Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümü tamam olur. Düz 28 il bundan öncə azadlıq uğrunda apardığı uzunmüddətli mübarizəni məntiqi sonluğuna çatdıran Azərbaycan xalqı, öz tarixi müstəqilliyinə nail olub, “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsinin doğruluğunu təsdiqləyib.
Bu tarixi günlə bağlı
Moderator.az-a açıqlama verən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
müstəqilliyimizin 28-ci ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edib, öz
arzularını dilə gətirib:
“Mən xalqımızı müstəqilliyimizin
28-ci ildönümü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, mənim ölkəm, mənim
xalqım bu müstəqilliyi əbədi yaşasın. Müstəqilliyimiz daim var olsun. Çünki
müstəqillk hər bir xalq üçün ən böyük nemət, ən böyük sərvətdir.
İşğal altında olan
torpaqlarımızın işğaldan azad edilməsini arzu edirəm. Arzu edirəm ki, müstəqilliyimizin
29-cu ildönümünü Qarabağda, Şuşada qeyd edək”.
Seymur ƏLİYEV