Ermənistanda kilsənin hər zaman terror və təcavüz aktlarını müdafiə etdiyi, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəklədiyi hər kəsə bəllidir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə kilsə və erməni ordusu daha bir əcaib yeniliyə imza atıb.
Belə ki, kilsədə hərbi kursantların andiçmə mərasimi
keçirilib. Keşişlərin nəzarəti altında “erməni qəhrəmanlarının layiqli
davamçısı olmağa” and içən Sarkisyan adına Hərbi Universitetin kursatnları, “vətəni
qorumağı müqəddəs iş hesab edəcəklərinə” söz veriblər.
Tədbirdən sonra kilsədə
şam yandıran erməni hərbçiləri dini ayin icra ediblər.
Xatırladaq ki, Qarabağ
müharibəsində də erməni kilsəsi aktiv iştirak edib, mülki insanlara qarşı həyata
keçirilən zorakılıqları dəstəkləyib, xeyli sayda cinayətə imza atıb.
Seymur ƏLİYEV