Tünzalə Ağayeva: " Reytinqli verilişlərdə səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram"
Müsahibə
Oxunub: 1141
22 Oct 2019 | 09:50
Tünzalə Ağayeva:
Modeator.az xalq artisti Tünzalə Ağayevanın oxu.az-a müsahibəsini təqdim edir:

- Dünən Xalq artisti adına layiq görüldünüz. Təbrik edirik. Təəssüratlarınızı bölüşün...

- Sevincimin həddi-hüdudu yoxdur. Çox sevincli və qürurluyam. Doğum günümdə belə  bir hədiyyə almağım qürurvericidir. Çünki 43 yaşımda  prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım.

Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəmdə qalacağam. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin etimadını doğruldacam.

2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin.

Dəyərli həmkarlarımı da təbrik edirəm. Əzizim Röya və Miri Yusif də milyonlarla sevəni olan sənətçilərimizdir. Onlara uğurlar arzu edirəm. Hər zaman xoş xəbərlərini eşidək.

- Son vaxtlar yalnız seçmə proqramlara və jurnalistlərə açıqlamalar verirsiniz. Hətta sizi yalnız bir və ya iki proqramda görürük. Bunun səbəbi nədir?

- Efirlərdəki proqramlar daha yaxşı səviyyədə və maraqlı olsa, çıxa bilərəm. Kiminsə gözündə yaxşı olan mənim gözümdə pis ola bilər. Daha çox intelektuallığın və savadlı mövzuların tərəfdarıyam. Özüm əyləncə sahəsinin nümayəndəsi olsam da, əyləncənin və maqazin proqramlarının daha keyfiyyətli olmasının istəyirəm.

Reytinqli verilişlərin çoxunda səviyyəsizliyi, ucuz söhbətləri görəndə utanıram. İstəsəydim, bütün gün televiziyalarda, şoularda, yarışma proqramlarında olardım. Kimlərəsə söz atıb, söz qəbul edərdim. İstəsəydim, öz adımı tamamən qara piar üstündə qurardım. Amma bu mənə lazım deyil.

Tovuzda yaşamağıma baxmayaraq, peşəkar insanlardan dərs almışam. Tovuzda yaşamağım heç də intellektimin fərqli olması anlamına gəlmir. Əksinə, həmişə öz dünyagörüşümlə kimsədən geri qalmamışam. Seçimlərimə cavab verməyən yerlərə getmirəm. Hər şeydə seçici insanam. Amma bunu yanlış başa düşürlər.


- Həm ifanız, həm də imic baxımından digər müğənnilərdən fərqlənirsiniz. İndi Avropa standartlarına cavab verən ifaçıların azlıq təşkil etməsi nədən asılıdır?

- Hesab edirəm ki, onların sayı az deyil. Sadəcə, onlar çox gənclərdir. Hazırda gündəmi tutmaq çətindir. Amma bunu bacaran xeyli istedadlı gənclərimiz var. Arxalarında şirkətlər olmasa, onları heç kim tanımayacaq. Onlar tək inkişaf edə bilməz.

Həmçinin, bizim Elçin Əzizov, Sevda Ələkbərzadə, Azər Zeynalov, Samir Cəfərov, Alim Qasımov kimi beynəlxalq səviyyədə tanınan sənətkarlarımız var.


- Dəstək olduğunuz gənclər olub?

- Bir çox gənclərə hansısa formalarda dəstək olmuşam. Məsələn, Samirə Əfəndi, Ruslan Alışanov, Tofiq Hacıyev, Nərmin Kərimbəyova, Ləman Dadaşova və Surə bu siyahıya daxildir. Onlarla işləyən zaman həmişə bir şeyə üzülmüşəm ki, kaş işbirliyimiz davam edəydi.

Çalışmışam ki, əlimdən gəldiyi qədər gənclərə kömək edim. Bundan sonra da edəcəm. Tünzalə Ağayeva olaraq gələcəkdə varlı prodakşınım olsa, həmin gənclərlə işləyərəm.   

- Nəsimi ili ilə bağlı yeni layihəniz olacaq?

- Doqquz il əvvəl Nəsimi ilə bağlı layihəm olmuşdu. Nəsimi bizim həyatımızda hər gün olmalıdır. Biz ağıllı, zövqlü, sağlam təfəkkürlü, düşüncəli cəmiyyət və insan olmaq istəyiriksə, bizə töfhə verən ədiblərimizi sadəcə kitabda, tədbirlərdə, dərslərdə yada salmamalıyıq. Onlarla bağlı proseslər daima həyatımızda olmalıdır. Ədiblərimiz bizi daima tərbiyə edən dəyərlər, toxunuzmazlar, müqəddəslərdir. Nəsimi daima yaddaşlarda yaşamalıdır. Bu bizim qan yaddaşımızdır.  


2009-cu ildə ilk dəfə “Dua”nı oxumuşam. O, Nəsiminin iki qəzəli əsasında hazırlanmış bir kompozisiyadır. O zaman mən heç bir piarı, reytinqi fikirləşmirdim. Şükür edirdim ki, Nəsimi kimi müqəddəs insanın əsərindən uğurlu bir mahnı alındı.

İnanın ki, zaldakıların ən az 500 nəfəri duyğulanmışdı. Çünki peşəkarlığıma əsaslanaraq düzgün və layiqli formada yanaşma ilə bir işi görürəm. Öncə hər şeyi komandamla analiz edirik. Halbuki mən bu gün elə yerdəyəm ki, ən bəsid şeyi tamaşaçıya mükəmməl şəkildə təqdim edə bilərəm. Amma heç vaxt bundan sui-istifadə etmirəm. 

Bu il “Dua”nı yenidən səsləndirdik.


- Mahnı bəstələmək, yoxsa ifa etmək sizi daha çox özünə cəlb edir?

- İkisi bir yerdə doğulub. Mahnılarımı bəstələməyimə Səməd Vurğun, Əliağa Vahid qəzəlləri təkan verirdi. Öz ana dilimə aşiqəm. Dili və şeiriyyatı sevmək məni musiqiyə gətirib çıxardı. Hər hansı mahnı bəstələyəndə müğənni olacağımı qarşıma məqsəd qoymurdum. Amma özümü səhnədə görürdüm.

6-7 yaşında öz tamaşaçılarım var idi. Anam həmişə deyirdi ki, sən uşaq kimi yox, artıq özünü püxtələşmiş bir insan kimi təqdim edirsən. Nə vaxtsa oxumağı buraxsam, bəstəkarlığımı dayandırmaq istəmərəm.


- Hazırda ən bahalı müğənnilər sırasındasınız. Bununla razılaşırsınız?

- Sırf kommersiya nöqteyi-nəzərindən belə də olmalıdır. İnsan adının arxasında keyfiyyətli 20 il, keyfiyyətli layihələr varsa, bu, gözləniləndir. Ad brendləşirsə, belə də olmalıdır. Çünki bir markanın bahalı olmasınında səbəbləri var. Peşəkar tərəfdən düzgün qurulubsa, o, ucuz ola bilməz.

- Müsahibələrinizin birində demisiniz ki, müğənnilərimiz arasında birlik yoxdur. Bir-birinin konsertlərinə getmirlər, layihələrinə dəstək olmurlar. Müğənnilər arasında yaxın dostlarınız var?


- Sənət dostlarımın əksəriyyətini çox sevirəm. Xasiyyətlərini, etdikləri işləri, səslərini sevdiyim müğənnilər var. Onların sayı az deyil. Amma dostluq tamam başqa şeydir.

Sadəcə, onun tərəfdarıyam ki, mədəniyyət bir sənətin, artistin və ya sənətkarın simasında yaşaya bilməz. Hər birimiz özümüzə görə mədəniyyətə töfhə veririk. Heç kim bir-birinin yerini tuta bilməz və yaxud yerindən itələyə bilməz.

- Həyata keçirmək arzusunda olduğunuz hansısa layihə var?

- Bəli, var. Amma hələ ona hazır deyiləm.

- “Instagram” səhifənizdə yalnız iki nəfəri izləyirsiniz...

- Rəqəm mənə heç nə demir. Əvvəllər bir az inciklik olurdu. Amma onları başa saldım. Hətta prodüserimi izləmirəm. Amma onun səhifəsinə baxıram. Bütün işlərimdə olan insanları qeyd edirəm. Əgər eqoist olsaydım, onu da etməzdim. Ona görə də görünən rəqəm mənim üçün əhəmiyyət daşımır. Sosial media kommersiya məkanıdır. Sırf kommersiya məqsədilə nə vaxtsa nəyisə çoxalda, nəyisə azalda bilərəm.


- Demək olar ki, bütün sənətçilər “Maşın” şouda iştirak edib. Amma siz yalnız qonaq qismində qatılırsınız. Şouya qatılmamağınızın səbəbi nədir?

- Mən özümün prodüseriyəm. Öz prinsiplərim və maraqlarım var. O, bir şou olduğu üçün orada rəqabət var. Şoudakı prinsiplər mənim xasiyyətimə uyğun deyil. Mən şounu heç tamaşaçı kimi də izləmirəm. Bunun üçün bir neçə səbəbim var. Orada, həqiqətən, maşına ehtiyacı olan sadə insanlar olsa, bəlkə, baxaram. O şou mənim üçün daha maraqlı olar. Şounun qəhrəmanları daha vacibdir.

Eyni zamanda, mübahisə etməyi, torba tikməyi bacarmıram. Bu günə kimi kimsəyə torba tikməmişəm. Allah mənə hər hansı pis niyyət, məqsədlə yanaşan, planlar quran insanın əl-qolunu bağlayıb. İnan ki, bir çox möcüzələr baş verib.

Oyun insanı deyiləm, maska taxa bilmirəm və yalandan danışa bilmirəm. Mənim üzümə yalandan gülənlər çoxdur. Onların kimliyini bilsəm də, üzlərinə vurmuram. Çünki mənə lazım deyillər.


- Tolik hər dəfə müğənnilərin bir qisminin ikiüzlü olduğunu deyir. Hətta bunu videolarla sübut edəcəyini deyir…

- Həyatda deyil, səhnədə aktyorların tərəfdarıyam. Çox ikiüzlü sənətçilər görmüşəm. Hətta proqramlarda birlikdə qonaq olduğum sənətçilərin belə necə ikiüzlü olduqlarının şahidi olmuşam. Elə hadisələr olub ki, həmin yerdən gülüb ayrılmışam. Onlara yalnız “ayıblar olsun” demişəm. 

- Həmkarlarınız son vaxtlar plastik əməliyyatlara üstünlük verir. Hətta bəziləri etsə belə, bunu gizli saxlayır. Siz plastik əməliyyat etdirmisiniz? 

- Qadın baxımlı olmalıdır. Çirkin deyil, tənbəl qadın var. Az imkanı olan xanımlara baxımsız demək olmaz. Amma qadına verilən beyinə görə o, hər şeydən nəsə edə bilər. Heç bir kosmetoloqa getmədən xanımlar vaxtında baxım edə bilər.  Həmçinin, yuxu, sağlam qidalanmaq lazımdır.

Mən dietoloq vasitəsilə sağlam qidalanaraq lazımsız çəkilərdən xilas oldum. Hərəkətli həyat tərzi keçirmək lazımdır. Beş ildən çoxdur ki, pilates və fitneslə məşğul oluram.

Əgər yaşlandığım zaman üzümün  qırışdığını görsəm və heç nə kömək etməsə, o zaman estetik etdirərəm.


- Geyimlərinizlə başqa müğənnilərdən seçilirsiniz. Geyimləri özünüz seçirsiniz?

- Səhnə geyimlərimdə Gülnarə Xəlilova ilə işləyirəm. Günlük geyimlərim də ona məxsusdur. Mənim bahalı marka geyim təsəvvürüm yoxdur. Geyim insanı tamamlamalıdır. Dəb deyə bir şey var. Amma dəbdən sənə yaraşanı götürürsən.
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT