"Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir"
Oxunub: 960
18 Oct 2019 | 17:40
"Ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün zəruri addımların atılması, ən əsası sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasları, həmçinin ölkə Prezidentinin yanında sosial-iqtisadi müşavirələr Azərbaycanın uğurlarının təqdimatında, prioritetlərin açıqlanmasında əhəmiyyətli rol oynayır. Hər bir iclas ötən dövrün hesabatı kimi dəyərləndirilir.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə ilə bağlı fikirlərini KİV-ə şərh edərkən söyləyib.

«Ölkə Prezidenti İlham Əliyev sosial-iqtisadi uğurlarımızı statistik rəqəmlər əsasında diqqətə çatdırmaqla bir daha bu reallığı ortaya qoydu ki, «güclü dövlət, yüksək rifah» sadəcə bir niyyət deyil, dövlətimizin həyata keçirdiyi siyasətin əsas prinsipidir» söyləyən V.Rəhimzadə statistik rəqəmlərə müraciət edərək bildirdi ki, iqtisadi göstəricilərimiz insanların gündəlik həyatında da öz əksini tapıb. Belə ki, iqtisadi inkişaf güclü sosial siyasətə yol açmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını təmin edir. Müşavirədə bu rəqəm də açıqlandı ki, cari ilin ötən dövründə iki sosial paket reallaşıb və bu sənədlər 4 milyon 200 mindən çox insanın maddi durumunun yaxşılaşdırılmasına şərait yaradıb. Cənab İlham Əliyev 16 il bundan öncə bu vədi vermişdi ki, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Ötən dövr ərzində artan maliyyə imkanlarının ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilməsi də deyilənlərin təsdiqidir.

V.Rəhimzadə qeyd edib ki, əhalinin sosial müdafiəsinin prioritetliyi bütün dövrlərdə öz aktuallığını qoruyur: “Bir faktı qeyd etmək kifayətdir ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Daim irəliyə baxmağa çağırış edən dövlətimizin başçısı İlham Əliyev «Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır» bildirməklə hədəflərə çatmağın yollarını açıqlamışdır. Maliyyə və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi əsas tələb kimi ortaya qoyulur.”

«Sosial xidmətdə şəffaflığın təmin olunması da insan amilinə verilən dəyərdən irəli gəlir» söyləyən V.Rəhimzadə vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının dostuna çevrilən ilk DOST mərkəzinin fəaliyyətə başlaması, gələcəkdə onun əhatə dairəsinin daha da genişləndirilməsi üçün səylərin göstərilməsi də deyilənlərin təsdiqidir. Məqsəd şəffaflığı qorumaq, vətəndaş məmnunluğunu, göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir. Bu gün Azərbaycan dünyada ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST kimi layihələr ölkəmizin yeniliklərə, təkmilləşməyə nə qədər meyilli olduğunu nümayiş etdirir.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsi, andiçmə mərasimində uğurlarımız fonunda irəli sürdüyü hədəflər məhz görülən işlərin aydın mənzərəsini yaradır: «2018-ci ilin prezident seçkilərindən ötən bir ildən artıq dövr ərzində Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurlara diqqət yetirsək, təkmilləşmənin, yeniləşmənin hansı nəticələrə yol açdığını aydın görərik. Ən əsası dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bilik, savad, təhsil hər bir dövlətin tərəqqisində əhəmiyyətli rola malikdir. «Neft kapitalını insan kapitalına çevirək» tezisinin irəli sürülməsi və bu istiqamətdə atılan addımlar da belə bir reallığı ortaya qoyur ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafı qaçılmaz edir. Kadr hazırlığı idarəetmə sistemində təkmilləşmənin vacib amillərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən dövründə imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək, bu sənədlərin böyük əksəriyyətinin idarəetmə sisteminin təkmiləşdirilməsinə xidmət etdiyinin şahidi olarıq. Məhz bu uğurumuzun nəticəsidir ki, 2019-cu ilin arxada qalan aylarında ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər sırasında Bu Forumun xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Azərbaycan qeyd olunan istiqamətlərdə nümunəvi ölkə kimi təqdir olundu.»

Vüqar Rəhimzadə sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlar sırasında özünüməşğulluq proqramının uğurlu icrasını xüsusi qeyd edib. Bildirib ki, müşavirədə bu rəqəm də açıqlandı ki, bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Hazırda hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. Ailə təsərrüfatlarının inkişafına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vətəndaş məmnunluğunu daha da artırır, onların öz məhsulları ilə bazarlara çıxışlarına böyük dəstək göstərir.

«Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir edilir» söyləyən V.Rəhimzadə vurğulayıb ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın inkişaf tempindən razılıqlarını ifadə edir. Bu proqnozları səsləndirirlər ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olur və bunlar da əhalinin sosial rifahının daha da yaxşılaşmasına, ən əsası yoxsulluq probleminin həllinə xidmət edir. Hazırda yoxsulluğun səviyyəsi 5 faizdir. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Son hesabatda 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatı da ölkəmizin sosial-iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rola malikdir. Belə ki, həmin sənəddə rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar öz əksini tapıb. Ölkədə ictimai-siyasi vəziyyət, iqtisadi islahatlar, sosial siyasət, infrastrukturun yenilənməsi və s. kimi meyarlar təhlil olunur ki, Azərbaycan bu istiqamətlərdə uğurlu nəticələri ilə öndədir. Ən əsası sabitliyin təminatçısı olan xalq-iqtidar birliyi günbəgün daha da möhkəmlənir.»

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti, gələcəyə hesablanmış inkişaf strategiyası kompleks tədbirlərin həyata keçirilməsini bir tələb kimi ortaya qoyur və bunun da nəticəsində ölkəmizin hərtərəfli inkişafı yüksək səviyyədə təmin olunur: «Bu gün Azərbaycana hansı sahədən baxsaq, tərəqqinin, inkişafın, təkmilləşmənin inkaredilməz faktlar olduğunu görərik. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə gələn ilin büdcəsi ilə əlaqədar da tapşırıqlarını verdi. Bildirdi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Qarşıdan gələn 2020-ci ildə ciddi sosial proqramlar icra ediləcək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq.
Oxşar xəbərlər
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb