Xəbər lenti
22/11/2019 [12:17]:
Ermənistanın sabiq deputatı saxlanıldı
22/11/2019 [12:12]:
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
22/11/2019 [12:08]:
"Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"
22/11/2019 [12:00]:
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
22/11/2019 [11:58]:
Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi
22/11/2019 [11:56]:
“Maşınım bərbad vəziyyətdə ikən Ağdam, Tərtərə görüşə getməyə çatdırmazdım, ona görə də..."
22/11/2019 [11:49]:
Deyəsən hökumət Cənub zonasından əlini üzüb... - ACINACAQLI STATİSTİKA
22/11/2019 [11:47]:
Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI
22/11/2019 [11:45]:
“İcra başçısı söz verdi ki, oxuduğu məktəbi Həsən Məmmədovun adına verəcək...”
22/11/2019 [11:41]:
Pərviz Şahbazov: "AÇG-dən indiyədək 496 mln. ton neft hasil edilib"
22/11/2019 [11:31]:
"İslahatlar dövlət idarəçiliyi sistemində mükəmməl motivasiya sisteminin qurulmasından xəbər verir"
22/11/2019 [11:21]:
Deputat Bakıda anoloqu olmayan toy təşkil edir: Qadınlara giriş qadağandır...
22/11/2019 [11:19]:
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
22/11/2019 [11:18]:
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
22/11/2019 [11:12]:
Fantastik filmlər real oldu: Ölünü diriltdilər - Elmdə inqilab...
22/11/2019 [11:05]:
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
22/11/2019 [11:02]:
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”
22/11/2019 [11:01]:
"İslahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə xələl gətirə bilməz"
22/11/2019 [11:01]:
Bu rayonlarımıza ilk qar yağdı - FOTO
22/11/2019 [10:58]:
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
22/11/2019 [10:55]:
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
22/11/2019 [10:51]:
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
22/11/2019 [10:47]:
Bələdiyyə seçkilərində namizəd olmaq üçün - Son gün
22/11/2019 [10:43]:
Məhkum anası TSEK-dən şikayətçidir: "Bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur"
22/11/2019 [10:31]:
Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb
22/11/2019 [10:30]:
Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır
22/11/2019 [10:29]:
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
22/11/2019 [10:27]:
Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO
22/11/2019 [10:24]:
Rus tankları şəhər döyüşlərinə uyğunlaşdırıldı
22/11/2019 [10:23]:
Baş nazirdən yeni - QƏRAR
22/11/2019 [10:07]:
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22/11/2019 [10:02]:
"Qarabağı qaytaran, rifah içində azad yaşayan xalq özünün millətləşmə prosesini başa vuracaq!"
22/11/2019 [09:20]:
Sərkisyanın Azərbaycandan başqa  heç harda evi yoxdur?..-Fərasətsiz imiş...
22/11/2019 [08:28]:
Müsəlman xanımlar evsizlərə pulsuz nahar verməyə başladı...-İbrətamiz-FOTOLAR
22/11/2019 [07:31]:
Zina ilə dünyaya gələn övlad günahkardırmı?..
22/11/2019 [00:05]:
İzləyiciləri Təranənin yeni imicindən məmnun qaldılar... - FOTO
21/11/2019 [23:25]:
Qənirə Paşayeva Qarabağ əlilləri və əhalinin sağlamlığı ilə bağlı yeni təkliflərlə çıxış etdi...
21/11/2019 [23:20]:
Səni sevməmək günahdır, sən eşqin fövqündə duran insnsan...
21/11/2019 [23:17]:
Timoşenko əvvəlki saç düzümünə qayıtdı - İnqilab gözlənilir?
21/11/2019 [23:10]:
Qadın aldığı xəsarətdən komaya düşdü
21/11/2019 [23:05]:
"Rusiyadan ölkəmizə gələn turistlərin sayı artır, ötən il 900 min rusiyalı Azərbaycanda olub"
21/11/2019 [22:09]:
“Putin zəng elədi, dedim ki...” - VİDEO
21/11/2019 [22:01]:
Sumqayıtda “CinemaPlus” şəbəkəsinin “Nizami” kinoteatrının yeni binasının açılışı olub - VİDEO - YENİLƏNİB
21/11/2019 [21:57]:
Bakıda 12 yaşlı qızı maşın vurdu
21/11/2019 [21:27]:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21/11/2019 [21:22]:
Bitkoin istehsalçısı səhmlərinin satışından 90 milyon dollar qazanıb
21/11/2019 [21:03]:
İlham Əliyev: “Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100%-ə çatıb”
21/11/2019 [21:01]:
"1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı"
21/11/2019 [20:56]:
Dövlət başçısı: "Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir"
21/11/2019 [20:53]:
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib - YENİLƏNİB
21/11/2019 [20:40]:
Hulusi Akar: "15 iyul dövlət çevrilişi cəhdindən sonra 18 minədək hərbçi vəzifədən azad edilib"
21/11/2019 [20:38]:
Özü qürbətdə yaşasa da ürəyi vətənlə döyünür...
21/11/2019 [20:36]:
"Belə çıxır ki, İldırımzadələr bir gənc qızı bədbəxt etməyə qərar veriblər" - ŞİKAYƏT
21/11/2019 [20:28]:
Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik...
21/11/2019 [20:23]:
“Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə...”
21/11/2019 [20:19]:
Milli qəhrəmanımızın xatirəsinə həsr olunmuş “Alı zirvəsi" filminin təqdimatı keçirildi
21/11/2019 [20:19]:
"Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi"
21/11/2019 [20:14]:
Türk konsul amerikalı diplomatı kürsüdən endirdi - VİDEO
21/11/2019 [20:06]:
"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar - VİDEO
21/11/2019 [19:57]:
Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi
21/11/2019 [19:46]:
Rusiya Ankaraya şərtini açıqladı: Su-35 almaq üçün...
21/11/2019 [19:45]:
Ağcabədidə toy karvanında qəza olub, 1 ölü, 6 yaralı -FOTO
21/11/2019 [19:38]:
Yevda Abramov xəstəxanaya yerləşdirildi
21/11/2019 [19:34]:
Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək
21/11/2019 [19:18]:
Canlı yayımda rəzalət - 74 yaşlı ərini duşda aldatdı...
21/11/2019 [19:17]:
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21/11/2019 [19:16]:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAM
21/11/2019 [19:06]:
Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi
21/11/2019 [18:57]:
Timsahlara edilən masaj sosial mediada maraqla qarşılandı - MARAQLI...+ VİDEO
21/11/2019 [18:51]:
YAP-ın 27-ci ildönümündə ADNSU-nun 60 tələbəsi partiyaya üzv olub
21/11/2019 [18:50]:
Tək bədəndə yaşayan siam əkizləri - Daxili orqanları cütdür...
21/11/2019 [18:45]:
Cazibədar aktrisa "Badam göz"lü oldu - Pərvin Abıyevadan daha bir əməliyyat...+ FOTO
21/11/2019 [18:45]:
“Vahid Mustafayevin 20 Noyabr vertolyot faciəsi haqda  verdiyi məlumat yanlışdır...” 
21/11/2019 [18:44]:
Smartfonların kameralarını bağlamaq zamanı gəldi - DİQQƏTLİ OLUN
21/11/2019 [18:42]:
Əgər insan belə olsaydı, avtoqəzalarda sağ qalardı - Alimlərdən qəzaya davamlı icad...
21/11/2019 [18:42]:
Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"
21/11/2019 [18:40]:
Milli Məclis yeni Ombudsman seçəcək
21/11/2019 [18:39]:
Mahir Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
21/11/2019 [18:38]:
Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"
21/11/2019 [18:14]:
1 saata möcüzələr yaradan sənətkarı siz də tanıyın - MARAQLI...+ FOTOLAR
Bütün arxiv bir sırada
23/10/2019 [12:33] - Cəmiyyət - ( 2173 dəfə baxılıb)

Həmişə belə olur...



Ölkəmizin sürətli inkişafını gözləri götürməyən, iqtidarın uğurlarını narahatlıqla izləyən  və qısqanclıqla qarşılayan bir sıra maraqlı xarici dairələr və onların pul kisələrindən birbaşa asılı olan dərnək səviyyəli bəzi müxalifət partiyaları, onların hətta şeytanla da ittifaqa girməyə hazır olan mənsəb və mənfəətpərəst liderləri özlərinin məkrli niyyətlərinə çatmaq üçün insan və vətəndaş hüquq və azadlıqlarını daim manipulyasiya obyektinə çevirir, belə universal bəşəri dəyərləri də gözdən salırlar. Üzdə dinc, xəlvətdə isə zorla "demokratiya ixrac"ında ixtisaslaşmış, müxtəlif "rəngli inqilablar"ın məntiqi nəticəsi olaraq bəlli ölkələri xaos, anarxiya və vətəndaş müharibəsi girdabına yuvarlamış həmin dairələr uğursuz eksperimentləri çoxdandır ki, ölkəmizdə də reallaşdırmaq üçün dəridən-qabıqdan çıxır, bu yolda səsləri virtual aləmdən gələn radikal müxalifət cameəsinin tör-töküntülərini ölkəmizdəki əsas dayaq nöqtələri, "beşinci kalon" kimi formalaşdırmağa, toparlamağa çalışırlar.

Hər iki cəbhənin başbilənləri və azsaylı nümayəndələrinin daha çox mövsümi xarakter daşıyan pozuculuq fəaliyyətlərinin ölkəmiz və xalqımız üçün həlledici, taleyüklü ictimai-siyasi proseslər ərəfəsinə düşdüyünü desək, yəqin ki, yanılmarıq. Müstəqilliyin ilk illərində narazılıq dalğasında hakimiyyəti qəsb etsələr də bir il sonra elə eyni zəmində rüsvayçı şəkildə iqtidardan getmiş AXC-Müsavat cütlüyünün o zamankı təmsilçiləri, bu günün radikal müxalifət cinahının liderləri zaman-zaman guya siyasi fəaliyyətlərinə görə təqib olunmaları, həbsə atılmaları barədə beynəlxalq təşkilatlara, məlum çevrələrə danoslar, raportlar ötürməklə özləri barəsində daim əzabkeş obrazı yaradaraq bunu əsas mövcudluq, həm də yaxşıca qazanmaq vasitəsinə çevirə biliblər, bu yolla öz havadarlarından külli miqdarda pul qoparmağı və silməyi yaxşı bacarırlar.

İstənilən siyasi partiyanın əsas vəzifəsi seçkilərdə iştirak edib, seçici səsləri uğrunda mübarizə apararaq səs qazanıb dövlət idarəçiliyində təmsil edilmək olduğu halda bizim artıq heydən düşmüş, margilnallaşmış, cəmiyyətdə heç bir nüfuzu qalmayan xüsusən radikal müxalifət partiyaları, özünü Milli Şura adlandıran  bədnam qurumda toplaşmış antimilli ünsürlər vaxt-vədə yetişdikdə demokratiyanın əsas postulatlarından olan seçki prosesində iştiraka nədənsə həvəsli görünmür, ya da iştirak edərək biabırçı məğlubiyyətə uğrayıb tamamən iflasa uğramamaq üçün əsas vətəndaş hüquqlarından birindən imtina edirlər, çox vaxt da boykot yolunu tuturlar. Bilərək ki, seçkilərdən müxtəlif bəhanələrlə imtina həmin partiyalarda təmsil olunan vətəndaşların seçib-seçilmək kimi əsas konstitusion hüquqlardan birinin məhdudlaşdırılmasıdır. Amma buna baxmayaraq, radikal müxalifət funksionerləri, xüsusən AXCP və Milli Şuranın başbilənləri hər seçki prosesindən ya az əvvəl, ya da az sonra, ya da ölkəmizin qazandığı müəyyən uğurların ardınca tamamilə aydındır ki, xaricdəki havadarlarından və onların yerli emissarlarından aldıqları sifariş, təlimat əsasında hakimiyyət orqanları ilə ultimativ danışıq üslubu seçərək qanunsuz və qəbuledilməz tələblər irəli sürürlər. Daha çox yaz-payız aylarına təsadüf edən, mövsümi yoluxucu xəstəliklər kimi radikalları sarmış bu saxta, islaholunmaz “mitinqçilik” mərəzi növbəti dəfə özünü bələdiyyə seçkiləri ərəfəsində göstərib.

Son vaxtlaradək əsas işləri əllərindəki trol şəbəkəsi vasitəsilə internet və sosial şəbəkələr üzərindən hakimiyyətin dalınca qeybət etmək, dedi-qodu xarakterli söhbətlər danışaraq vaxtlarını “öldürmək” olan Milli Şuranın rəhbərləri, xüsusən cəbhəçilərin lideri “mühacir” jurnalistikanın “görkəmli” və “yaraşıqlı” təmsilçisi Osmanqızının “Youtube” kanalındakı səhifəsini “şərikinə” işlədirlər. Maraqlı xarici kəşfiyyat dairələrin anti-Azərbaycan layihələrində baş rollardan birini ifa edən xanım Osmanqızının sirli təbəssümü və işvəli sözlərindən, atmacalarından vəcdə gələn, elə yaşadığı mənzildə məşhur bir teletamaşada olduğu kimi, “Əli bəyin studiyasını” açmış Əmirhüseyn kişinin oğlu günün istənilən vədəsində gündəmdəki məsələlərə “hərşeyşünas” ekspert qismində müxtəlif şərhlər verir, xüsusi canfəşanlıqla “xalqın” mitinq, sərbəst toplaşmaq hüququnun özünə qaytarılmasından danışır, buna görə də Bakı Şəhər İcra Hakimiyyətindən başının pozuq dəstəsi ilə ultimativ tərzdə yer ayrılmasını tələb, bu məqsədlə hətta qanunla qadağan olan yerlərdə də aksiyalar keçirilməsində israr edir. Bu aralarda partiya sədrliyindən daha çox videobloger, yaxud sadəcə bloger kimi fəaliyyət göstərən əsas “cəbhəçi”nin eyni prosesləri Yaxın Şərqdə, yoxsa postsovet məkanındakı məlum proseslərdən yararlanaraq idarə edəcəyi şübhəli görünür, çünki adamın bir neçə yüz trolluq atım “barıtı”nın qalması birmənalıdır... 

Əvvəlki təcrübədən də bəllidir ki, xaricdəki himayədarlarının çabaları da daxil olmaqla AXCP, Milli Şura adlı qondarma qurum indiyədək, məsələn, “Məhsul” stadionunda keçirdikləri mitinqlərdə üst-üstə 2-3 mindən çox iştirakçı toplaya bilməmişdir.  Bu səhnə, ələ və sözə baxan, əcnəbi dairələrin əlində aranı qarışdırmaq üçün maşaya çevrilmiş "cəbhəkratiyanı"n nə qədər rəzil və acınacaqlı duruma düşməsinin göstəricisidir.

Sonuncu dəfə paytaxt meriyası bəhanələrini kəsmək, sərbəst toplaşmaq azadlığı mövzusunda radikalların yalanlarını durdurmaq üçün centlmensayağı bir addım ataraq lap elə ŞİH-in qulağının dibində gerçək, şanlı tarixi olan Milli Şura banilərinin xatirəsinə ucaldılmış abidənin qarşısında cari il oktyabr ayının 8-də 50 nəfərlik piketin təşkilinə dair Kərimli və komandasının xahişini nəzərə alıb və razılığını da verib. Lakin qabaqcadan da proqnozlaşdırıldığı kimi, cəbhəçilərin sədri də daxil təşkilatçıların iştirak etmədikləri piketi birincilər şəhərin mərkəzində əslində polis-vətəndaş qarşıdurmasına çevirib, bəlli mərkəzlərə və çevrələrə operativ şəkildə dezinformasiyalar ötürüb, əvəzində bir “molodes” və növbəti təxribat layihələri üçün maddi vəsait almağa ümidli idilərsə də asayişi mühafizə qüvvələrinin aşkar təmkinli, mədəni davranışı və peşəkarlığı, vətəndaşlara həssas münasibəti müəyyən təxribat ssenarilərinin qarşısını aldı. Aksiyaçıların müəyyən qismi, Kərimlinin guya piketi müşahidə bəhanəsi ilə həmin məkana sosial şəbəkə üzərindən çağıraraq əslində mitinq təşkil etməyə çalışdığı, beləliklə də, sonuncuları polis əməkdaşları ilə qarşıdurmaya cəlb etmək istədiyi tərəfdarlarının gücü isə mərkəzdəki zibil urnalarını aşırmağa yetdi.

Həmişə belə olur...Hakimiyyət orqanlarının demokratik prinsiplərə hörmət göstərməsi, qanun və ədalət, humanizm mövqeyindən çıxış etməsi qarşı tərəfdə nədənsə yanlış olaraq “bizdən qorxdular, çəkindilər” formasında başa düşülür. Son illərin praktikasında ilk dəfə şəhərin mərkəzində piket keçirməyə rəsmi razılıq alsalar da onu növbəti dəfə hakimiyyətə qarşı uğursuz və ucuz piar-şouya çevirmək cəhdi cəbhəçi-şurəvi “elita”nın islaholunmazlığının növbəti nümayişi oldu. Piketə dair icazəni zəiflik kimi qəbul edənlər paytaxtın icra və polis orqanlarının səbrindən, nümunəvi davranışından sui-istifadə edərək növbəti kütləvi aksiyanı metronun “28 May” stansiyasının ətrafında keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərkən də normal məntiqə və düşüncəyə malik olan istənilən şəxsə aydın idi və ya aydın olmalıydı ki, göstərilən məkan heç bir halda mitinq və ya digər kütləvi aksiya keçiriləcək yer deyil. Əksinə, əgər cəbhəçi-şurəvi məsulların doğrudan da dərdləri daim şikayətləndikləri sərbəst toplaşmaq haqlarından istifadə etmək idisə, bunu onlar qanunla rəsmən qadağan edilmiş məkanda, strateji əhəmiyyətli dövlət obyektinin düz qarşısında, əhalinin sıx, nəqliyyat intensivliyinin gur olduğu yerə bitişik ərazidə təşkil etməli deyildilər. Belə bir aksiyanın hətta nəzəri cəhətdən təşkili aidiyyəti dövlət, hüquq-mühafizə orqanlarını insanların təhlükəsizliyi baxımından əsaslandırılmamış risklə, vətəndaşların həyatlarını böyük təhlükə ilə üz-üzə qoya bilərdi.

Bu sadə və adi həqiqəti kimsə bilməsə də, millətə bir çox mətləblərdən dərs keçməyə öyrəncəli olmuş Şurayi-Millinin başbilənlərindən keçmiş komsomolçu, dünənki cəbhəçi, bu günün neobolşeviki, hakimiyyət, mənsəb və pul hərisliyi həmişə başına bəla olsa da sudan quru şıxmağa adətkərdə olmuş, radikal cameədə intriqa rüzgarı əsdirməyin ən mahir bilicilərindən, siyasi boşboğazlığı, populizmi və demoqogiyası ilə yalnız virtual aləmdə baş qatan, ixtisasca hüquqşünas olan birisi-yoldaş Kərimli təbii ki, bilirdi. Onu da bilməmiş deyildi ki, paytaxt sakinlərini hakimiyyət nümayəndələri ilə qarşıdurmaya, vətəndaş itaətsizliyinə, kütləvi iğtişaşlara, əslində qanunçuluğun kütləvi şəkildə pozulmasına səsləmək və hər vəchlə buna sürükləmək ən azından inzibati məsuliyyət doğurur. Universitetin hüquq məzunu olan birisi üçün belə məsuliyyətsiz publik çağırışlar etmək, qanunları görməzdən gəlmək isə yumşaq desək, bağışlanılmaz qəbahət, cinayətə bərabər məsuliyyətsizlik, şəxsi qisasçılıq, revanşist hislərini, korporativ maraqlarını milli və dövlət maraqlarından üstün tutmaq cəhdidir.

Yeri gəlmişkən, başabəla sədrin-hüquqçunun hüquq elminin əlifbası ilə heç bir əlaqəsi olmayan cəfəng iddiaları bununla bitmir. 19 oktyabr öncəsi polis əməkdaşlarına müraciət edən adam guya təəssübkeşlik edirmiş kimi asayiş keşikçilərinə dünyanın gərdişindən, gəlib-keçmişindən, cəmiyyətdəki bərabərsizlikdən bəhs edərək əsas mətləbə keçir, “səhv mövqe tutmamağa”, “millətə qoşulmağa”, “siyasi sifarişi yerinə yetirməməyə” çağırış bəhanəsi ilə onları  faktiki əmrə tabe olmamağa təhrik edir.

Son 20 ildə müxalifətin radikal kəsiminin mitinq, yürüş sərgüzəştlərinə şahidlik etdiyimizdən bu müddət ərzində həmin cameənin liderlərinin polisə yönəlik çoxsaylı müraciətlərini görmüşük. Belə psevdo-müraciətlərin hələ o zamanlar da respublikamızda sabitliyin, əmin-amanlığın qorunmasında maraqlı olmayan, burada sözəbaxan bir oyuncaq rejimin hakimiyyətə gəlməsi üçün “səylər” göstərən əcnəbi dövlətlərin və dairələrin mətbəxində hazırlandığı şübhə doğurmayan məşhur “Müxalifətin mitinq taktikası” adlı bir bədnam sənədin mahiyyəti və məğzi ilə eyniyyət təşkil etməsini də nəzərdən qaçırmaq olmaz.

 Son müraciətində oktyabrın 8-də Bakının mərkəzində keçirilmiş icazəli piketdə “Azərbaycan Polisində peşəkarlığa doğru canatmanı” gördüyünü nəhayət ki, dilə gətirməyə bəlkə də məcbur olan cəbhəçibaşı gecikmiş, lakin sözünün altında da bir “əmması” olan belə bir etirafı etdisə də bu, onun səmimiyyətindən, əməkdaşlara olan hansısa sevgisindən deyil, etdiyi, yaxud törədə biləcəyi hüquq pozuntularından özünü sığortalamaq, qabaqdangəlmişlik etməsindən irəli gəlir. Adam radikal cameənin mitinqlərində illərdir polislə yanaşı addımlayır, bu müddətdə onun peşəkarlığının yüksəldiyini etiraf edir, lakin yaxından tanıyanların, dünənki məsləkdaşlarının, tələbə yoldaşlarının etiraflarına görə, bu şəxs riyakarlıq, pul və hakimiyyət hərisliyindən, əqidədaşlarının və tərəfdarlarının gözlərinin içinə baxaraq yalan söyləmək, iftira və böhtan atmaq, arxadan zərbə vurmaq və s. bu kimi  xarakterik mənfi cəhətlərindən, daha doğrusu, artıq gündəlik həyat, yaşam  tərzindən qurtulmayıb və belə bir ehtimal yaxın gələcək üçün də görünmür.

Cəbhəçibaşı “mənzil-qərargahındakı” studiyasından, sosial şəbəkəsindəki səhifəsindən insanları de-fakto və de-yure olaraq qanunları, cari il oktyabrın 19-da “28 May” metrostansiyasının qarşısında toplaşmağa səsləməklə onların təhlükəsizlik, istirahət və digər təbii hüquqlarını pozmağa açıq çağırış edir, azsaylı tərəfdarlarının qınağına tuş gələcəyindən ehtiyatlanaraq məcburiyyət qarşısında yaşadığı evi tərk edərək məlum olayla əlaqədar sosial şəbəkələrdə yayımlanmış kadrlardan da göründüyü kimi, aşkar qorxu içində və həyəcanlı şəkildə, necə deyərlər, sarısını udmuş halda, əsasən xanım jurnalistlərin əhatəsində icazəsiz mitinqin keçiriləcəyi yer istiqamətində bir neçə yüz metr hərəkət edir, peşəkarlığını da vurğuladığı polisin ətrafındakı vətəndaşlarla olduqca kübar, mədəni və təmkinli davranışından özünə gələrək ənənəvi ampluasına qayıdır. Burada o, artıq neçənci dəfə ictimai asayişin kobud şəkildə pozulmasına yönələn hərəkətləri davam etdirdiyindən əməkdaşlar tərəfindən saxlanılaraq polisin xidməti avtomobilinə mindirilir.

Sonrası sosial şəbəkələrdə yayılmış, qanunsuz aksiyaya cəhdin gedişini işıqlandıran KİV təmsilçilərinin paylaşdıqları kadrlardan da bəllidir. Yəni paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Paytaxtın mərkəzində icazəsiz aksiyanın qarşısının qətiyyətlə alınmasından bir neçə saat sonra belə qanunsuzluğun əsas təşkilatçısı yaşadığı mənzildə “Əli bəyin studiyası”na alın nahiyəsinə yapışdırılmış pambıq tamponu ilə çıxaraq guya mindirildiyi avtobusda özünün də sevimli mövzusu - işgəncəyə məruz qalmasından, bu xüsusda Osmanqızının axıtdığı timsahvari “dejurnı” göz yaşlarından sonra bir az da inandırıcı olsun deyə, həyatına qəsd olunmasından  bəhs edir, demokratiya yolunda qurban qismində canını xalqa fəda etməyindən dəm vurur. Diqqətli tamaşaçı da elə ilk sözlərindən, kadrlardan da cəbhəçibaşının utanıb-qızarmadan ağ yalan danışdığının, bu şəxsin qəfil üzə çıxmış ekstrasensor, rengenoloq “qabiliyyəti”nin, digər tibbi sahələrin mahir “bilicisi” olmasının fərqindədir. Adam gah baş boyun, bədən, digər həyati vacib orqanların sürəkli təpiklənməsindən, gah boğulmasından, gah da guya qabırğasının qırılmasından elə şövqlə və maraqla bəhs edir ki, sanki Osmanqızına və seyrçilərə Məlikməmmədin nağılını danışır...

Elə ilk baxışdaca tampon istisna olmaqla Kərimlinin vizual görüntüsü ilə danışıqlarının arasında böyük təzad olduğu görünür. O da aydındır ki, ictimai rəyi üzərinə yönəltməklə əslində onu aldatmağa hesablanmış bu taktiki gedişi cəbhəçi sədrin növbəti dəfə əsas səbəbkarı olduğu xoşagəlməz durumdan, yəni ən azından inzibati məsuliyyətdən yayınmaq məqsədi güdürmüş. Məsələ ilə bağlı DİN-dən və Baş Prokurorluqdan verilən açıqlamalarda Kərimlinin artıq neçənci yalanı ifşa olundu. Forsmajor situasiyalar üçün hər zaman hazırlıqlı olan bu şəxsin adətən  təşəbbüskarı olduğu neqativ sonluqlu proseslərdən maksimum az zərərlə çıxmaq bacarığı, hər kəsi ayaq altına ataraq hətta ən yaxın dostlarının üzərindən adlayaraq keçmək, hər kəsi qurban verib sonda qalib formasında mediada poza vermək məharəti, ağ yalanı belə həqiqət donunda ətrafındakılara sırımaq qabiliyyəti onu yaxından tanıyanlara yaxşı məlumdur.

 O da yaxşı məlumdur ki, Kərimli uzağı 1 ay müddətinə inzibati qaydada həbs olunmaq təhlükəsini sovuşdurmaq, özünə alibi qazanmaq üçün bu dəfə də qabaqdangəlmişlik edib, polisi təxribata cəlb etmək qəsdilə sözügedən avtobusda da dinc durmayaraq başını dəmir barmaqlıqlı qapıya vuraraq alnından xəsarət alıb. Məşhur bir tamaşanın personajının dili desək, bu da sənə “priçina”, saxlanılmaq üçün səbəb (?!) Ya da yenə bir atalar sözündə deyildiyi kimi, oğru elə bağırdı ki...Öz günahlarını başqalarının boyuna yıxmaq, ya da yükləmək, tam əksinə başqalarının uğurlarını adına çıxmaq, hər vəchlə məsuliyyətdən qaçmaq  bacarığı deyəsən növbəti dəfə də işinə yarayacaq bu şəxsin. Gün kimi aydındır ki, onun Osmanqızının saxta göz yaşlarının, digər “görkəmli” xanım - Hacıbəylinin bir para əcnəbi diplomatlarla aramsız telefon danışıqlarının, daha doğrusu vay-şüvənliyinin ümidinə qalmasının yekununda cəbhəçibaşının şıltaq, ərköyün istəklərinin reallaşması durur. Xanımlardan söhbət düşmüşkən, bir nüansı da gözdən qaçırmaq olmaz ki, Kərimlinin siyasətdə olmasa da, bu sarıdan bəxti gətirib. Çünki əhatəsindəki həmcinsləri ona hüdudsuz və haqsız istəklərinin qarşılığında dirsək göstərdikləri, yaxud gurultulu bir bəyanat verib partiya sıralarını tərk etdikləri, Kərimlinin “əsarətindən” qurtulduqları halda zərif cinsin təmsilçiləri bu simpatik siyasi tipin bir çox istəklərini cin lampa sahibinin əmrindən çıxmadığı kimi, adətən yerinə yetirirlər. Sonunda məhbəs, ayrılıq olsa belə... Sonuncu mövzuda onun xanım müavininin partiya kassasına, yaxud “obşak”a xaricdən göndərilən pulun qonşu respublikaların birindən az qala qaçaqmal yolu ilə gətirilməsi və biabırçı dönüşü, yaxud hazırda radikal düşərgənin qrant və qalmaqallar kraliçası roluna iddialı, özünü bu zamanların “Tereza anası” kimi sınayan digər xanımla bir vaxtlar isti münasibətlərini nümunə göstərmək olar...

İndi belə birisi durub da məsuliyyətdən, mənəvi komplekslərdən uzaq  şəkildə polis işgəncəsindən danışır. Daha demir ki, Əlahəzrət təsadüf olmasaydı, sən hələ bu gün də ailəsinə şiddət yaşadan, onlara işgəncənin hər növünü verən, ən yaxının və müavinin olan birisinin işləklərindən nəinki xəbərdar idin, hətta onun bu qanunsuz hərəkətlərini malalamaqla, olayın ictimai rəyə, KİV-lərə sızmaması üçün hətta siyasi “yengə” rolunda məsələni ört-basdır etməklə məşğul idin. Bir hüquqşünas kimi belə hüquqazidd əməlləri bilib aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməməyin məsuliyyət doğurduğunu da hamıdan yaxşı bilir...

İqtidarı insan hüquqlarının pozulmasında, hakimiyyəti əldən verməməkdə ittiham edənlər illərdir müxalifət düşərgəsində "əvəzedilməz lider" statuslarını qoruyub saxlamaq üçün min oyundan çıxır, demokratiyadan, universal, liberal dəyər və prinsiplərdən dəm vura-vura avtoritarizmdən, despotizmdən o yana gedə, gənclərin önünü aça bilmirlər, rəhbərlik etdikləri partiyaları "ailə podratı" kimi işlədirlər. Seçkilər yolu ilə hakimiyyətə gəlməyi hədəfləmiş, yalnız qanuni vasitələrlə bu  yolu getməli olan digər partiyalar, onların rəhbərləri kimi AXCP sədrinin də bu istiqamətdə məramı, məqsədi  dinc mübarizə olmalıdır. Sonuncu aksiyaya cəhddə minlərlə insanın hüquqlarının, o cümlədən bəzi ekspert hesablamalarına görə, ölkə Konstitusiyasının 10-dək maddəsinin, aidiyyəti qanunvericilik aktlarının kobud şəkildə pozulmasının, asayişi, bəzi vətəndaşların hakimiyyət təmsilçiləri ilə qarşıdurmasının birbaşa təşkilatçısı olasan, cavab vermək lazım gələndə isə iqtidarı günahlandırasan. Əcəb məntiq və mühakimədir! Əgər doğrudan da söylədiklərinə Kərimlinin özünün az-çox inamı, etibarı olsaydı, o zaman oktyabrın 19-da şəhərin mərkəzində vətəndaşlara yaşatdığı diskomforta görə insanlardan üzr istəyər, 20 ildir urvatdan saldığı partiyanın sədri vəzifəsindən istefa verərdi, ikiəlli həmin postdan yapışıb qalmazdı. Təbii ki, cəbhəçibaşından belə bir alicənab, məsuliyyətli addım gözləməyin mənası yoxdur. Olduqca diqqətə və təqdirəlayiqdir ki, Kərimlinin və onun güruhunun yerinə belə alqışlanası addımı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov atıb. Əvəzində başabəla sədrin və təmsil etdiyi qaragüruhun ötürdüyü “donos”lar sayəsində bəzi Avropa strukturları da oktyabrın 19-da Bakıda polis əməkdaşlarının vətəndaşlara qarşı guya aşırı güc tətbiqindən narahat olub, hakimiyyəti belə halların araşdırılmasına çağırıblar. Radikal cameəni hər zaman kor-koranə müdafiə edən, polisi isə hər zaman qınayan bəzi Avropa təşkilatları elə “köhnə qitə”nin özlərini demokratik adlandıran bəzi dövlətlərin paytaxtlarında son dövrlər cərəyan edən hadisələrə, polis-vətəndaş qarşıdurmasını əks etdirən olaylara, kadrlara nəzər salsalar, o zaman keçən şənbə azərbaycanlı asayiş keşikçilərin peşəkarlığından və insanlara qarşı nəzakətli davranışından yalnız qürur hissi keçirərdilər. 

Avroparlamentarilərə qısa bir xatırlatma. İndi Azərbaycan hökumətinə vətəndaşların sərbəst toplaşmaq azadlığının təmininə, oktyabrın 19-da radikalların paytaxtın mərkəzində bilərəkdən yaratmaq istədikləri xaosun, qarışıqlığın qarşısı alınarkən guya aksiyaçılara qarşı aşırı gücün tətbiqinə dair xatırlatmalara gəldikdə qeyd olunmalıdır ki, bu sahəni tənzimləyən əsas beynəlxalq sənədlərdən birini - Mülki və siyasi hüquqlara dair aktı müstəqilliyin formal olaraq elan olunduğu vaxtdan az sonra - 1992-ci ildə, Kərinlinin AXC-Müsavat cütlüyünün əsas simalarından biri olduğu zaman mərhum Ə.Elçibəy ölkəmiz adına imzalamışdır. Sözügedən həmin aktda, əlaqədar digər normativ-hüquqi sənədlərdə, xüsusən “Sərbəst toplaşmaq haqqında” AR Qanununun “Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər” adlı 7-ci maddəsində də göstərilir ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Oktyabrın 19-na nəzərdə tutulmuş razılaşdırılmamış mitinqə cəhdin əsl niyyətinin ölkədəki, xüsusən paytaxtdakı sabitliyi, əmin-amanlığı pozmaqla hakimiyyəti yenidən zəbt etmək, qarışıqlıq, xaos mühiti və hakimiyyət vakkumu yaratmaqla ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq məqsədi güddüyünü, məhz elə buna görə son yarım ayda radikal müxalifətin üç aksiya təyin etdiyini bütün açıqlığı ilə bilən aidiyyəti dövlət qurumları nəinki öz lideri Elçibəyə, elə dövlətçiliyə, müstəqilliyə də xəyanət yolunu tutmuş cəhəçibaşının və onun dönük sağ-solunun əsl niyyətlərinin reallaşmasına yol vermədilər və heç bir halda yol verməzdilər də.

Oktyabrın 15-də dövlət başçısının yanında keçirilmiş iqtisadi müşavirədə etdiyi proqram xarakterli nitqində ölkə Prezidenti cənab İlham Əliyev respublikamızda keçirilən sosial-iqtisadi islahatların daha da dərinləşdirilməsi, əhalinin maddi rifah halının, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına, dövlət idarəçiliyinin səmərəliyinin artırılması və digər istiqamətlərdə kompleks təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi, həmin sahələrdə konkret addımların atılmasına dair tapşırıqlar verdi, belə məqsədyönlü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha vurğuladı.

Yeri gəlmişkən, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Prezidentin yanında keçirilən məlum müşavirədə möhtərəm dövlət başçımız məmnunluqla qeyd etdi ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Məlumat üçün bildirək ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində ölkəmiz 37-ci yerdədir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Bütün bunlar isə onu göstərir ki, məqsədyönlü, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.

Xaricdən edilən ciddi təzyiqlərə, radikal düşərgənin bütün qara-qışqırığına baxmayaraq, ölkə rəhbərliyi tərəfindən cəmiyyət həyatının bütün sahələrində inqilabi xarakterli reformalar həyata keçirilir. Radikalların nümunə kimi tez-tez istinad etdikləri “rəngli inqilablar”ın, daha doğrusu özündə xarici müdaxilə ilə qanlı dövlət çevrilişlərinin həyata keçirildiyi ölkələrin dəm tarixi bir daha sübut edir ki, necə adlandırılmasından asılı olmayaraq zorakılıqlarla müşayiət olunan olaylarla hər hansı cəmiyyətdə, ölkədə müsbətə doğru nəyinsə dəyişəcəyinə ümid etmək mənasızdır. Bunun üçünsə ilk növbədə ölkəmizdə olduğu kimi, seçicilərin mütləq əksəriyyətinin dəstəklədiyi, dünya iqtisadiyyatını, diplomatiyasını və siyasətini dərindən bilən, beynəlxalq güclərin bölgədəki maraqlarını milli maraqlarımızla uzlaşdıraraq təmin edən xarizmatik bir lider və dayanıqlı hakimiyyət, xalq-iqtidar birliyi və islahatları həyata keçirmək üçün güclü siyasi iradə mövcud olmalıdır. Belə ilkin şərtlərsiz istənilən şərait milli maraqları, liderini güdaza verərək hakimiyyət hərisliyini təmin edəcək Kərimli tipli populist və marionet liderciklər yetişdirə bilər, vəssalam. Hazırda hakimiyyətə qarşı münasibətdə özünü neobolşevik, anarxist kimi aparan cəbhəçibaşı və onun kimi antimilli ünsürlərə ibrətamiz bir xatırlatma. Çar Rusiyasının axır-uxur vaxtlarında çağırılmış Dövlət Dumasının 10 may 1907-ci il tarixli iclasında bolşevik və anarxistlərə yaxın deputatların səsləndirdikləri inqilabi şüarlara cavab verən dövrünün məşhur reformatoru, Baş nazir Pyotr Stolıpinin sonradan aforizmə çevrilmiş bir fikrini müasir interpretasiyada belə də səsləndirmək olar: “Bəylər və xanımlar! Sizlərə “rəngli inqilablar”, qanlı çevrilişlər, bizlərə isə müstəqilliyi, dövlətçiliyi əbədi və dönməz olan qüdrətli Azərbaycan lazımdır!”.   

Hakimiyyət təmsilçilərindən, polis əməkdaşlarından rəhbərliyin verdiyi əmr və tapşırıqların sorğulanaraq icra olunmamasını, “xalqın” tərəfinə keçməyi gözləyənlər əmin ola bilərlər ki, onlar saysız-hesabsız qurbanlar bahasına qazanılmış, xalqımızın çoxəsrlik arzularının nəticəsi olaraq meydana gəlmiş, ötən əsrin əvvəllərində süquta uğrasa da sonlarında bərpa olunmuş müstəqilliyimizin yenidən naşı əllərə düşməsinin, necə deyərlər, qatarlarının ötüb keçməsinə rəğmən "bəlkə də qaytardılar" prinsipi ilə yaşayan, iyirmi altı il öncə hakimiyyətdən üzüsulu getmiş, möhtərəm Prezidentimizin sözləri ilə desək, müxalifətin naftalin iyi verən liderlərinin, antimilli, xəyanətkar, satqın qruplaşmalarının heç bir əsas olmadan yenidən iqtidarı qanunsuz yollarla zəbt etmə cəhdlərinin, qanunsuz əməllərinin qarşısını qətiyyətlə alacaqlar.


Orxan Mansurzadə

polis polkovniki

loading...
loading...
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
“İcra başçısı söz verdi ki, oxuduğu məktəbi Həsən Məmmədovun adına verəcək...”
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
"Rusiyadan ölkəmizə gələn turistlərin sayı artır, ötən il 900 min rusiyalı Azərbaycanda olub"
Canlı yayımda rəzalət - 74 yaşlı ərini duşda aldatdı...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
Köşə
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
Cəmiyyət
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
Siyasət
“Bu, onların şakəridir və biz onların bu cür yalanlarına öyrəşmişik...”
Gündəm
“Türkiyə təkbaşına da olsa, öz məqsədinə çatacaq: Buna kimsənin şübhəsi olmasın!"
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - VİDEO
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247