Xəbər lenti
05/08/2020 [00:18]:
Azərbaycanda karantin rejimi qismən yumşaldıldı
04/08/2020 [23:53]:
"Hərbi zəfər paradının Şuşada, Xankəndində qeyd ediləcəyi gün uzaqda deyil"
04/08/2020 [23:47]:
Beyrut partlayışdan sonra - FOTOLAR
04/08/2020 [23:40]:
Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04/08/2020 [23:21]:
Beyrut partlayışında erməni baş katib öldü
04/08/2020 [23:09]:
Tovuzda azyaşlını avtomobil vurdu
04/08/2020 [23:07]:
İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
04/08/2020 [22:49]:
Belarusda saxlanan Rusiya vətəndaşlarının günahı sübut edilməyib - Rusiya XİN
04/08/2020 [22:44]:
Beyrutun xəstəxanaları yaralılarla dolub
04/08/2020 [22:00]:
ÜST tibbi maskanı həmrəylik rəmzi elan etdi
04/08/2020 [21:53]:
Ermənistan parlamentində biabırçılıq: “Dayı” sözünün üstündə kütləvi dava düşdü - VİDEO
04/08/2020 [21:50]:
Livandakı partlayışda ölənlərin sayı artıb - FOTO/VİDEO
04/08/2020 [21:13]:
Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub
04/08/2020 [21:11]:
Şahin Mustafayevlə İranın İqtisadi İşlər və Maliyyə naziri arasında telefon danışığı olub
04/08/2020 [21:07]:
Livandakı partlayışda 6 nəfər ölüb
04/08/2020 [21:05]:
Bakı metrosu avqustun 31-dək işləməyəcək
04/08/2020 [20:54]:
Çinin uyğurlara qarşı siyasətinə etiraz olaraq “Huawei”lə əməkdaşlığına son qoydu...
04/08/2020 [20:54]:
Kürdəmir sakinindən 29 kq-a yaxın narkotik vasitə götürülüb
04/08/2020 [20:51]:
"Bu lüğət hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir"
04/08/2020 [20:35]:
Beyrutda pirotexniki maddələr anbarında dəhşətli partlayış - ANBAAN VİDEO
04/08/2020 [20:32]:
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
04/08/2020 [19:43]:
Çinin aparıcı həkimləri Azərbaycana gəldi - FOTOLAR
04/08/2020 [19:26]:
9 illik orta təhsil bazasından xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat uzadılıb - YENİLƏNİB
04/08/2020 [19:25]:
Əkin sahələrindəki zərərli orqanizmlərə qarşı kimyəvi dərmanlama aparılıb
04/08/2020 [19:22]:
Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04/08/2020 [19:21]:
Millət vəkili aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərdi
04/08/2020 [19:18]:
ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb
04/08/2020 [19:17]:
Los-Ancelesdə şənlikdə atışma olub
04/08/2020 [19:16]:
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
04/08/2020 [19:14]:
Lukaşenko: “Planetimiz istənilən an “partlaya” bilər”
04/08/2020 [19:12]:
Heydər Əliyev hansı səhvlərini  ETİRAF ETDİ?..- TARİXİ İBRƏT...
04/08/2020 [18:43]:
XİN: BMT BA-nın pandemiyaya həsr olunmuş xüsusi sessiyası davam edir
04/08/2020 [18:42]:
Bu meyvəni yeyin, təzyiqdən xilas olun
04/08/2020 [18:41]:
Samir Şərifov: “Uşaq bağçalarının yemək və kommunal xərclərinə xeyli qənaət edilib”
04/08/2020 [18:38]:
Sərt karantin günlərində 667 nəfər cərimələnib - VİDEO
04/08/2020 [18:37]:
Samir Şərifov: "Qeyri-ərzaq malları mağazalarının fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar veriləcək"
04/08/2020 [18:36]:
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib
04/08/2020 [18:34]:
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılıb
04/08/2020 [18:33]:
Səhiyyə xərcləri artırılır - RƏY
04/08/2020 [18:32]:
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
04/08/2020 [18:30]:
Maliyyə qənaəti Fonda transfertin daha 238 mln. manat azalmasına imkan verib
04/08/2020 [18:17]:
Ağstafada hərbçilər üçün bayram süfrəsi - FOTOLAR
04/08/2020 [18:14]:
“Onlar həm bələdiyyə, həm də dövlət torpaqlarını qeyri-qanunu şəkildə mənimsəyiblər”
04/08/2020 [18:02]:
MTRŞ: “Space” telekanalının yayımı 3 saat dayandırılacaq
04/08/2020 [18:01]:
Nazir: “Biz məsələlərə daxili borcun bir qədər artması, xarici borcun azalması kontekstindən baxırıq”
04/08/2020 [17:57]:
"Təhsildə qiymətlərin artırılmasının deyil, endirilməsinin tərəfdarıyam..."
04/08/2020 [17:56]:
Rusiya XİN: Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib
04/08/2020 [17:55]:
De Byazinin köməkçisi: "Ayda 10 gün Azərbaycanda işləyəcəyəm"
04/08/2020 [17:46]:
“Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik” -Şəhid anası...
04/08/2020 [17:35]:
"Çimərliklərə icazənin verilməsini lağa qoymaq cahillikdir"
04/08/2020 [17:30]:
"Buranı partlatmayın, yoxsa Vladivostoka qədər alışacaq..." - Lukaşenko Rusiyanı yanğınla hədələdi
04/08/2020 [17:24]:
Azərbaycanda koronavirusa yeni 226 yoluxma faktı qeydə alınıb - 5 nəfər vəfat edi
04/08/2020 [17:20]:
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər”
04/08/2020 [17:06]:
Paşinyan silah şöbəsinin rəisindən keçmiş “baş çekist”ə qarşı istifadə etmək niyyətindədir
04/08/2020 [16:47]:
“9 avqustdan sonra Lukaşenko yenidən öz prezidentliyini elan edəcək və ...”
04/08/2020 [16:26]:
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB
04/08/2020 [16:22]:
İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb
04/08/2020 [16:20]:
Prezidentdən məktəb-liseyin yenidən tikilməsi ilə bağlı SƏRƏNCAM
04/08/2020 [16:19]:
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
04/08/2020 [16:18]:
Çimərliklərdə monitorinqlər keçirilib
04/08/2020 [16:16]:
Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur... - FOTOLAR
04/08/2020 [16:06]:
"Rafiq yeganə aparıcıdır ki, onu 2 dəfə mərkəzi televiziyaya aparıcı olmağa dəvət ediblər"
04/08/2020 [15:50]:
DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA
04/08/2020 [15:45]:
"İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub"
04/08/2020 [15:43]:
AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib
04/08/2020 [15:10]:
“Bakıda yaşıllıqların artırılmasına o qədər ehtiyac var ki...”
04/08/2020 [15:07]:
Masallı sakini tiryəklə tutuldu - VİDEO
04/08/2020 [15:06]:
Göygöl sakini arı sancmasından öldü
04/08/2020 [15:03]:
“Bir neçə gün öncə zəng vurdum telefona cavab vermədi, sən demə...”
04/08/2020 [15:01]:
Lukaşenko Belarus xalqına müraciət edib - VİDEO
04/08/2020 [15:00]:
"O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə elə bir psixoloji əlaqə yarada bilirdi ki..."
04/08/2020 [14:59]:
İdmançımız dünyanın 20 ən güclüsü siyahısında
04/08/2020 [14:36]:
İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib
04/08/2020 [14:27]:
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
04/08/2020 [14:26]:
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
04/08/2020 [14:22]:
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - FOTO
04/08/2020 [14:19]:
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
04/08/2020 [14:18]:
Masazır qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
04/08/2020 [14:16]:
Tanınmış ilahiyyatçının qızı dünyanın nüfuzlu universitetinə qəbul olundu...
04/08/2020 [13:51]:
Ağsaqqalların yeri dolmur...
Bütün arxiv bir sırada
20/10/2019 [22:25] - Cəmiyyət - ( 1044 dəfə baxılıb)

"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib - FOTO



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya günü münasibətilə "Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirlik rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəl Horadiz şəhərinə gedərək xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına qızılgüllər düzüblər.

Qonaqları salamlayan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz qəsəbəsinin və rayonun 22 yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsində unudulmaz öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri olduğunu nəzərə çatdıraraq bildirib ki, 1993-cü ilin payızında ulu öndərin bölgəyə gəlişi, ön səngərlərdə hərbçilərlə görüşü onlarda yüksək döyüş ruhu və  yüksək vətənpərvərlik, qələbəyə inam hissi aşılaması sayəsində dekabr ayının sonlarında işğal olunmuş ərazilərin azad edilməsi uğrunda hücuma keçən igid oğullarımız 1994-cü ilin ilk yanvar günlərində Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsini azad etmiş və ümumilli liderimizin rəhbərliyi altında bu kəndlər yenidən qurularaq, hər cür infrastruktur yaradılaraq qaçqınlar öz doğma yurdlarına geri qayıtmışlar. A.Alıyev vurğulayıb ki, Horadiz qəsəbəsinin azad edilməsi ulu öndərin adı ilə bağlıdırsa, bu yaşayış məntəqəsinin daha da inkişaf etməsi və qəsəbəyə şəhər statusunun verilməsi dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Möhtərəm prezidentimizin dəfələrlə qeyd etdiyi kimi biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, ordumuzun gücünü və Heydər Əliyev siyasətinin təntənəsini görürük.

Horadiz şəhəri ilə tanışlıqdan sonra tədbir iştirakçıları Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək ehtiramlarını bildiriblər. Burada qeyd olunub ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra bir çox strateji yüksəkliklər, eləcə də Lələtəpə zirvəsi düşmənlərdən azad edilərək ərazi tam nəzarətə götürülmüş və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndində quruculuq, abadlıq işlərinə başlanılmış və yaşayış məntəqəsi sözün həqiqi mənasında kül altından boy ataraq müasir bir kəndə çevrilmişdir.

Qonaqlar işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini ifadə edərək Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyayma avtomobilindən səsləndirilən "Aprel zəfəri" marşının sədaları altında Cocuq Mərcanlıya doğru irəliləyiblər. Kəndə gedən yolun sağ və sol tərəflərində hər bir şəhidin xatirəsinə əkilmiş çinar ağacları artıq qol-budaq atıb, pambıq sahələri üzə gülür, kənd gül-çiçəyə qərq olub. Sakinlər əmin-amanlıq içində firavan yaşayır, əkib-becərir. Şagirdlər isə ən müasir məktəbdə təhsillərini davam etdirirlər.

Kəndin mərkəzində salınmış "Qayıdış parkı"nın qarşısında qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin rəhbərliyi qarşılayıb. İcra başçısı Kamal Həsənov kulinariya işçilərini, həmçinin Azərbaycan Ordusunun bu sahədə çalışan əməkdaşlarını Beynəlxaq Kulinariya Günü münasibətilə təbrik edib. Cocuq Mərcanlının tarixindən, birinci Qarabağ müharibəsi zamanı tamamilə bu kəndin dağıdılmasından, viran edilməsindən, əhalinin doğma yurd-yuvalarından məcburi qaçqın düşməsindən, bu yerlərdə gedən qanlı döyüşlərdə neçə-neçə əsgər və hərbçimizin şəhid olmasından, itkin düşməsindən, 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya qayıtmasından danışaraq ölkə rəhbərinə bütün cəbrayıllıların minnətdarlığını bildirib.

Kütləvi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani proqramı elan edib və onun bələdçiliyi ilə Cocuq Mərcanlıda "Xalqla Ordu əl-ələ" kütləvi vətənpərvərlik bayramına start verilib.
 Oğuz elinin ağsaqqalı Dədə Qorqud Azərbaycan xalqına birlik, həmrəylik, ordumuzun döyüşçülərinə, xalqımıza tezliklə yeni-yeni qələbə müjdələri gətirməyi arzulayıb.
 Dədə Qorqud alqışları "Qayıdış" parkında əks-səda verib: "Kölgəlicə qaba ağacınız kəsilməsin! Çapaçapda ağ bədöy atlar büdrəməsin! Heç kəsi namərdə möhtac olmasın!

Məclislərinizdə çalıb-çağıran ozan olsun! Gura axan çaylarınız qurumasın! Uca dağlarınız yıxılmasın! Yeməyiniz isti, suyunuz sərin olsun! İgidlərimiz, ərənlərimiz baş sərkərdənin rəhbərliyi altında yolumuzu gözləyən cənnət Qarabağımızdan  zəfər müjdələri gətirsin! Köçən ellərimiz tezliklə doğma yurd yerlərinə qayıtsın! Amin!" "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub.
Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi "Azərbaycan mətbəxi" kitab sərgisində dünya şöhrətli kulinarımız, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, şöhrət ordenli Tahir Əmiraslanovun kitabları sərgilənib. Onun uzun illərdir ki, hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirməyə çalışan ermənilərlə mübarizəsindən və həmişə də qalib çıxmasından söhbət açılıb. Tahir Əmiraslanovun müəllifi olduğu kitablardan ibarət bağlamalar hədiyyə edilib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri nümayiş olunub. Elan olunub ki, birazdan Azərbaycan kulinarlarının əsgərlərə hədiyyələri, bağlamalar, xonçalar döyüş mövqelərinə də göndəriləcək.

Müdafiə Nazirliyi Ərzaq xidmətinin eləcə də, bölgənin müdafiəsində dayanan hərbi hissənin təşkil etdiyi sərgidə qələbəlik yaşanıb.
Polkovnik-leytenant Vüqar Abdullayev “Əsgər payı” guşəsində ordumuzun şəxsi heyətinin ərzaq təminatından danışaraq müxtəlif çeşidli məhsullar haqqında məlumat verib. Qonaqlar Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrin əsgər yeməkxanalarında şəxsi heyətlə bir süfrə ətrafında nahar etdiyini, yaradılan şəraitlə tanış olduğunu əks etdirən fotomateriallar təqdim edilib. Ordunun məşhur və peşəkar aşpazlarından olan Ədilxan Məmmədovun hazırladığı 10-dan çox un və qənnadı məhsulu, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməklərinin, “Şah plov”un tədbir iştirakçıları dadına baxıblar.

Azərbaycan Ordusu aşpazlarının beynəlxalq müsabiqələrdə qazandığı mükafatlar, kuboklar, prizlər, medallar, diplomlar nümayiş olunub. Yarışların iştirakçıları Beynəlxalq Ordu Oyunlarından Vətənə həmişə uğurla qayıtdıqlarını bildirib və bu il də Azərbaycanın hərbi aşpazlarının beynəlxalq müsabiqədə qalib 4 komanda içərisində yer aldığı məlumatı verilib.

Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında İmadəddin Nəsiminin, Babəkin, Cavanşirin, Əmir Teymurun, Qaçaq Nəbinin, Həcərin və digər şəxsiyyətlərin obrazları canlandırılıb. “Arşın mal alan”, “O olmasın, bu olsun” milli filmlərimizin qəhrəmanları əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin təqdim olunduğu guşələrdə əsl canlanma olub. Bölgənin müdafiəçiləri ilə ictimaiyyət nümayəndələri bir süfrə arxasında çörək kəsib, çay içib, cəbhəyanı bölgənin bağlarının payız barından tutulmuş meyvə xonçalarına heyran qalıblar.

Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstəriblər. Bakıdan gəlmiş “Səma” rəqs ansamblının üzvlərinin ifa etdikləri “Azərbaycan” süitası, “Sarı gəlin” rəqsi, “Türk yallı”sı alqışlarla qarşılanıb.

Parkın anfiteatrında davam edən kütləvi vətənpərvərlik bayramı qala konserti başlamazdan öncə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub.

“Qarabağ Azərbaycandır” ədəbi musiqili xoreoqrafik kompozisiyası təqdim olunub. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha bayram iştirakçılarını salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə rəhbərliyinə, şəxsən dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətlərinə görə minnətdarlıq edib. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin bütün xalq tərəfindən dəstəkləndiyi qeyd olunub.

Zabit polkovnik Elşad Əbilov ordu ilə xalqın birliyindən danışaraq əbədiyaşar Ali Baş Komandan, unudulmaz Heydər Əliyevin məşhur bir kəlamını xatırlayıb: “Ordu ilə xalqın birliyi həm xalqın gücünü artırır, həm də ordunu daha da qüdrətli edir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri ordu ilə xalqın sağlam, mənəvi birliyini yaratmaqdan ibarətdir”. E.Əbilov sağlam mənəvi birliyin bu gün daha da möhkəmləndiyini, genişləndiyini bildirərək “Biz bu birliyi 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha gördük, hiss etdik. Aprel döyüşləri dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın isə birliyini, həmrəyliyini göstərdi”, - deyib.
Polkovnik E.Əbilov Ali Baş Komandanı, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı bütün şəxsi heyət adından, Vətən müdafiəçiləri adından bir daha əmin edib ki, Azərbaycan əsgəri bundan sonra da ölkənin müdafiəsində mərdliklə dayanacaq, işğal altındakı digər torpaqların da azad edilərək respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün qarşıya qoyulmuş istənilən əmr və tapşırığı qanı və canı bahasına olsa belə yerinə yetirəcəkdir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov cəbhəyanı bölgədə gördüklərindən qürur duyduğunu vurğulayaraq, bütün bu inkişaf, tərəqqi üçün müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əydiyini, müdrik prezidentimiz, qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevə bütün xalqımız kimi milli kulinarlarımızın adında dərin minnətdarlığını bildirib.

T.Əmiraslanov dünəndən hərbi hissələrdə olduğunu, əsgərlərlə bir yerdə nahar etdiyini, əsgər yataqxanalarında gecələdiyini, şəxsi heyətlə görüşdüyünü, Azərbaycan Ordusunun baş aşpazları ilə usta dərsləri keçirdiyini bildirərək, hərbi hissələrdəki nizam-intizamdan, yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək səviyyədə olduğundan, əsgər yeməkxanalarının restoranlardan, şadlıq evlərindən heç də fərqlənmədiyindən, əsgərlərin qidalanmasının çox yüksək səviyyədə təşkilindən, Azərbaycan əsgərinin sayəsində cəbhəyanı rayonların əhalisinin əmin-amanlıq, sabitlik şəraitində yaşamasından böyük həvəslə danışıb və bu gün hər kəsi orduya mənəvi dayaq olmağa “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı altında daha da sıx birləşməyə səsləyib. 1993-cü ildə dağıdılıb viran edilməsinə baxmayaraq bir anda olsun Cocuq Mərcanlı kəndinin tərk etməyən və bu xarabalıqlar içərisində yaşayaraq doğma kəndinin bugünkü təntənəsinə bəlkə də hamıdan çox sevinən, Azərbaycan Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oktay Həziyev bütün cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Ordusunun güc və qüdrətinə heyran qaldığını bildirib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının geniş və rəngarəng konsert proqramı alqışlarla başa çatıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı məscidində  Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Din xadimləri dualar oxuyub, ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. Döyüş mövqelərinə bayram sovqatları, meyvə və şirniyyatlarla dolu xonçalar göndərilib. Bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açılıb. Kül altından boy ataraq ən müasir yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Ordu xalqla əl-ələ” kütləvi-vətənpərvərlik bayramı xalqla ordunun sağlam mənəvi birliyinin təntənəsinin nümayişinə çevrilib.





loading...
“Bəzi məmur və deputatlar orta-ağır vəziyyətdə reanimasiyadadırlar..."
"190 manatı işsizlərə və aztəminatlara çox görən hökümət nə etdiyinin fərqində deyil..."
DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...
50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq edilə bilər...
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Beyrut partlayışında erməni baş katib öldü
Cəmiyyət
“Onlar həm bələdiyyə, həm də dövlət torpaqlarını qeyri-qanunu şəkildə mənimsəyiblər”
Cəmiyyət
“Bir neçə gün öncə zəng vurdum telefona cavab vermədi, sən demə...”
Cəmiyyət
Tanınmış ilahiyyatçının qızı dünyanın nüfuzlu universitetinə qəbul olundu...
Cəmiyyət
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
Yazar
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
İlham İsmayıl
Moskva Paşinyanın yerinə adamını tapdı...
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb...”
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247