Xəbər lenti
28/01/2020 [00:38]:
"Zülfüqarovdan və Həsənquliyevdən fərqli olaraq mən bu fikirdəyəm ki..."
28/01/2020 [00:20]:
Koronavirusdan qorunmaq üçün 6 vacib addım: Ümumdünya Səhiyyə Təşkilatı...
28/01/2020 [00:16]:
“Dövlətimiz kimi cəmiyyətimizin də Türkiyə ilə yardımlaşma nümunəsi göstərməsi arzuedilən olar”
28/01/2020 [00:06]:
Putin və Qorbaçov nahar edir... - Nadir foto
27/01/2020 [23:56]:
Ruhani ABŞ-a meydan oxudu
27/01/2020 [23:53]:
Ana yenicə dünyaya gətirdiyi övladını satdı
27/01/2020 [23:52]:
Göygöldə zəncirvari avtomobil qəzası baş verib
27/01/2020 [23:37]:
Qənirə Paşayeva Tovuzun İbrahim Hacılı kəndində yüzlərlə seçici ilə görüşdü - FOTOLAR
27/01/2020 [22:55]:
Məşhur müğənnidən zəlzələ ilə bağlı çağırış: "Özümü saxlaya bilmədim, səssiz olun!"
27/01/2020 [22:52]:
Sabirabadda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdı
27/01/2020 [22:50]:
Rəfael Dadaşov xəstəxanaya yerləşdirilib
27/01/2020 [22:29]:
Çavuşoğlu və Lavrov Suriya məsələsini müzakirə ediblər
27/01/2020 [22:23]:
Qadın prezidentin şəxsi həyatının təfərrüatı: vəkillə yaşayır
27/01/2020 [22:20]:
Dünyanın ən təhlükəli paytaxtı: Şəhərdə hər gün təxminən on nəfər öldürülür
27/01/2020 [22:16]:
"Rusiyadan soruşmaq lazımdır, ki, ay Rusiya, sən vasitəçisən və görürsən ki..."
27/01/2020 [22:12]:
6 rayonun təhsil şöbəsinin müdiri korrupsiya faktına görə işdən qovulub - ETİRAF...
27/01/2020 [22:08]:
Nazir və xanımı maaşını Türkiyədə zəlzələdən ziyan çəkənlərə köçürdü - FOTO
27/01/2020 [22:08]:
Səkkiz il ərzində saçlarına şampun vurmadı, nəticəsi heyranedici oldu - VİDEO
27/01/2020 [22:07]:
Zanbaqlar ölkəsi kənd təsərrüfarı ixracatına görə dünya ikincisi oldu - STATİSTİKA...
27/01/2020 [22:05]:
Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib
27/01/2020 [21:58]:
Azay Quliyev 7-ci mikrorayonda seçiciləri ilə görüşüb - FOTOLAR
27/01/2020 [21:56]:
Dilarə ehtiraslı “İnstagram” şəkli ilə gündəmə gəldi - FOTO
27/01/2020 [21:54]:
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB
27/01/2020 [21:52]:
"Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər"
27/01/2020 [21:32]:
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb - FOTOLAR
27/01/2020 [21:20]:
Rafael Cəbrayılov barədə Zakir Qaralova müraciət edildi – Həbs oluna bilər
27/01/2020 [21:20]:
Hacıqabulda ana doğuşdan sonra ölüb
27/01/2020 [21:17]:
"Ailə qurmayım deyə, kənddən çıxıb getdim" - VİDEO
27/01/2020 [21:13]:
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib
27/01/2020 [20:07]:
"Taliban" Amerikan hərbi təyyarəsini vurdu: Vaşinqtondan ikibaşlı etiraf... + VİDEO
27/01/2020 [20:07]:
Rəşad Mahmudov şəhid anasının qonağı oldu
27/01/2020 [20:03]:
Azərbaycanlı zəvvarlar üçün Həcc bahalaşdı
27/01/2020 [19:59]:
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində müşavirə keçirilib
27/01/2020 [19:49]:
Yol polisi sürücüləri "tələ"yə salır: Görüntülərlə bağlı rəsmi açıqlama - Video
27/01/2020 [19:48]:
““KQB” “yeraz” kəlməsini hələ 1978-ci ildən qondarıb… Bundan məqsəd...”
27/01/2020 [19:43]:
Ağciyər İnstitutunda reanimatoloq yoxdur - BAŞ HƏKİMDƏN AÇIQLAMA
27/01/2020 [19:40]:
Hafiz Haciyev Göygöl rayonunda seçicilərlə görüş keçirib- Fotolar
27/01/2020 [19:35]:
Belarusun Gömrük Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutu ilə Əməkdaşlıq sazişi imzalandı
27/01/2020 [19:34]:
“Danışan əllər” sənədli filminin təqdimatı keçirilib- Foto
27/01/2020 [19:34]:
Bu gün dünyanı 623 il lərzəyə gətirən imperiyanın yaranış günüdür - ŞANLI TARİX...
27/01/2020 [19:32]:
Azərbaycanlıları qanunsuz qeydiyyata alan hostel rəhbərliyi məsuliyyətə cəlb olundu
27/01/2020 [19:23]:
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabının təqdimatı keçirilib
27/01/2020 [19:22]:
Bu universitetin müəllimlərinə töhmət verildi - Daha ciddi tədbirlər görüləcək
27/01/2020 [19:21]:
Bakı metrosunda həyəcanlı anlar - sərnişin özünü qatarın altına atıb
27/01/2020 [19:19]:
Səməd Seyidov: “Avropa Şurası bu gün böhran vəziyyətindədir“
27/01/2020 [19:16]:
Əli Məsimli növbəti görüşünü Cumakənd sakinləri ilə keçirib- Fotolar
27/01/2020 [19:05]:
“Mənə "kaş bir oğlun ola" deyirdilər...” - Dünyanı yasa boğan “Qara Mamba”
27/01/2020 [19:03]:
Ərdoğan Ukraynaya gedir
27/01/2020 [19:01]:
Paşinyan Qarabağ danışıqları zamanı hərdən özünü dəliliyə vurur?
27/01/2020 [18:54]:
İranda güclü zəlzələ olub
27/01/2020 [18:23]:
Qəzəbli kərgədan dəhşət saçdı - QORXUNC... + VİDEO
27/01/2020 [18:14]:
Donan pişikləri isti qəhvə ilə xilas etdi - İBRƏTAMİZ... + VİDEO
27/01/2020 [18:03]:
Leninqradın blokadası qurbanlarını anıldı - FOTO/VİDEO
27/01/2020 [17:57]:
80 yaşlı qadın özündən 45 yaş kiçik kişi ilə evlənəcək: "Həqiqi sevgimi tapdım"
27/01/2020 [17:39]:
Ölümcül virusla bağlı tükürpərdici görüntü yayıldı - QORXUNC... + VİDEO
27/01/2020 [17:13]:
BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb
27/01/2020 [17:10]:
İstefa verən DSK sədrinin yerinə təyinat olub
27/01/2020 [17:09]:
İlham Əliyev Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı
27/01/2020 [17:08]:
Tarix İnstitutu ilə Milli Kitabxana arasında müqavilə bağlanacaq
27/01/2020 [17:05]:
Daha bir erməni Qarabağın təbiəti uğrunda aclıq aksiyasına qoşuldu...-FOTO
27/01/2020 [16:54]:
“Yalan söyləməyin” - Doxsan min adam koronovirusa yoluxub
27/01/2020 [16:47]:
Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatdı
27/01/2020 [16:45]:
Seçkilərlə bağlı “exit poll” keçirəcək ilk təşkilatların adları açıqlanıb - QƏRAR
27/01/2020 [16:42]:
Bakıda xanım sürücüdən qeyri-etik davranış - VİDEO
27/01/2020 [16:32]:
Şəki məhkəməsindən ŞOK: Polisi silahla hədələyəni həbs etməkdənsə evə buraxdı...
27/01/2020 [16:25]:
Vasiflə Xatirə arasında 50 min dollarlıq müqavilə - VİDEO
27/01/2020 [16:21]:
“Şəxsi mənafeyim üçün deyil, xalqın yanında olmaq üçün qələbə qazanmaq istəyirəm”
27/01/2020 [16:12]:
35 min manatlıq qızıl-zinət əşyaları oğurlanan Masallı sakinindən DİN rəhbərinə ŞİKAYƏT
27/01/2020 [16:01]:
Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu
27/01/2020 [15:49]:
Azərbaycana bəzi bölgələrdən diri quş və quş məhsullarının idxalına qadağa qoyulub
27/01/2020 [15:48]:
Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu - RƏSMİ
27/01/2020 [15:30]:
Əvvəl Putinə, indi isə Sisiyə… - Qərar ölkəni qarışdırdı
27/01/2020 [15:27]:
Afiq Axunov seçiciləri ilə görüşləri davam etdirir – FOTOLAR+ VİDEO
27/01/2020 [15:25]:
XXI əsrin EPİDEMİYA BƏLASI: “Quş qripi”, “Donuz qripi”, Ebola, Zika, Koronavirus…
27/01/2020 [15:18]:
Ankarada zəlzələ oldu
27/01/2020 [15:10]:
Baş nazirin turizmlə bağlı qərarı nələri dəyişəcək?
27/01/2020 [15:04]:
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
27/01/2020 [15:01]:
“Barselona” uduzduğuna görə qardaşını öldürdü
27/01/2020 [15:00]:
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər -FOTOLAR
27/01/2020 [14:58]:
Telman İsmayılovun Bakıda həbs edilən qardaşı nəvəsinə ağır cəza verildi
Bütün arxiv bir sırada
23/10/2019 [11:06] - Cəmiyyət - ( 959 dəfə baxılıb)

"Qarabağın qaytarılmasını canlı yayımlayacam" – İrfan Sapmaz



Moderator.az axar.az-a istinadən türkiyəli məşhur jurnalist və hərbi müxbir İrfan Sapmazla müsahibəni təqdim edir:

– Azərbaycanda “Avrasiya” adlı qəzetiniz fəaliyyət göstərirdi. Onun nəşri niyə dayandı?

– Təxminən 12 il Azərbaycanda qaldıq. Bizim Can Azərbaycanımız! Ən yaxşı illərimizi orada keçirdik. “Avrasiya” qəzetində işləyən azərbaycanlı dostlarımız sayəsində qəzetimiz adını ölkə tarixinə yazdırdı. Ancaq təəssüf ki, daha sonra nəşri dayandıraraq, Türkiyəyə dönmək məcburiyyətində qaldıq. Çünki maddi vəziyyətimiz qəzet çıxarmağımıza imkan vermirdi. Üzülərək Azərbaycanı tərk etdik.

– “Avrasiya” qəzetində birlikdə çalışdığınız insanlarla əlaqə saxlayırsınızmı?

– Hazırda yalnız sosial media vasitəsilə ünsiyyətdəyik. Təəssüf ki, sosial mediaya girməyə və dostlarla görüşməyə, danışmağa çox vaxtım yoxdur. Çox sayda mesaj gəlir, amma vaxt məhdudiyyətinə görə onları oxuya bilmirəm. Bəlkə, bir çox dostum cavab vermədiyim üçün məndən inciyib. Ancaq həqiqətən də yüzlərlə mesaja bir-bir cavab verməyə vaxtım yoxdur. Fürsətdən istifadə edərək, sizin vasitənizlə “Avrasiya” və “Hər gün” qəzetlərində çalışan dostlarımıza, qardaşlarımıza ən xoş arzu və salamlarımı çatdırıram.

– Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?

– 2011-ci ildə Azərbaycanı tərk etdim və qayıtmağa vaxtım olmadı. Ancaq ümid edirəm ki, bu ilin sonunda Azərbaycana gəlmək planım baş tutacaq. Çünki doğrudan da Azərbaycan üçün çox darıxmışam. Azərbaycanda baş verən hadisələri yaxından izləyirəm. Çox şeyin dəyişdiyini öyrəndim. Qismət olarsa, gəlib öz gözlərimlə görmək və köhnə xatirələrimi yad etmək istəyirəm.

– SAHA informasiya agentliyini hansı məqsədlə yaratmısınız? Türkiyədə media agentliklərinin bolluğunu nəzərə alsaq, bu agentliyi önə çıxarmağa müvəffəq ola biləcəksinizmi?

– Məqsədimiz jurnalistikaya yeni nəfəs gətirməkdir. Adından da göründüyü kimi, əsl jurnalistləri meydana (türkcə: saha) çıxarıb, işlərindən yararlanmaq istəyirik. Bildiyiniz kimi, dünyanın tək-tük savaş müxbirlərindən biriyəm və öz təcrübəmi bu agentlik vasitəsilə insanlara ötürmək arzusundayam.

– Nəyə görə hərbi müxbirliyi seçdiniz?

– 1983-cü ildə Adanada jurnalistikaya başlamışam. İstanbulun məşhur və təcrübəli jurnalistləri arasında olmaq, uğur qazanmaq asan deyildi. Buna görə də hərbi müxbirliyi seçdim. 1987-ci ildə Əfqanıstana getdim. İllərlə Sovet İttifaqı ilə əfqan mücahidləri arasındakı müharibələri yaxından izlədim. Sonra Azərbaycana gəldim. Hazırda işğal altında olan Azərbaycan ərazilərindəki döyüşləri izlədim. İşğal olunmuş ərazilərinizdə ayaq basmadığım yer qalmayıb.

– Müharibələrin ağrı-acılarını görmüş biri kimi, sizcə, bu savaşları durdurmağın bir yolu varmı?

– Təəssüf ki, bu müharibələri dayandırmağın yolu yoxdur. Çünki ABŞ başda olmaqla, Rusiya, İngiltərə, Almaniya və Fransa kimi dünya nəhənglərindəki müharibə tacirləri milyard dollarlıq silahları sataraq, sərvətlərinə sərvət qatırlar. Bütün savaşlar bu cür təhrik olunur və nəticədə daha çox silah satılır. Dünyada hər zaman müharibə olacaq. Buna görə müharibə müxbiri olaraq, dünyanın ilk müharibə kanalının əsasını qoydum və www.wartv.net veb səhifəsini açdım. Onu 24 saat efirdə olan bir televiziyaya çevirməyi planlaşdırıram.

– Sizi müharibə müxbiri kimi tanıyırıq, amma şəxsi həyatınızla bağlı heç nə bilmirik. Bizə özünüz haqda danışa bilərsinizmi?

– Ən çətin şey insanın özü haqda danışmasıdır. Çünki insan həmişə özünü axtarır. Mən özümü axtarıram, böyük bir axtarış içindəyəm. Buna “sufi yolu” deyirik. İnsan özünü kənarda deyil, yalnız öz içində, öz qəlbində tapa bilər. Mən də onu ürəyimin dərinliyində axtarıram, sufi alimlər onu “Qara dəlik” adlandırır. Bu “qara dəlik”dən keçə bilsəm, istədiyim hədəfə çatacağam. Demək istəyirəm ki, böyük mənəvi sirlərə yiyələnə biləcəm. Müharibə müxbiri olaraq, dünya artıq mənim üçün əhəmiyyət kəsb etmir. Buna görə də qorxmadan müharibəyə gedirəm. Mən cəbhələrdə bombalar altında, mərmi yağışının ortasında işləməliyəm və ölüm qorxusunu dəf etməliyəm. Çünki harda olursansa-ol, ölüm gəlib səni tapacaq. Bunun üçün müharibənin içində olmaq lazım deyil. Buna görə də sufi alimlər “ölmədən öncə ölün” deyirlər. Yəni ölmədən öncə ölməyi bacarmaq lazımdır. Bu, əlbəttə ki, fiziki ölüm deyil, mənəvi ölümü dadmaqdır.

– Xocalı soyqırımını dünyaya təqdim edən ilk jurnalistlərdənsiniz.

– Mən azərbaycanlı dostum Ağası Hunla Ağdamda olduğum zaman Xocalıda bir qırğın olduğunu öyrəndik və oraya gedərək, yaşananların fotoşəkillərini, videolarını çəkib, dünyaya çatdırdıq. Ancaq təəssüf ki, hələ də Xocalı soyqırımını dünyaya lazımı qədər çatdıra bilməmişik.

– Türkiyədəki media orqanları, vətəndaş cəmiyyətləri Qarabağla bağlı çox az məlumata sahibdirlər. Hətta Qarabağı erməni torpağı hesab edənlər də var. Qardaş ölkədə Azərbaycanla bağlı bu məlumatsızlığın səbəbləri nədir?

– Bu mənada həm Azərbaycan, həm də Türkiyə mediası olaraq təəssüf ki, üzərimizə düşənləri tam olaraq yerinə yetirə bilmədik. “CNN Türk”ün koordinatoru olduğum 1,5 illik müddətdə Türkiyə televiziyalarında Azərbaycan və Qarabağ xəbərlərini yayımlayırdım. Şöbə müdirlərinə tapşırmışdım ki, Azərbaycanla bağlı hər hansı bir xəbər gələrsə, mütləq mənə məlumat verib, televiziyada işıqlandırsınlar. Ancaq Türkiyə mediası olaraq, bu mövzuda tam uğur qazandığımızı deyə bilmərik.

– Müharibə müxbiri olaraq, sizin fikriniz bizim üçün maraqlıdır. Sizcə, Azərbaycan Qarabağ savaşında qalib gələ biləcəkmi?

– Müharibə müxbiri kimi yubileyimi qeyd etmək istədiyim yer, şübhəsiz ki, Qarabağdır. Qəhrəman Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əsgərləri ilə polad dəbilqəmi geyinərək, Qarabağın qaytarılmasını canlı yayımla dünyaya çatdırmaq istəyirəm. Və bunun olacağına inanıram. Yetər ki, buna təkcə mən yox, hamımız inanaq. Azərbaycan Ordusunun əsgərlərinin böyük təlimlər keçərək, peşəkarlaşdıqları ilə bağlı məlumatlar əldə edirəm. Bir gün televiziyada Azərbaycan Ordusu haqqında böyük bir proqram və ya sənədli film çəkmək istərdim. Sizin vasitənizlə Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə salam və hörmətimi yollayıram.

Koronavirusdan qorunmaq üçün 6 vacib addım: Ümumdünya Səhiyyə Təşkilatı...
Qəzəbli kərgədan dəhşət saçdı - QORXUNC... + VİDEO
Donan pişikləri isti qəhvə ilə xilas etdi - İBRƏTAMİZ... + VİDEO
80 yaşlı qadın özündən 45 yaş kiçik kişi ilə evlənəcək: "Həqiqi sevgimi tapdım"
Ölümcül virusla bağlı tükürpərdici görüntü yayıldı - QORXUNC... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Səkkiz il ərzində saçlarına şampun vurmadı, nəticəsi heyranedici oldu - VİDEO
Cəmiyyət
35 min manatlıq qızıl-zinət əşyaları oğurlanan Masallı sakinindən DİN rəhbərinə ŞİKAYƏT
Gündəm
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
Müsahibə
“Mir Şahin dedi ki, ərizənin üstünü hələ də yazmamışam, ürəyim gəlmədi...” -ANS-in keçmiş müxbiri...
Dünya
Gənc müsəlman xanım Hindistan tarixində dönüş etdi...- FOTOLAR
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247