Bu gün müstəqilliyimizin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin əldə edilməsində, müstəqillik ideyasının yayılmasında medianın rolu nə dərəcədə əhəmiyyətli olub?
Moderator.az-a açıqlama
verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev medianın bu məsələdəki
rolunun həlledici olduğuna diqqət çəkdi:
“Elə dünən bizim istiqllaçı
deputatlarla bu barədə söhbətimiz oldu. Ümumi rəy bundan ibarət oldu ki, müstəqilliyin
əldə edilməsində medianın rolu həlledici idi. Bu, elə bir dövr idi ki, nəinki
SSRİ-dən çıxmaq, ümumiyyətlə, Azərbaycanın müstəqilliyi fikrinin özü ilk vaxtlar
cəmiyyət üçün ağlasığmaz bir şey idi. Sonradan müstəqilliyimizin elan edilməsi
ilə bağlı 43 deputat önə düşsə də, medianın, jurnalistlərin bu məsələdə rolu
böyük oldu. Çünki media olmasaydı, onlar bu gücü ala, buna nail ola bilməzdilər.
Azərbaycanın həmin dövrdəki mediası, müstəqilliyimizin bərpasında öncül rol
oynadı. Bu ideyanın kütlələrə çatdırılmasında, daha sonra isə kütlənin özünün
aparıcı qüvvəyə çevrilməsində həlledici rol oynadı”.
Seymur ƏLİYEV