Xəbər lenti
20/01/2020 [20:07]:
Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub
20/01/2020 [20:05]:
Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
20/01/2020 [19:28]:
Ağcabədi sakinindən narkotik maddə və tapança götürülüb
20/01/2020 [19:26]:
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb
20/01/2020 [19:23]:
Putinlə görüşdən əvvəl Medvedevlə Mişustin arasında maraqlı dialoq - VİDEO
20/01/2020 [18:52]:
Ramzan Kadırov istefa verməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib
20/01/2020 [18:34]:
Türkiyəli məşhur müğənni haqqında cinayət işi açıldı
20/01/2020 [18:32]:
Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTOLAR
20/01/2020 [18:12]:
Rusiya ordusu işğalçı ölkədə  qırıcı və vertolyot təlimi keçirdi...-FOTO
20/01/2020 [18:11]:
17 yaşlı qızın faciəvi ölümü: Narkotik, vərəm, laqeyd ana...
20/01/2020 [18:09]:
“20 Yanvar müqəssirləri ilə bağlı qiyabi məhkəmə hökmünün çıxarılmasına ehtiyac var”
20/01/2020 [18:00]:
Qorbaçovun köməkçisi: “O, Bakıya ordunu yox, Heydər Əliyevi göndərməli idi...”
20/01/2020 [17:58]:
“Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
20/01/2020 [17:55]:
DADP sədri Sumqayıt şəhidlərini andı - FOTOLAR
20/01/2020 [17:17]:
"Mən yəhudiyəm və Ukraynada prezidentəm" - Zelenski
20/01/2020 [17:04]:
Avstraliya növbəti fəlakət: Bu dəfə... -VİDEO
20/01/2020 [17:01]:
Bütün pullar bir ovuc adamın əlində cəmləşib… - OXFAM təşkilatının yeni hesabatı
20/01/2020 [16:57]:
"Dediklərini yəqin yuxuda görüb" - DİN-dən Zirəddinə CAVAB
20/01/2020 [16:50]:
“Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” - Rus generalı 20 yanvar qırğınından yazıb
20/01/2020 [16:45]:
Sarqsyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa göndərildi
20/01/2020 [16:43]:
Azərbaycanda ana və üç övladı itkin düşdü -FOTOLAR
20/01/2020 [16:41]:
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
20/01/2020 [16:11]:
Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO
20/01/2020 [16:11]:
“20 Yanvar faciəsi günahkarlarının cəzasız qalması son 100 ilin ən böyük ədalətsizliyidir”
20/01/2020 [15:43]:
Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” görüntüləri - VİDEO
20/01/2020 [15:41]:
“Putinin aşpazı”na məxsus şirkət Suriyadakı neft mədənlərini ələ keçirib
20/01/2020 [15:28]:
Erməni xeyriyyəçilər Xocalıdakı 7  çoxuşaqlı ailənin hər birinə 1000 dollar verdi...-FOTOLAR+VİDEO
20/01/2020 [15:26]:
Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”
20/01/2020 [15:24]:
Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı ŞOK SÖZLƏR - VİDEO
20/01/2020 [15:20]:
Baş prokuror istefa verdi
20/01/2020 [15:18]:
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı - VİDEO
20/01/2020 [15:13]:
Rusiyanın Baş prokuroru dəyişir
20/01/2020 [15:12]:
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20/01/2020 [15:03]:
ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək
20/01/2020 [15:03]:
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
20/01/2020 [14:51]:
“20 Yanvar haqqında hələ də səsləndirilməyən həqiqət bundan ibarətdir ki...”
20/01/2020 [14:41]:
"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"
20/01/2020 [14:37]:
Əməkdar jurnalist vəfat etdi
20/01/2020 [14:33]:
Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı
20/01/2020 [14:28]:
"Qoca"nın qardaşı həbs edilib
20/01/2020 [14:27]:
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
20/01/2020 [14:24]:
Şahzadə Harri tituldan imtinası barədə: “Başqa seçimim yox idi”
20/01/2020 [14:22]:
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
20/01/2020 [14:17]:
Rəşad Mahmudov ilk olaraq şəhid ailəsinin qapısını döydü...
20/01/2020 [14:04]:
Lavrovdan kritik Liviya açıqlaması
20/01/2020 [14:01]:
Azərbaycanda kişi “Qırmızı kitab”a düşən maralları satmaq istədi - FOTO
20/01/2020 [13:18]:
20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…
20/01/2020 [13:13]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
20/01/2020 [13:10]:
Sabahın havası açıqlandı
20/01/2020 [13:09]:
"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
20/01/2020 [12:58]:
Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA
20/01/2020 [12:56]:
Flora Kərimova qanlı gecəni xatırlayıb göz yaşı tökdü: “Tankın lüləsi düz üzümə tuşlanmışdı”
20/01/2020 [12:49]:
Makqreqorun 40 saniyəlik döyüşdən qazancı məlum oldu
20/01/2020 [12:48]:
“Nazirlik sübut etdi ki, ölkədə brend adı altında saxta içkilər hazırlanır...”
20/01/2020 [12:37]:
“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov
20/01/2020 [12:35]:
Fəzail Ağamalı Kürsəngidə şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTOLAR
20/01/2020 [12:35]:
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
20/01/2020 [12:34]:
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
20/01/2020 [12:30]:
Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB + FOTO
20/01/2020 [12:27]:
“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...” -Erməni separatçısı belə düşünür...
20/01/2020 [12:16]:
Hindistan ballistik raketini sınaqdan keçirdi
20/01/2020 [12:03]:
Şəhidlərin yanında üzüm yenə qaradı, Millət “yumruq” olmadı, yenə tikə-paradı... - İTHAF
20/01/2020 [11:58]:
Qulaqlardan getməyən səs, anaların fəryadı, nalə, göz yaşı... - Sənətçilər qanlı gecədən danışdılar
20/01/2020 [11:53]:
“Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...”
20/01/2020 [11:45]:
Son 4 gündə Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [11:44]:
Ermənistan “Bakı qətliamı”na görə kompensasiya tələb edir: Azərbaycan və Türkiyə eyni yalanla üz-üzə...
20/01/2020 [11:42]:
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
20/01/2020 [11:30]:
Əsəddən şok qərar: Dollarla alış-verişə görə 7 il həbs
20/01/2020 [11:06]:
20 Yanvarın qisası o oldu ki... - SSRİ dağıldı, kompartiya süqut etdi, qatillər tək-tək bədbəxt oldular
20/01/2020 [11:04]:
Alman nazirdən Liviya çıxışı: "Açarı aldıq, indi isə..."
20/01/2020 [10:58]:
Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var
20/01/2020 [10:54]:
“YAP namizədlərinin bu baxımdan üstünlüyü var” - Siyavuş Novruzov
20/01/2020 [10:50]:
“Görəsən, bizi görməyə gələcəklər?” - İTV-dən təsirli video
20/01/2020 [10:49]:
"Onu şəhidlərimizdən seçdirən bizim gözəl Fərizəmiz oldu, o, öz ölümüylə İlhamı göylərə qaldırdı"
20/01/2020 [10:41]:
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
20/01/2020 [10:39]:
Qanunsuz silah saxlayan şəxs tutuldu
20/01/2020 [10:38]:
Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım
20/01/2020 [10:33]:
Şəhidlərin dəfni necə baş tutub? - Şeyxulislam “ailənizlə halallaşın”sözünü kimlərə deyib?
20/01/2020 [10:32]:
Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN
20/01/2020 [10:31]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Bütün arxiv bir sırada
29/10/2019 [20:16] - Ədəbiyyat - ( 1330 dəfə baxılıb)

Əsəd Cahangir: “İlham Qəhrəman sözün rəssamıdır...”

Qarabağ, Laçın həsrətli tanınmış şair İlham Qəhrəmanın İmza Günü keçirilib...


Oktyabrın 26-da Mərhəmət Kimsəsizlərə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə tanınmış şair İlham Qəhrəmanın yeni çapdan çıxmış “Şairin vətəni sevgidir” kitabının İmza Günü keçirilmişdir. Yeni Günəşlidə “Laçın” Mərasim Evində çay süfrəsi arxasında baş tutan tədbirə xeyli kitabsevər insan toplaşmışdır. Mərasim evindəki masaların birində şairin indiyə qədər çap olunmuş kitablarından nüsxələr sərgilənmişdi. Bu mənada İmza Gününü İlham Qəhrəmanın 60 yaşın işığında oxucular qarşısında yaradıcılıq hesabatı da adlandırmaq olardı. Tədbirə gələnlər şairin yeni kitabıyla bərabər həm də bundan əvvəl çap olunmuş “Laçın lətifələri”, “Sevgi durna çırağıdır”, “Ağlama, qələm eşidir” və toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitablarını da əldə edib müəllifə imzalatmaq fürsəti qazanmışdılar. Tədbir başlamazdan əvvəl oxucular şairin imzasını almaq üçün onu dörd bir yandan dövrəyə almışdılar. Elə iştirakçı vardı şairin hər kitabından olmaqla bir qucaq kitabla imzalatmaq üçün növbə gözləyirdi. Bəziləri isə tədbirə gələ bilməyən dost-tanışının sifarişiylə aldıqları kitabları adları deməklə imzalatdırırdılar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini şairin imza məsələsində təntidiyini görüb qucağındakı bir topa kitabdan yalnız birini uzadıb ded: “Əmoğlu, birnə imza qoysan bəsdi. Şair bir tərəfdən imza qoymaq üçün qayğılı görünsə də, o biri yandan kitablarına oxucu marağının olmasından yana məmnun görünürdü. Şəhərin mərkəzdən uzaq yerində bir çoxlarının Mərasim Evində ədəbi tədbir keçirməyə dodaq büzməsinin əksinə olaraq gələnlərin çox olması maraq doğurmaya bilməzdi. Demək ədəbiyyat, dəyərli söz harda olsa qiymətlidir – istər dəbdəbəli saray olsun, istər adi bir mərasim evində. Burda belə bir xalq deyimi yada düşür: “Çanağında bal olsun, arısı gələr Bağdaddan”. 

Yeni Günəşlinin mərkəzdən uzaq olduğuna görə gələnlərin bəzisindən hardan gəldiyi ilə maraqlanıram – məlim olur ki, Bakının Xətai rayonu ərazisindən, Xırdalan şəhərindən, Xəzər rayonundan,  Pirallahı adasından belə şairin kitablarını almaq üçün bura gələnlər var. Əsəd Cahangir salona daxil olan kimi tədbirin rəsmi hissəsi başladı. Şairlə bərabər ona Laçında tarixdən dərs demiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor  Solmaz Məhərrəmova, tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangir və aktyor və qiraət ustası Zülfiyyə Eldarqızı səhnədə yer aldılar.

İlham Qəhrəman ayağa qalxıb gələnləri salamladı xoş gəldiniz elədi. Daha sonra - bu salonda həmişə haqq dünyasına qovuşanlarımızın yas mərasimində axundlarımızın dualarını dinləmişik. Bu gün burda biz ənənədən kənara çıxıb toplaşanları sazı və sözü dinləməyə dəvət etmişik. Sağ olun ki, gəlmisiz  – dedi və tədbiri idarə etmək üçün sözü Əsəd Cahangirə verdi.

Əsəd Cahangir şairi toplaşanlara belə təqdim etdi:

 Qəhrəman müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biridrir. Onun poeziyasının əsas xüsusiyyətləri ondan ibarətdir ki, o həm bizim müasir Azərbaycan şeirinin, həm də klassik və aşıq şeirinin ən gözəl xüsusiyyətlərini öz yaradıcılığında sintez eləyir. Onun şeirləri formaca zəngindir – yəni həm aşıq şeiri formalarında heca şeirləri, həm də sərbəst şeirlər yazır, eyni zamanda bu ikisinin arasında olan ritmik sərbəst şeirlərdə də öz qələmini sınayır. İlhamın mövzu və məzmunca palitrası rəngarəngdir. Belə ki, biz onun kitablarında həm vətənpərvərlik ruhunda, həm məhəbbət mövzusunda, həm fəlsəfi, həm də təbiət təsvirləriylə bağlı şeirlərlə rastlaşırıq. Bununla bərabər İlham Qəhrəmanın şeirlərinin ana mövzusu məhəbbətdir – vətənə məhəbbət, təbiətə məhəbbət, insana məhəbbət, həyata məhəbbət. Şairin şeirlərinin ən əsas xüsusiyyəti sadəliyin dərinliyidir. Onlar özünün emosional təsir gücüylə seçilir ki, bu da onların sadəlik və eyni zamanda fəlsəfi dərinliyə malik olmasından ibarətdir. Onu mən sözün rəssamı hesab edirəm. Onun vurduğu boyalar, rəsmlər orjinaldı, özünəməxsusdur. Ona görə də İlham Qəhrəman maraqla oxunur, onun təşbehləri, metaforaları yadda qalır. O həqiqi ilham və istedad sahibidir. Yaradıcılığının başlıca özəlliyi bundan ibarətdir - öz ilhamını haqdan alıbdır və eyni zamanda xalq dilindən gəlir. O həm haqqın şairidir, həm də xalqın şairidir. Azərbaycan poeziyasında mən ümimiyyətlə iknci elə bir şair təsəvvür eləmirəm ki, Azərbaycan xalq dilinin incəliklərini İlham Qəhrəman qədər bilsin və poeziyaya gətirə bilsin.

Axırda Əsəd Cahangir tədbiri açıq elan edib gənc saz ifaçısı aşıq İlkin Laçınlını

səhnəyə dəvət etdi. Məlum oldu ki, aşıq sazı əvvəldən “Ruhani”yə kökləyib.

 

İfadan sonra aparıcı çıxış üçün sözü Solmaz xanıma verməzdən əvvəl şairin son kitabında yer alan “Solmaz müəllim” şeirini oxumaq üçün mikrofonu Zülfiyyə Eldarqızına verdi. Solmaz xanıma ünvanlanmış şeir onun gənclik portretinin cizgilərini verməklə yanaşı həm də yurd itkilərimizdən bəhs edir. Şeirin Solmaz müəllimi də, dinləyənləri də kədərləndirdiyi onların üz ifadələrindən aydın hiss olunurdu.

Qiraətçinin təsirli ifasının ardınca Solmaz müəllim çıxışında salondakılara İlham Qəhrəmanı dərslərinə hazırlıqlı bir şagird kimi xarakterizə etdi. Onun mütaliəyə çox həvəsli olduğunu, 6-cı sinifdə oxuyandan məktəb kitabxanasında adına oxucu kartı açıldığını dedi. Ona dərs deyən müəllimlərdən biri olduğundan dolayı fərəh duyuduğunu vurğuladı. Natiq fikrinə davam edib bildirdi ki, İlham Qəhrəmanın şeirlərində təbiilik var, bu şeirlərdə xalq ruhu, xalq nəfəsi çox güclüdü. O şairin anasının ölümünə yazdığı “Anamın qolları” essesini oxuyandan sonra bir həftə essenin təsiri altında qaldığını, bir azərbaycan qadını haqqında belə bir təsirli və gözəl esse qələmə aldığna görə şaigirdinə təşəkkür etdiyini də gələnlərin diqqətinə çatdırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov öz çıxışında İlham Qəhrəmanın yaradıcılığını belə dəyərləndirdi:

Bəzən İlham Qəhrəman haqqında elə danışılır ki, sanki o, Laçının və ya laçınlıların şairidir. Halbu ki, İlham Qəhrəmanın yaradıcılığının əhatə dairəsi Azərbaycanın coğrafi sərhədləri deyil, Azərbaycan xalqının mənəvi sərhədləri ilə ölçülə bilər. Çünki onun yaradıcılığı təbrizli, borçalılı, dərbəndli, qarslı, hətta kərküklü üçün də doğma və istidi. Bu mənada İlham Qəhrəmanın yaradıcılığına bəzən bir elin, bir rayonun miqyasında qiymət vermək yumşaq desək ədalətsizlikdir. Məncə İlham Qəhrəmanın yaradıcılığı folklorla yazılı ədəbiyyatın vəhdətidir. Hətta mən iddi edirəm ki, onun şeir kitabları imzasız çap edilsə, oxucu kitablardakı mətnləri folklor kimi rahatca qəbul edə bilər. Bu mənada İlham Qəhrəmanı bizim ustad aşıqlarla, folklora bağlı şairlərimizlə müqayisə etmək olar. Amma İlham Qəhrəmanın yaradıcılığı həm də müasirliyi, fəlsəfi tutumu ilə folklordan fərqlənir. Onun yaradıcılığınıAzərbaycan ədəbiyyatının seçilən müasir simaları ilə müqayisə etmək mümkündür.

 

ADU-nun (Azərbaycan Dillər Universiteti) baş müəllimi şair-tərcüməçi Yusif Savalan şairi təbrik edib toplaşanlara yubilyarın 2 şeirini həm orjinalda, həm də özünün almancaya tərcüməsində oxudu


Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli əvvəldə qələm dostunun “Dua” şeirini əzbərdən deyib onu bu il 60 yaşının tamam olması münasibətiylə təbrik etdi. İlham Qəhrəmanın yurd həsrətli, Qarabağ facilərimizdən bəhs edən şeirlərində oxucuların yarasının qaysağını qopartdığını, bu ağrılarımızı unutmağa qoymadığnı vurğuladı. Şairin bütün şeirlərində olduğu kimi vətən mövzusunda yazdığı şeirlərdə də səmimilikdən uzaq bir misra tapamaq mümükün deyil dedi. Arif Məmmədli fikrini İlham Qəhrəmanın Laçın ağrısını çılpaqlığıyla çatdıran “Gizlənpaç” şeirini deməklə tamamladı.

“Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov çıxışında daha çox İlham Qəhrəmanın folklor nümunələrini toplaması və tərtib etməsi istiqamətində gördüyü işlərdən danışdı:

İlham Qəhrəmanın bu gün mən folklorşünaslıq keyfiyyətlərindən danışmaq istəyirəm. Onun könül işi kimi yığıb topladığı “Laçın folkloru”, “Laçın lətifələri” və Sarı Aşığın “Gül dəftəri” kitabları bir tədqiqatçı kimi bütün konponentləri ilə alimlik fəaliyyətini özündə ehtiva edir.Toplayıcılıq folklorşünaslıq sahəsində xüsusi bir sahədir. Burada toplayıcıdan həm fədakarlıq, həm obyektivlik, həm də düyum tələb olunur. Bu keyfiyyətlər İlham Qəhrəmanda yüksək səviyyədə olduğu üçün o, yüksək kefiyyətlə mədəni irsimizi toplayıb nəşr etdirməyə nail olmuşdur.

Sarı Aşıqla bağlı araşdırmalarında isə şair İlham Qəhrəman özünü bütün keyfiyyəti ilə tam bir folklor tədqiqatçısı kimi göstərmişdir. O, aşıq şeirinin müqayisəli təhlilini verməklə, ayrı-ayrı mənbələr kontekstində araşdırma aparmışdır. Tərtib etdiyi “Gül dəftəri” kitabına yazdığı ön sözdə şifahi ədəbiyyat nümunələrinin etimologiyası vəəllif haqqında ən vacib qaranlıq məsələləri araşdırmışdır. Kitabda Sarı Aşığın doğum yerinin müəyyənləşdirilməsi və yaradıcılığı ilə bağlı maraqlı fikirlər yer almışdır. Laçında doğulan şair İlham Qəhrəmanın poetik duyğularının hüdüdları Bütöv Azərbaycanla və Türk dünyası iləəyyənləşdirilir. O, Qarabağ dərdini qəlbində, canında və poetik duyğularında yaşatdığı kimi Dərbənd, Göyçə, Borçalı və Kərkük dərdini də eyni səmimiyyət və ağrı ilə yaşadır.

 

Yazıçı-filoloq Həcər Paşayeva İlham Qəhrəman yaradıcılığını sosial şəbəkdən və elektron KİV-lərdən izlədiyini, bu gün kitablarını əldə etdiyinə görə çox şad olduğunu dedi. Natiq çıxışına belə davam elədi – xilkafətlikdən üzü bəri bütün dövrlərin ədəbiyyatı iləəyyən dərəcədə tanışam. Ancaq İlham Qəhrəman yaradıcılığında gördüyüm səmimiyyəti, xalq dilinə yaxınlığı heç kimdə görmədim. İlham Qəhrəman şifahi və yazılı ədəbiyyatın ən böyük nailiyyətlərini öz yaradıcılığında uğurla birləşdirib. Onun şeirlərində xəlqilik güclüdür. Həcər xanım üzünü həmyerlilərinə tutub - İlham Qəhrəmanın kitabları anbarlarda, kitab rəflərində qalmaq üçün nəşr olunmayıb. Orda sizin dərdiniz, qayğılarınız, sevincləriniz əksini tapıb. O kitabları sizdən sonra övladlarınız, nəvə-nəticələriniz oxuyacaq. Kim olduqlarını, hardan gəldiklərini biləcəklər.

 

Yazıçı Fəxri Uğurlu, jurnalist Natiq Muxtarlı, təhlükəsizlik eksperti İlham İsmayıl, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Cəmilzadə, şair İlham Qazaxlı, şairin sinif yoldaşı Cəmilə İbrahimova və başqaları söz alıb yubilyara ürək sözlərini çatdırdılar.

Məclis boyu iştirakçılar sazın müşayiəti ilə ara Zülfiyyə xanımın, ara şairin öz ifasında şeirlərini dinlədilər. 

 

Sonda İlham Qəhrəman toplaşanlara, Mərasim Evinin rəhbərliyinə və Mərhəmət Kimsəsizlərə Kömək İctimai Birliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Aşıq İlkin Laçınlının sazının sədalarıyla başlanan məcslis sonda yenə onun ifasında “Baş sarıtel” havasıyla yekunlaşdı. Sonda xatirə şəkilləri çəkildi.

 

Vəsilə Məmmədova,

Sabunçu rayon MKS-nin 12 saylı filialın müdiri

 

 

 

"İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?"
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
Gündəm
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
Cəmiyyət
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
Hadisə
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
Ədəbiyyat
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247