"Onların Milli Məclisdə şəxsimə qarşı bu dərəcədə qərəzli davranmaları mənim üçün də gözlənilməz oldu"
Müsahibə
Oxunub: 2348
28 Oct 2019 | 11:01
Ötən həftə BQB başqanı, deputat Fazil Mustafa Türkiyədə səfərdə oldu və  Türk dünyasının nəhəng fikir adamlarından olan Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı düzənlənən tədbirdə iştirak etdi. Bu mənada onun Türkiyə müşahidələri maraq doğururdu. Lakin F.Mustafadan soruşmaq istədiyimiz digər məsələlər də var idi. Özü də təkcə parlamentdə sərt tənqid olunması deyil, ölkədə aparılan islahatlara da münasibətini öyrənmək istədik.

- Fazil bəy, bu günlərdə Türkiyədə səfərdə oldunuz. Elə bir vaxtda ki, Türkiyə və Azərbaycan terrora qarşı döyüşən mehmetciklə birgə nəfəs alırdı. Müşahidələriniz nə deyir, Türkiyə ictimaiyyəti də Azərbaycanın əsas problemindən, Qarabağ məsələsindən nə dərəcədə məlumatlıdır?

- Türkiyədə Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı düzənlənən tədbirdə məruzəçi olaraq iştirak edirdim. Ancaq bu mövzu ilə yanaşı gözümüz, qulağımız Suriyada, Vaşinqtonda, Soçidə baş verən proseslərdə idi. Adətən bu cür qaynar məsələlərin fonunda Dağlıq Qarabağ məsələsi əvvəlki kimi Türkiyə auditoriyasında gündəmdə önə çıxmasa da, unudulmuş məsələ də deyil. Hər bir tədbirdə, hər bir çıxışda bu mövzunun xatırlanmasına rast gəlirsən, Türkiyə cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanın bu ağrılı probleminə ən azı bizlər qədər həssasdır. Üstəlik də Türkiyənin bölgədə rolunun güclənməsi ilə Qarabağın azad olunması istiqamətində ümidverici mesajların artmasını da sezmək mümkündür. Türkiyənin Rusiya ilə dialoqunun müsbət yöndə irəliləyişinin haçansa Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcəyi barədə düşüncələr də Türkiyə cəmiyyətində yayğınlaşmağa başlayıb.

- Fazil bəy, hakim komandada çox ciddi və gözlənilməz proseslər baş verməkdədir. Nə baş verir və bundan sonrakı gözləntiləriniz necədir?

- Fikrimcə, buna gözlənilməz proses kimi baxılmamalıdır, cənab İlham Əliyevin ötən il növbəti dəfə prezident seçildiyi andan dəyişimlə bağlı ciddi addımlar atılıb. Burada əmək haqlarının, pensiyaların ciddi şəkildə artımı, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi, banklara kredit borcu olanların yükünün əhəmiyyətli dərəcədə azaldılması, gömrükdə və vergidə şəffaflığın yaradılması kimi radikal addımları nəzərdə tuturam. Ardınca məhkəmə-hüquq sistemində islahatlara start verildi.  Bunlar əhəmiyyətli sosial islahatlar olsa da, dövlətin iqtisadiyyat üzərində yükünü azaltmadan, inhisarçılığı ortadan qaldırmadan, bütün sahibkarlıq subyektlərinin bərabər rəqabət şərtlərinə malik olmasını təmin etmədən istənilən effektin alınmayacağı anlaşıldı. İndi əslində diqqət bu istiqamətə yönəlib və kadr dəyişikliyinin də məqsədi bu sahədə islahatların sürətləndirilməsi ilə bağlıdır. 

- Necə bilirsiniz, köhnələr, yaşı 70-i adlamış şəxslər özlərini qorumaq üçün gizli koalisiya yaradıb hansısa addımlar ata bilərlərmi?

- Kadrların gəncləşməsi prosesi ötən ildən başlayıb. Təyin olunan kadrlar içində sadəcə, ötən bir il altı aylıq müşahidə onu göstərdi ki, gənc olmaq, hələ islahatçı olmaq anlamına gəlmir. İslahatçılıq yaş amili ilə müəyyənləşmir, baş, bilgi və ruh amili ilə  müəyyənləşir. Ona görə də bu gün cəmiyyətdə qoca və gənc kadrlar münaqişəsi yaratmaq yerinə, səmimi islahatçılar və ənənəvi fürsətçilər bölgüsünü aparmaq daha düzgün olardı. Prezident səmimi islahatçılara söykənən bir siyasət dəyişiminin anonsunu verir və real addımlar atır. Burada ən təhlükəli məqam ənənəvi fürsətçilərin səmimi islahatçılar cildinə girərək bu prosesi əngəlləməsi olacaq. Ona görə də bu islahatların dərinləşməsi üçün iqtidar yalnız özünün partiya və təəssübkeş potensialına güvənməməlidir, dövlətin və vətəndaşın maraqlarını hər şeydən uca tutan bütün siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının da bu prosesə aktiv şəkildə qoşulması üçün qapıları açıq tutmalıdır. Prezidentin siyasi qətiyyəti şərti olaraq “qocaların koalisiyası” adlandırdığınız hər hansı hərəkatın ortaya çıxmasını istisna edir, ancaq bəzən səlahiyyət sahibi olan məsuliyyətsiz “gənclər koalisiyası”nın qabiliyyətsizliyi də təxribata bərabər ağır nəticələr ortaya qoya bilər. Ona görə də islahatlar prosesinə cəmiyyətin nəzarət funksiyasının işləməsi olduqca zəruridir.

“Bu şəxslərin Milli Məclisdə şəxsimə qarşı bu dərəcədə qərəzli davranmaları...”

- Parlament müxalifəti olaraq sizin bu prosesdə iştirakınız hansı səviyyədədir? Bəs ənənəvi müxalifətin, parlamentdən kənar qüvvələrin mövqeyi barədə nə demək olar?

- Əslində bu suala cavabı ölkə prezidentinin son açıqlamasından yol alaraq vermək doğru olardı. Ölkə prezidenti deyir ki, bizim polisə daş atan müxalifətə deyil, problemləri diqqətə çatdıran, sağlam tənqid səsləndirən konstruktiv müxalifətə ehtiyac var. Əslində prezidentin işarə etdiyi konstruktiv müxalifətçilik əsas etibarilə parlament müxalifətidir. Yəni hakimiyyətin legitimliyini tanıyan, onun qanunverici orqanında iştirak edən müxalifət məhz konstruktiv müxalifətdir. Lakin konstruktiv müxalifətin fəaliyyət imkanları xeyli məhduddur. Say etibarilə parlamentdə fraksiya yarada bilmir, Milli Məclisin idarəetməsində rolu yoxdur, hansısa komitə rəhbərliyində təmsil olunmur, dövlət protokolunda müəyyən olunmuş yeri yoxdur, qanunvericilikdə institusional əsası yaradılmayıb. Müxalifət, sadəcə, azlıq termini adı altında nəzərdə tutulur ki, bu da terminoloji ziddiyyət yaradır. Həqiqətən də konstruktiv müxalifət öz sağlam tənqidləri, layihələrə alternativ baxışları ilə həm dövlətimizə, həm də prezidentin apardığı islahatlara böyük töhfə verə bilər. Konstruktiv müxalifəti əhəmiyyətsizləşdirmək, ona institusional fəaliyyət sferası tanımamaq əslində radikal, barışmaz müxalifətçiliyin arqumentlərini gücləndirən əsas amillərdən biridir.

- Bu günlərdə Milli Şuranın Bakıda keçirdiyi sanksiyalaşdırılmamış aksiya geniş müzakirələrə səbəb oldu. Siz burada ayrı niyyət, hazırlanan hansısa plan hiss etdinizmi?

- Bakıda keçirilən icazəsiz mitinq cəhdi ilə radikal müxalifət məqsədli şəkildə qarşıdurmaya getdi. Bu siyasi cəhətdən olduqca yanlış addım idi. Dinc mübarizə apardığını iddia edənlər, icazə verilən yerə getməyə razılaşmalı idi. Həmin əraziyə gediş üçün daha çox nəqliyyat vasitələrinin ayrılması təklif olunsaydı, əminəm ki, Bakı Şəhəri İcra Hakimiyyəti bunu təmin edərdi. Baxın, 30 il öncə biz də hakimiyyətə təzyiq üçün mitinq və tətildən başqa yol düşünmürdük. Çünki mitinqdən, tətildən başqa tərəfdarlarımızı məlumatlandırma, fikirlərimizi tirajlama məkanı yox dərəcəsində idi. 20 il öncə tətil öz əhəmiyyətini itirdi, yalnız mitinq yolu aktuallığını qorudu. Bu, o zaman idi ki, sosial şəbəkə fenomeni ortada yox idi. İndi bu fenomendən 5-10 milyon insanı öz fikirlərinə, ideyalarına inandırmaq imkanı olanlar, nədən yenidən 5-10 min adamla dar bir mitinq çərçivəsində təmasa üstünlük verərək geri dönüş etdilər? Düşünürəm ki, bu sırf düşüncə qısırlılığı ilə bağlı məsələdir. Adamlar sosial şəbəkədə ağılla, məntiqlə deyil, mitinq jarqonları, çağırışları, linç etmələri ilə boy göstərməyə başladılar, müzakirə deyil, qaragüruhçu basqı ilə opponentləri susdurmaq kimi pis vərdişi mənimsədilər. Sağlam və ağıllı tənqiddən deyil, döyülməkdən reytinq qazanmanın bir neçə günlük həzzini yaşadılar. Orada plan quracaq baş olsaydı, haqlı olaraq istənilən vasitə ilə xaosa yol verməyəcək hakimiyyət qüvvələri ilə qarşıdurma yolu seçməzdilər. Fikrimcə, ağıllı və məsuliyyətli müxalifət hakimiyyəti aqressivləşdirmək yerinə, onu daha dərin islahatlara təşviq etmək yolunu seçməlidir. Çünki ölkə xaosa sürüklənsə, onun daşları altında qalan başların hamısı iqtidar-müxalifət ayırımı edilmədən öz millətimizin olacaq.

- Fazil bəy, Siyavuş Novruzov və Ziyafət Əsgərovla aranızda nə baş verib? Parlament iclasındakı çıxışlarda sizə ayrıca vaxt ayırdılar.

 - Həqiqətən bu şəxslərin Milli Məclisdə şəxsimə qarşı bu dərəcədə qərəzli davranmaları mənim üçün də gözlənilməz oldu. Onlar ya fikirlərimi diqqətlə araşdırmamışlar, ya da kiminsə gözünə girmək üçün belə canfəşanlıq etmişlər. Baxın, mən söyləmişəm ki, istənilən formada öz çıxışlarımı seçicilərə çatdırmaq haqqım var və bu hüququmun məhdudlaşdırılması yolverilməzdir. Adamlar deyir ki, “bura selfi çəkdirmək yeri deyil”. Yaxud da “biz xalq artisti deyilik ki, bütün günü İnstagramda oturaq?”  Mənim söylədiyimlə, onların iradları arasında bir məntiqi əlaqə görürsünüzmü? Kiçik bir tənqidi fikri belə top-tüfənglə qarşılayanlar prezidentin təqdir etdiyi konstruktiv müxalifətçilik ideyasının mövcudluğuna Milli Məclisdə necə imkan verə bilərlər? Düşüncəmə görə, ölkə prezidentinin başlatdığı islahatları dəstəkləyəcək ilk qurum Milli Məclisdir. Bu dəstək isə “biz prezidenti göz bəbəyimiz kimi qoruyacağıq” formasında saxta ritorika ilə olmur, sağlam fikir və ideyalarla olur.

 - Bir çox deputatlar susmağa, 2020-ci ili sakitcə yola verib təkrar mandat qazanmağa çalışır. Necə bilirsiniz, sizin vaxtaşırı sərt tənqid səsləndirməyiniz və sizə qarşı kəskin ittihamların səslənməsi şansınızı minimuma endirmirmi?

- Milli Məclisdə deputatları iki kateqoriyaya bölmək olar: ayrıca siyasətçi kimliyinə sahib deputatlar və ümumi siyasətin içində olan deputatlar. Ayrıca siyasətçi kimliyinə sahib deputatlardan biri kimi səsləndirdiyim fikirlərə qarşı opponentlər tərəfindən aqressiv yanaşma açığı, məni zərrə qədər rahatsız etmir. Məni rahatsız edən verdiyimiz mesajların bir çox hallarda diqqətsiz qalmasıdır. Bizlər meydan siyasətinin, xalq hərəkatı dalğasının içindən gəldiyimiz üçün bu “sunami”nin hansı fotonu təqdim edəcəyini az-çox bilirik. Bu halda isisnasız olaraq yuxarıdan islahatların həyati əhəmiyyət daşıdığını düşünürük. Bu islahatı gerçəkləşdirəcək tək ali subyekt isə bu gün ölkə prezidenti İlham Əliyevdir. Ancaq bu prosesi yalnız sədaqətli icraçılıq təklif edən iqtidar komandası ilə aparmaq yetərli deyil. Sağlam tənqid, faydalı təklif və əsaslandırılmış ideyalar verən konstruktiv müxalifətin dəstəyi bu prosesdə dövlətimizin yalnız faydasına ola bilər. 2020-ci ilin seçkilərində şans məsələsinə gəldikdə isə, bu millətə və dövlətə faydalı olma şansını Allah bundan sonra da bizə nəsib edərsə, bunu istənilən statusda sevə-sevə edəcəyəm.

- Bəzi yaşlı deputatlar artıq prezidentin eyhamından nəticə çıxarıb və kənara çəkilməyi qətiləşdirib. Siz növbəti tərkibi necə təsəvvür edirsiniz?

- Yenə də yaşlı-gənc ayırımı üzərində durmaq istəməzdim. Yaşlı sayılan deputatların içində olduqca dəyərli, sağlam dünyagörüşlü şəxslər var, burada cəmiyyətə faydalı, yaxud da faydasız deputatlardan söhbət getməlidir. Kiminsə növbəti seçkilərdə namizədliyini irəli sürməməsi bir hüquqi seçimdir, bunu şərh etmək doğru deyil. Ancaq parlamentin gələcəyi ilə bağlı proqnoz vermək istəməzdim, bunu yaxşı olar ki, əlahəzrət xalqın öhdəsinə buraxaq.

- Fazil bəy, komandada daha hansı dəyişiklikləri görmək istərdiniz?

- Bu islahatlarda bəlkə də ən az əhəmiyyət daşıyan məsələ komandada hansı subyektlərin olması, yaxud hansı yerdəyişmənin baş verməsidir. Düşünürəm ki, əsas diqqət aşağıdakı istiqamətlərə yönəlməlidir: dövlətə yük olan bütün müəssisələrin, obyektlərin sürətlə özəlləşdirilməsi; sahibkarlığa mane olan bütün təzahürlərin, xüsusilə də süni inhisarçılığın ortadan qaldırılması; vətəndaşa ən yaxın qurum olan bələdiyyələrin çevik yerli özünüidarə orqanlarına çevrilməsi; icbari tibbi sığortanın real işləmə imkanının yaradılması; islahatlarla bağlı iqtidar və müxalifət partiyaları arasında müntəzəm müzakirələrin aparılması; məhkəmələrə vətəndaşların güvənini bərpa edəcək real islahatların aparılması. Təbii ki, burada seçilən kadrların yaxşı və ya pis mənada təsiri seziləcək, ancaq ictimai nəzarət mexanizmi bu sahədə prezidentin ən başlıca köməkçisi ola bilər.

- Hökumətlə birgə büdcə müzakirələri başlayacaq. Səsləndirdiyiniz təkliflər sadəcə müzakirə mövzusu oldu. Yeni baş nazir üçün onları təkrarlayacaqsınız? Əsasən nələrin üzərində israrlı olacaqsınız?

- Büdcə müzakirələri Milli Məclisin ən maraqlı və hərəkətli dövrü hesab olunur. Son vaxtlar hökumət üzvləri bu müzakirələrə daha məsuliyyətlə yanaşırlar. Bu dəfə durum bir az fərqlidir. Yeni baş nazir ilk dəfə ən mühüm dövlət sənədini təqdim edəcək. Açığı deyim ki, son illərdə təyin olunan kadrlar içində Əli Əsədov obrazı cəmiyyətin çoxluğu tərəfindən daha anlayışla qarşılandı. İslahatlar dövrünün baş nazirinin iqtisadi sferada yüksək təcrübəyə malik olması islahatların uğuru üçün vacib şərtlərdən biridir. Ümid edirəm ki, yeni baş nazir deputatların islahatlara dəstək verən təkliflərinə ciddi həssaslıqla yanaşacaq. Əlbəttə, təkliflərim olacaq, qısaca bir neçəsini söyləyə bilərəm: kitablara və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanması; məktəbli uşaqların bütün ictimai nəqliyyat növündən istifadəsinin ödənişsiz olması; ilkin mərhələdə 6 yaşadək uşaqlar üçün xalq arasında “uşaqpulu” kimi anlaşılan aylıq müavinətlərin verilməsi; istehsalla məşğul olan sahibkarlığın stimullaşdırılması və s.

- Necə bilirsiniz, növbəti parlament seçkilərindən sonra müxalifət fraksiya yarada biləcəkmi? Əgər seçkiləri qazanarsa...

- Müxalifət fraksiyası niyə də olmasın? Ətraf ölkələrə baxın, bu artıq hamısında mövcuddur, ümid edək ki, Azərbaycanda da müxalifət qüvvələri növbəti seçkidə qanunvericilikdə nəzərdə tutulan sayı ötəcək və belə bir fraksiya yaradılacaq. Bu olarsa, ölkədə ciddi bir siyasi canlanma baş verər və partiya demokratiyasının inkişafı üçün zəmin yaranar.

- Və sizin ən çox toxunduğunuz problem... Yeni hökumət Xəzər dənizini xilas edəcəkmi?

- İslahat əslində bir predmeti eybəcər göstərən ünsürləri söküb ataraq onu təkmilləşdirməkdir. İnqilab isə yerinə nə quracağını düşünmədən o predmeti yerlə yeksan etməkdir. Bizə dövlətimizin salamatlığı üçün bütün sahələrdə islahat lazımdır. Yeganə bir sahə var ki, orada mütləq inqilab edilməlidir. Xəzər buxovlayan bütün hasarları söküb atmaq, dənizin içinin və sahilinin ekoloji fəlakətdən qurtarılması üçün inqilabi fədakarlıq etmək lazımdır. Biz niyə Xəzərə hələ də sevgisiz davranırıq, bunu anlamaq mümkün deyil. Bu cür qum dünyanın heç yerində yox, onu vəhşicəsinə yox etdilər, indi bu dənizdən bir-iki balıq çıxanda sevinməli olduq, hələ də turizmə yararlı səviyyəyə də gətirib çıxara bilmədik. Açığı, hökumətin Xəzərin xilası mövzusunda hansı layihələr barədə düşünməsi maraq doğurur.
Oxşar xəbərlər
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO