Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Tula şəhərində narkomafiyaya qarşı əməliyyat həyata keçirən polis çətin vəziyyətlə üzləşib.
Belə ki, narkotacir dəstəsinin
üzvü olduğu ehtimal edilən şəxslərdən birini həbs edən polis, həmin şəxsin
pişiyini də “həbs edib”. Buna səbəb sözügedən şəxsin narkotik daşınmasında
pişikdən istifadə etməsi şübhəsizdir. Polis ehtimal edir ki, saxlanılan şəxs
digər adamlara narkotiki məhz pişiyin vasitəsi ilə yolayıb. Belə ki, narkotikin
pişiyin boğazına bağlanan ipdən asılan balaca paketə qoyulduğu, bundan sonra
pişiyin bu paketi lazımi adamlara
çatdırdığı ehtimal edilir.
Lakin zooparkda
saxlanılan və bu işdə ən böyük dəlil sayılan pişiyin gözlənilmədən zooparkdan
qaçması istintaqın işini müşkülə salıb. Belə ki, polis bu hadisədən sonra cinayət
işində başlıca dəlil sayılan pişiklə yanaşı, dəstənin digər üzvlərinin də izini
itirib. Çünki polis pişiyin boyundakı paketə narkotik qoyub onu saxlanılan şəxsin
evindən bayıra buraxmaq və daha sonra pişiyi izləmək qərarına gəlmişdi. Polis əməkdaşları
hesab edirdilər ki, pişiyi izləməklə onun hansı ünvanlara getdiyini müəyyənləşdirmək,
bununla da narkomafiyanın digər üzvlərini də müəyyənləşdirmək mümkündür. Lakin pişiyin
zooparkdan qaçması saxlanılan şəxsə qarşı ittihamların kəsərini azaltmaqla
yanaşı, dəstənin digər üzvlərini də xilas edib.
Seymur ƏLİYEV