Fransada Ermeni Nouvelles d'Arménie qəzetinin redaksiyasına basqın edilib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə media və ictimaiyyəti məlumatlandıran sözügedən qəzetin baş redaktoru Ara Toranyan, basqın əsnasında 3 kompüterin oğurlandığını bildirib. O, qeyd edib ki, həmin kompüterlərdə “gizli məlumatlar” mövcud olub. Lakin o, redaksiyaya məxsus kompüterdə hansı “məxfi məlumatların” mövcud olması ilə bağlı əlavə açıqlama verməyib.
Erməni baş redaktor sözügedən basqına görə dolayısı ilə türkləri ittiham edib. O, bu basqını Parisdə türklərə qarşı keçirilən aksiyalarda iştirak etməsi ilə əlaqələndirib.
Məlumat üçün qeyd edək ki, qəzet redaksiyalarına basqınlar və terror hücumları təşkil etmək ermənilərə məxsus bir ənənədir. Odur ki, bu dəfəki hadisənin də elə ermənilərin özü tərəfindən planlaşdırılan, türkləri gözdən salmağa hesablanan bir olay olması ehtimalı son dərəcədə böyükdür.
Seymur ƏLİYEV