Bu günlərdə ermənilər və ermənipərəst qüvvələr Ziya Bünyadov və Azərbaycan tarixi ilə bağlı Avropada yalan və böhtan dolu cild-cild kitablar çap etdirib. Hansı ki, həmin kitablarda Z.Bünyadiv və tariximizlə bağlı cəfəng məlumatlar yer alır. (//www.moderator.az/news/294168.html)
Avropada düşmən qüvvələrin Azərbaycan tarixi və tarixçilərinə qarşı açdığı bu savaşa ölkəmiz tərəfindən layiqli cavab verilməlidirmi? Avropada və dünyada erməni yalanlarının ifşası istiqamətində daha ciddi və sistemli addımların atılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu istiqamətdə ciddi addımlar atmağın vacibliyini vurğuladı:
“İstər Avropada, istərsə də ABŞ-da erməni yalanları barədə ətraflı məlumatlar vardı. Bu yaxınlarda sabiq ABŞ Prezidenti Ronald Reyqanın köməkçisinin də müsahibəsi yayıldı. O, erməniləri qatil adlandırdı və bildirdi ki, iki milyon türkü qətlə yetiriblər. Bundan qəzəblənən ermənilər Avropada çoxlu pul xərcləyərək bəzi “alimciyəzləri” qabağa verirlər. Bu axmaqlar da erməni hiyləsinin qurbanlarına çevrilirlər. Çünki bütün Avropa Ziya Bünyadovun necə tarixçi olduğunu bilir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu erməni yalanlarını nəinki Avropada, o cümlədən Amerikada arxiv sənədləri əsasında faş etmişdir. İnstitutumuzun nəşr etdiyi “İrəvan tarixi” səkkiz dildə nəşr olunub bütün dünyaya yayılmışdır. Qarabağla, İrəvanla, Zəngəzurla, Göyçə ilə bağlı kitablar bir çox ölkələrdə nəşr olunmuşdur. Ermənilərin qatil sifəti bütün dünyada ifşa olunmuşdur. Qafqaza gəlmə olan ermənilərin saxta tarix yaratdıqları artıq hamıya məlumdur. Buna görə də daha da həyasızlaşır və özlərini biabır edirlər. Avropada erməni yalanları artıq keçmir. Biz bu istiqamətdə işləri daha da artırmalıyıq. Bu qatil millətin iç üzünü bütün dünya dərindən tanımalıdır. Bunları bu əməllərinə görə artıq beynəlxalq məhkəməyə vermək lazımdır. Dünyada bunlar qədər şərəfini itirmiş ikinci millət yoxdur. Bunlar oğru və qatildirlər. Bu oğru və qatillərin Avropadakı ələ aldığı adamlar da ifşa olunmalıdır. Bu mənada fəaliyyəti daha da artırmalıyıq”.
Seymur ƏLİYEV