“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”
Müsahibə
Oxunub: 4415
23 Oct 2019 | 19:17
“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

Əyyubov Fərhad Rüstəm oğlu 1988-ci ildə Qazaxda anadan olub. Təhsilini əvvəlcə 1 saylı orta, daha sonra isə internat məktəbində davam etdirib. 2003-cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olan Fərhad təhsilini tamamlamaq üçün Türkiyəyə yola düşüb. Orda oxuduqdan sonra 2012-ci ildə Bakıda hərbi xidmətdə olub. 2015-ci ildə Əfqanıstandakı NATO-nun sülhməramlı qüvvələrində fəaliyyət göstərən zabitimiz 2017-ci ildə hərbi xidmətini Qusar rayonundakı N saylı hərbi hissəyə dəyişdirib. 2018-ci ildə isə Ağdam rayonuna köcürülüb. Bu ilin yanvar ayının 31-də gecə saatlarında döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib. Beləcə, Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının növbəti qonağı Qarabağ qazisi Əyyubov Fərhaddır.

 

- Terroristlərin arasından sağ qayıdıb, doğma elində-obasında gülləyə tuş gələn zabitimiz bunu düşünəndə hansı hisslər keçirir?

 

- Əfqanıstandan sağ gəldim, düzdür, Qarabağda – Ağdamda yaralandım. Erməni snayperçi düz ayağımdan vurdu. Elə bir güllə idi ki, dəyəndən sonra partlayır. Diz qapağımın altından girib partladı, dizimi itirdim. Amma ağlım yerində idi. Vaxt itirmədən ərazidən uzaqlaşdım. Tez özümü kiçik xəndəyə saldım. Mən özümü qoruyan zaman professional snayperçi beş saniyədən bir bir-iki güllə də atdı. Amma Allah məni qorumuşdu. Ondan sonra da keçdiyim təlimlərin sayəsində canımı xilas edə bildim.

 

- Ayılanda necə? Bir ayaqdan olduğunuzu gördünüz və...

 

- Mən elə həmin an bilirdim ki, artıq ayağım yoxdur. Ağlım başımda idi. Hətta dizdən qopmuş ayağımı belə sürüyə-sürüyə gətirdim arxamca ki, bəlkə sonra hansısa cərahiyyə yolu ilə yerinə yapışdırmaq mümkün oldu. Lakin həkimlər dedilər ki, qeyri-mümkündür.

 

- İki müharibə iştirakçısınız. Müqayisə etdikdə, arada nə kimi fərqi ortaya çıxarırsınız?

 

-Əfqanıstanda dəhşətdir, mübarizə aparmaq çox çətindir: bilmirsən ki, kiminlə döyüşürsən. Real düşmən kimdir, bəlli deyil. Terroristlər hər yerdə ola bilər: sağında, solunda, arxanda və ya qarşında. Əfqanlar döyüşən xalqdır. Yaralansalar da, ölümlə çarpışsalar da, döyüş meydanından çəkilmirlər. Bunun şahidi olmuşam. Qorxaq xalq deyil. O ki qaldı müqayisəyə, biz orada NATO-ya üzv olan bir ölkə kimi dəstəkləmə əməliyyatları keçirirdik. Yəni orda əlavə qüvvə kimi iştirak edirdik. Terroristlə vuruşurduq. Qarabağda isə bir qədər asandır. Vətənimizi müdafiə edirdim. Bilirdim ki, canımdan, qanımdan olan millətimə məxsus bu torpağı erməni işğalından azad etməkdir məqsədim. Bilirsən real düşmən var. Ön xəttdədir, bəlli bir məsafə var arada. İstənilən an bilinir ki, düşmən, təhlükə hansı istiqamətdədir. Üstəgəl, real vəziyyətdə ermənilər əfqanların dırnaqları qədər döyüşkən ola bilməzlər, səmimiyyətə qalsa. Məncə, Qarabağda mübarizə aparmaq qat-qat asandır, insana ruh yüksəlişi verir. Aclığa, susuzluğa, hər bir çətinliyə sinə gərmək asan olur. Çünki bilirsən məqsəd var. Əfqanıstanda da məqsəd olsa belə vətən sevgisi qədər bir istək yoxdur. Orada dövləti təmsil edirsən, amma Qarabağda birbaşa dövlət üçün nəsə edirsən. Mən də indiyə qədər gördüyüm bütün işlərdə, əldə etdiyim nailiyyətlərdən öncə fikirləşmişəm ki, bu dövlət üçün nə edə bilərəm?

 

- Hərbçi olmaq çətin peşə deyilmi? Niyə bu ağır yükün altına girməyi seçdiniz?

 

- Mən uşaqlıqdan görmüşəm ki, qız-gəlinlər, analar-bacılar bombardmandan qaçıb gizlənməyə zirzəmilər axtarıblar. Ermənilərin yurd-yuvalarımızı işğal etdiklərini eşitdikcə, torpaqlarımızı aldıqca, həmvətənlilərimə necə qan uddurduqlarını öyrəndikcə onlara olan nifrətim də artırdı və nəticədə qisas üçün qarşıma məqsəd qoydum. Beləcə, hərbçi olmağa üstünlük verdim və heç də peşman deyiləm. Hətta xidmət dövrümdə əsgərlərə əlimə internet keçən kimi 1988-93-cü illəri əks etdirən lentləri göstərirdim ki, ruh yüksəkliyi yaransın onlarda. Biz bir az unutqan millətik. Mən istəmirdim ki, əsgərlər ermənilərin törədikləri vəhşilikləri unutsunlar. Ən böyük arzularımdan biri də bu olub ki, Qarabağda torpaqlarımızın geri qaytarılmasında azca da olsa rolum olsun.

 

- Bundan sonra da təbliğatla məşğul olacaqsınızmı?

 

- İnşallah, ayağımın protezi qoyulandan sonra həmişə əsgərlərə, gənc nəslə Qarabağı təbliğ etmək, unutdurmamaq üçün əlimdən gələni edəcəyəm. Bu millət torpağı unutmamalıdır. Bizim üçün Zəngəzur nədirsə, 50-60 yaşımıza çatanda Qarabağ bizim üçün o problemə çevrilməməlidir... Ermənistan torpaqları bizim dədə-baba yurdlarımız olub. Amma onların bu dəqiqə dövlət sərhəddidir, təəssüflər olsun ki. Gənc nəslimizdə də bu hal belə formalaşıb ki, Göycə mahalımız, Zəngəzur, İrəvan artıq ermənilərindir, nədənsə belə qəbul olunub. Amma mən istəmərəm ki, övladım Qarabağın erməni torpağı olduğunu qəbul etmiş olsun. Bu, mənim üçün ən böyük zərbə olar. Buna yol verməməliyik! Arzum budur ki, vaxt, zaman gələr, bizə də komanda verilər. Gedib torpaqlarımız uğrunda vuruşarıq, əbədi olaraq özümüzə qaytararıq. Qarabağımızı geri almaq hər birimizin namus borcudur.

 

- O vaxtdan sonra döyüş bölgələrində olmusunuzmu?

 

- Olmuşam. Ümumiyyətlə, mənə deyəndə də ki, döyüş bölgəsinə yola düşürük, hədsiz sevinmişəm, eyni zamanda üzülmüşəm. Çünki mənə ən çox xəcalət verən hal budur ki, öz torpaqlarıma hansısa sektordan durbinlə baxım. 

- Psixologiyanıza təsir edəcək anlarınız olubmu?

- Müəyyən şeylər var ki, insan anındaca barışmalıdır. Bu çətin anlarda bir balaca boşluq yaransaydı, “niyə belə oldu?” kimi sual ətrafında düşünsəydim, bəlkə də indi qarşınızda oturmazdım. Təbii ki, şəhid olmaq hamının arzusudur. Ancaq Azərbaycan hərbçisi ölməkdən çox öldürməyi düşünməlidir. Qəhrəmanlığı sağ ikən təbliğ etsək, daha çox nailiyyət qazana bilərik. Bu, şəhidlərimizə zidd fikir deyil əsla. Əksinə, döyüşdən sağ çıxmaq üçün bir motivasiyadır. 

 

- Ailənizi necə dolandırırsınız?

 

- Mən zabitəm, maaşımın 80 faizini alıram.

 

- Qane edir?

 

- Mən sırf tapşırıq yerinə yetirərkən yaralanıb, əlil olmuşam. Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşdə yaralanmışam. Buna görə Prezident təqaüdü də alıram. Ondan əlavə, Qazaxın böyük xeyriyyəçisi Elçin Carçıoğlunun şirkətində müşavir kimi də fəaliyyət göstərirəm. Bu da böyük dəstəkdir. Valideynlərim də kömək edir.

 

- İndi Elçin Carçıoğlundan başqa sizinlə maraqlananlar varmı? O vaxt əməliyyat olunanda yanınıza gəlib, boy-boy fotolar çəkdirib paylaşan məmurlar heç olmasa, telefonla da olsa belə hal-əhval tuturlarmı?

 

- Əməliyyat olunanda korpus komandirimiz general-mayor Hikmət Həsənov, Ağdamın icra başçısı yanıma gəlmişdi. Bir neçə məmurlar da...

 

- O gündən sonra maddi-mənəvi dəstək olanlar varmı? Protezin pulunu kim ödəyəcək?

 

- Xeyr, heç kim. Protezin pulunu dövlət ödəyəcək.

 

- Hansı dərəcəli protez olacaq? Birinci?

 

- Xeyr, üçüncü dərəcəli.

 

- Təəssüf...

 

- Yenə də Vətən sağ olsun!

 

- Peşman olmusunuzmu nə vaxtsa ayağınıza baxanda?

 

- Qətiyyən! Lazım gələrsə, o biri ayağımı da verməyə hazıram. 

 

Hazırladı: Könül Aypara

Oxşar xəbərlər
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri