\"Qafqaz İslam Ordusu 101 il əvvəl necə gəlib Bakını xilas edibsə, indi də...\"– Kılıç
Oxunub: 1093
19 Oct 2019 | 16:29
\
Moderator.az Türkiyənin Azərbaycandakı sabiq səfiri, hazırda Türk Dünyasının Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıçın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Bu həftə önəmli hadisələr yaşanır, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illik yubileyi keçirildi və sədrlik ölkəmizə keçdi. Əvvəllər daha çox Türkiyə ilə Azərbaycanın birliyindən danışılırdısa, indi Özbəkistanın üzvlüyü ilə türk birliyi genişlənib və ümidlər artıb. Proses barədə fikirləriniz maraqlıdır...

- Bildiyimiz kimi, 10 il əvvəl Naxçıvan anlaşması imzalandı. O zaman Türkiyənin Azərbaycandakı səfiri idim. Naxçıvan türk dünyasının qapısıdır, köşə daşıdır, o daşı götürsəniz, dağılar. O baxımdan Naxçıvan sazişinin imzalanması böyük əhəmiyyətə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk akademiyası quruldu, daha əvvəl yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (Türksoy) vardı. Yəni türk birliyi möhkəmləndi. Heç kəs bu birliyə qarşı çıxa bilməz. Çünki bu birlik hərbi ittifaq deyil, son dərəcə təbii, soy-kökə bağlı birlikdir. Ərəb liqası varsa, niyə də Türk birliyi olmasın?! Türk Şurasının artıq 10 illik yubileyi oldu. Özbəkistanın üzvlüyü ilə bu birlik daha da gücləndi. Budəfəki iclasda Türkmənistanın baş nazirinin müavini var idi. İnanıram ki, növbəti zirvə görüşündə Türkmənistanın prezidenti də iştirak edəcək. Bir sözlə, artıq güclü türk birliyi yavaş-yavaş formalaşır. Verilən qərarlar da mühüm əhəmiyyətə malikdir. Diasporların güclənməsi çox vacibdir. Cənab İlham Əliyevin illər əvvəl dediyi “bir millətin iki diasporu olmaz” sözü artıq reallaşmağa başlayır. Buna çox önəm verirəm. Türk diasporları güclənib birlik olacaq, dünyada tək səs eşidiləcək. Birgə investisiya fondunun formalaşması, eləcə də yeni yaradılan koordinasiya komitəsi layihələrin birgə həyata keçirilməsi baxımından mühümdür. Macarıstanın müşahidəçi statusda Türk Şurasına qatılması çox vacibdir. Artıq Avropanın mərkəzində bir türk dövləti var. Budapeştdə də Türk Şurasının təmsilçiliyi açıldı, bütün xərcləri Macarıstan hökuməti qarşılayır. Bundan sonrakı zirvə Türkiyədə baş tutacaq, orada böyük diaspor toplantısı olacaq. Addım-addım gedirik, türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümünə yaxınlaşırıq, düşünürəm ki, qısa müddətdə çox uzun yol qət edilib.

- Türk Dünyasının Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru kimi qarşıdakı planlarınız nələrdir, hansı layihələr həyata keçirməyi düşünürsünüz?

- Bu, qeyri-hökumət təşkilatıdır, türk dünyası ilə bağlı genişmaştablı işlər nəzərdə tutulub. İctimai birlik kimi parlament diplomatiyası mövzusunda konfrans keçirməyi nəzərdə tutmuşuq. Bu, keçmiş və hazırki deputatların təmsil olunduğu QHT-dir. Daha sürətli işlər görmək qabiliyyətinə malik olduğu üçün mühüm tədbirlər həyata keçirməyi hədəfləmişik.

- Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatını Azərbaycan cəmiyyəti yaxından izləyir. Dünən ABŞ-dan Türkiyəyə gələn nümayəndə heyəti ilə görüşdən sonra atəşkəs əldə olundu. Son durumu necə qiymətləndirirsiniz?

- Oktyabrın 17-də ABŞ-ın Vitse-prezidenti Mayk Pens, Dövlət katibi Mayk Pompeo da daxil olmaqla ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi, 5 saata yaxın müzakirələrdən sonra anlaşma əldə olundu. Türkiyə həm meydanda, həm də masada qazandı. İstədiklərimizin hamısına nail olduq. Atəşkəs elan olunub, lakin əməliyyatı bitirməmişik, bilirsiniz, sərhədlərimizdə PKK və uzantısının hücumları ilə üz-üzəyik, savadsız insan belə bunu başa düşür, orada PKK-nın reklamı gedir, terrorçuların rəhbəri Abdullah Öcalanın fotoları asılıb, təbliğ olunur. Əslində müharibələr dövlətlər arasında olur. Türkiyə sərhəddindəki PKK terror təşkilatını təmizləmək üçün bu əməliyyata başladı. Türkiyədə 4 milyona yaxın suriyalı qaçqın var, onlar öz yurd-yuvasına qayıtmalıdır. Demoqrafiq vəziyyət dəyişməkdə davam edir. İndiyədək Türkiyə öz cibindən 40 milyard dollar xərcləyib, Avropa 6 milyard dollarlıq yardım edəcəkdi, cəmi 3 milyard dollar verdi, gələn məmurların xərcləri, otel pulları da bunun içində idi. Bir sözlə, heç kəs bu məsələdə ciddi olmadı. Ərəb ölkələrindən İordaniya, Livan bundan əziyyət çəkdi. Lakin Səudiyyə Ərəbistanı, Misir, digər ərəb ölkələri heç bir suriyalı qəbul etmədi. Biz onların bütün problemlərini çiynimizə aldıq. 910 km ortaq sərhəddimiz var, nə ABŞ-ın, nə Rusiyanın Suriya ilə sərhəddi yoxdur. Bu coğrafiyada terrorçulardan əziyyət çəkən bizik. Dünən axşam əldə olunan 13 maddəlik anlaşma ilə istədiyimizi əldə etdik. Bu, sadəcə atəşkəsdir. Şərtlər qəbul edilməzsə, terrorçular çəkilməzsə, ağır silahlar təslim edilməzsə, biz təbii ki, bu məsələdə qərarlıyıq, heç kəs Türkiyəni dayandıra bilməz.

- Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Lavrentiyev bəyan etdi ki, Türkiyə prezidenti onlara verdiyi sözü tutmayıb. Eləcə də ABŞ-la Rusiyanın gizli razılığa gəldiyinə dair iddialar səslənir. Bu, nə dərəcədə realdır?

- Türkiyə hər zaman sözünü tutub. Sözünü tutmayanlar söz verib əməl etməyənlərdir, onlar problemlərimizi anlamazlar. Biz bütün razılaşmalara, o cümlədən Rusiya ilə anlaşmaya əməl etmişik. Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinlə cənab Ərdoğanın görüşü olacaq, məsələ aydınlaşacaq.

- ABŞ Prezidenti Donald Tramp sərt məktubundan sonra “Ərdoğana təşəkkürlər” tviti yazdı. Onun son addımları ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Bir az diplomatik nəzakətdən, dövlətlərarası yazışmalardan uzaq bir məktub idi. Fransızların bir məsəli var: “Bu, zibil qabı üçün çox yaxşıdır”. Biz də o məktubu zibil qabına atdıq. O məktubun cavabını 9 oktyabrda “Sülh çeşməsi” əməliyyatını başlatmaqla vermişdik.

- Sizcə, Əsəd rejimi ilə Türkiyə hansı formada dil tapacaq?

- 2000-2005-ci illərdə Suriyada çalışmışam. Bu bölgəni dərindən bilən diplomatam. Suriyanın İstanbulda baş konsulluğu var, diplomatik əlaqələr tamamilə kəsilməyib. BMT-nin təşəbbüsü və liderliyi ilə Suriyanın yeni konstitusiyası hazırlanır, dialoq mexanizmi olacaq. Bunu zamanla görəcəyik.

- Bəşər Əsədlə şəxsən görüşmüş biri kimi onun addımlarını, Türkiyəyə münasibətini necə şərh edərdiniz?

- Bəşər Əsəd atasından sonra hakimiyyətə gələndə hər kəs ümidlənmişdi. Türkiyə ilə çox yaxşı əlaqələr vardı, vizanı aradan qaldırdıq, əlaqələrdən çox məmnun idik. Lakin bəzi səhvləri oldu, qətliamlar həyata keçirildi. Suriya içərisində düzən pozuldu, aşırı dini qruplar, “Hizbullah” gəldi. Dindar qrupların Suriyaya gəlişi Suriya ilə aramızdakı əlaqələrə mənfi təsir göstərdi. İndi isə hər şey yenidən qurulur, Suriya xalqı “Bəşər Əsədi istəyirik” deyərsə, edəcəyimiz heç nə yoxdur, xalqın qərarına sayğı ilə yanaşacağıq. Seçkilərdə namizəd olarsa və seçilərsə, xalqın seçdiyi şəxs prezident olacaq, ona görə də Türkiyə ilə əlaqələr də istər-istəməz qurulacaq.

- Yəni Əsədlə razılaşma əldə olunacağına inanırsınız...

- Dialoq mütləq olacaq. Çünki biz Suriyanın ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Terror dövlətinin qurulmasını istəməməyimizin səbəbi də bununla əlaqədardır. Kiminsə bir qarış torpağında gözümüz yoxdur, barışın tərəfdarıyıq. Bayaq dediyim kimi, bu bölgəyə yaxından bələdəm, insanların şəxsiyyət vəsiqəsi yox idi, kürd kökənlilər məktəbə gedə bilmirdilər, aralarında öndə gələn insan yox idi. Terrorçular kənardan yetişdirilən insanlardır.

- Türkiyə hər zaman məzlumların, xüsusən müsəlman dünyasının yanında olub. Lakin əməliyyata başlayanda ərəb dövlətlərindən dəstək gəlmədi. Fələstinin qərarı isə məyusluqla qarşılandı. Bunun səbəbini necə izah edərdiniz?

- Həqiqətən böyük xəyal qırıqlığı yaşadıq, xüsusilə Fələstinin qərarına məyus olduq. Mavi Mərmərə məsələsində narahatlıq yaşadıq, Fələstinə etdiyimiz yardımın həddi-hüdudu yoxdur. Heç kəs mən “qərara əməl elədim” deməsin. Ədalətli insan dövlət ağlına qarşı çıxmalıdır. Ərəb dövlətlərinin mövqeyini elə bu cür də gözləyirdim. Çünki küçədəki ərəblərdən soruşsanız, Türkiyəni dəstəkləyirlər. Yeri gəlmişkən, azərbaycanlı gənclərin “Sülh çeşməsi” əməliyyatına qatılmaq üçün müraciət etdiyini bilirəm, bu addım bizim üçün enerji, motivasiyadır. Qafqaz İslam Ordusu 101 il əvvəl necə gəlib Bakını xilas edibsə, indiku bu təşəbbüs də bizim birliyimizin ruhunu göstərir. Hərdən məndən soruşurlar ki, sabah Qarabağda müharibə olarsa, sizdən dəstək olacaqmı? Sözsüz olacaq. Bütün xalq və gənclik Qafqaz İslam Ordusu kimi Azərbaycanın yanında olacaq. Belə məsələlərdə dövlətin təlimatına ehtiyac olmamalıdır. Azərbaycanda dövlət rəsmiləri gənclərə demədi ki, siz gedib dəstək nümayiş etdirin. Bu, dünyagörüş məsələsidir.

- Türkiyə Rusiyadan S-400 komplekslərini alandan ABŞ-la münasibətlər gərginləşdi, rəsmi Vaşinqtonun təzyiqləri hələ də davam edir. Türkiyə balansı qorumaq üçün hansı addımları atmalıdır?

- Qərb hər zaman Türkiyəyə ikili standartlarla yanaşır. NATO üzvü olan ölkələrin problemləri eynidir. Bu təşkilatın üzvü olan Türkiyəyə terror qrupları hücum edir, amma nə görürlər, nə də eşidirlər. Bu, ikili standartdır, hər şey dünyanın gözünün qabağında yaşanır. Bunun üçün təhsil almaq, oxumaq lazım deyil. Qərb ölkələrinin mövqeyinə görə düzü, təəccüblənmədik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 4 qətnamə qəbul olunub, buyurun, icrasını tələb edin. Qarabağ və ətraf rayonlar işğalda saxlanılır, oğru kimi torpaqlarımızda otururlar, buna niyə dinmirsiniz? Ədalət çox vacibdir, onu təmin etmirsinizsə, insanlar narahat olur, inamını itirirlər. ATƏT-in Minsk qrupu regiona gəlib-gedirlər, nə edirlər? Mənə desinlər ki, filan iş görmüşük. Gəlib 5 ulduzlu oteldə qalıb, qayıdırlar, boş yerə vaxtımızı alırlar. Azərbaycan güclü dövlətdir. Artıq 1990-cı illərdəki Azərbaycan yoxdur, qüdrətli ordusu, savadlı gəncləri, torpaq uğrunda savaşacaq oğulları var. Aprel döyüşləri bunu sübut elədi. Azərbaycan Prezidenti İlham Əliyevin arzusu münaqişənin sülh və diplomatik yolla həllinə nail olmaqdır. Biz bir insanın ölümünü dünyanın ölümü kimi qiymətləndiririk. Savaşlar olmadan, danışaraq problemi həll etmək mümkündür. Xalqlara düşmən deyilik, ermənilərlə yan-yana, diz-dizə yaşadıq, amma siyasətçilər xəta edəndə onun cəzasını xalq çəkir. Sülh, hüzur olsa, erməni xalqı da bundan istifadə edər. Baxın, Gürcüstan necə inkişaf edib, Azərbaycan, Türkiyə ilə əməkdaşlıq edir, birgə layihələrdə yer alır. Ermənistandan isə insanlar qaçır, iş yeri, perspektiv yoxdur. Sülh olarsa, Ermənistan da inkişaf edər.

- Bəs Türkiyənin hərbi arsenalını texnika ilə təmin etmək üçün hansı ölkə ilə əməkdaşlığını məqbul hesab edirsiniz?

- Türkiyənin müdafiə sənayesi çox inkişaf edib, öz tankını, silahını, təyyarəsini belə istehsal edir. Biz ABŞ-dan “Patriot” hava hücumundan müdafiə kompleksini almaq istədik, amma onlar razılaşmadı. Türkiyənin isə müdafiə üçün bu sistemlərə ehtiyacı var, bölgənin ən önəmli ölkəsidir, bu, ticarət hadisəsidir, pulunuzu verib alırsınız, biz də pul verib S-400 zenit-raket komplekslərini aldıq.
Oxşar xəbərlər
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:58, Bu gün
Bakıda taxta bazarı yanır
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
GÜNLÜK
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"