Xəbər lenti
14/12/2019 [10:17]:
Rus kosmonavtlar Aya çəkisinə görə göndəriləcək
14/12/2019 [10:14]:
"Bir gün haqlı tənqidlər sabun köpüklərini dağıda da bilər..."
14/12/2019 [09:45]:
Həkim yeni doğulan körpəni şikəst etdi
14/12/2019 [09:43]:
Safura yenidən səhnəyə qayıdır - FOTO
14/12/2019 [09:39]:
İslamı qəbul edən dünya ULDUZLARI
14/12/2019 [09:27]:
Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi
14/12/2019 [09:24]:
Cəbhədə gərgin vəziyyət davam edir
14/12/2019 [09:20]:
“YouTube” son 10 ilin ən populyar kliplərini açıqladı - VİDEO
14/12/2019 [09:17]:
"ABŞ-ın kosmik qüvvələri hücum xarakterli olacaq"
14/12/2019 [09:15]:
“Facebook”un 29 min əməkdaşının şəxsi məlumatı oğurlanıb
14/12/2019 [09:10]:
Məşhur kinoaktrisa hicablı polislərə heyran oldu...-FOTOLAR
14/12/2019 [08:28]:
Allah-Təala və Peyğəmbərimiz(s) özü hansı insanlara və necə salavat göndərir?..
14/12/2019 [00:51]:
Tramp Zelenskini ABŞ-a dəvət etdi
14/12/2019 [00:45]:
Bu il dünyada 75 KİV əməkdaşı öldürülüb
14/12/2019 [00:43]:
Bu mallar idxal gömrük rüsumundan azad edilib
14/12/2019 [00:16]:
İsa Qəmbərin oğlu da namizəd olacaq
13/12/2019 [23:45]:
Saakaşvilinin iqamətgahını hərracda 2,7 milyon dollara satdılar...
13/12/2019 [23:41]:
Əmək və Sosial Münasibətlər Akademiyasında Nəsiminin 650 illik yubileyi qeyd edildi
13/12/2019 [23:39]:
“Messi tarixin yox, öz dövrünün ən yaxşısıdır”
13/12/2019 [23:24]:
Seks manyakı başına döş implantı qoydurmaq istədi - ƏSRİN RUHİ XƏSTƏSİ...
13/12/2019 [23:23]:
Kuçmaya xüsusi müdafiə olunan, 500 minlik avtomobil verildi
13/12/2019 [23:20]:
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13/12/2019 [23:05]:
Kişilər üçün vacib hormonun defisiti zamanı nə etməli? - QİDALARIN SİYAHISI...
13/12/2019 [23:00]:
Zatulindən misilsiz həyasızlıq: "2016-cı ildəki təxribatın təşəbbüskarı Azərbaycan idi..."
13/12/2019 [22:57]:
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
13/12/2019 [22:51]:
Naibə Allahverdiyeva: "Türkiyədə soyuldum..."
13/12/2019 [22:40]:
“Nazirlərin məruzəsindən sonra yaşamaq istəmirsən...”
13/12/2019 [22:34]:
Putin Boris Consonu təbrik etdi
13/12/2019 [22:29]:
Məşhur Hollivud aktyoru vəfat edib
13/12/2019 [22:26]:
Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü olub - FOTO
13/12/2019 [21:57]:
Putinlə görüşmək üçün rekord sayda jurnalist qeydiyyatdan keçdi
13/12/2019 [21:44]:
Prezident İlham Əliyev Boris Consonu təbrik edib
13/12/2019 [21:41]:
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
13/12/2019 [21:36]:
Ərdoğana ağır itki üz verdi
13/12/2019 [21:32]:
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
13/12/2019 [20:46]:
"Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir"
13/12/2019 [20:36]:
“Deyəcəklər ki, gərək, daha pis söyüşlər söyərdin” - Oksana Rəsulova
13/12/2019 [20:29]:
ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib
13/12/2019 [20:27]:
UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı… - FOTOLAR
13/12/2019 [20:21]:
“Hakimə dedim ki, qiyamət günündə də Allah sənə "qırmızı" verəcək"
13/12/2019 [20:13]:
Kraliça Yelizaveta sosial media hesablarını idarə edəcək adam axtarır - 50 min sterlinq alacaq...
13/12/2019 [20:09]:
Qasırğa zamanı təyyarələrin təhlükəli enişinin görüntüləri yayıldı - VİDEO
13/12/2019 [20:05]:
Qubada məktəb binası yandı - Foto
13/12/2019 [20:04]:
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
13/12/2019 [20:02]:
Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub
13/12/2019 [19:45]:
Boris Conson hökuməti formalaşdırmaq üçün Kraliçadan icazə aldı
13/12/2019 [19:40]:
Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
13/12/2019 [19:24]:
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT/FOTO
13/12/2019 [19:20]:
ABŞ Talibanla sülh danışıqlarını qısa müddətə təxirə salır - Vaşinqtonun xüsusi elçisi
13/12/2019 [19:16]:
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
13/12/2019 [19:15]:
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində - FOTO/VİDEO
13/12/2019 [19:08]:
Mariya Şarapova məşhur seriala çəkilir
13/12/2019 [19:06]:
"Ermənistan XİN başçısı ölkədaxili neqativ reaksiyadan çox qorxur"
13/12/2019 [18:51]:
İnəklərinə uşağı kimi baxan qadın onlara geyim hədiyyə etdi - MARAQLI
13/12/2019 [18:28]:
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
13/12/2019 [18:24]:
Filmi ABŞ-ın 18 telekanalında yayımlanmış azərbaycanlı dramaturq...- VİDEO
13/12/2019 [18:10]:
10 lüks avtomobili cızan uşağa verilən cəza bəlli oldu - MARAQLI
13/12/2019 [18:01]:
Məktəblilərimiz tarixi uğura imza atıblar - FOTO - VİDEO
13/12/2019 [18:01]:
"Biz rəhmdilik, yoxsa düşmənə qarşı amansız olmağa cəsarətimiz çatmır?"
13/12/2019 [17:58]:
“Yağışın altında qalan tanımadığım qadını qucağıma alıb evimə gətirmişəm” - VİDEO
13/12/2019 [17:47]:
Yevda Abramovun Amerikada yəhudilərə dedikləri, diplomat Nəsimi Ağayevin narahatlığı və maraqlı son...
13/12/2019 [17:44]:
Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı
13/12/2019 [17:41]:
Məhərrəm Əliyev yeni vəzifədə ilk müşavirəsin keçirdi - FOTOLAR
13/12/2019 [17:39]:
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
13/12/2019 [17:37]:
Kəmalə Qaramollayeva: “Ərimin yanında daha açıq-saçıq geyinirdim” - FOTOLAR
13/12/2019 [17:09]:
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
13/12/2019 [17:02]:
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
13/12/2019 [16:58]:
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
13/12/2019 [16:57]:
ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
13/12/2019 [16:56]:
İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı
13/12/2019 [16:50]:
Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
13/12/2019 [16:44]:
AST Telmanın qardaşı nəvəsi Bakıda həbs edilib - lüks maşın həvəskarı olub
13/12/2019 [16:44]:
Bakıda ağac lüks avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO
13/12/2019 [16:42]:
Polad Bülbüloğlu: "Samur çayı üzərindəki körpü dekabrın 24-də açılacaq"
13/12/2019 [16:41]:
"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
13/12/2019 [16:40]:
Paralimpiyaçılar arasında Azərbaycan çempionatı keçirilib
13/12/2019 [16:39]:
“Erməni və rusların ciddi-cəhdlə qoruduqları  o təpədə nə olduğunu heç kəs bilmirdi...”
13/12/2019 [16:37]:
Məxfi əməkdaşlığa cəlb olunmuş bir nəfər müəyyən edilib
13/12/2019 [16:36]:
DSX: "Sərhəddə üç yeni hərbi hissə inşa olunub"
13/12/2019 [16:35]:
Brilliant Dadaşova: "Kömək edin, bağ evimi satım"
Bütün arxiv bir sırada
02/11/2019 [19:20] - Müsahibə - ( 27305 dəfə baxılıb)

"Mübariz Mənsimova da müraciət etmişdim, amma yaxın durmadı" - "Vətən sağ olsun, biz olmasaq da olar..."



Qədir Ülvi Xaləddin oğlu 1988- ci ilin sentyabr ayının 1- də Ucar rayon Çiyni kəndində kasıb bir ailədə dünyaya gəlib. Ülvi əmisinin adını özünə ləqəb götürüb. Çünki Qədir müəllim də birinci Qarabağ savaşında Ağdərə istiqamətində gedən döyüşlərdə polis əməkdaşı kimi döyüşüb. Ülvinin hərbçi olaraq vətənin keşiyində dayanmaq həvəsində vətənpərvərliyində xalqına,  torpağına bağlılığında əmisinin rolu böyük olub. Beləcə, Ülvi 2006-cı ildə məktəbi bitirdikdən sonra çox böyük həvəslə, vətən eşqiylə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrimizin Təlim-Tədris Mərkəzini Leytenant rütbəsi ilə müvəffəqiyyətlə bitirib, Müdafiə Nazirinin müvafiq saylı əmrinə əsasən ön cəbhəyə, Murovdağın ən yüksək zirvəsinə, dəniz səviyyəsindən 3300.04 metr yüksəkliyinə, Kəlbəcər istiqamətinə təyinatla göndərilib. 

Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının qonağı Qazi Ülvi Qədirdir:
- Ülvi Qədir,  Murovdağda kim xidmət edirsə, o əsgər üçün “qəhrəmandır” deyirlər...

- Murovdağ elə bir yerdir ki, ordakı vəziyyəti ancaq həmin yerdə xidmət edənlər bilir, demək olar ki, ilin on iki ayı qar yağır. Hər zaman soyuq olur, havanın temperaturu çox aşağı olur. Mənfi otuz-qırx dərəcə arasında dəyişir. Ancaq buna baxmayaraq, mərd, çəsur hərbiçilər, vətən oğulları tərəfindən gecə-gündüz xidmət yüksək səviyyədə təşkil olunur.
Mən tam səmimiyyətimlə deyirəm ki, hər oğulun işi deyil həmin mövqedə - Murovdağının həmin hissəsində xidmət etmək, vətənin keşiyində dayanmaq. Bizim o mövqeyimiz strateji cəhətdən də çox əhəmiyyətli bir mövqeydir. Xidmət etdiyim yüksəklikdən işğal altında olan torpaqlarımıza baxdıqca düşmənə olan qəzəbim, nifrətim birə-on artırdı. Hər an hücum əmri gözləyirdim.
2015-ci ildə xidməti vəzifəmi yerinə yetirərkən hər iki ayağımı don (maroz) vurmuşdu, hərəkət qabiliyyətimi itirdim. Mən deyərdim ki, insan vücudunun hər hansı bir hissəsini don vurması, güllə yarası almaqdan daha şiddətlidir, dözülməzdir, ağrılı-acılıdır.

Bir il Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalında müalicə olunsam da, sağlamlığım tam bərpa olunmadı. Hal-hazırda Qazi olaraq ikinci qrup əliləm. Xidmət etdiyim zaman yuxarı komandanlıq tərəfindən hər zaman, xidmətdə fərqləndiyimə görə qiymətləndirilmişəm. 

- Ağır əməliyyat keçirdiyinizi öyrəndik. Səbəb?

- ATU-nun Tədris Klinikasında açıq ağır əməliyyat keçirmişəm düz bağırsaqdan. Davamlı iltihab gəlir, hələ davam edir. İltihab bitdikdən sonra ikinci dəfə əməliyyat olunmağım şərtdir. Hazırda ev şəraitində yataq xəstəsiyəm. Müalicəm davam edir: gəzə bilmirəm, qalxa bilmirəm.  Ağrı, acı içindəyəm, birinci gün yenidən həkim müayinəsinə aparacaqlar məni. Amma buna da şükür. Lap pis vəziyyətdə idim.

- Bu xəstəlik soyuqdan yaranır, səhv etmirəmsə...

- Bəli, hərbi xidmətdə – Murovdağda vətənin keşiyində dayanan zaman yaranıb məndə. İllərin yığınıdır, sonda ağır fəsadla nəticələndi.

- Səhhətinizlə bağlı lazımi orqanlar tərəfindən maliyyə xərcləriniz qarşılanırmı?

- Xeyr! Heç bir yerdən maliyyə dəstəyim, kimsədən köməyim yoxdur. Sözün açığı, düşünməzdim ki, vəziyyətim belə ağır olacaq, elə bilirdim yüngülvari müalicə ilə bitəcək hər şey.  Sonra bildik ki, bağırsaq hissədə şiş var, təcili götürülməlidir, yoxsa qana zəhərlənmə verə bilər. Daha da vəziyyətim pis ola bilər. 

- Tədris Cərrahiyyə Klinikası dövlətin nəzdindədir, yoxsa özəldir? Çek verildimi?

- Özəldir, səhv etmirəmsə. Bəli, çek verildi.

- Hər halda, bildilərmi bu xəstə qazidir, bu vətən üçün döyüş zamanı xəstəliyə düçar olub? Heçmi güzəşt edilmədi?

- Elə onu demək istəyirdim... Yaxınlaşdım rəhbərliyə, özümü təqdim etdim, vəziyyətimlə bağlı məlumat verdim, dedim, həyatımı, sağlamlığımı fəda eləmişəm. Nə kimi güzəşt edilə biləcəklərini soruşdum, amma bildirildi ki, bizdə heç kimə güzəşt yoxdur,  özəldir. Dedim, mən demirəm ki, hər şey pulsuz olsun, sadəcə müəyyən güzəştlər edilsin. Dedilər, qardaş, mümkün deyil. 

- Şəxsən kimlə danışdınız?

- Birinci mərtəbədə, qapıdan girən kimi sol tərəfdəki otaqda əyləşən xanımın yanına apardılar məni. Onunla danışdım. Maliyyə işlərinə baxır. 

- Dövlət məmurlarından, deputatlarımızdan, sahibkarlardan sizin vəziyyətlə maraqlanan, yardım edən olubmu?

- Silahlı Qüvvələrin Baş Klinik Hospitalına rəsmi müraciət etmişəm, Müdafiə Nazirimiz Zakir Həsənovun şəxsən rəsmi məktubu göndərilib mənə. Orda yazılıb ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə, müayinə olunan ehtiyatda olan hərbi qulluqçuların rütbəsi minimum mayor və xidmət ili isə 20 il olmalıdır. Mənim rütbəm baş leytenantdır, xidmətim isə 10 ildir.  Bu qanun Milli Məclis tərəfindən qəbul edilib. Ona görə də heç bir kömək edilmədi, təəssüflər olsun ki.  

- İndi işləyirsiniz?

- Xeyr. 

- Bəs ailəni, iki azyaşlı uşağı necə dolandırırsınız?

- Pensiyamla... Allaha şükürlər olsun, ruzumuzu əskik etmir...Mən hərbçi olmağı kimlər üçünsə seçməmişəm. Vətənim, xalqım, millətim üçün bu yolu seçmişəm və heç də peşman deyiləm. Vətənim sağ olsun! Kimlərsə qiymət verib-verməyəcəyi umrumda deyil. Düzdür, haqsızlıqlar var, amma mən bunları ciddiliyə almıram. Allah özü yardım etsin mənə. Yatağa düşməmişdən əvvəl biz hər gün tədbirlərdə, milli-mənəvi dəyərlərimizlə, vətənpərvərliklə bağlı kofranslarda iştirak edirdik. Gənclərimizin vətənpərvər yetişməsi üçün əlimizdən gələni edirdik. Həmin tədbirlərdə nazirlərimizlə, deputatlarımızla görüşürdük. Dərdimi necə deyərdim axı? “Qaziyəm, sağlamlığımda problem var, kirayələrdə yaşayıram iki azyaşlı uşaqla...” Əvvəla, məndə elə xasiyyət yoxdur, özümü kiminsə qarşısında aciz duruma salım. İkincisi də, mən bu xidməti xalqım üçün etmişəm. Bilsələr də sağ olsunlar, bilməsələr də...

- Hətta eviniz də yoxdur?

- Xeyr.. Növbəyə dayanmışam... Bilmirəm amma veriləcəkmi, veilməyəcəkmi... Bir iləmi, beş iləmi, on iləmi?Allah bilir.

- Siz Türkiyədə də əməliyyat olunmusunuz...

- Bəli, bir imkanlı şəxsin (adının açıqlanmasını istəmir) maliyyə yardımının sayəsində Türkiyədə də əməliyyat olunmuşam. Yalnız ondan sonra qismən hərəkət etməyə başladım, yoxsa burda artıq ayaqlarımı kəsəcəklərini bildirirdilər. 

- Kimdir o adam? Mübariz Mənsimov?

- Xeyr. Ona da müraciət etmişdim, amma yaxın durmadı. 

- Siz Səhiyyə Nazirliyimizə müraciət etmisiniz, ümumiyyətlə? 

- Dəfələrlə rəsmi məktublar yazmışam. Orda prosedur qaydası belədir: Mən Prezident Aparatına məktub yazıram, orda imzalanıb göndərilir Səhiyyə Nazirliyinə. Bu qurum da məni yollayır qeydiyyatda olduğum rayonun mərkəzi xəstəxanasına. Onlar da məni çağırtdırıb sorğu-sual edirlər. Deyirəm, mən ağır xəstəyəm, müalicəm xarici ölkələrdədir. Göndərirlər məni Respublika Xəstəxanasına. Bilmirəm ordakı vəziyyətdən xəbərdarsınız, ya yox. Bazardır konkret! Kənd Təsərrüfatı ilə Mirqasımov adına Respublika Xəstəxanası arasında heç bir fərq yoxdur. Bir il Hospitalda yatdım, iki dəfə İrana apardılar, Azərbaycanda getmədiyim xəstəxana qalmayıb, nə qədər pullar xərcləmişəm, hətta Allah şahiddir ki, nişan üzüyümü belə satmışam. Dövlət qurumları tərəfindən bir qaziyə heç bir dəstək, kömək göstərilmədi... Amma yenə də Vətən sağ olsun. Biz olmasaq da olar. Beşimiz olmasa da, qoy üçümüz olsun. 

Hazırladı: Könül Aypara

loading...
loading...
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
Gündəm
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
Maraqlı
Təcavüzçünü öldürən qadınlar bundan sonra cəza almayacaq - İlginc özünümüdafiə...
Cəmiyyət
“Fərizənin atası həyat yoldaşından sonra bu təkliklə yaşamağa çalışır...”
Cəmiyyət
“Psixoloqa dedim ki, ay zalım oğlu, o, özünü pulsuzluğun ucbatından öldürür, sizin də qəbulunuz əlli manatdı...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247