabağın tarixi erməni torpaqları olduğuna diqqət çəkən Melkumyan,
ermənilərin bu torpaqları atalarından təhvil aldıqlarını, azərbaycanlılar isə bura
gəlmə olduğunu bildirib.
Eməni millət vəkili qeyd edib ki, SSRİ-nin parçalanması nə qədər təbii
proses idisə, Azərbaycanın parçalanması da bir o qədər təbii proses idi. O,
bildirib ki, Dağlıq Qarabağ xalqı “xalqların öz müqəddəratını təyin etmə
hüququndan” istifadə edərək Azərbaycandan ayrılıb.
Erməni millət vəkili çıxışının sonunda Azərbaycanı hədələməyi də
yaddan çıxarmayıb. O,vurğulayıb ki, əgər Azərbaycan özünə əlavə problemlər
yaratmaq istəmirsə, Qarabağ proobleminin sülh yolu ilə həllinə cəhd etməlidir.
Xatırladaq ki, ermənilərin sadəcə Qərbi Azərbaycan və Qarabağa
deyil, Cənubi Qafqaza gəlmə olduqları bütün Qafqasşünasların birmənalı şəkildə
təsdiqlədiyi tarixi həqiqətdir. Lakin ermənilər bu torpaqlara gəlmə olduqları
halda, özlərini sözügedən torpaqların əzəli sakinləri kimi qələmə verməyə cəhd
edir ki, bu da o qədər də uzaq olmayan tarixi reallıqların təhrif edilməsi cəhdindən,
əsl erməni həyasızlığından başqa bir şey deyil.
Seymur ƏLİYEV